Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-391/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi X2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: X6) xx xxx 2019-cu il tarixli hökmü ilə xx xxxx 1997-ci ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Şirvan şəhəri qeydiyyatda olan, Bakı şəhər yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulma qla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və K.H.Əkbərovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsirli bilindiyi CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Məhkum qarşı irəli sürülmüş ittihama əsasən Məhkum xx xxxx 2017ci il tarixdə, saat 17:30 radələrində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması, eləcə də silah qismində istifadə edilən əşyanı tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən evə gələrək bir neçə dəqiqə əvvəl evin həyətində onun azyaşlı qardaşı Şahid3 vurmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan onunla mübahisə yaratmış, əxlaq normalarına zidd, ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib ucadan nümayişkaranə şəkildə nəlayiq ifadələr işlətməklə öz şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyəti fövqündə qoyub silah qismində istifadə olunan əşya kimi tətbiq etdiyi, istintaqla müəyyən edilm əmiş dəmir əşya ilə evdə olan azyaşlı uşaqların gözü qarşısında Zərərçəkmiş şəxs sifət və bədənin müxtəlif nahiyələrindən vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ gözətrafı nahiyənin yumşaq toxumasının əziyi və hematoması, sağ göz yarığının bayır ucunun əzilmiş yarası və burun nahiyəsinin əzilmiş yarası, burun sümüyünün yerdəyişməyən sınığı, sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol saidin və döş qəfəsinin sağ yarısının arxa səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətləri yetirib ətrafda yaşayan və evin qarşısında toplaşmış şəxslərin diqqətini cəlb edib onların dincliyini və rahatlığını pozmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi X2 birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən, iş düzgün araşdırılmamış, məhkəmə işin hallarını düzgün qiymətləndirmədən əsassız olaraq Məhkum CM-nin 128-ci maddəsi ilə məhkum etmişdir. Apellyasiya məhkəməsi həmin hökmü ləğv edib, cinayət işi üzrə icraata xitam verməklə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Belə ki, yaranmış münaqişə zamanı X əlində olan qara dəmir əşya ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə, başına və bədəninin müxtəlif nahiyələrinə dayanmadan bir neçə dəfə zərbələr endirmiş və nalayiq ifadələr işlətmiş, daha sonra boğazından əlləri ilə tutaraq boğmağa başlamışdır. Bütün bunlar Zərərçəkmiş şəxs qızları və həyat yoldaşının gözü önündə olmuşdur. Birinci instansiya məhkəmə istintaqı zamanı verdiyi bu ifadələr şahidlər: Şahid1 və Şahid2 tərəfindən də tamamilə təsdiq edilmişdir. Həm şahid ifadələri və həm də ekspert rəyi ilə tamamilə sübut edilmişdir ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs dəmir parçası ilə xəsarətlər yetirilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi həmin sübutları düzgün qiymətləndirməmiş, nəticədə Məhkum AR CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsirli bilindiyi AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ed ilmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkum qarşı zərərçəkmiş şəxs kimi şikayətçi olması apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə almamış, eyni zamanda cinayətin törədilmə şəraiti, yəni ailəmin, o cümlədən azyaşlı uşaqlarımın gözü qarşısında, hətta onlara xəsarət yetirməklə bas verməsi, azyaşlı uşaqlarının «atamı öldürdülər deyərək» qışqırıb ağlamaqları, 45 gün müddətində stasionar və ambulator müalicə almağını, habelə cinayətin ağır nəticələrə səbəb ola biləcəyi kim ağırlaşdırıcı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb müvafiq hüquqi qiymət verilməmiş, Məhkum tamamilə cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa, birinci instansiya Məhkəməsində Prokuror məhkəmə çıxışında Məhkum təqsirləndirildiyi AR CM-nin 221.3 -cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etməsinə baxmayaraq, 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti verməmişdir. Ümumiyyətlə apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətim üzrə heç bir əlavə araşdırma aparılmamış, işin qanuni, obyektiv və hərtərəfli baxılmasının təmin edilməsindən ötrü sübutlar ətraflı tədqiq edilməmiş, işə birtərəfli qaydada baxılaraq, 1-ci instansiya məhkəməsinin aparmış olduğu araşdırmalarla kifayətlənmişlər. Zərərçəkmiş şəxs və nümayəndəsi qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni Apellyasiya baxışına təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələl ər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Ka ssasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində dəlilləri ilə razılaşmayaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qərarı əsaslıdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ict imai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətinin Məhkum əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində - Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 221.3-cü maddəsində Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələn məsi ilə müşayiət olunması müəyyən edilmişdir. İş materiallarında olan, birinci instansiya məhkəməsində Şahid6 şahid qismində verdiyi ifadəsində göstərmişdirdi ki, “Zərərçəkmiş şəxs və Məhkum onun qonşularıdır. xx xxxx 2017-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətində 5 yaşlı nəvəsi Poladla birlikdə olarkən nəvəsi həmyaşıdları L, B və digər uşaqlarla futbol oynayırdı. Həmin vaxt Zərərçəkmiş şəxs öz maşını ilə həyətə daxil olmuş, Lın oynadığı top da bu avtomobilin təkərinə dəymişdir. Zərərçəkmiş şəxs buna görə Lı yanına çağırmış və onun üz və qulaq nahiyəsinə əli ilə şillə vurub sonradan qolundan tutub kənara çəkib bir daha onu vurmaq istədikdə L onun əlindən qaçıb qışqırmağa başlamışdır. Lın səsinə anası H gələrək nə baş verdiyi barədə maraqlanmış, L da anasına Q tərəfindən v urulduğunu demişdir. H da ona yaxınlaşaraq nəyə görə övladını vurduğunu soruşmuş, Q isə kobud formada ona yaxşı etdiyini demişdir. H da heç bir söz demədən oğlunu evə aparmışdır. Bir müddət sonra L qardaşı Xlə həyətə düşmüş, sonuncu da pilləkənlə Qgilə ikinci mərtəbəyə qalxaraq içəri daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Qlə X dalaşa-dalaşa pilləkənlərə çıxmış, X pilləkənlərdən yıxılaraq birinci mərtəbəyə düşmüş, Qin də arvadı U münaqişəyə müdaxilə edərək Xi itələmişdir. Hadisənin əvvəlindən sonuna kimi hər şeyi bilavasitə şəxsən görmüş, digər qonşular sona yaxın gəlmiş, münaqişə zamanı Xin əlində hər hansı bir predmet, o cümlədən dəmir parçası olmamışdır.” İş materiallarında olan, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etdi ki, xx xxxx 2017-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətində B, H və digər dostları ilə birlikdə futbol oynayırdı. Həmin vaxt bilmədən topu elə vurmuşdur ki, top qonşu Zərərçəkmiş şəxs avtomobilinin təkərinə dəymişdir. Buna görə Q onu yanına çağıraraq əli ilə onu yanaq və qulaq nahiyəsindən vurmuşdur. Qin bu hərəkətlərinə o, ağlamış, onun səsinə anası H gəlmiş və nəyə görə ağladığını soruşmuşdur. O da anasına hadisəni danışanda anası Qə yaxınlaşıb ona öz iradını bildirmiş, sonuncu isə "yaxşı etmişəm, siz kirayəşinsiniz, sizi burdan qovduracam” demişdir. Anası da Qə bir söz deməyib onu evə aparmışdır. Evə daxil olanda qardaşı X onun ağlamağını görüb nə baş verdiyini soruşmuş, o da ona hadisəni danışmışdır. Qardaşı onun yanaq və qulağına baxıb qızartı izlərini görüb onunla Qin evinə getməyi istəmişdir. Qin evinə çatanda o, pilləkənin qabağında dayanmış, qardaşı isə pilləkənlərlə yuxarı qalxıb qapını döymüşdür. Qapını Q açanda qardaşı X ona nəyə görə onu vurmasını soruşmuş, Q də ona yaxşı etdiyini deyərək qardaşının yaxasından tutub içəri evə salıb vurmuşdur. Qardaşı da yumruğu ilə ona bir neçə dəfə vurmuşdur. Q yerə yıxılıb qardaşının sağ baldırından dişləyib buraxmamışdır. Daha sonra qardaşının üzərinə Qin arvadı gələrək onu vurmağa başlamışdır. Q sonra ayağa durub qardaşını pilləkənlərdən itələmiş, sonuncu da ondan yapışaraq birlikdə aşağı düşmüşlər. Bu zaman həyətdə olan qonşular onları aralamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Bakı şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli, 325 saylı rəyi nə əsasən Zərərçəkmiş şəxs aşkar edilən xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sağ gözətrafı nahiyəsinin yumşaq toxumasıının əziyi və hematoması, sağ göz yarığının bayır ucunun əzilmiş yarası və sıyrığı, burun nahiyəsinin əzilmiş yarası, burun sümüyünün yerdəyişməyən sınığı, sol dirsək oynağı nahiyəsinin sıyrığı, sol saidin və döş qəfəsinin sağ yarısının arxa səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, o cümlədən dəmir parçası ilə törənə bilər. Törənmə müddəti xx.xx.2017-ci il tarixdə əmələ gələ bilərdilər və ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild İ, i.v.96- 99); Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə düzgün tövsif etmişdir Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən bö yük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39. 1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, yəni cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bundan əlavə Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları olmamışdır. İş materiallarından göründüyü kimi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verməklə əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarını n və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğur mayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olun an hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-391/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-391/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver