Məhkəmə qərarları › İş №1(102)-39/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-39/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-39/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi-vəkil Eyubova Çimnaz Hüseyn qızının iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi-vəkil Rəcəbov Rəcəb Mömin oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.Ş.Əliyev (sədrlik edən və məruzəçi), R.İ.Hüseynov və N.N.Mirzəyev) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, Məhkum - xx xxxxxx 2004-cü ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olmuş, əvvəllər məhkum olunmamış, Zaqatala rayon Mosul kənd A.Babayev adına tam orta məktəbin İX sinif şagirdi, Zaqatala rayonunun Mosul kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxx 2019cu ildən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, cinsi ehtirasını təmin etmək məqsədilə xx xxxx 2019-cu ildə saat 12 radələrində qohumu- xx xxxxxxx 2011-ci il təvəllüdlü olmaqla aşkar surətdə on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs yaşadığı Zaqatala rayonu, Mos ul kəndinin ərazisindən keçən “Bitu” adlanan çayda çimmək adı ilə aldadıb apararaq, yaşadıqları evdən təqribən 1-1,5 km uzaqlıqda yerləşən əraziyə gətirmişdir. Həmin ərazidə çimmək üçün düzəldilmiş yerdən 40-50 metr, qeyd edilən çayın sahilindən isə təqribən 2 metr aralıda yerləşən üzəri asbest şiferlə örtülmüş ağac və taxta materialından quraşdırılmış taxt formasında çardağın yanında Zərərçəkmiş şəxs azyaşlı olması ilə bağlı barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlasa da, ona fiziki müqavimət göstərmək imkanının olmadığından istifadə edərək, Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edib onu dizləri üstə oturtmaqla başını aşağıya əydikdən və əynindəki alt paltarını aşağı çəkib əlləri ilə belindən tutduqdan sonra özünün sərtləşmiş (ereksiya halında olan) cinsiyyət orqanını zorla Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə yeridərək ona anal yolu girəcəyində saat sferblatının 12-ci rəqəminə uyğun gələn hissəsində büküşlər boyu 0,8x0,3 sm ölçüdə, ağırlıq dərəcəsi təyin edilməyən çat- kiçik ölçülü səthi yara kimi xəsarət yetirməklə aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib zor tətbiq etməklə uşaqbazlıq etmişdir. Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi-vəkil Rəcəbov Rəcəb Mömin oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyevdən ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi-vəkil Rəcəbov Rəcəb Mömin oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, məhkuma təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi-vəkil Rəcəbov Rəcəb Mömin oğlu tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, məhkum olunmuş şəxs yetkinlik yaşına çatmayıb, orta məktəbdə 9-cu sinifdə oxuyurdu, qəfildən beyninə gələn xoşagəlməz fikir onu cinayət etməyə vadar etmişdir, cinayəti törətdikdən sonra çox peşiman olmuşdur. Hadisə törədiləndən sonra uşaqların valide ynləri barışığa gəlmişlər. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin valideynləri qohumdurlar. Zərərçəkmiş şəxsə yetirilən xəsarətin dərəcəsi təyin edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi-vəkil Eyubova Çimnaz Hüseyn qızının, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protest inə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətində m əhkum olunmuş şəxsin yetkinlik yaşına çatmadığı, orta məktəbdə 9-cu sinifdə oxuduğu, cinayəti törətdikdən sonra çox peşiman olduğu, hadisə törədiləndən sonra uşaqların valideynlərinin barışığa gəlmələri, zərərçəkmiş şəxsə yetirilən xəsarətin dərəcəsinin təyin edilməməsi göstərilməklə kassasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. Göründüyü kimi kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materialları üzrə sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə g əlməyə imkan vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında da təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilmişdir. Ona görə də məhkəmə kassasiya şikayətinin dəlilləri üzrə cəza təyin edilməsi ilə bağlı məhkəmələrin qərarlarında gəldikləri nəticələrin qanuniliyini yoxlayacaqdır. Məhkum ona elan edilmiş ittihamın məzmununda təsvir edilən, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiyasına uyğun yuxarıda göstərilən cinayət əməlini törətmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə kollegiyası cəza təyini məsələsinə baxarkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Məhkum yetkinlik yaşına çatmayan şəxs olmasını, tutduğu əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran halların aşkar edilməməsini nəzərə almışdır. Göstərilən hallar nəzərə alınmaqla məhkəmə Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Birinci instansiya məhkəməsinin mü əyyən etdiyi cəzanı yüngülləşdirən hallardan Məhkum zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hala uyğundur və CM-nin 60.1-ci maddəsinin qaydalarının tətbiq üçün əsasdır. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin 15 ildir. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə göstərilən maddi hüquq normalarının tələblərinə əməl etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 6 2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cəzanın daha da yüngülləşdirilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Göstərildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən hallardan cinayətin və təqsirləndirilən şəxsin ictimai təhlükəliliyinə ən müsbət təsir edən hal zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsidir. Bu halın mövcudluğu şəraitində cəzanın hansı həddədək yüngülləşdirilə bilməsi qanunla müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də həmin qanunla müəyyən edilmiş həddə məhkuma azadlıqdan məhrum etmə cəzası təyin etdiyindən Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəh bər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi-vəkil Rəcəbov Rəcəb Mömin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar