Məhkəmə qərarları › İş №1(102)-39/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-39/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-39/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, xx xxxxxxx 2000-ci ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri il ə və 04 avqust 1998-ci ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli, 1(104)-41/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 1(076)-172/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: H.K.Məhəmmədi) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən onun 10 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci ilə tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı və 13 oktyabr 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək ev dustaqlığında olduğu 03 ay müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Adı çəkil ən hökm ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin başlanğıcı Məhkum2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Hökmlə həmçinin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş qızıl zinət əşyaları (hökmdə adları göstərilib), olmadığı təqdirdə onları dəyəri 18985 manat pul Məhkum2 tutularaq Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs nümayəndəsi X5, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), R.M.Cəfərov və N.T.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum1 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Məhkum2 vasitəsilə 2022-ci ilin mart-iyun aylarında, istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə və vaxtda sonuncunun Şəmkir rayonu, Düyərli kəndində yerləşən yaşadığı evdə onunla birgə yaşayan qaynı arvadı Zərərçəkmiş şəxs məxsus yataq otağında saxlanc yeri hesab edilən sandıqdan 1 ədəd 4930 manat dəyərində, 583 əyarlı, 58 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1530 manat dəyərində, 583 əyarlı, 18 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 2 cüt sırğa, 1 ədəd qızıl üzük və 1 ədəd 520 manat dəyərində, 583 əyarlı, “beşlik” qızıl klonu gizli talayıb Şəmkir rayonu Düyərli kəndində yaşadığı evin yaxınlığında ona vermiş, Məhkum1 isə həmin qızılzinyət əşyalarını Şəmkir rayonunda və Gəncə şəhərində istinaqa məlum olmayan ünvanlarda sataraq əldə etdiyi pulları Məhkum2 ilə bölmüş, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 10380 (on min üç yüz səksən) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkum2 2022-ci ilin mart-iyun aylarında, istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə və vaxtda Şəmkir rayonu Düyərli kəndində yerləşən yaşadığı evdə onunla birgə yaşayan qaynı arvadı Zərərçəkmiş şəxs məxsus yataq otağinda saxlanc yeri hesab edilən sandıqdan 1 ədəd 4930 manat dəyərində, 583 əyarlı, 58 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 2125 manat dəyərində, 583 əyarlı, 25 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3825 manat dəyərində, 583 əyarlı, 45 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3400 manat dəyərində, 583 əyarlı, 40 qram çəkidə “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Re kert” formalı qızıl boyunbağı, 1 ədəd 1020 manat dəyərində, 583 əyarlı, 12 qram çəkisi olan qızıl boyunbağı, 1 ədəd 1530 manat dəyərində, 583 əyarlı, 18 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkisi olan “mələk” qızıl klon, 2 ədəd, hər biri 595 manat dəyərində, 583 əyarlı, 7 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 2 ədəd, hər biri 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 510 manat dəyərində, 583 əyarlı, 6 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 425 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 6 ədəd, hər biri 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə birilyant qaşlı üzüklər, 4 ədəd, hər biri 340 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə birilyant qaşlı üzüklər, 1 ədəd 1060 manat dəyərində, 583 əyarlı, 12,5 qram çəkidə qızıl üzük, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkidə qızıl üzük və sırğa dəsti, 2 ədəd, hər biri 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə halqa formalı sadə qızıl uşaq sırğası, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə gül formalı qızıl uşaq sırğası, 1 ədəd 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə kitab formalı qızıl klon, 1 ədəd 380 manat dəyərində, 583 əyarlı, 4,5 qram çəkidə paxlava formalı çox qaşlı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə “şanel” formalı qızıl klon, 1ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə ürək formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə yarpaq formalı qızıl klon, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə dairəvi formalı, üzərində ərəb yazısı olan qızıl klon və 1 ədəd 520 manat dəyərində, 583 əyarlı, “beşlik” qızıl klonu gizli talamış, qızılların 10380 manat dəyərində olan hissəsini Şəmkir rayonu, Düyərli kəndində yaşadığı evin yaxınlığında Məhkum1 vermiş, sonuncu isə həmin qızıl-zinət əşyalarını Şəmkir rayonunda və Gəncə şəhərində istintaqa məlum olmayan ünvanlarda sataraq əldə etdiyi pulları onunla bölmüş, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 29365 (iyirmi doqquz min üç yüz altmış beş) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini on unla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən məhkumlar tərəfindən oğurlanmış qızıl-zinət əşyalarının ümumi dəyəri 50000 manatdan çox məbləğ təşkil etdiyi halda Məhkum1 və Məhkum2 əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum olunmuşlar. Kassator hesab edir ki, Məhkum1 və Məhkum2 əməllərinə obyektiv qiymət verilməsi üçün cinayət işi materiallarında keçən 10 yaşlı uşağın şəxsiyyətinin müəyyən edilməsi, həmçinin təkrar ekspertiza keçirməsi (nümayəndə iddia edir ki, ekspert rəyində qızılların qiyməti düzgün müəyyənləşdirilməmiş) vacib olduğu halda məhkəmələr tərəfindən həmin hallara qiymət verilməmiş, nəticədə məhkumların əməlləri daha yüngül maddələr ilə tövsif edilməklə, həmin maddələrə uyğun olaraq onlara yüngül cəza təyin edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum1 və Məhkum2 daha ağır ittihamın irəli sürülməsi üçün cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəy yən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) o lduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində Məhkum1 və Məhkum2 əməllərində daha ağır cinayətlərin tərkibi olduğu halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilindiklərini və onlara həddindən artıq yüngül cəzanın təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və daha ağır ittihamların irəli sürülməsi üçün cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin t ələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2024-cü il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi h issəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada tə sbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, mad də 146.1). Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, sonuncu məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 tərəfindən oğurlanmış qızıl-zinət əşyalarının ümumi dəyərinin 50000 manatdan çox məbləğ təşkil etdiyini iddia edərək, hər iki şəxsə daha ağır ittihamın (CM 177.3.2) irəli sürülməsi üçün cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, cinayət təqibi orqanı tərəfindən Məhkum1 və Məhkum2 qarşı Cinayət Məcəlləsinin başqa bir maddəsi ilə cinayətin törətməsi barədə ittiham irəli sürülməmiş, onlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmişlər. Həmçinin CPM-in 318.1-ci maddəsinə ə sasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 318.2-ci maddəsinin tələblərindən görünür ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilmə si və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. CPM-in 318.1 və 318.2-ci maddələrində təsbit edilmiş normaların təhlili göstərir ki, əvvəla məhkəmə cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır və onun öz təşəbbüsü ilə təqsirləndirilən şəxsə daha ağır ittihamın elan edilməsi üçün cinayət işini və ya sadələşdirilmiş icraat materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, yaxud da təqsirləndirilən şəxs barəsində ona elan edilməmiş daha ağır ittiham üzrə hökm çıxarmaq və ya qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsə qarşı daha ağır ittihamın irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısının vəsatətinin təmin edilməsinə dair tələb imperativ xarakter daşıdığı halda, bu haqda zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsi qaldırdığı vəsatət üzrə qərarın qəbul edilib-edilməməsi məsələsi dövlət ittihamçısının rəyi nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən həll edilir. Yəni məhkəmə belə vəsatətin həm təmin edilməsi, həm də rədd olunması haqda qərar qəbul edə bilər və belə qərardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərlə yanaşı cinayət-prosessual qanunvericiliyinin müvafiq normalarına əsaslanan məhkəmə kollegiyası eyni zamanda onu da qeyd etməyi zəruri bilir ki, birinci və apellyasiya instansiyası məhkəmələrində icraatın aparılması barədə tələblərə (müvafiq olaraq CPM-in XL-XLV və XLVİİ fəsillərində olan maddələrə) nəzər yetirildikdə görünən odur ki, CPM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar yalnız birinci instansiya məhkəməsində aparılan icraata aiddir və belə olan halda cinayət işinə və ya sadələşdirilmiş icraat materiallarına apellyasiya qaydasında baxılarkən istər dövlə t ittihamçısı, istərsə də zərərçəkmiş və ya onun qanuni nümayəndəsi tərəfindən təqsirləndirilən şəxsə daha ağır ittihamın elan olunması və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud da birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət qaldırılsa belə, apellyasiya instansiyası məhkəməsi həmin vəsatət üzrə hər hansı (onun təmin və ya rədd edilməsi haqqında) qərar qəbul etmək səlahiyyətində deyil. Qanunvericiliyin tələbinə görə, yalnız CPM-in 391.8-1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında Azərbaycan Re spublikası Baş Prokuroru, Naxçıvan Muxtar Respublikasının ərazisində isə - Naxçıvan Respublikası Prokuroru apellyasiya protesti verdikdə və apellyasiya instansiyası məhkəməsi belə protestlə razılaşdıqda, həmin məhkəmə ilkin baxış iclasında apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-in 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən, bu halda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir və cinayət işini və məhkəməyədək sadələşdirilmiş icraat materiallarını birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasını n keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində nə dövlət ittihamçısı nə zərərçəkmiş şəxs, nədə ki, zərərçəkmiş şəxsin nümayəndəsi, Məhkum1 və Məhkum2 daha ağır ittihamın elan olunması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə bağlı vəsatət verməmişlər, əksinə Zərərçəkmiş şəxs nümayəndəsi Akif İsmayılov məhkəməyə mülki iddia (daha sonra dəqiqləşmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş) verərək cavabdehlərdən 37620 manat məbləğin alınıb zərərçəkmiş şəxsə verməsini xahiş etmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Məhkum1 və Məhkum2 barələrindəki Şəmkir Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmündən CPM-in 391.8-1-ci maddəsində nəzərdə tutulmuş apellyasiya protesti verilmədiyindən apellyasiya instansiyası məhkəməsi də CPM-in 391.9.1 və 391.9.2-ci maddəsində göstərilən qərarı qəbul etməmişdir. Zərərçəkmiş şəxs isə həmin hökmdən CPM-in 391.8-1-ci maddəsində göstərilən məzmunda apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən tələbə uyğun qərar qəbul etmək səlahiyyətində olmamış və buna görə də, məhkəmə həmin şikayətə Məhkum1 və Məhkum2 elan olunmuş və onların təqsirli bilindikləri ittiham daxilində baxaraq müvafiq qərar qəbul etmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə, kassasiya instansi yası məhkəməsi də özünə aid icraatı həyata keçirərkən məhkum olunmuş şəxslərə daha ağır ittihamın elan olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarını (hökmünü), yaxud da onunla birlikdə birinci instansiyası məhkəməsinin hökmünü və ya qərarının ləğv etmək və cinayət işinə yenidən baxılması üçün həmin işin birinci və ya apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında qərar qəbul etmək səlahiyyətinə malik deyil ona görə ki, bununla bağlı tələb CPM-in 416 və 419-cu maddələrində nəzərdə tutulmamışdır. Odur ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmələri işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğunda n, kollegiya bu məsələ ilə əlaqədar zərərçəkmiş şəxsin nümayəndəsinin irəli sürdüyü iddia ilə və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum1 və Məhkum2 talama cinayətini törətmələri və onların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayətin tərkibinin olması, onların həmin maddələrlə təqsirlilikləri birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxışının, habelə apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-14 6-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr cinayət prosesi tərəflərinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində (apellyasiya şikayəti ilə birə bir olan kassasiya müraciətində) isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 və Məhkum2 cinayət əməllər inin faktiki məzmunu, əməlinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi, onların bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə və ittiham tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Belə olan halda zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmələr tərəfindən sübutların cinayət-prosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilməməsi, məhkəmələrin sübutların yolv erilməzliyi üzrə nəticələrinin düzgün olmaması, Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etməməsi haqqında mülahizələri və müvafiq olaraq onun kassasiya müraciəti əsaslı sayıla bilməz. Zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum1 və Məhkum2 barələrində məhkəmə tərəfindən təyin edilmiş cəzalarının yüngül olmasına həsr olunmuş kassasiya şikayətində (şikayətin məzmunundan) istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi məhkum edilmiş şəxslərə təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, Məhkum1 və Məhkum2 hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində deyil, 177.3.2-ci madd əsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandırdığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən Məhkum1 və Məhkum2 cəzasının yüngül (hətta təqsirli bilindikləri maddələrlə belə) olmasına dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın on un islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar (Məhkum1 cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ailədə qazanc gətirən yeganə şəxs olmasını, Məhkum2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, iki nəfər azyaşlı uşağının olmasını) və ağırlaşdıran halların olmaması nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublika sı CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 onun tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum1 və Məhkum2 barələrində olan 13 may 2024-cü il tarixli, 1(104)-41/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum1 və Məhkum2 barələrində olan 13 may 2024-cü il tarixli, 1(104)-41/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar