Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-390/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsi – Şirvan Bakı regional Vəkil Bürosunun vək ili Əbdürəhmanov Kənan Səfər oğlu, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Seyidov Tofiq Seyidqulu oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Balayev Nail Barat oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Musayev Aqil Əlisa oğlu, hakimlər Quliyev Nizami Fərzi oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) xx xxxxx 1995-ci il tarixdə Lənkəran şəhərində anadan olmu ş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran ünvan1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 28 yanvar 2019-cu il tarixdə saat 23 radələrində Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbə sakini X9 bacısı X19 mobil telefonun “WhatsApp” proqramı vasitəsilə tanışlıq məzmunlu “sms” mətnləri göndərdiyi barədə sonuncunun əri X2 məlumat aldıqdan sonra qəzəblənib şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə X9 qəsdən öldü rmək qərarına gələrək, bu məqsədlə 29 yanvar 2019cu il tarixdə saat 09 radələrində X13 Bakı şəhərinə getmək üçün Lənkəran şəhərində “Ləvəngi dairəsi” adlanan ərazidə yerləşən avtovağzalda olduğunu öyrəndikdən sonra yaşadığı evdən özünə məxsus, dəstəyi qara rəngdə, ümumi uzunluğu 210 mm., tiyəsinin uzunluğu 92 mm. olan, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən qatlanan turist bıçağını götürüb şalvarının kəmərinə keçirmiş, niyyətini X5 gizlədərək sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, AZ**-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtovağzala getmiş və orada X9 avtovağzalın girişində avtobusların yanında dayandığını görüb öldürmək məqsədilə sonuncuya tərəf qaçmış və onu görüb təhlükə hiss etdiyinə görə qaçmağa başlayan X9 “Xan Lənkəran” restoranının a rxa girişinə qədər təqib edib yaxın ərazidə qarşısını kəsərək yumruq və təpiklə bir neçə dəfə qəsdən zərbə vurması nəticəsində sağlamlığa zərər vurmayan olduğuna görə dərəcəsi təyin olunmayan sol gözaltı nahiyəsində qançır, sol çənəbucağı, burun, hər iki əl, sol said və sol diz qapağı nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər yetirdikdən sonra sinə və qarın nahiyələrinə şalvarının kəmərində saxladığı bıçaqla bir neçə dəfə qəsdən zərbə vurması nəticəsində güclü daxili və xarici qanaxma ilə müşayiət olunan, ölümünə səbəb olan və yetirilmə anında həyat üçün təhlükəli olmaqla dərəcəsinə görə sağlamlığa ağır vurmaya aid olan, döş qəfəsinin Vİ-Vİİ sağ qabırğaları səviyyəsindən daxilə keçərək Vİ-Vİİ sağ qabırğa, döş sümüyü, sağ plevra, sağ ağciyərin aşağı payı, ürək kisəsi və ürəyin sağ mədəci yini zədələyən döş qəfəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları, daxilə keçməyən və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan döş qəfəsi, qarın və sol said nahiyələrinin üç ədəd kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirərək X9 qəsdən öldürmüş və ya qəsdən həyatdan məhrum etmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X33 oğlunun nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən Əliyev Elşad İbiş oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə,) 11 sentyabr 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X33 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qeyd olunan qərarını ləğv edilməsini, Məhkum əməlinin CM-nin 120.1-ci maddəsindən CM-nin 120.2.1, 120.2.2 və 120.2.4-cü maddələrinə tövsif edərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş maksimum həddə cəza verilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X33 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı istərsə də birinci instansiya məhkəsində vəsatətlə müraciət edərək Məhkum əməlinin CM-nin 120.1-ci maddəsindən CM-nin 120.2.1, 120.2.2 və 120.2.4-cü maddələrinə tövsif edilməsini, ondan başq a bu cinayətdə iştirak etmiş X5 da təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə ittiham elan edilməsini xahiş etsə də heç bir əsaslı səbəb gətirilmədən vəsatətləri təmin edilməmişdir. X17 istintaq zamanı verdiyi ifadəsində həyat yoldaşı X19 başqa bir şəxslə yazışması barədə Məhkum məlumat verdikdən sonra Məhkum 28 yanvar 2019-cu il tarixdə gecə saatlarında X5 uşaqlarımda götürüb evi tərk etməsini və bacısı X19 öldürəcəyini bildirmiş, lakin X5 qorxduğu üçün onun bu təklifi ilə razılaşmamışdır. Lakin elə həmin gecə X24 telefonundan onun adıyla “WhatsApp” proqramı vasitəsilə X9 ilə yazışaraq ondan şəkil istəmiş, şəkil əldə etdikdən sonra onun harada olması barədə məlumat almışdır. X2 əldə etdiyi məlumatları dərhal Məhkum bildirmişdir. Çox təəssü f ki, istər ibtidai istintaq orqanı, istərsə də işə baxan məhkəmələr tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Belə ki, X25 bacısı X19 real olaraq öldürmək istədiyinin şahidi olduğu halda onun nə üçün həmin gecə israrla X26 Əlilinin adından danışaraq X9 şəklini və harada olması barədə məlumatları əldə etməsini və əldə etdiyi məlumatları demək olar ki, dərhal yəni, 29 yanvar 2019-cu il tarixdə səhər 7-8 radələrində Məhkum ötürərək onunla birlikdə avtovağzala getməsini araşdırmamış və bu məsələyə hüquqi qiymət verməmişlər. İstintaq orqanı, eləcə də işə baxan məhkəmələr tərəfindən X2 “mən X9 şəklini olduğu yer barədə məlumatları əldə etməkdə məqsədim onunla söhbət etmək olmuşdur, mənim Məhkum X9 öldürmək niyyəti barədə məlumatım olmamışdır” kimi ifadələrini səmimi qəbul edərək guya onun bu cinayət hadisəsi ilə əlaqəsi olmaması qənaətinə gəlmişdir. X22 X9un harada olması və kim olması barədə məlumatları Məhkum çatdırmasaydı bu cinayət baş verməyəcəkdi. Məhkum ağır cinayət törətdikdən sonra X2 etirafedici ifadələr verməsi əlbəttə inandırıcı olmazdı və bu məsələnin aydınlaşdırılması məhz istintaq orqanının üzərinə düşürdü, lakin istintaq orqanı tərəfindən bu məsələyə səthi yanaşılmışdır. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, Məhkum ifadəsində avtomobildən düşərək dərhal X9 üzərinə qaçması və onu təqib etdikdən sonra qarşısın kəsərək əvvəlcə yumruq və təpiklə, sonra isə bıçaqla xəsarət yetirərək onu öldürməsini bildirmişdir. Hadisə yerində olan şahidlər ifadələrində Məhkum mane olmayacaqları təqdirdə onun bıçaq zərbələrini vurmaqda davam edəcəyini bildirmişlər. Bu isə Məhkum xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla X9 öldürdüyünü bir daha təsdiq edir. Belə ki, Məhkum heç bir sorğu-sual etmədən yalnız X2 dedikləri əsasında X9 hücum edərək özünündə bildirdiyi kimi kənarda olan şəxslərin gözü qarşısında ard-arda bir neçə bıçaq zərbəsi vuraraq X9 öldürmüşdür. Lakin istintaq orqanı, eləcə də birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən bu məsələyə səthi yanaşılmış, yalnız Məhkum ifadəsi mötəbər sübit kimi qəbul edilmiş, digər şahid ifadələrinə isə hüquqi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alaraq zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya məhkəməsinin qeyd olunan qərarını ləğv edilməsini, Məhkum əməlinin CM-nin 120.1-ci maddəsindən CM-nin 120.2.1, 120.2.2 və 120.2.4-cü maddələrinə tövsif edərək ona həmin maddələrin sanksiy asında nəzərdə tutulmuş maksimum həddə cəza verilməsini barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsi kassasiya şikayətinin təmin edilməsi, müdafiəçi və dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarı isə zərərçəkmiş şəxsin hüquqi varisi Balayev Nail Barat oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Resp ublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi verilmiş kassasiya şikayətində məhkumun əməlinin daha ağır maddələrlə tövsif edilməsi və ona ən ağır cəza təyin edilməsi iddia edilir. Şikayətin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdı rma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellaysiya məhkəməsinin qərarında göstərilmişdir ki, “...iş materialları ilə müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cin ayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi q əbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Məhkum ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğ un gəlmişdir. Apelyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X33 və onun nümayəndəsi X4 apelyasiya şikayətlərində Məhkum cinayət törətməyə təhrik edən X5 da cinayət məsuliyyətinə cəlb edilməsini, Məhkumun törətdiyi cinayət əməlinin CM-nin 120.1-ci maddəsindən CM-in 120.2.2-ci maddəsinə tövsüf olunmasını, həmçinin birinci instansiya məhkəməsi tərəfindən Məhkumun könüllü gəlməsi barədə müddanın hökmdən xaric edilməsini, CM-in 60-cı maddəsi tətbiq olunmadan ona təyin edilmiş cəzanın daha da ağırlaşdırılması barədə yeni hökm çıxarılmasını xahiş etmişlər. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci inst ansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Apelyasiya şikayətində göstərilən hallar da hökmün ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, cinayət işində olan Lənkəran Rayon prokurorunun böyük köməkçisi x18 29 aprel 2019-cu il tarixli «Sübutların qiymətləndirilməsi qərarından» görünür ki, X10 və qeyrilərinin əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CMnin 120.2.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. Həmçinin təqsirləndirilən şəxs Məhkum əməlində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, xüsusi amansız lıqla qəsdən adam oldürmə, habelə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, eləcə də xuliqanlıq faktalı müəyyən edilmədiyindən, onun barəsində Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir və həmin qərar hazırda ləğv olunmamışdır qüvvədədir. Həmçinin, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X33 və onun nümayəndəsi X4 təqsirləndirilən şəxs Məhkumun təqsirini boynuna almaqla könüllü gəlmədiyi, polis əməkdaşları tərəfindən tutulması, ona CM-nin 60-cı maddəsi tətbiq olunmadan cəza təyin edilməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X29, polis əməkdaşları X11, X14, X15, X12 və digər şahidlər Məhkum təqsirini boynuna almaqla könüllü polis gələrək özünü təqdim etdiyini təsdiq etmişlər. İşə baxan birinci instansiya məhkəməsi Məhkumun təqsirini boynuna almaqlə könüllü gələrək özünü təqdim etməsini CM-nin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirinə hallar kimi nəzərə almış və CM-nin 60-cı maddəsini tətbiq edərək Məhkum təqsirli bilindiyi CM-nin 120.1-ci maddəsinin sanksiyasının yüxarı həddinin 14 ilin dördə üçündən çox olmamaqla, yəni 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Ona gərə də, zərərçəkmiş şəxsin hüquqi varisi X33 və onun nümayəndəsi X4 apelyasiya şikayətləri əsaslı sayıla bilməz və təmin olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövc ud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə t əqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3cü maddəsinə əsasən. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 1(99)-218/2019 saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apelyasiya şikayətini təmin edib, Məhkum təyin edilmiş cəzanın daha da ağırlaşdırı lması üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X33 və onun nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 1(99)-218/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır.....”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlill ərini əsassız sayır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə uyğun olduğu üçün (zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin dəlillərinə aid olan hissədə) məhkəmə kollegiyası da onunla razılaşır, kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin yuxarıda göstərilən dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxı şı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə haqlı olaraq işə həmin ittiham daxilində baxmış, zərərçəkmiş şəxsin hüquqi varisinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına da riayət etmişdir. Məhkəmələrin bunlara dair mövqeyi iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası, da yuxarıda göstərildiyi kimi, məhkəmələrin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının belə mövqeyi həm də aşağıda göstərilən normal arın tələblərinə də əsaslanır: Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası cəza təyini məsələsi ilə əlaqədar hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyy əti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı (zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-390/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-390/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver