Məhkəmə qərarları › İş №1(102)-391/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-391/2020

10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-391/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Əliyev Hikmət Vilayət oğlunun iştirakları ilə xx xxxx 1965-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, həkim-stomatoloq işləyən, əvvəllər məhkum olunmuş, ünvan qeydiyyatda olm aqla, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 178.2.4, 178.2.4, 32.4, 312.1 və 32.4, 308.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Əliyev Hikmət Vilayət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakim Hafiz Kamranov) Məhkum Azərbaycan Respublikası CM-in 29, 178.2.4, 178.2.4, 32.4, 312.1, 32.4, 308.1 və 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 29, 178.2.4 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 32.4, 308.1-ci maddəsi ilə 3000 manat cərimə cəzasına, CM-nin 32.4, 313-cü maddəsi ilə 2000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanmaqla, üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə və 3500 manat cərimə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X3 da Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittih amçısı tərəfindən apellyasiya protesti, Məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CM-nin 32.4, 313-cü maddəsi ilə ittiham edilməsi və həmin maddə ilə ona cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş və Məhkum üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibar dan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmiş, özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməyə vahid niyyətlə cəhd etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatlar dax il etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Belə ki, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin mart ayında məcburi köçkün olan tanışı Şahid1 ilə söhbət zamanı sonuncunun qaçqın və məcburi köçkünlər üçün Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” adlanan ərazidə tikilmiş binadan iki otaqlı mənzil əldə etmək istəməsini bildiyi zaman özünün həmin binadan onun üçün mənzil ayrılmasını təmin etmək imkanına malik olduğunu Şahid1 yalandan bildirib, qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 22.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib, Şahid1 ona olan inam və etibarından suiistifadə etməklə, həmin adla 2017-ci ilin mart ayı ərzində Bakı şəhəri, Nərimanov rayonu ərazisində, “Nərimanov” parkının yaxınlığında yerləşən “İstanbul kafesi”ndə Şahid1 11.500 manat, eyni niyyətlə, həmin ilin sentyabr ayı ərzində yenə həmin kafedə sonuncudan 9.500 manat, ümumilikdə vahid niyyətlə 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Şahid1 məxsus əmlakı etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə Şahid1 təhrik etmiş, Şahid1 aldadıldığını başa düşərək qalan 1.000 (bir min) manat pulu verməkdən imtina etdiyindən xeyli miqdarda əmlakın ələ keçirilməsi ilə bağlı bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən tam başa çatdıra bilməyərək, Şahid1 məxsus əmlakı ona xeyli miqdarda ziyan vurmaqla etibardan sui istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirməyə cəhd etmişdir Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin olunmuş cəzanın yüngülləşdiriməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum zərərçəkmiş şəxslə barışm ış, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də müdafiəçinin fikrincə, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamaqla, cəzanın məqsədini təmin etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisi H.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərə findən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Məhkəmə kollegiyası CPM-nin tələblərinə müvafiq olaraq kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlamalı olduğundan, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum əməlinin tövsifi zamanı qanunvericiliyin tətbiqinə münasibət bildirməyi zəruri hesab edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəz ərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyektinin: cinayətin obyektiv cəhətinin; cinayətin subyektinin; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birin in mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarının 4-cü bəndində deyilir: “Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair).” İş materiall arından müəyyən edilir ki, Məhkum tanışı Şahid1 aldadaraq Binəqədi rayonu ərazisində qaçqınlar üçün tikilən binada mənzil alacağını vəd etməklə ondan 22000 manat pul istəmiş, həmin məbləğin 21000 manatını 2 dəfəyə almışdır. Məhkum zərərçəkmiş Şahid1 məxsus olan və xeyli miqdar təşkil edən 21.000 manat pulu ələ keçirdiyi andan onun CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi başa çatmış hesab edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş Şahid1 1000 manat pulu ala bilməməsinə görə CM-in 29, 178.2.4-cü maddəsi ilə - yəni özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməyə cəhd etməyə görə məhkum etməklə aşağı instansiya məhkəmələri tərəfindən düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiya sı hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 29, 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə və həmin maddə ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsinə dair kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən Məhkum cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışlar. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş və aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzadan aşağı həddə cəza təyin etmək üçün əsaslar görmür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 29, 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə və həmin maddə ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar