Məhkəmə qərarları › İş №1(102)-390/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-390/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-390/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs X10 və onun nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil İbrahimov Qanqa Cavanşir oğlunun, Məhkum müdafiəçisi, “M.B.M” Vəkil Bürosunun vəkili Mehtiyev Əli Həsənqulu oğlunun, Tərcüməçi Vəliyev Veysəl İsaxan oğlunun iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs X10 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), M.A.Xankişiyev və F.Ə.Qəniyev) Məhkum - Azərbaycan Respublikası CM-in 29, 120.2.4-ci maddəsi ilə təqsirli b ilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 5 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum, onun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murğuzov) məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 oktyabr 2021ci il tarixli hökmü “Məhkum Azərbaycan Respublikasının CM-in 29, 120.2.4-ci m addəsi ilə təqsirli bilinməsi və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi” hissələrində dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikasının CM-in 29, 120.2.4-cü maddəsindən Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.S.Qılıcov (sədrlik edən), İ.Ə.Rəcəbov və N.R.Mövsümov) kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı X16 ilə münasibətlərinin pozulmasına X3 guya onun başqa kişilərlə münasibət saxlayaraq ərinə xəyanət etməsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymasının səbəb olduğu qənaətinə gələrək sonuncudan qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün 02 iyul 2016-cı il tarixdə saat 11:30 radələrində Zərərçəkmiş şəxsnın yaşadığı ünvan 2 ünvanına gələrək mənzilin giriş qapısını özündə olan açarla açıb içəri daxil olub, həmin vaxtı hamam otağından dəhlizə çıxan Zərərçəkmiş şəxsya yaxınlaşaraq “Sən hələ sağsan? Sən elə bilirsən ki, hələ yaşayacaqsan?” ifadələrini işlədib xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə istintaqa məlum olmayan mənbədən əldə edib özü ilə gətirdiyi “Vertimek” etiketli bir litrlik polimer balonda olan kükürd turşusunu xüsusi əzab və iztirablar verdiyini dərk edərək sonuncunun üzərinə töküb Zərərçəkmiş şəxsya başın, boynun, bədənin, qasıq nahiyəsinin, yuxarı və aşağı ətrafların 68 (50%) 2-3-cü dərəcəli kimyəvi yanığı, gözün buynuzlu qişasının və konyunktivinin 2-3-cü dərəcəli kimyəvi yanığı, septikotoksemiya mərhələsində yanıq xəstəliyi, son dərəcə ağır yanıq şoku, gözlərin 2-3-cü dərəcəli yanığı kimi insan həyat üçün təhlükəli olan sağlamlığa ağır vurmağa xarakter xəsarətlər yeti rmiş, lakin X5 qonşuları tərəfindən ilkin yardım göstərilməklə xəstəxanaya çatdırıldığından və orada ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxsnı qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək X6 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum daha ağır cəza təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətdə həmçinin qeyd edir ki,Məhkum onu qəsdən öldürmək istəmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikay ətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsnın və onun nümayəndəsi Q.İbrahimovun, kassasiya şikayətinin qismən təmin olunması barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçi Ə.Mehtiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanun unun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müva fiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum daha ağır cəza təyin edilməsi xahiş olunur və məhkumun onu qəsdən öldürmək niyyətində olduğu qeyd olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə görə “Qəsdən: 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in “ Qəsdən sağlamlığa ağır zərər vurma” adla nan 126-cı maddəsinə görə: “126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” 126.2. Eyni əməllər: 126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərə rçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və öz mövqeyini əsaslandırmaq üçün cinayətprosessual və cinayət qanunu normalarının tələblərinə və mənasına, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarlarındakı tövsiyyələrinə, eləcə də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu ma ddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutl ar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 12 5, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudl aşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi b axımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməli, bu zaman nəyə görə bi r sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Apellyasiya instansiyası məhkəməsi Məhkum törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərər çəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürmədə təqsirkarın niyyətinin zərərçəkmişi həyatdan məhrum etməyə yönəlməlidir. Plenum qərarı ilə məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Məhkum qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı X16 ilə münasibətlərinin pozulmasına X1 başqa kişilərlə münasibət saxlayaraq ərinə xəyanət etməsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yayması səbəbindən aralarında yaranmış qərəzli münasibətlər zəminində sonuncunu cəzalandırmaq məqsədilə ona qəsdən bədən xəsarəti yetirmək qərarına gələrək, həmin niyyətini həyata keçirmək üçün 02 iyul 2016-cı il tarixdə saat 11:30 radələrində yaşadığı evdən qabda olan kislotanı götürüb Zərərçəkmiş şəxsnın yaşadığı ünvan 2 ünvanına gedərək, Zərərçəkmiş şəxsgil onlara məxsus mənzildə kirayədə yaşadıqlar ı üçün mənzilin açarı onda da olduğundan, açarla qapını açmaq istəsə də qapı açılmamışdır, bu zaman Zərərçəkmiş şəxs İsgəndərova özü qapıya yaxınlaşıb arxadan qapını açmış və onun gəldiyini görüb mətbəx otağına qaçmışdır, həmin vaxt mənzildə uşaqlardan başqa heç kim olmamışdır, uşaqlar da digər otaqda olmuşlar, Məhkum Zərərçəkmiş şəxsnın arxasınca mətbəx otağına tərəf getmiş və ondan hansı səbəbə görə haqqında yalan şaiələr yaydığını soruşmuşdur, Zərərçəkmiş şəxs isə ona heç bir cavab verməyib mətbəx bıçağını götürüb onun üstünə gəlmək istəyəndə sağ əlində olan qabdakı kislotanı onun üzünə çiləmişdir, bundan sonra Zərərçəkmiş şəxs bıçağı yerə atıb əvvəlcə üzünü əli ilə silmiş və sonra isə qışqırmağa başlamışdır və Zərərçəkmiş şəxsnın qışqıra-qışqıra onun üstünə gəldiyini görüb əlində olan qabı yerə ataraq mənzildən çıxıb, əri X10in ona kirayələdiyi Ufa şəhəri, Dyoma rayonunda yerləşən ünvanını dəqiq xatırlamadığı mənzilə getmişdir. Bununla da, Məhkum X7 qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər yetirmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, əvvəllər X11 ilə aralarınd a heç bir düşmənçilik, ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur, ailələri arasında da düşmənçilik olmamışdır, heç vaxt onunla mübahisə etməmişlər, heç vaxt Zərərçəkmiş şəxsnı öldürmək məqsədi olmamışdır, onun haqqında yalan məlumatlar yaymasını eşidəndən sonra onunla görüşüb söhbət etmək istəmiş, lakin əri X10 buna imkan verməmişdir. X10 daim onunla oturub psixoloji təsir etmiş Zərərçəkmiş şəxsnı cəzalandırmaqla adını təmizləyə biləcəyini demişdir, onun üzünə kislotanı da yalnız bu səbəbdən atmışdır və kislotanı atan zaman onun bu dərəcədə yana biləcəyini fikirləşməmişdir, mənzilə daxil olan zaman Zərərçəkmiş şəxs ilə söhbət etmək istəmiş, Zərərçəkmiş şəxs isə ona heç bir söz demədən bıçaqla onun üstünə gəldiyindən, o da onu cəzalandırmaq üçün kislotanı onun üstünə atmışdır, h adisə baş verən zaman həyəcanlı olmuş, buna görə də qorxusundan qaçıb getmişdir. Kislota istixanalarında 2-lik ayrıca qabda olmuş, onun 1 litrini götürmüş, qalanını isə torpağa boşaltmışlar. O, heç vaxt başqa kişi ilə münasibətdə olmamış, nə də ki, ərinə xəyanət etməmişdir. Onun Zərərçəkmiş şəxsya sms göstərməyi barədə dedikləri yalandır. Hadisə zamanı da ona «sən yaşamayacaqsan» sözünü deməmişdir, sadəcə nə üçün belə etdin deyə bildirmişdir. Hadisə göstərdiyi şəraitdə baş vermişdir. Onun üstünə kislota səpən zaman uşaqları başqa otaqda oynamışlar, heç hadisənin də şahidi olmamışlar, otaqda 2-sindən başqa heç kim olmamışdır. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. 21 yanvar 2016-cı il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra Zərərçəkmiş şəxsya sms yazaraq hansı səbəbə görə haqqınd a şayələr yaymasını soruşmuş o, isə cavab vermədən «Whatsapp»-da onu bloka qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum əməlində Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməs i məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərəçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə alınmalıdır ki, xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərəçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac susuz saxlanması və sair) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərəçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Belə ki, Məhkum heç vaxt X6 öldürmək niyyəti olmamışdır, Zərərçəkmiş şəxsnın onun haqqında yalan məlumatlar yaymasını eşidəndən sonra onunla görüşüb söhbət etmək istəmiş, lakin əri X10 buna imkan verməmişdir, X10 daim ona psixoloji təsir etmiş Zərərçəkmiş şəxsnı cəzalandırmaqla adını təmizləyə biləcəyini demişdir, Zərərçəkmiş şəxsnın üzünə də kislotanı bu səbəbdən atmışdır. Məhkum Zərərçəkmiş şəxsnı öldürmək niyyəti olsaydı, buna yetərincə imkanı və şəraiti var idı, çünki, hadisə zamanı hər ikisindən başqa otaqda heç kim olmamışdır, yalnız Zərərçəkmiş şəxsnın kiçik uşaqları digər otaqda olmuşdur. Hadisə zamanı Məhkum iradəsindən asılı olmayan heç bir səbəblər olmamışdır. Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsinin tələblərinə əsasən xüsusi amansızlıqla adam öldürmə əməlinin tövsifi zamanı nəzərə alınmalıdır ki, söhbət hər hansı başqa amansızlıqlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığında n gedir. Qanunla xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirilir. Xüsusi amansızlıq həyatdan mərhumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, məsxərəyə qoyulması və təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar (çoxlu miqdarda bədən xəsarətləri yetirməsi, diri-diri yandırılması, uzun müddət yeməkdən, sudan məhrum edilməsi və s.) yetirilməsində ifadə oluna bilər, lakin zərərçəkmiş şəxsin tez bir zamanda öldürmək niyyəti ilə ona çoxlu sayda bədən xəsarətləri yetirməsi hər bir halda xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamların ın yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda öldürməsində də ifadə oluna bilər (adı çəkilən Plenum Qərarının 8-ci bəndi). Yaxın adamlar zərərçəkmiş şəxsi özlərinə əziz sayan, onu dəyərli insan kimi özünün yaxını hesab edən şəxslərdir. Bu cür xüsusi amansızlıq ərin öz arvadının, yaxud uşaqların öz valideynlərinin gözü qarşısında öldürülməsində və sair ifadə oluna bilər. Bu halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir. Cinayətin törədilmə üsulu və şəraiti nəzərə alınmaqla bədən xəsartləri yetirilən və soxlu qan itirən zərərçəkmiş şəxsi ona kömək göstərilməsinin qarşısını alaraq onun əzablarını artırmaqla öldürmə, habelə həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq zərərçəkmiş şəxsi öldürmə xüsusi amansızl ıqla adam öldürmə kimi tövsif edilməlidir. Əməl o halda xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilər ki, cinayətin törədilmə üsulu, şəraiti, ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o, öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyin dərk edir... Baş vermiş cinayət əməlinin tərkib əlamətlərinə görə təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respblikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməlidir, belə ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən zərərçəkmiş şəxs X5 qəsdən sağlamlığa ağır zərər vurulmuşdur və təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməli olduğu halda, qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təq sirləndirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: 1) həyat üçün təhlükəli olan zərər; 2) həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə agır hesab edilən zərər. Həyat üçün təhlükəli olan zərərin anlayışı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli, 7 saylı əmri ilə təsdiq edilmiş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»nın 7-ci bəndində verilmişdir. Rusiya Federasiyasında aparılmış istintaq zamanı X8 barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının 10 avqust 2016-cı il tarixli, 5562 saylı rəyindən görünür ki, xəsarətlər barədə məlumatlar insan həyatı üçün təhlükəlilik əlamətinə görə həyat üçün birbaşa təhlükə yar adan sağlamlığa Ağır zərər vurma kateqoriyasına aid edilir. Belə ki, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 10 avqust 2016-cı il tarixli, 5562 saylı rəyindən görünür ki, təqdim olunmuş tibbi sənədlərə əsasən 1989-cu ildə anadan olmuş vətəndaş X9 başın, boynun, bədənin, qasıq nahiyəsinin, yuxarı və aşağı ətrafların 68 (50%) 2-3-cü dərəcəli kimyəvi yanığı, gözün buynuzlu qişasının və konyunktivinin 2-3-cü dərəcəli kimyəvi yanığı, septikotoksemiya mərhələsində yanıq xəstəliyi, son dərəcə ağır yanıq şoku, gözlərin 2-3-cü dərəcəli yanığı müəyyən olunmuşdur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli o lan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən, eyni əməllər: 126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəx s, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; 126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə; 126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə - altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş ş əxsin ölümünə səbəb olduqda - doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə Məhkum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İskəndərovanı öldürmək niyyətinin olmamasını əsaslandırmış, lakin Məhkum törətmiş olduğu cinayət əməlinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməyə görə məsuliyyəti nəzərdə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsindən xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə qəsdən sağlamlığa ağır zərər vurmaya görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə deyil, belə hallar olmadan məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi il ə tövsif etməsinə dair gəldiyi nəticəni əsaslandırmamışdır. İş materiallarındakı Rusiya Federasiyasında aparılmış istintaq zamanı X8 barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının 10 avqust 2016-cı il tarixli 5562 nömrəli rəyindən görünür ki:

1. Təqdim olunmuş tibbi sənədlərə əsasən 1989-cu ildə anadan olmuş vətəndaş Z.Z.İsgəndərovada başın, boynun, bədənin, qasıq nahiyəsinin, yuxarı və aşağı ətrafların 68 (50%) 2-3-cü dərəcəli kimyəvi yanığı, gözün buynuzlu qişasının və konyunktivinin 2-3cü dərəcəli kimyəvi yanığı, septikotoksemiya mərhələsində yanıq xəstəliyi, son dərəcə ağır yanıq şoku, gözlərin 2-3-cü dərəcəli yanığı müəyyən olunmuşdur.

2. Müayinənin nəticələrini, tibbi sənədlər və işin halları haqqında məlumatları nəzərə alaraq xəsarətlərin sulfat turşusu ilə təqdim olunmuş qər arda qeyd edilən vaxtda, yəni 02 iyul 2016-cı ildə yetirildiyini istisna etmək üçün əsas yoxdur.

3. Xəsarətlərin yaranma mexanizminin və vaxtının ümumiliyini nəzərə alaraq sağlamlığa vurulmuş ziyanın vahid kompleks (məcmu) halında qiymətləndirilməsi məqsədəuyğundur. Xəsarətlər barədə məlumatlar insan həyatı üçün təhlükəlilik əlamətinə görə həyat üçün birbaşa təhlükə yaradan sağlamlığa AĞİR zərər vurma kateqoriyasına aid edilir (Əsas: Rusiya Səhiyyə və sosial inkişaf nazirliyinin xx.xx.2008-ci il tarixli 194 saylı “İnsan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsini müəyyən etmənin tibbi meyarlarının təsdiq edilməsi haqqında” Əmrinin 6.1.28-ci bəndi).

4. Xəsarətlərin yetirilmə hallarının müəyyən edilməsi, habelə həm istintaq orqanlarının, həm də cinayət məhkəmə icraatının digər iştirakçı larının göstərdiyi bu və ya digər hallarda xəsarətlərin yaranmasının qiymətləndirilməsi məhkəmə-tibb ekspertinin səlahiyyətinə daxil deyil. İş materiallarındakı Rusiya Federasiyasında aparılmış istintaq zamanı şahid qismində dindirilmiş X15 bildirmişdir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxsnın məhkəmə-tibbi ekspertizasını keçirmiş və ekspertiza zamanı Zərərçəkmiş şəxsda başın, boynun, bədənin, aralığın, aşağı və yuxarı ətrafların 2-3-cü dərəcəli kimyəvi yanığı 68% (50%); gözün buynuz təbəqəsinin və konyuktivasının 2-3-cü dərəcəli kimyəvi yanığı, septikotoksemiya mərhələsində yanıq xəstəliyi; son dərəcə ağır yanıq şoku, gözün 2-3 dərəcəli yanığı xəsarətləri müəyyən edilmişdir. Xəsarətlərin mexanizminin ümumiliyinə və əmələ gəlm ə vaxtında əsasən, qeyd olunan xəsarətlərə vahid kompleks, cəm şəklində baxılır və onlar Zərərçəkmiş şəxsnın sağlamlığına ağır zərər kimi təsnifləndirilir, qeyd olunan xəsarətlər həyat üçün təhlükəlidir. Zərərçəkmiş şəxsnın sağlamlığına vurulan zərərin ağırlığını və xarakterini nəzərə alaraq, ona vaxtında ixtisaslı tibbi yardım göstərilməsəydi, ölümün baş verməsi ehtimalı yüksəkdir, Zərərçəkmiş şəxsnın ölümü baş verə bilərdi. Zərərçəkmiş şəxsnın kimyəvi yanıq və s. şəklində aldığı xəsarətlərin kükürd turşusunun təsiri nəticəsində əmələ gəlməsi istisna edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlini törədərkən alət kimi istifadə etdiyi maddənin zərərçəkmiş şəxsə xüsusi iztirablar verən maddələrə aid olubolmamasının müəyyən edilməsi üçün apelyasiya instansiyası məhkəmə t ərəfindən araşdırmalar aparılmalı, zərurət yaranarsa, məhkəmə ekspertizası keçirilməli olduğu halda, bunlar edilməmiş, məhkəmə öz mülahizəsi ilə kifayətlənərək nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunan nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə riayət etməyərək cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlamamış, nəticədə kifayət qədər araşdırma aparılmadan və sübutlara düzgün hüquqi qiymət vermədən əsaslandırılmamış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi kifayət qədər əsaslandırma aparmadan Məhkum CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin etmişdir. Azər baycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə v ə ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanı n şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, məhkumun cəzasını yüngülləşdirən halları formal olaraq sadalamaqla kifayətlənərək, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cə za təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finland iyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan və həmin şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2 və 416.1.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, habelə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar