Məhkəmə qərarları › İş №1(102)-390/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-390/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-390/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 2024-cü il 7 avqust tarixli, 1(103)-1649/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (X3) 2024-cü il 22 may tarixli, 1(006)227/2024 nömrəli hökmü ilə xx.xx.1983-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Nəsimi küçəsi, ev 160-da qeydiyyatda olan, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhd udlaşdırılması cəzasına məhkum edilmiş, məhkəməyədək icraat dövründə tutulduğu 2 (iki) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, yaşadığı Ağcabədi rayonu, Ağcabədi şəhəri, Nəsimi küçəsi, ev 160-ı hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələrini yerinə yetirməsi, Məhkum cəzasını yaşayış yeri üzrə çəkməsi, bu cəzanın icrasının müddəti onun cəzanı icra edən probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Ağcabədi rayon İcra və probasiya şöbəsinə tapşırılması, Ağcabədi rayon İcra və probasiya şöbəsinin Məhkum ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını təmin etməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Fərid İƏyyubov və Emin Mehdiyevdən ibarət tərkibdə) 2024-cü il 7 avqust tarixli, 1(103)-1649/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hök m apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum satış məqsədi ilə qanunsuz olaraq 0,663 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 13:15-də müvəqqəti yaşadığı ünvan 1 ünvanda yerləşən "İstanbul Gold” otelinin 204 nömrəli otağında ümumi su sistemini bağlayaraq orada qalan digər şəxslərin su təminatını kəsməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə daxil olmuş məlumat əsasında onunla həmin günü saat 13:30-da əməliyyat qrupu tərəfindən qeyd olunan ünvanda yerləşən otelin 204 nömrəli otağının qarşısında profilaktik söhbət aparılarkən özünü şübhəli apardığından saxlanılaraq 20-ci polis şöbəsinə gətirilmiş, orada üzəri ndə şəxsi axtarış keçirilən zaman əlində olan çantanın içərisindən iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,503 və 0,160 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış həmin psixotrop maddə və onun satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum əməlində satış məqsədinin sübut olunmaması əsası ilə onun əməli CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Dövlət İttihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi məqsədyönlü təkzib ifadələrini əsas götürmüş, onun ifadələrini cinayət işi üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, sonda Məhkum psixotrop maddəni satış məqsədilə əldə etməsinə dair ibtidai istintaq zamanı toplanmış kifayət qədər sübutların məcmusuna düzgün hüquqi qiymət verməyərək yanlış nəticəyə gəlmişdir. Halbuki, cinayət işinin materiallarında işin halları ilə bağlı ibtidai istintaq zamanı toplanmış sübutlar, ekspertizaların rəyləri və digər sənədlərlə Məhkum əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olması tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-1 6-16/2- 6/6161 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Məhkum ” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd polietilen torbacıqda ayrıayrılıqda təmiz çəkiləri 0,503 qram və 0,160 qram, ümumi təmiz çəkisi 0,663 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır, (bax: iş vərəqə 54-57) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Res publikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi. onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmdə yuxarıda göstərilən Plenum qərarına istinad etdiyi halda, həmin Plenum qərarında göstərilən “narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müddəalarına əhəmiyyət verməmişdir. Belə ki, məhkəmə hökmdə göstərmişdir ki, Məhkum istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt onun satışı ilə məşğul olmadığını, habelə üzərində aşkar olunmuş tərəzinin də bu maddədən hər dəfə qəbul etməmişdən əvvəl istifadə miqdarını müəyyən etmək, həmçinin onu alarkən çəkisini ölçmək üçün saxladığını bildirmişdir. Bundan başqa, məhkəmə hökmündə göstərmişdir ki, Məhkum CM-nin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,503 və 0,160 qram olmaqla psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlaması barədə ibtidai istintaq orqanının həlledici nəticəyə gəlinməsində onun üzərində tərəzinin aşkar edilməsi səbəb olmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini öz istifadəsi üçün üzərində gəzdirdiyi qənaətinə gəlsə də, onun hansı səbəbdən psixotrop maddəni bükümlərdə gəzdirməsi, üzərində elektron tərəzi saxlaması məsələsinə obyektiv hüquqi qiymət verməmiş, ibtidai istintaq orqanı tərəfindən Məhkum psixotrop maddə ilə bağlı “satış məqsədi”ni müəyyən edərkən, psixotrop maddə metamfetaminin 02 bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz satış üçün psixotrop ma ddəni iki bükümə qablaşdırması, hazırlanması kimi halların müəyyən edilmədiyini əsas gətirərək, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai və məhkəmə istintaqı zamanı ifadələrində qızılzinət əşyalarının ticarəti ilə məşğul olduğu üçün elektron tərəzini mütəmadi üzərində gəzdirərək qızılın alışı və satışı zamanı istifadə etdiyini göstərsə də, qeyd olunan xüsusat cinayət işinin materiallarında öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, təqsirləndirilən şəxsin bir-biri ilə əlaqəsi olmayan iki məqsəd üçün elektron tərəzini üstündə gəzdirməsi barədə ifadələri onun həqiqi məqsədini gizlətməyə xidmət etmişdir. Eləcə də, məhkəmə təcrübəsində çoxsaylı işlər üzrə şəxsin narkotik vasitəni satarkən verilən pul vəsaitinin miqda rına, yaxud hər hansı maddi nemətin dəyərinə uyğun olaraq narkotik vasitənin ölçülməsi zərurəti ilə əlaqədar mülki dövriyyənin peşəkar subyekti kimi üzərində elektron tərəzini gəzdirməsi halları müəyyən edilmişdir. Ona görə də məhkəmənin elektron tərəzinin qızılın alışı və satışı zamanı istifadə etməsi, eləcə də narkotik vasitəni alarkən çəkisinə əmin olmaq məqsədilə tərəzi gəzdirməsini qeyd etməsi əsassızdır. Təqsirləndirilən şəxs Məhkum üzərində şəxsi axtarış keçirilən zaman elektron tərəzi ilə yanaşı, bükümlərdə psixotrop maddə metamfetamin aşkar olunmuş, lakin hər hansı bir qızıl zinət əşyası aşkar edilməmişdir. Bu da onu göstərir ki, Məhkum psixotrop maddəni məhz satış məqsədilə üzərində saxlamaqla daşımışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü i l tarixli, 8374 saylı rəyinə əsasən Məhkum kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 avqust tarixli, 1(103)-1649/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 avqust qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya protestinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununu n və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyy ətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti k imi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi mə qsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, kassasiya protestinin əsas dəlili CM-in 234.2-ci maddəsinin tövsifedici əlaməti olan “satış məqsədinin” anlayışı, tövsifi və tətbiqi ilə bağlıdır. Dövl ət ittihamçısının mövqeyinə görə hazırkı cinayət işinin halları baxımından məhkumun üzərində olan narkotik vasitəni satış məqsədi ilə daşıması işdə olan sübutlarla sübuta yetirilmişdir. İttiham tərəfinin əsas sübutu narkotik vasitənin iki bükümdə olması və məhkumun üzərində kiçik elektron tərəzinin aşkar edilməsidir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutların yoxlanması və qiymətləndirilməsi zamanı belə bir nəticəyə gəlmişlər ki, bu iki faktın mövcudluğu şəraitində məhkumun satış məqsədinin müəyyən edilməsi mümkün deyil. Belə ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum satış məqsədini təsdiq edə biləcək heç bir sübut əldə edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkumun istifadə etdiyi mobil telefondan aşkar edilən məlumatlar əsasında da məhkumun satış məqsədini təsdiq e də biləcək heç bir məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa, ittiham tərəfinin təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən edən, onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olması ilə bağlı da heç bir sübutu yoxdur. Bununla bərabər, Məhkum narkotik vasitələrin istifadəçisidir və narkotik vasitə istifadə edən şəxsdə iki bükümdə narkotik vasitənin olması, heç də onun həmin narkotik vasitəni satış məqsədi ilə daşmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Eyni zamanda, üzərindən aşkar edilmiş elektron tərəzi ilə bağlı məhkum inandırıcı, faktlara əsaslanan, praktiki və real olan ifadələr vermiş, lakin ittiham tərəfinin həmin ifadələtin doğruluğunu təkzib edən heç bir sübutu yoxdur. Kassasiya prote stində mübahisələndirilən işin digər halları ilə bağlı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində hərtərəfli, tam və obyektiv araşdırma aparılmış və tədqiq edilmiş işin hallarına düzgün və əsaslandırılmış hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırmanı hazırkı qərarda təkrarlamayaraq, həmin əsaslandırma ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur dax ilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamı n sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərin ə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPMin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbay can Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin protestin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna də lalət edən hal kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya müraciətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Protestdə, eyni zamanda, məhkuma təyin edilmiş cəzanın yüngül lüyü də mübahisələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya protetinin həmin dəlili bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təklükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olmaqla, cəza təyin edilərkən məhkumun cəzanı yüngülləşdirən hallar (himayəsində azyaşlı uşaqlarının olması və anlaqlılığı istisna etməyən psixi pozuntusunun olması) və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, məhkuma qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir və bu səbəbdən kassasiya protestinin həmin dəlili də əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısnın kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il ta rixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 22 may tarixli, 1(006)-227/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 avqust tarixli, 1(103)-1649/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar