Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-389/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), ), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi8 iştirakları ilə, Bakı Apelyasiya Məhkə məsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Rahib Salmanov və Siyavuş Hacıyev) 01 may 2023-cü il tarixli, 1(101)-77/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 232.2.1 və 232.2.2-ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 232.2.1 və 232.2.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən toplanılmaqla Məhkum qəti olaraq 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Məhkum üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum özgə əmlakını gizli talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 6 oktyabr 2019-cu il tarixdə saat 17 radələrində Əliyev Əli Məmməd oğluna məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zərkənd yaşayış massivində yerləşən fərdi evin pəncərəsini sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında olan paltar dolabından dəyəri 300 manat olan 1 ədəd qızıl aralığı, dəyəri 200 manat olan 1 ədəd qızıl boyunbağını, dəyəri 300 manat olan 1 cüt sırğanı, hər birinin dəyəri 250 manat, ümumi dəyəri 500 manat olan 2 ədəd qızıl üzüyü, hər birinin dəyəri 200 manat, ümumi dəyəri 400 manat olan 2 ədəd qızıl qolbağı, dəyəri 200 manat olan 1 ədəd qol saatını və dəyəri 100 manat olan bijuteriya dəstini gizli talayıb zərərçəkmiş Əliyev Əli Məmməd oğluna 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgə əmlakını gizli yolla talama cinayətinin törə dilməsində bilavasitə iştirak etməyən, lakin, cinayətin törədilməsinə fəal yardım etmiş tanışları Təqsirləndirilən şəxs5 köməyindən istifadə edərək özgə əmlakını gizli talama məqsədi ilə bacanağı Zərərçəkmiş şəxs4 yaşadığı evdə heç kimin olmaması barədə verdiyi məlumat əsasında 18 may 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şirvani küçəsində yerləşən 9B saylı fərdi evin həyətyanı sahəsinin qapısının açıq olmasından istifadə edərək içəri keçərək, fərdi evin plastik pəncərəsinin dəmir barmaqlığını dartıb qırıb, pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq oradan yataq otağındakı dolabda olan qızıl qabından 1 ədəd ümumi dəyəri 3500 (üç min beş yüz) manat olan 585 əyarlı qızıl sep və klon dəstini, 1 ədəd dəyəri 1500 (bir min beş yüz) manat olan 585 əyarlı qızıl qolbağı, 1 cüt dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl sırğanı, 2 ədəd ümumi dəyəri 1000 (bir min) manat olan 585 əyarlı qızıl qadın üzüklərini, 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan qızıl kişi üzüyünü, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan 585 əyarlı qızıl uşaq qolbaqlarını, 2 ədəd ümumi dəyəri 700 (yeddi yüz) manat olan, 585 əyarlı qızıl uşaq boyunbağlarını, 5 cüt ümumi dəyəri 700 (yeddi yüz) manat olan 5 cüt gümüş sırğaları, 2 ədəd gümüş klonu, 1 ədəd gümüş qolbağı, 4 ədəd gümüş üzükləri, döşəyin alt hissəsindən həmin dövrə olan məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dolları və 1300 (bir min üç yüz) manat nağd pulları, həmçinin digər yataq otağında olan çarpayının alt hissəsindəki sandığın içərisindən 1 ədəd dəyəri 850 (səkkiz yüz əlli) manat olan 585 əyarlı qızıl boyunbağını, 1 cüt ümumi dəyəri 500 (beş yüz) manat olan 585 əyarlı qızıl sırğanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 12470 (on iki min dörd yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 26 fevral 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nəzərov küçəsində yerləşən fərdi evinə plastik pəncərəni sıxıb açıb içəri qanunsuz daxil olaraq yataq otağından «MR-27» markalı yivsiz, ********* nömrəli, 20 kalibrli ov tüfəngini talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla odlu silahı talamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) 1(103)-1406/2023 nömrəli 17 avqust 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 1(101)-77/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 232.2.2-ci maddəsi ilə verilmiş ittihamdan dövlət ittihamçısının imtinası qəbul edilmiş və Məhkum həmin maddə ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən toplanılmaqla Məhkum qəti olaraq 7 (yeddi) il 4 (dörd) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 29 mart 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Məhkum üzərində qəti olaraq 6 (altı) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum e tmə cəzası saxlanılmış, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 06 mart 2024-cü il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılarkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət etmişdir. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-389/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-389/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver