Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-391/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli 1(103)-1482/2021 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxar aq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 1(101)-551/2021 nömrəli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) xx xxxxxx 1980-ci ilə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, x qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 04 mart 2020-ci il tarixdə tutulmuş, 06 mart 2020-ci, hazırda cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM -in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2020-ci ildən hesablanmışdır. xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda yaşamış, 06 mart 2020-ci il tarixdə barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 28 oktyabr 2020ci il tarixdə tutulmuş, hazırda həbsdə saxlanılan, hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutu lmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 29 may 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub 30 may 2019-cu il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün, 27 fevral 2020-ci il tarixdə tutulub həbsdə saxlanıldığı 1 (bir) gün cəmi 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılmış və üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi r ejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 28 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü dəyişdirlmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hök münə əsasən Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma, satma, eləcə də qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə tanışları baxılan iş üzrə təqsirləndirilən şəxs Məhkum2, Şahid11, X8, Şahid10, İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı “X2t” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran vətəndaşı “X2t” adlı şəxs naməlum mənbədən naməlum vaxt və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda, ümumi təmiz çəkisi 507,16 4 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 52,454 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini özü və ya şəxsiyyəti naməlum şəxslər vasitəsi ilə İİR-dan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək naməlum vaxtda və şəraitdə pulunu sonradan ödəmək şərti ilə qrupun digər üzvü Şahid10 vermiş, sonuncu satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı narkotik vasitə heroinin pulunu sonradan ödəmək şərti ilə qramı 21 manatdan olmaqla külli miqdarda - 7,718 qramını naməlum vaxtda və şəraitdə tanışı Şahid11 satmış, qalan külli miqdarda, 499,446 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 52,454 qram çəkidə psixotrop maddə metamfetamini is ə daşımaqla yaşadığı ünvan 3, mənzil 36-da saxlamışdır. Şahid11 Şahid10 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda - 7,718 qram çəkidə narkotik vasitə heroinin 6,038 qramını üstündə saxlamaqla daşımış, qalan 1,680 qram çəkidə narkotik vasitə heroinin qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə naməlum vaxtda və şəraitdə tanışı Məhkum1 satmış, Məhkum1 Şahid11 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı həmin narkotik vasitə heroini satmaq üçün naməlum vaxtda və şəraitdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Məhkum2 vermiş, Məhkum2 Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1,680 qram çəkidə narkotik vasitə heroini qramı 35 manatdan olmaqla naməlum vaxtda və şəraitdə Şahid12 nağd şəkildə satmış, Şahid12 isə naməlum vaxtda və şəraitdə Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1,680 qram çəkidə narkotik vasitə heroinin 1,067 qramını üzərində, qalan 0,613 qramını isə yaşadığı x saylı mənzildə gizlədərək saxlamışdır. Şahid12 narkotik vasitə heroini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid12 həmin gün saat 12 radələrində yaşadığı x saylı evin yaxınlığında saxlanılmış və baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığ ı bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan narkotik vasitə heroin, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə baxış keçirilərkən mətbəxdə masanın üzərindən isə satış məqsədilə əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,613 qram olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq polis əməkdaşları tərəfindən saxlanılmış tanışı Şahid12 tanışı Məhkum2 5 qram çəkidə narkotik vasitə heroin almaq istədiyini bildirdiyindən sonuncu bu barədə Məhkum1 məlumat verərək narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş, Məhkum1 isə öz növbəsində 29 may 2019-cu il tarixdə saat 12 radələrində BakıSumqayıt avtomobil yolunun 14-cü kilometrliyində yerləşən “N eapol” hotelinin yaxınlığında Şahid11la görüşərək ondan qramı 25 manatdan olmaqla sonradan pulunu ödəmək şərti ilə külli miqdarda - 4,258 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən əldə edib üzərində saxlamaqla naməlum vaxtda və şəraitdə satmaq üçün Məhkum2 vermiş, Məhkum2 isə qeyd olunan gün saat 15 radələrində Şahid12 yaşadığı x saylı evin qarşısında saxlanılmış və baxış zamanı Məhkum2 sağ əlində saxladığı sarı rəngli əl çantasının içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid12 təkrarən satmaq üçün gətirdiyi bir ədəd şəffaf polietilen bükümdə 4,258 qram və iki ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,190 qram və 0,123 qram olan ümumilikdə külli miqdarda - 4,571 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Məhkum2 verdiyi məlumat əsasında 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahid11 həmin gün saat 16 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində fəaliyyət göstərən “Neapol” hotelinin yaxınlığında saxlanılmış və baxış zamanı Şahid11 əynində olan cins şalvarın sağ yan cibindən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 1,467 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şahid11 Şahid10 100 qram narkotik vasitə heroin sifariş etməsi əsasında sonuncu 29 may 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədb iri zamanı həmin gün saat 18 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış və baxış zamanı Şahid10 əynində olan cins şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid11 təkrarən satmaq üçün gətirdiyi bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,947 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonuncunun razılığı və iştirakı ilə yaşadığı mənzilə keçirilən baxış zamanı mətbəxdə olan soyuducudan satış məqsədilə əldə edib saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 198,756 qram və 199,743 qram olmaqla külli miqdarda - ümumilikdə 398,499 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 52,454 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri i lə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Qeyd olunan həmin cinayət işi 29 may 2019-cu il tarixdə Şahid10, Şahid11, Məhkum2 və X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanılmış, cinayət işindən təqsirləndirilən şəxs Məhkum2 axtarışda olması, sonuncunun olduğu yerin müəyyənləşdirilməməsi əsası ilə ayrıca icraatda ayrılmış, Şahid10, Şahid11 və X8 barədə olan cinayət işi isə məhkəməyə verilmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və qeyriləri yuxarıda göstərilən cinayət əməlini həm də tamah niyyəti ilə törətmişlər. Birinci instansiya məhkəməsi tamah məqsədinin narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğu nəzərə alıb, "cinayətin tamah məqsədilə törədilməsi" əlamətini təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamın mətnindən xaric edilməsi barədə qənaətə gəlmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsinin qərarının işin faktiki hallarına uyğun olmadığını, təyin olunmuş cəzanın isə ağırlığına görə qanunsuz, əsassız v ə ədalətsiz olduğunu bildirmişlər. Həmçinin özlərini CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilmədiklərini, onlara bu maddə ilə bəraət verilməsini, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə daha yüngül və ədalətli cəza təyin edilməsini xahiş etmişlər. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilərək onlara CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməsini, CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə isə daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın çıxarılmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə k assasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları müəyyən edilərkən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirlilikləri sübuta yetirilmədiyi halda onlar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitə və psixotrop madələrini əldə etməklə - Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilindiklərini, həmçinin CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri həddindən artıq ağır cəzalara məruz qaldıqlarını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam (CM-nin 206.3.2-ci) verilməsi, eyni zamanda onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi (CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü) haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdilər. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum2 və Məhkum1 onlara hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş narkotik vasitələrin dövriyyəsi ilə bağlı (CM 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələr) əməllərini törətmələri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, ittihamın bu hissəsinə münasibətdə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticələr çıxarılmışdır (hökmdə və apellyasiya məhkəməsinin qərarında sübutlar ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkəmələrin Məhkum1 və Məhkum2 ittiham olunduqları CM-in 206.3.2-ci maddəsi ilə bağlı gəlmiş olduqları qənaətə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Qaçaqmalçılıq işlərinə məhkəmələrə tərəfindən baxılmasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixdə qəbul etdiyi “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı Qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunmuşd ur ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsəl ən, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikası nın gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, verilmiş ittihamda şəxsiyyəti məlum olunmayan “x” adlı və şəxsiyyəti naməlum olan digər İran İslam Respublikasının vətəndaşları narkotik vasitələr və psixotrop güclü t əsir edən maddələri artıq Azərbaycan Respublikasının ərazisinə naməlum vaxtda gətirdikdən sonra - digər cinayət işi üzrə məhkum olunmuş Şahid10 pulunu sonradan ödəmək şərti ilə vermiş, Şahid10 isə öz növbəsində həmin narkotik və psixotrop maddələri başqa şəxslərə, eyni zamanda Şahid11 (7,718 qram çəkidə narkotik vasitə heroini) satmış, Məhkum1 və Məhkum2 isə narkotik vasitə olan heroini (1,680 qram) Şahid11 almışlar. Həmçinin nə Məhkum2 nədə ki, Məhkum1 etirafedici ifadələrində belə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin “X2” adlı şəxslə, İran İslam Respublikasının digər vətəndaşı və yaxud Şahid10la ilə razılaşdırılmalarına və həyata keçirilməsinədək adı çəkilən şəxslərlə əlaqə qurmalarına dair heç bir məlumat vermişlər. Göstərilən halı hazırkı iş üzrə məhkum edilmiş Şahid10 təsdi q etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarda, o cümlədən şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid3 və Şahid4 ifadələrində narkotik, psixotrop maddələrin əldə edilənədək qeyd olunan qanunsuz maddələrlə bağlı Məhkum1 və Məhkum2 hansı hərəkətlərin yerinə yetirdiklərini, onların nə vaxt, necə, kim tərəfindən dövlət gömrük sərhədindən keçirildiyini, bunda Məhkum1 və Məhkum2 rollarının nədən ibarət olmasını (qaçaqmalçılıq cinayətinin baş tutması üçün nə kimi hərəkətlər etdiyini) xarakterizə edə biləcək hər hansı məlumata təsadüf edilmir. Narkotik vasitənin Şahid11 satış məqsədi ilə əldə olunma anınadək Məhkum2 və Məhkum1 həmin predmetlə bağlı hər hansı hərəkətlər etmələri, o cümlədən qeyd olunan qanunsuz maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etmələri müəyyən edilməmiş, buna dair məhkəmə qərarlarında bir sübut belə gətirilməmişdir. Bu isə o deməkdir ki, Məhkum1 və Məhkum2 başqaları tərəfindən törədilmiş narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddə və vasitənin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuşlar – qeyd olunan qanunsuz maddələrin Bakı şəhərində satış məqsədi ilə əldə olunmasında, saxlanılmasında və satılmasında qrupun digər üzvləri ilə birlikdə (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Məhkum2 və Məhkum1 qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə müəyyən edilmiş, yuxarıda təsvir edilən xüsusatları qeyd olunan normalarla müqayisə etdikdə, görünür ki, təqsirli olmaları cina yət-prosessual qanunun tələb etdiyi şəkildə sübuta yetirilmədən sonuncular Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və cəzalandırılmışlar. Cinayət-Prosessual Məcəllənin 39.2-ci maddəsində təqsirliliyinin sübuta yetirilməməsi cinayət təqibini istisna edən hal kimi göstərilmişdir. Cinayət-Prosessual Məcəllənin 39.3 və 42.1.4-cü maddələrinə əsasən təqsirliliyinin sübuta yetirilməməsi bəraətverici əsasdır. Cinayət-Prosessual Məcəllənin 416.1.11-ci maddəsində məhkəmənin cinayət təqibini istisna edən halların olmasına baxmayaraq ittiham hökmü çıxarması (o cümlədən, ittihamın müəyyən hissəsi üzrə ittiham hökmü çıxarması) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Odur ki, qey d olunan hallara görə mübahisələndirilən hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı Cinayət-Prosessual Məcəllənin 416.1.11-ci maddəsində göstərilən pozuntunun mövcud olmasına görə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair hissədə ləğv edilməli, həmin hissədə cinayət işi üzrə icraata cinayət-prosessual qanunun 39.2-ci maddəsində göstərilən bəraətverici əsasla (təqsirliliyin sübuta yetirilməməsinə görə) xitam verilməli, məhkəmə qərarlarından Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə və CM-in 66.3-cü maddəsinə əsasən – cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, onların üzərində CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzanı (cəzanın ağırlığı ilə bağlı məhkumların dəlilərinə münasibətdə) Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarına dair müddəalara, ədalət prinsipinin tələblərinə (CM, maddə 8) cavab verən cəza hesab edir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək və Məhkum1 kassasiya şikayətlərin təmin edilməsi, dövlət ittihamçısı A.M.Hüseynlinin isə kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməklə həmin qərar və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü Məhkum1 və Məhkum2 CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair hissədə, bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkbinin olmaması əsası ilə ləğv edilərək həmin hissədə cinayət işi üzrə icraata xitam verilməli, onlara CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar göstərilən yekun məhkəmə aktlarından xaric edilməklə onların üzərində CM-nin 234.4.1, 234.4.2 və 234.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri qismən təmin edilsin. Məhkumlar Məhkum1 və Məhkum2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilmələri hissəsində ləğv edilsin, həmin hissədə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.2-ci maddəsində göstərilən əsasla – Məhkum1 və Məhkum2 təqsirliliklərinin sübuta yetirilməməsinə görə xitam verilsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə dair müddəalar onların barəsindəki yekun məhkəmə aktlarından xaric edilsin. Məhkum1 üzərində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, onun 29 may 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub 30 may 2019-cu il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün, 27 fevral 2020-ci il tarixdə tutulub həbsdə saxlanıldığı 1 (bir) gün - cəmi 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-391/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-391/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver