Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-391/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X9 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmünə əsasən X1 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası C inayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından məhkumlar X5 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Oruc Yusif oğlu Cəlilovun sədrliyi ilə, X10 və X7 ibarət tərkibdə) 13 aprel 2021-ci il tarixli hökmü ilə 10 avqust 1988-ci ildə Astara rayonunun Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-texniki təhsilli, işləməyən, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3- cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 oktyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. 30 noyabr 1994-cü ildə Astara rayonunun Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış X5 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə ona təyin ed ilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 yanvar 2020ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmin hökmdən məhkumlar Təqsirləndirilən şəxs və X5 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə) 25 yanvar 2022-ci il tarixli qərarı i lə Təqsirləndirilən şəxs və X1 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(099)119/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(099)119/2021 saylı hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs və X5 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları:
2. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs və X5 Azərbaycan Respublikası CM-i n 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınması, qrupun üzvləri tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və psixotrop maddəni əldə edib realizə olunmasına qabaqcadan vəd verərək, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilib, saxlanılıb daşınmaqla məlum olmayan vaxtda və şəraitdə Azər baycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş 1 ədəd bağlamada qablaşdırılmış külli miqdarda- 2963,8 qram narkotik vasitə olan heroin və külli miqdarda79,303 qram psixotrop maddə olan metamfetamin Astara rayonunun Şahağacı kəndinin ərazisində, «Şahağacı» sözü yazılmış lövhənin (plakatın) yanında gizlədilməsi barədə məlumat verməsindən sonra onlar birlikdə 22 oktyabr 2019-cu il tarixdə, saat 21 radələrində Elzamin Feyruzzadəin idarə etdiyi “VAZ-2107” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişlər. X13 avtomobildə qalmış, Təqsirləndirilən şəxs isə avtomobildən yerə düşüb gizlədildiyi yerdən bir ədəd sellofan torbada olan həmin narkotik vasitəni və psixotrop maddəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb avtomobilə daşıyarkən, dax il olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Dövlət Sərhəd Xidməti X4 sərhəd nəzarət bölməsinin xidməti ərazisində-Astara rayonunun Şahağacı kəndinin ərazisində, «Şahağacı» yazısı olan lövhənin yanında Təqsirləndirilən şəxs saxlanılıb ondan 1 ədəd bağlamada, külli miqdarda- 2963,8 qram narkotik vasitə olan heroin və külli miqdarda-79,303 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüş, Elzamin Feyruzzadə isə avtomobili sürüb hadisə yerindən qaçıb uzaqlaşmışdır. Kassasiya şikayətinin dəlilləri:
3. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində 25 yanvar 2022ci il tarixli qərarının ləğv edilərək yenidən baxılması üçün cinayət işin in Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılması qərar qəbul edilməsinı xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilir ki, istər birinci instansiya, istərsədə Apellyasiya Məhkəmələrinin icraatı zamanı, məhkəmə cinayət kollegiyaları tərəfindən, mənim və müdafiəçinin verdiyimiz vəsatətlər və təqsirsizliyimi sübuta yetirəcək dəlillər qəbul olunmamış və araşdırılmamışdır. Hansı ki, Apellyasiya Məhkəməsinin icraatı zamanı, mənim təqsirziliyimi sübuta yetiriləcək əşyayi dəlil kimi təqdim olunmuş foto-şəkillər, nə ittihamçı, nədə ki, məhkəmə cinayət kollegiyası tərəfindən qəbul olunmamışdır. Bundan başqa, məhkəmələrin yekun hökm və qərarı yalnız fərziyyələr əsasında və ittiham aktına əsaslanaraq çıxarılıb.Hansı ki, qanunvericiliyə əsasən çıxarılan hökm və qərarlar mülahizələrə əsaslana bilm əz. Bundan əlavə, ibtidai istintaq araşdırması zamanı, eləcədə birinci instansiya məhkəməsinin icraatı zamanı mən Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən bu işin əvvəlcədən senariləşdirilməsi və yalançı, öyrədilmiş hal şahidlərinin verdikləri ifadələrin yalan olmasını və yalanları ifşa edərək foto şəkillərin mövcudluğunu bildirməmişəm. Təəssüflər olsun ki, ittihamçı tərəfin tələbini yerinə yetirən birinci instansiya məhkəməsi cinayət işinə obyektiv yanaşmamış, birtərəfli olaraq heç bir sübut olmadan, yalnız ittiham altına əsaslanmış və nəticədə əsalətsiz qərar qəbul edilmişdir. Məhkum X5 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, apelyasiya məhkəməsinin qərarının ləğv edilərək yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmələr onun və müdafiəçisinin verdiyi vəsatətlər və onun təqsirsizliyini sübuta yetirəcək sübut və dəlillər qəbul edilməmiş və araşdırılmamışdır. Hansı ki, Apellyasiya Məhkəməsinin icraatı zamanı, onun tərəfindən təqdim edilmiş sübut kimi olan foto şəkillər nə ittihamçı tərəfindən nədə ki, məhkəmə tərəfinən araşdırılmamışdır. Qeyd edir ki, Qanunvericiliyə əsasən, cəzaların hökm və qərarlar mülahizələrə əsaslana bilməz. Eləcə də məhkəmə icraatı zamanı hal şahidləri ilə məhkəmə prosesində üzlışmə aparılmamış, verdikləri ifadələr də bir-biri ilə müqaisə edilməmişdir. Onun təqsrili bilindiyi üç kq. narkotik vasitənin heç bir ekspert təyini ilə sübuta yetirilməmişdir. Bundan başqa həmin narkotik vasitənin bükülü olduğu sellofandan belə kimin əl izlərinə məxsus olmasıda yoxl anılmamışdır. Narkotik vasitənin əməkdaşlar tərəfindən gətirilməsi, vaxtı, çəkisi, foto şəkillə sübuta yetirildiyi halda, bu sübutların qəbulu məhkəmə kollegiyası və ittihamçı tərəfindən rədd edilmişdir. İbtidai istintaq araşdırması zamanı, eləcə də birinci instansiya məhkəməsinin icraatı zamanı, o Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən bu işin əvvəlcədən senariləşdirilməsi və yalan, öyrədilmiş hal şahidlərin veridkləri ifadələrin yolmasını və bu yalanları ifşa edərək foto şəkillərin mövcudluğunu bildirmişdir. Lakin məhkəmələr cinayət işini tam hərtərəfli və obyektif araşdırmadan ədalətsiz qərar qəbul etmişlər. Hər iki məhkəmənin qəbul etdiyi yekun aktlarından da görsənir ki, qərarlar şablon sözlərlə tərtib olunmuşdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində himayəsində azya şlı uşağının olmasını və ilk məhkunluğunu nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarının ləğv edilərək işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. Hüquqi məsələlər:
4. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
5. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.
6. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
7. Qeyd olunan maddədən də göründüyü kimi, sübut ların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.
8. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir.
10. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri məhkum X1 və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız məhkum edilmələri barədədir.
11. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir:
12. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
13. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əs asən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi)
15. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir.
16. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsaslanaraq qeyd edir ki, X1 və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı bütün sübutlar, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmələrdə heç bir şübhə doğurmayan bu sübutlar əsasında məhkumun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 2 34.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir.
17. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiyası məhkəmələri, X1 və Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirakınlarını müəyyən etmiş və həmçinin onların əməllərini CM-in 32.5, 206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər.
18. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Konstitusiya Məhkəməsinin Plenu munun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquq i qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
21. Təqsirləndirilən şəxs və X3 verilmiş ittihamdan görünür ki, onlar öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınması, qrupun üzvləri tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və psixotrop maddəni əldə edib realizə olunmasına qabaqcadan vəd verərək, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilib, saxlanılıb daşınmaqla məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş 1 ədəd bağlamada qablaşdırılmış külli miqdarda- 2963,8 qram narkotik vasitə olan heroin və külli miqdarda-79,303 qram psixotrop maddə olan metamfetamin Astara rayonunun Şahağacı kəndinin ərazisində, «Şahağacı» sözü yazılmış lövhənin (plakatın) yanında gizlədilməsi barədə məlumat verməsindən sonra onlar birlikdə 22 oktyabr 2019-cu il tarixdə, saat 21 radələrində Elzamin Feyruzzadəin idarə etdiyi “VAZ-2107” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişlər. X13 avtomobildə qalmış, Təqsirləndirilən şəxs isə avtomobildən yerə düşüb gizlədildiyi yerdən bir ədəd sellofan tor bada olan həmin narkotik vasitəni və psixotrop maddəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb avtomobilə daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Dövlət Sərhəd Xidməti X4 sərhəd nəzarət bölməsinin xidməti ərazisində-Astara rayonunun Şahağacı kəndinin ərazisində, «Şahağacı» yazısı olan lövhənin yanında Təqsirləndirilən şəxs saxlanılıb ondan 1 ədəd bağlamada, külli miqdarda2963,8 qram narkotik vasitə olan heroin və külli miqdarda-79,303 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüş, Elzamin Feyruzzadə isə avtomobili sürüb hadisə yerindən qaçıb uzaqlaşmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barəd ə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM -nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.”
23. Cinayət işi üzrə müəyyən edilmiş hallardan g örünür ki, Təqsirləndirilən şəxs və X5 ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsində köməkçi qismində çıxış etmişdirlər. Yəni onların işin hallarında təsvir olunan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi cinayətinin icrasında rolu olmamış, yalnız narkotik vasitələri və psixotrop maddələri əldə etməyi qabaqcadan vəd etməklə köməkçi kimi cinayətdə iştirak etmişdirlər.
24. Məhkəmə kollegiyası qeyd edir ki Təqsirləndirilən şəxs və X1 əməlinin CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməsi üçün onun qaçaqmalçılıq cinayətinin oby ektiv tərəfini təşkil edən hərəkətləri həmin cinayətin törədilməsi məqsədilə qabaqcadan əlbir olmuş qrupun digər üzvləri ilə birgə icra etmələri, yəni qaçaq malını (narkotik vasitəni və psixotrop maddəni) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi tələb olunur. Lakin iş üzrə müəyyən olunmuş hallardan görünür ki, Təqsirləndirilən şəxs və X5 narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində bunu yerinə yetirən şəxslə birgə iştirak etməmiş və onunla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişlər. Bu hərəkətləri istintaqa məlum olmayan şəxs yerinə yetirmişdir. Onıar, narkotik vasitəni və psixotrop maddəni dövlət sərhədind ən Azərbaycan Respublikasının ərazisinə keçirməklə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri tam yerinə yetirmiş, yəni cinayəti başa çatdırmışlar. Təqsirləndirilən şəxs və X5 isə qaçaqmalçılıq cinayəti başa çatdırıldıqdan sonra narkotik vasitəni və psixotrop maddəni qoyulduğu yerdən götürmüş, yəni narkotik vasitəni və psixotrop maddənin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfinə aid olmayan hərəkətləri yerinə yetirmişlər. Təqsirləndirilən şəxs və X5 narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına gətirilməsi haqqında qabaqcadan razılığın əldə olunması da, onların həmin cinayətin icraçılarına çevirmir. Belə olan halda Təqsirləndirilən şəxs və X1 hərəkətlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, həmçinin qaçaqmalçılıq cinayətinin icraçısı kimi, CM-in 206.3.2-ci maddəsi ilə tövsif olunması üçün əsas yaranmır. Lakin Təqsirləndirilən şəxs və X1 cinayətin digər iştirakçısı ilə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinə dair qabaqcadan razılıq əldə etmələri və bu razılığa uyğun olaraq qaçaqmalçılıq yolu ilə gətirilməli olan narkotik vasitəni əldə etməyi qabaqcadan vəd edib Astara rayonunun Şahağacı kəndinin ərazısındə “Şahağacı” sözü yazılmış lövhənin yanında gizlədilməsi onların qaçaqmalçılığın törədilməsində köməkçi qismində iştirak etmələrini təsdiq edir.
25. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası X1 və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif olunmaları ilə razılaşmır və bununla bağlı vurğulayır ki, işin hallarından göründüyü kimi ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəyə görə iş üzrə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikasına cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü tərəfindən istintaqla müəyyən edilməmiş şəraitdə qaçaqmalçılıq yolu ilə keçirilmişdir, yəni qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri digər şəxs tərəfindən icra olunmuşdur.
26. Belə olan halda, həmin narkotik vasitələrin X5 və Təqsirləndirilən şəxs iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi nəticəsinə gəlinməsi əsassız olmuş dur.
27. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Təqsirləndirilən şəxs və X1 törətdikləri qaçaqmalçılıq cinayətinə dair əməllərinin hüquqi tövsifində səhvə yol verilmişdir.
29. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin məhkumların qaçaqmalçılıq əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair (CM-32.5, 206.3.2 maddəsi) gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətlərində məhz Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli mövcuddur.
30. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilm əlidir.
31. Məhkəmə kollegiyası məhkum X5 və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində yüngülləşdirilməsi xahiş olunan cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
32. Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər.
34. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir.
35. Məhkum edilmiş şəxs X5 və Təqsirləndirilən şəxs cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən məhkum Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olması, himayəsində 1 azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, məhkum X1 himayəsində azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması halları və ağırlaşdıran halların olmamasını, onların şəxsiyyəti, təyin olunan cəzanın onların islah olmalarına və ailələrinin həyat şəraitlərinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq onlara Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində qanu ni, əsaslı və ədalətli cəza təyin edilmişdir.
36. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır.
37. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumlara təyin edilmiş cəzanın, ümumilikdə, ağır olması barədə dəlillərini əsassız hesab edir və təyin edilən cəzanın yüngülləşdirilməsinə əsas olan halların mövcud olmadığını qeyd edir. Yuxarıda şərh olunanlara əsasən isə X5 və Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır.
38. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası şəxs X5 və Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində təyin edilmiş cəzanın həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır.
39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, X5 və Təqsirləndirilən şəxs cinayət narkotik vasitələrin və psixotr op maddələrin qaçaqmalçılığında köməkçi qismində iştirak etmələrinin əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməli və onlara göstərilən maddənin sanksiyası çərçivəsində cəza təyin edilməli, bu cəza birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə onlara qəti cəzası müəyyən edilməlidir.
40. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərarı kasasiya şikayəti üzrə Təqsirləndirilən şəxs və X3 münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs və X1 əməlləri Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsin, ona bu maddə əsasında 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 ( doqquz) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bu cəza hökmlə X3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən, Astara Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə X3 təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə X3 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Kassasiya şikayətləri qismən təmin edilsin. Qərar qalan hissə