Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-390/2019 27.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) –390/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "27" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2017-cı il ta rixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2017-cı il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2017-cı il tarixli hökmü ilə (sədrlik edən hakim F.N.Məmmədov, hakimlər S.Ə.Əzizov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) xx xxxxxx 1994-cü ildə Ağdaş rayonunun Pirəyir kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “xxxxx” şirkətində operator vəzifəsində işləmiş, Ağdaş rayonu, Pirəyir kəndində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxxx 1989-cu ildə Ağdam rayonunun Papravənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “xxxxx” şirkətində iş icraçısı vəzifəsində işləmiş, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2017-cı il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, onlar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq mə qsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2016-cı ilin mart ayında iki dəfə müşahidə apardıqları Gədəbəy şəhərində yerləşən “xxxx” MMC-yə məxsus bazarda Gədəbəy şəhər sakini Zərərçəkmiş şəxs məxsus bir-birinə yaxın iki mağazadakı qızıl-zinət əşyalarını oğurlamaq üçün maneələri aradan qaldırmaqdan ötrü özləri ilə dəmir ling (lom), dəmir kəsən mişar və vintaçan, həmçinin əl-barmaq izlərinin qalmamasından ötrü rezin əlcək götürüb 04 aprel 2016-cı ildə gecə saat 02 radələrində həmin mağazaların yanına gələrək Məhkum2 əlindəki dəmir lingi qapının ağzında bağlanmış itin boğazına soxaraq öldürdükdən sonra kiminsə gələcəyi təqdirdə xəbər verməsi üçün mağazadan bir qədər aralıda dayanıb nəzarət etmiş, Məhkum1 isə əvvəlcə təxminən 40-42 metr aralıda yerləşən göy rəngli sinteti k çadırdan quraşdırılmış köşkün bir tərəfini yerdən götürdüyü şüşə parçası ilə kəsib köşkə daxil olduqdan sonra içəridəki taxta materialdan tikilmiş tikilinin qapısını üzərində kilid kimi istifadə olunan mismarı əyməklə qapını açıb saxlanc yerinə qanunsuz daxil olaraq stulun üstündəki taxtanın üzərində düzülmüş, müxtəlif formalı qızıl-zinət əşyalarını da sellofan torbaya yığıb götürməklə Zərərçəkmiş şəxs məxsus cəmi 90.670 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışlar. Hökmdən məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi K.M.Yunusov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və E.A.Bayramovdan ibarət tərkibdə) 31 may 2 017-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2017-cı il tarixli hökmü dəyişdirilməmiş, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2017-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə onlara daha yüngül cəza təyin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ilk dəfədir ki məhkum edilmiş, əməlini etiraf etmiş, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmiş, onunla barışmış, zərərçəkmiş şəxs özü ona yüngül cəza təyin edilməsini xahiş etmiş, lakin apellyasiya məhkəməsi bu halların heç birini nəzərə almamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr onun ilk dəfə məhkum edilməsini, əməlini etiraf etməklə, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxs ona yüngül cəza təyin edilməsini xahiş etməsini nəzərə almamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmu ş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya m əhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkumlar Məhkum1 və Məhkum2 hərəkəti Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya m əhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətlərində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətlərində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü və ondan verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırdıqdan sonra belə nəticəyə gəlmişdir ki, qanuni və əsaslı olan bu məhkəmə aktının cəza ilə bağlı hissəsinin dəyişdirilməsi üçün əsaslar yoxdur. Be lə ki, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Plenum həmin qərarında daha sonra məhkəmələrə izah etmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin icti mai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən hallar, habelə məhkumların şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Müdafiəçi birinci instansiya məhkə məsinin onun müdafiə etdiyi şəxslər barəsində cəzanı yüngülləşdirən halları nəzərə almadığını iddia etsə də barəsində şikayət verilən hökmdən görünür ki, məhkəmə məhkumların əməllərindən səmimi peşman olmalarım, dəymiş maddi zərəri tam ödəmələrini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, iş yeri üzrə müsbət xarakterizə olunmalarını, məhkumlardan Məhkum2 məcburi köçkün olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən məhkumların əməllərində ağırlaşdırıcı halların olmamasını nəzərə almış və məhkumlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddindən az, 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CM -nin 177.3.2-ci maddəsinin sanksiyasında başqa dalıu yüngül cəza olmadan, yalnız, 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və birinci instansiya məhkəməsi də məhkum edilmiş şəxslərin hər birinə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə ümumilikdə cəzanın ədalətliliyinə dair Cinayət Qanunun tələblərini gözləmişdir. Bundan başqa kollegiya cəzanın şərti hesab edilməsi ilə əlaqədar bildirir ki, məhkumlar Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın şərti hesab edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah o lunmasını mümkün sayırsa, hamin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxslərin əməllərindən səmimi peşman olmaları, dəymiş maddi ziyanı ödəmələri, zərərçəkmiş şəxsin məhkumlardan şikayət və tələbinin olmaması, məhkumların iş yeri üzrə müsbət xarakterizə olunmaları digər sadalanan hallar cinayət qanununa əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınsa da, bu hallar heç də bütün hallarda cəzanın şərti sayılması üçün şərtsiz əsas ola bilməz. Söz yox ki, qanunverici CM-nin 70-ci maddəsinə əsasən məhkumun cəza çəkm ədən çəkmədən islah olunmasının mümkün sayıldığı hallarda cəzanın şərti olaraq tətbiq edilməsini də istisna etməmişdir. Lakin, həm cinayət qanunun bu müddəalarının əlaqəli təhlilinə, həm də qanunun izahı ilə bağlı Ali Məhkəmə Plenumunun mövqeyinə görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, təqsirkar əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq, yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasda məhkumun müsbətyönümlti davranışlarının məcmusunu nəzərdə tutur. Nəzərə alınmalıdır ki, CM-nin 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi nin qarşısının alınmasından ibarətdir və bu baxımdan məhkumun cəzasının şərti olaraq tətbiq edilməsi ilk növbədə cəzanın məqsədlərinə cavab verdiyi halda mümkündür. Məhkəmə kollegiyasının fikrinə görə işin halları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti ilə bağlı cəzanı yüngülləşdirən hallar məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas versə də, cəzanın şərti olaraq tətbiq edilməsi ilə inam yaratmır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tam, hərtərəfli araşdıraraq və iş üzrə müəyyən edilmiş hallara obyektiv qiymə t verərək hesab edir ki, birinci instansiya məhkəməsi təqsirkar şəxslər Məhkum1 və Məhkum2 əməlinin tövsifi, onlara təyin edilmiş cəzanın əsasları, növü və müddəti ilə bağlı düzgün nəticəyə gəlmiş, həm əməlin tövsifi, həm cəza təyini zamanı, ümumiyyətlə, bütövlükdə icraat zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini gözləmiş, nəticədə qanuni və əsaslı qərar qəbul etmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmişdir. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şü bhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onların ailələrinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassas iya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslxxxxaq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2017-cı il tarixl i qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-390/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-390/2019
27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver