Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-39/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə • ****** 1978-ci il tarixdə Naxçıvan MR Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MTK-nın təsisçisi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qey diyyatda olan, ünvan 2 yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.4cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçiləri, Abşeron rayon Vəkil Bürosunun vəkilləri Hüseynov Əli Meybulla oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birlikdə verilmiş və zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), F.Ə.Qəniyev və S.S.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 14 iyun 2021-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri və Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxslərin hüquqi varisləri X13,X17 və X5 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), C.V.Hüseyn və R.M.Abdulov) Zərərçəkmiş şəxs5 apellyasiya şikayətindən imtinası qəbul olunaraq və onun apell yasiya şikayətinə baxılmasına xitam verilmiş, məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri X13, X17 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 8 (səkkiz) ilə endirilmişdir. İşi n halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə məhkum edilmişdir ona görə ki, o, 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə pozaraq, yəni alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə 90/km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblə rini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bundan başqa 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmuş, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Məhkum «Land Rover» markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır kimi mümkün olan tədbirləri görməli olduğu halda, bu qaydalara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək göstərilən ünvanda qarşıdan öz yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan «Daewoo Damas» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəci klərinə qansızma ilə müşayiət olunan ənsə sümüyünün kəllə əsasma keçən xətti sınığı, hər iki ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfdən 1-11-111-1 V.sol tərəfdən V-qabırğaların sınıqları, sağ bazu, sağ said, sol bud və burun sümüklərinin qapalı, hər iki aşıq-baldır oynaqlarının açıq sınıqları, sol ayaq pəncəsinin əzilib-dağılması (deformasiyası); sağ bud nahiyəsinin və sağ aşıq-baldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaralan, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin ön və arxa səthlərinin, qarın nahiyəsinin, sağ bazu nahiyəsinin, hər iki bud və baldır nahiyələrinin sıyrıqları ilə nəticələn sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin avtomobildə sərnişinlər Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişaları altına, mədəciklə rinə və toxumasına qansızmalar ilə müşayiət olunan kəllə əsasının xətti sınığı, sağ və sol baldır sümüklərinin, sol diz oynağının qapalı sınıqları və sol said sümüklərinin açıq qəlpəli sınıqları, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapağının, döş qəfəsinin sol yarısının ön səthinin, sol said nahiyəsinin və sol aşıq-baldır oynağı nahiyəsinin qançırlar, alın nahiyəsinin səthi kəsilmiş yaraları, sağ və sol ayağın daban nahiyəsinin, sağ və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları, sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən İİİ,İV,V qabırğaların sınıqları, döş qəfəsinin sağ yarısının ön səthinin, sağ bazu nahiyəsinin, sağ və sol diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sağ dirsək oynağı nahi yəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ barmağının sıyrıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, X3 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayiət olunan sağ təpəgicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, sol bud nahiyəsinin və sol diz oynağı nahiyəsinin qapalı sınıqları, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapaqları və gözaltı nahiyənin, sağ yanaq nahiyəsinin, burun belinin, sol bud nahiyəsinin və sağ ayaq pəncəsinin qançırları, üst və alt dodağın selikli qişasına qansızmalar, sol gicgah nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol əlin arxa səthinin, sol ayağın bayır t opuğunun, sol ayağın daban nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların və sağ ağciyərin yuxarı payına qansızmalar ilə müşayiət olunan sağ tərəfdən 1,11 qabırğaların sınıqları, alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, üst dodağın dərisinin, burun əsasının, sol gözaltı nahiyənin, sol almacıq və sol yanaq nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin ön və arxa səthlərinin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, döş qəfəsininin sol-yan səthinin, qarın nahiyəsinin, sağ və sol said nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol baldır nahiyəsinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin, sol ayaq pəncəsinin sıyrıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, X6 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsində sağda başın yumşaq örtüyü altına qansızma, alın sümüyünün kəllə əsasma keçən xətti sınığı, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin əzilmiş yarası, sağ qaşüstü nahiyənin, üzün sağ gözaltı və yanaq nahiyələrinin və sol bel nahiyəsinin sıyrıqları, döş qəfəsinin ön səthinin solda yumşaq toxumalarının əziyi, sol 11-İV qabırğaların qapalı sınıqları, sol mil sümüyünün oynaq başının sınığı ilə müşayiət olunan mil- bilək oynağının ön səthinin əzilmiş yarası, sol bud sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı ilə müşayiət olunan bud nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldırın hər iki sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişmiş sınıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, habelə Zərərçəkmiş şəxs5 məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobili yarasız vəziyyətə salaraq 7.000 manat məbləğində maddi ziyan vurmaqla iki nəfərdən daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apell yasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş 14 iyun 2021-ci il tarixli 2/7854 saylı tibbi müayinə protokolu ilə müəyyən edilmişdir ki, Məhkum 14 iyun 2021-ci il tarixdə saat 07:15-də müayinə zamanı onda raport üsulu və ya indikator borcluluğu 0,517 faiz olmaqla yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi tərəfindən maddi sübutların ekspertizasına dair verilmiş 29 iyun 2021ci il tarixli, 1728/K nömrəli rəy ilə müəyyən edilmişdir ki, təqsirləndirilən Məhkum götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoy ulmuş suallara cavab olaraq nəticəyə gəlinmişdir ki, Məhkum götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, amil spirtləri, barbitur turşu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fcnotiazin, pirazalon, benzodizepi törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən) aşkar edilməmişdir. Müdafiəçilər hesab edirlər ki, cinayət işində Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli rəy mövcud olmasına baxmayaraq, məhkəmələr tərəfindən həmin rəyin sübut kimi qəbul olunub-olunmamasına heç bir münasibət bildirilməmişdir. Burada xüsusilə nəzər alınmalıdır ki, qan və sidik nümunələri hadisədən bir-neçə saat sonra, yəni faktiki olaraq müm kün olan qısa müddət ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin öz laboratoriyasında, ekspertlərin özləri tərəfindən götürülərək tədqiq edilmişdir. Tədqiqatın nəticəsindən isə görünür ki, təqsirləndirilən Məhkum qanunda və sidiyində nə spirt, nə də ki, narkotik təsirə malik maddələr aşkar edilməmişdir. Yəni, təqsirləndirilən şəxs bu yol-nəqliyyat hadisəsini törədərkən nə alkoqol, nə də ki, narkotik sərxoşluq vəziyyətində olmamışdır. Məhkum avtomaşını sərxoş vəziyyətdə idarə etməyə görə ittiham, guya onda yüngül dərəcəli sərxoşluq vəziyyətinin aşkar edilməsi haqqında tərtib edilmiş 2/7854 №-li, 14 iyun 2021-ci il tarixli protokol əsasında verilmişdir. Lakin Məhkum yüngül dərəcəli sərxoşluğun müəyyən edilməsi b arədə nəticə hansı obyektiv tədqiqatlar, analizlərlə müəyyən edilməsi həmin protokoldan görünmür. Bundan başqa, müdafiə tərəfi hesab edir ki, hadisə aşağıda göstərilən mexanizm üzrə baş vermişdir və məhz həmin mexanizm üzrə yol-nəqliyyat hadisəsi ekspertizası keçirilərək, müvafiq rəy alınmalı, təqsirləndirilən şəxsin bu hadisədə təqsirli olub-olmaması araşdırılmalıdır: “Məhkum 14 iyun 2021-ci il tarixə keçən gecə saat 00:20 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə Binəqədi-Novxanı yolu ilə Novxanı istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən, «Şuşa Restoranı» yaxınlığında və həmin istiqamətdə yolun sağa döngəli hissəsinə yaxınlaşarkən, kifayət qədər aralıdan öz hərəkəti istiqamətində yolun sağ kə narında döngənin yaxınlığında 5-6 nəfər cavan oğlanların çimərlik paltarında yolun kənarında hərəkətsiz dayandıqlarını və onun hərəkəti üçün heç bir təhlükə yaratmadıqlarını görərək, sürətini azaltmadan yoluna davam etmiş, piyadalara çatmağa 20- 30 metr qalmış, onlar qəflətən iti sürətlə yolu sağdan sola qaçaraq keçməyə başlamış və bunu görən Məhkum piyadaları vuracağını görərək, sərt hərəkətlə sükanı sola burub, piyadaları vurmaqdan yayınmaqla, əks hərəkət istiqamətli yola daxil olmuş və orada bu zaman əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daevoo Damas» markalı yük avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində sürücü Zərərçəkmiş şəxs3 və onun avtomaşınında olan sərnişinlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X11 aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Sürücü Məhkum hərəkəti üçün təhlükə hərəkət hissəsinin sağ kənarında dayanmış piyadaların sağdan sola doğru qaçmağa başladıqları anda yaranmışdır. Bu zaman Məhkum avtomaşınının sürəti 70-80 km/saat, piyadalar qaçmağa başladığı anda avtomaşınla piyadaların arasındakı məsafə 20-30 metr olmuşdur. Məhkum piyadaları vurmaqdan yayınmaq məqsədilə sola manevr etməklə mərhum Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daevoo Damas» markalı yük avtomobilinin hərəkət yoluna kritik qısa məsafədən çıxmış, bu səbəbdən nə o, nə də ki, digər sürücü mərhum Zərərçəkmiş şəxs3 toqquşmanını qarşısını almaq üçün vaxt çatdırıb heç bir təhlükəsizlik tədbiri görə bilməmişlər”. Müdafiəçilərin fikrincə,apelyasiya instansiyası məhkəməsi əsassız olaraq müd afiə tərəfinin gətirdiyi həmin dəlillərə əhəmiyyət verməmiş, hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi ilə əlaqədar zəruri araşdırma aparmamış,yol-nəqliyyat ekspertizası təyin edib müvafiq ekspert rəyi almamışdır. Zərərçəkmiş şəxslərin hüquqi varisləri – X7, X10, X8 və X1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsi və CM-in 62-ci maddəsi tətbiq edilməklə Məhkum 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən məhkəmələr tərəfindən ədalətsizliyə yol verilmiş, onun zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsi, zər ərçəkmiş şəxslərin hüquqi varislərinin ondan heç bir şikayət və tələblərinin olmaması, onunla barışmaları nəzərə alınmamış, onun cəzasının yüngülləşdirilməsinə dair verdikləri apelyasiya şikayətləri təmin edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi Ə.Hüseynovun və Məhkum, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və c inayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin onun yol-nəqliyyat hadisəsi törədən vaxt kifayət qədər araşdırılma aparılmadan əsassız olaraq sərxoş olması nəticəsinə gəlinməsi mübahisə edilir. Zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və onun barəsində CM-in 62-ci maddənin tətbiq olunması xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddə sinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələri nin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsinə görə “Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda beş i lədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bə raət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayət in tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cina yətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında tövsiyə olunur: “Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəql iyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.... Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Məhkəmələrə izah olunsun ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olubolmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir.” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələb lərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətində göstərilən məsələlərlə əlaqədar olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət işinin materiallarına əsasən mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir ki, Məhkum,14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə pozaraq, yəni özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobillə 90/km/saat sürətlə BinəqədiNovxanı yolu ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qa nununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, Məhkum «Land Rover» markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır kimi mümkün olan tədbirləri gör məli olduğu halda, bu qaydalara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək göstərilən ünvanda qarşıdan öz yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan «Daewoo Damas» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişalarına, maddəsinə və mədəciklərinə qansızma ilə müşayiət olunan ənsə sümüyünün kəllə əsasma keçən xətti sınığı, hər iki ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfdən 1-11-111-1 V.sol tərəfdən V-qabırğaların sınıqları, sağ bazu, sağ said, sol bud və burun sümüklərinin qapalı, hər iki aşıq-baldır oynaqlarının açıq sınıqları, sol ayaq pəncəsinin əz ilib-dağılması (deformasiyası); sağ bud nahiyəsinin və sağ aşıq-baldır oynağı nahiyəsinin əzilmiş-cırılmış yaralan, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin ön və arxa səthlərinin, qarın nahiyəsinin, sağ bazu nahiyəsinin, hər iki bud və baldır nahiyələrinin sıyrıqları ilə nəticələn sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmin avtomobildə sərnişinlər Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayiət olunan kəllə əsasının xətti sınığı, sağ və sol baldır sümüklərinin, sol diz oynağının qapalı sınıqları və sol said sümüklərinin açıq qəlpəli sınıqları, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapağının, döş qəfəsinin sol yarısının ön səthinin, sol said nahiyəsinin v ə sol aşıq-baldır oynağı nahiyəsinin qançırlar, alın nahiyəsinin səthi kəsilmiş yaraları, sağ və sol ayağın daban nahiyəsinin, sağ və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları, sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən İİİ,İV,V qabırğaların sınıqları, döş qəfəsinin sağ yarısının ön səthinin, sağ bazu nahiyəsinin, sağ və sol diz oynağı nahiyəsinin, sol bud nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İİ barmağının sıyrıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, X3 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayiət olu nan sağ təpəgicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, sol bud nahiyəsinin və sol diz oynağı nahiyəsinin qapalı sınıqları, alın nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ üst göz qapaqları və gözaltı nahiyənin, sağ yanaq nahiyəsinin, burun belinin, sol bud nahiyəsinin və sağ ayaq pəncəsinin qançırları, üst və alt dodağın selikli qişasına qansızmalar, sol gicgah nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol əlin arxa səthinin, sol ayağın bayır topuğunun, sol ayağın daban nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol ağciyərin yuxarı və aşağı paylarına qansızmalar ilə müşayiət olunan sol tərəfdən İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların və sağ ağciyərin yuxarı payına qansızmalar ilə müşayiət olunan sağ tərəfdən 1,11 qabırğaların sınıqları, alın nahiyəsinin, sağ yanaq nahiyəsinin, üst dodağın dərisinin, burun əsasının, sol gözaltı nahiyənin, sol almacıq və sol yanaq nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin ön və arxa səthlərinin, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının ön səthinin, döş qəfəsininin sol-yan səthinin, qarın nahiyəsinin, sağ və sol said nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sol aşıq-baldır oynağı nahiyəsinin, sol baldır nahiyəsinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin, sol ayaq pəncəsinin sıyrıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, X6 ehtiyatsızlıqdan hadisə yerində ölümünə səbəb olan başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alın-təpə nahiyəsində sağda başın yu mşaq örtüyü altına qansızma, alın sümüyünün kəllə əsasma keçən xətti sınığı, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin əzilmiş yarası, sağ qaşüstü nahiyənin, üzün sağ gözaltı və yanaq nahiyələrinin və sol bel nahiyəsinin sıyrıqları, döş qəfəsinin ön səthinin solda yumşaq toxumalarının əziyi, sol 11-İV qabırğaların qapalı sınıqları, sol mil sümüyünün oynaq başının sınığı ilə müşayiət olunan mil- bilək oynağının ön səthinin əzilmiş yarası, sol bud sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı ilə müşayiət olunan bud nahiyəsinin əzilmiş-cırılmış yarası, sol baldırın hər iki sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişmiş sınıqları ilə nəticələn, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, habelə Zərərçə kmiş şəxs5 məxsus **-ZL-*** dövlət qeydiyyat nişanlı «Daewoo Damas» markalı avtomobili yarasız vəziyyətə salaraq 7.000 manat məbləğində maddi ziyan vurmaqla iki nəfərdən daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin, hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi ilə əlaqədar apelya siya instansiyası məhkəməsinin zəruri araşdırma aparmaması, yolnəqliyyat ekspertizası təyin edib müvafiq ekspert rəyi almaması barədə dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 264.1-ci maddəsinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. CPM-nin 264.4-cü maddəsinə əsasən ekspertizanın təyin edilməsi haqqında qərarda digər məlumatlarla yanaşı: “264.4.3. ekspertizanın təyin edilməsinə əsas verən obyektiv hallar və onun motivlərinin əsaslandırılması” da göstərilməlidir. Qanunun tələbinə görə ekspertiza təyin edilməsi üçün ittiham və müdafiə tərəflərinin təqdim etdiyi məlumatların məhk əmə araşdırılması ilə təsdiq olunması da zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, baxılan cinayət işinə münasibətdə apelyasiya instansiyası məhkəməsi yol-nəqliyyat hadisəsinin baş vermə mexanizmi barədə obyektiv məlumatlar üzrə yol-nəqliyyat ekspertizası təyin edilib müvafiq rəy alındığından, əsaslı olaraq təkrar yol-nəqliyyat ekspertizasının təyin edilməsinə zərurət görməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri kifayət qədər araşdırma aparmadan Məhkum tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozulması, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən dig ər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobili alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi nəticəsinə gəlmişlər. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş, 14 iyun 2021-ci il tarixli 2/7854 №li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, 1978-ci ildə anadan olmuş Məhkum həmin gün saat 07:15-də Binəqədi RPİ-nin İŞ tərəfindən müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyin in Narkoloji mərkəzində müayinədən havanı müayinə edən cihaz kimi “Raport üsulu və ya indikator borucuğu” (konkret hansı cihazın olması göstərilməyib) qeyd edilməklə müayinədən keçirilmiş “yüngül dərəcəli alkoqol sərxoşluğu” (yəni 0,517 %) aşkar olunmuşdur. Həmin protokolda müayinəni keçirən tibb işçisinə (Səmədov V.A.) dair məlumatlar yazılmamış,onun müayinə aparmaq səlahiyyətinin olub-olmaması göstərilməmişdir.Həmçinin, müayinə protokolunu alan şəxsin imzası olsa da, həmin şəxsə dair məlumatlar protokolda yoxdur. Protokolda yoxlanılan şəxsin müayinə nəticəsi ilə tanışlığı haqqında qeydi və bunu təsdiq edən imzası da yoxdur. Protokolun 10-cu qrafasında “araq içdiyini deyir” sözlərinin hansı sənədlər və ya mənbələr əsasında yazıldığı göstərlmir.(cild 1, vərəqə 16) Binəqədi Rayon Polis İdar əsinin İstintaq şöbəsinin müstəntiqi X4 14 iyun 2021-ci il tarixli qərarı ilə “Kompleks məhkəmə-tibbi, bioloji və kimyəvi ekspertizanın təyin edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarda ekspertin qarşısında digər suallarla yanaşı, hadisə yerindən (o cümlədən Məhkum idarə etdiyi avtomobildən) götürülmüş qanabənzər maddələrin insan qanı olub-olmaması, Məhkum mənsub olub-olmaması, habelə Məhkum alkoqol və ya narkotik, psixotrop dərmanların təsiri altında olubolmamasının müəyyən edilməsinə dair suallar qoyulmuşdur. İlkin ifadələrində Məhkum 13 iyun 2021-ci ildə saat 21 radələrində yemək yeyərkən yarım bakal pivə içdiyini bildirmişdir. Lakin müstəntiq tərəfindən Məhkum içdiyi pivənin növü, alkoqol göstəriciləri, ümumiyyətlə alkoqollu, yaxud alkoqolsuz pivə olması aydınlaşdırılmamışd ır. İstintaqın sonrakı mərhələlərində Məhkum yol-nəqliyyat hadisəsi törədərkən ayıq olduğunu və heç bir spirtli içki qəbul etmədən avtomobili idarə etməsi barədə ifadələr vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli rəy ilə müəyyən edilmişdir ki, təqsirləndirilən Məhkum götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq nəticəyə gəlinmişdir ki, Məhkum götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, amil spirtləri, barbitur turşu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fcnotiazin, pirazalon, benzodizepi törəmələri, salisilatlar və kannabinoi d (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən) aşkar edilməmişdir. Ekspertin rəyində həmçinin qeyd olunur ki, Məhkum 20 ml qan və 40 ml sidik nümunələri məhkəmə-kimya şöbəsində götürülmüşdür. (cild 2, vərəqə 21-24) İbtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən 14 iyun 2021-ci il tarixli 2/7854 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”nda Məhkum müayinə zamanı yüngül dərəcəli sərxoş olmasına dair göstərilən məlumatlarla əlaqədar, həmçinin həmin protokolda yazılan məlumatlarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli rəydə əks etdirilən məlumatlar arasında o lan ziddiyyətlərin aradan qaldırılması üçün heç bir araşdırılma aparılmamışdır. Həmçinin, ibtidai araşdırılma orqanı tərəfindən tərtib olunmuş ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli rəyinin deyil, 14 iyun 2021-ci il tarixli 2/7854 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”nun sübut kimi qəbul edilməsinin səbəbləri göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin ziddiyyətin aradan qaldırılması üçün heç araşdırma aparmamış və gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Müdafiə tərəfinin apellyasiya şikayətində ilk növ bədə Məhkum sərxoşluq məsələsi mübahisələndirilmişdir. Məhkum məhkəmədəki ifadəsində spirtli içki içən olmadığını və həmin gün də spirtli içki içmədiyini bildirmişdir. Lakin Məhkum ibtidai istintaq zamanı 14 iyun 2021-ci il tarixdə şahid və şübhəli şəxs qismində, 16 iyun 2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən pivə içdiyini etiraf etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qanda spirtin miqdarından asılı olaraq tibb məlumatlara əsasən ümumiyyətlə sərxoşluğun bir neçə dərəcələri fərqləndirilir. Belə ki, 0,1-0,5 faiz yüngül dərəcə, 0,5-2 faiz orta dərəcə, 2-6 faiz ağır dərəcə, 6 faizdən yuxarı sərxoşluğun ölümlə nəticələnə bilən dərəcəsi hesab olunur. Məhkum istinad olunan tövsif edici əlamətlərdən biri də onun avtomobili alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etməsidir. 14 iyun 2021-ci il tarixli 2/7854 saylı tibbi müayinə protokoluna əsasən Məhkum 14 iyun 2021-ci il tarixdə saat 07:15-də müayinə zamanı yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Əvvəla, göründüyü kimi Məhkum sərxoşluqla bağlı ilkin müayinəsi hadisədən təxminən 7 saat sonra aparılmışdır. Müdafiə tərəfinin əsaslandığı 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli rəydə isə Məhkum analiz nümunələrinin nə vaxt götürülməsi öz əksini tapmamışdır. Rəydə ekspertizanın müstəntiqin 14 iyun 2021-ci il tarixli göndərişi əsasında keçirildiyi göstərilsə də, bununla bağlı ekspertiza təyin edilməsi barədə müstəntiqin 14 iyun 2021-ci il tarixli qərarının ekspertə nə vaxt göndərilməsi və nə vaxt ekspertə daxil olması barədə iş materiallarından görünmür. Bundan b aşqa, qeyd edilməlidir ki, iş üzrə bir çox ekspertizalar təyin edilmiş və həmin ekspertiza qərarları ilə, o cümlədən sərxoşluğun təyini barədə 14 iyun 2021-ci il tarixli qərarla təqsirləndiriləndirilən şəxs və onun müdafiəçisi 15 iyun 2021-ci il tarixdə tanış edilmişlər. Bu hal onu düşünməyə əsas verir ki, Məhkum ikinci dəfə analiz nümunələri hadisədən uzun müddət keçdikdən sonra götürülmüşdür və belə olan halda onun sərxoşluğunun keçməsi mümkün idi. Odur ki, ilkin məlumatlara və ilkin sübutlara əsasən Məhkum hadisə vaxtı yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur.” Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında da göstərilir ki, məhkəmə araşdırdığı sübutlara deyil, düşüncələrinə əsasən nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirlənd irilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlinin tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, onun yol-nəqliyyat hadisəsi törədərkən alkoqol sərxoşluğu vəziyyətində olub-olmamasının müəyyən edilməsi üçün zəruri olan istintaq hərəkətlərinin, o cümlədən: - Məhkum 14 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji mərkəzində müayinədən keçirilməsinə dair protokolda göstərilən məlumatların həqiqəti əks etdirib-etdirməməsinin müəyyən edilməsi; -Məhkum Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin məhkəmə-kimya şöbəsində 20 ml qan və 40 ml sidik nümunələri nə vaxt götürülməsi; - Məhkum qan və sidik nümunələrinin götürüldüyü vaxta qədər olan müddət ərzinə onun sərxoş olub-olmamasının müəyy ən edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 1728/K nömrəli rəydə göstərilən məlumatların sübut kimi qəbul edilməsi yetərli olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Aərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş,”Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına əsasən: “2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edil məsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. 3.4. Müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. 3.5. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. 3.6. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkimnarkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir.” Məhkəmə kollegiyası qeyd edir ki,apellyasia instansiyası məhkəməsi tərəfindən Məhkum 14 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji mərkəzində müayinədən keçirilməsi zamanı qeyd olunan Qaydaların tələblərinə əməl olunub-olunmaması araşdırılmalıdır. CPM-nin 33.3-cü maddəsinin tələbinə görə “Cinayət prosesində heç bir sübutun və d igər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” CPM-nin 125.1-ci maddəsinin tələbinə görə “Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.” Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozulması, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, özünə məxsus texniki cə hətdən saz vəziyyətdə olan idarə etdiyi **-CO-*** dövlət qeydiyyat nişanlı «Land Rover» markalı avtomobili alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi nəticəsinə gələrək,onun törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə tövsif edərkən CPM-nin 144-cü maddəsinin tələblərinin ziddinə olaraq, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, toplanmış sübutları düzgün təhlil etməmiş, iş üzrə yekun məhkəmə qərarı qəbul edərkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 3 27-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Zərərçəkmiş şəxslərin hüquqi varisləri – X7, X10, X8 və X1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsi və CM-in 62-ci maddəsi tətbiq edilməklə Məhkum 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Bununla əlaqədar məhkə mə kollegiyası qeyd edir ki, məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə əsasən apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli olduğundan və cinayət işinə yenidən baxılmasının nəticəsindən asılı olaraq təqsirləndirilən şəxs Məhkum qanuna müvafiq olaraq cəza veriləcəyinə görə zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsinin kassasiya şikayətində irəli sürülən dəlillərə də apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd et mişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Lakin apellyasiya instansiya məhkəməsi ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nətic əyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyəti aradan qaldırmadan qərar çıxarmışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsin in hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Barbera, Messege və Habardo İspaniyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Göründüyü kimi Məhkum ittiham edildiyi Azərbaycan Respublikası CM-in 2 63-1.4-cü maddəsi ilə bağlı cinayət işində kifayət qədər mübahisəli məqamlar mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, baş vermiş c inayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhk əməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-39/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-39/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver