Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-392/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2024-cü il tarixli hökmü ilə (sə drlik edən hakim N.A.Kərimov, hakimlər R.Ə.Sadıxov və L.S.Əsgərova-Məmmədovadan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1974-cü ildə ünvan3 ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan2ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 may 2023-cü il tarixdən hesablanması, Məhkum narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.H.Əhmədov, hakimlər Z.N.Hüseynov və Ə.Q.Ələkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum müəyyən edilməyən mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumilikdə 1025,981 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, yəni 12,981 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib ünvan4 ərazisində üzərində saxlamaqla daşımış və ünvan5ndə yerləşən kirayədə yaşadığı 368 saylı bağ evində saxlamış, 27 may 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Suraxanı Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin Yol-patrul xidmətinin əməkdaşları tərəfindən ünvan6ndə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə 9,481 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə 12,981 qram kustar üsulla hazırlanmış metamfetamin, ünvan7ndə yerləşən kirayədə yaşadığı 368 saylı bağ evinə baxış aparılan zaman bağ evinin otağındakı çarpayının döşəkçəsinin altından bir ədəd sellofan bağlama da 1016,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən məhkəmədə özünün verdiyi ifadə, digər sübutların isə qeyri-mötəbər olması nəzərə alınmamış, ittiham hökmü ibtidai istintaqda ondan qanunsuz təsir etmə yolu ilə alınmış, özünün əleyhinə olan lakin həqiqəti əks etdirməyən ifadələri ilə əsaslandırılmış, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərinə əsasən Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyə n etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 - 416.1.3, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum kassasiya şikayətindən görünür ki, o, əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, bu qənaətini və ondan irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları təd qiq edib-qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qa nunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürülmüş, məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayark ən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Şərh edilən məsələyə münasibətdə məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyətcə bu şikayətin dəlilləri ilə eyni olan dəlillər Məhkum və onun müdafiəçisi tərəfindən birinci və apellyasiya instansiyası məhkəmələri qarşısında da irəli sürülmüş və məhkəmələr həmin dəlilləri araşdırıb hazırkı iş üzrə cinayət prosesinin gedişində cinayət- prosessual qanunun tələblərinə, o cümlədən sübutlar və sübutetmə, təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, bu qaydada müəyyən edilmiş işin faktiki hallarından, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı - birinci instansiya məhkəməsi və onların yoxlanılması zamanı - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara və sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, onlara CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliy i barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqının gedişində cinayət prosesi tərəflərinin məhkəmə baxışına təqdim etdikləri bütün sübutlar tərəflərin iştirakı ilə tədqiq edilmiş və hökmdə Məhkum özünün məhkəmədə verdiyi, cinayət törətməsini inkar edən məzmunda olan ifadəsi Məhkum əleyhinə məhkəmədə ifadə vermiş (ittihamda göstərilən tarixdə və yerdə Yol patrul xidmətinin əməkdaşları qismində növbədə olduqları vaxt yol hərəkəti qaydalarını pozması ilə əlaqədar minik avtomobilini dayandırdıqlarını; həmin avtomobilin arxa oturacağından düşüb qaçmağa cəhd edən şəxsi saxladıqları nı; həmin şəxsin Məhkum olmasını bildirdiyini və qaçmağa cəhd etməsini üzərində narkotik vasitənin olması ilə izah etdiyini; Məhkum özləri ilə Polis bölməsinə gətirdikdə, təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarışın gedişində Məhkum narkotik vasitənin və psixotrop maddənin götürüldüyünü; Məhkum razılığı və onun, habelə müdafiəçinin iştirakı ilə qaldığı evə baxış keçirildiyini və oradan da narkotik vasitənin aşkarlanıb götürüldüyünü təsdiq edən) şahidlər Şahid1 və Şahid2, habelə təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqda, o cümlədən barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə məhkəmədə baxılarkən verdiyi etirafedici ifadələri ilə müqayisə edilmişdir. Məhkəmə Məhkum məhkəmədə verdiyi ifadənin deyil, məhz onun əleyhinə olan ifadələrin, o cümlədən Məhkum özünün ittihamda təsvir edilən narkotik vasitəni və psixotrop maddəni əldə edib daşımasını, habelə üzərində və qaldığı evdə saxlamasını etiraf etməsinin digər sübutlarla, xüsusilə də videoçəkiliş aparılmaqla Məhkum üzərində şəxsi axtarışın və qaldığı evə baxışın aparılmasına, üzərindən 9,481 qram heroinin və 12,981 qram metamfetaminin, evdən isə 1016,5 qram heroinin götürülməsinə dair 27 may 2023-cü il tarixli protokollar, Məhkum üzərindən və qaldığı evdən götürülmüş heroin narkotik vasitəsinin və psixotrop maddənin külli miqdar (Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş İ və İİ nömrəli siyahıların hadisə vaxtı qüvvədə olan müddəalarına əsasən) təşkil etməsinə, eləcə də müxtəlif yerlərdən götürülsələr də heroin narkotik vasitəsini n hissələrinin eyni tərkibli olmasına dair məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 may 2023-cü il tarixli 6/3060 nömrəli rəyi, habelə Məhkum opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyinin olması haqqında ambulator məcburi narkoloji tibbi yoxlamanın 8 avqust 2023cü il tarixli rəyi ilə uyğunluq təşkil etməsindən çıxış edərək, Məhkum əleyhinə olan ifadələri mötəbər, həqiqəti əks etdirən sübutlar kimi qiymətləndirmiş, həmin sübutlarla Məhkum qarşı irəli sürülmüş ittihamın (hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş cinayətin törədilməsində Məhkum təqsirli olmasının) sübuta yetirilməsi haqqında nəticəyə gəlmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri irəli sürülmüş ittihamı təsdiq edən sübut kimi qiymətləndirərkən həmin ifadələrin polis tərəfindən qanunsuz təsir etmə yolu ilə əldə edildiyinə dair müdafiə tərəfinin dəlilini də nəzərdən qaçırmamış, narkotik vasitənin və psixotrop maddənin Məhkum üzərindən və qaldığı evdən götürülməsini əks etdirən müvafiq protokollara əlavə edilmiş videogörüntülərə baxış keçirmiş və yaşayış yerinə baxışın gedişində, eləcə də dindirmələrdə müdafiəçinin də iştirak etdiyini, protokollara prosessual hərəkətlərin pozuntularla aparılmasına dair qeydlərin verilmədiyini, heç bir narazılığın ifadə olunmadığını nəzərə almışdır. Yuxarıda qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib, Məhkum ardıcıl olaraq birinci və apellyasiya instansiyası məhkəmələr ində müdafiə etdiyi dəlillərlə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması, eləcə də bu araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri təkzib edə, məhkəmə araşdırmalarının obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutların hamısını yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum təqs irliliyinin sübuta yetirilməməsi barədə dəlilləri əsassız olduğundan, onun həmin dəlillərlə əlaqələndirdiyi Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəllənin digər müddəalarının pozulması haqqında iddiası da əsaslı sayıla bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1- 416.1.3, 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkum təyin olunmuş cəza ilə bağlı məsələyə gəldikdə, hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, əvvəllər məhkum olunmaması, məhkəməyədək icraatda qismən etirafedici ifadələr verməsi isə cəz asını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Cinayətlərin xarakteri və ictimai təhlükəlilyi, təqsirkarın şəxsiyyətinə aid müəyyən məlumatlarla yanaşı yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların müəyyən olunmamasından çıxış edən birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bu cəza apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Lakin, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də Məhkum ailə vəziyyətini kifayət qədər araşdırmamış, nəticədə onun himayəsində bir azyaşlı uşağının olmasını nəzərindən qaçırmış (digər u şaq hökm çıxarıldığı tarixə yetkinlik yaşına çatmamışdır), müvafiq olaraq cəzanın həddini müəyyən edərkən qeyd olunan cəzanı yüngülləşdirən halı nəzərə almamaqla yanaşı, təyin olunan cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə təsirini də lazımınca dəyərləndirməmişdir. Halbuki, məhkəməyədək icraatı aparan orqan tərəfindən əldə edilib cinayət işinin materialları arasında məhkəməyə təqdim edilən rəsmi sənədlərə, o cümlədən doğum haqqında AZ-İ seriyalı 829477 nömrəli və AZ-İİ seriyalı 837142 nömrəli şəhadətnamələrin surətlərinə əsasən Məhkum müvafiq olaraq 1 sentyabr 2006-cı ildə doğulmuş XX2 adlı qızı və 18 fevral 2012-ci ildə doğulmuş XX3 adlı oğlu, yəni hökmün çıxarıldığı 6 mart 2024-cü il tarixinə bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladları olmuşdur (cinayət işi, 1-ci cild, i.v.106). Məhkum himayəsində azyaşlı uşağının olması ittiham aktında da onun cəzasını yüngülləşdirən hal kimi xüsusilə qeyd edilmişdir. Təqsirkarın himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin birbaşa təsbit etdiyi və bu üzdən CM-in 58.3-cü maddəsinə əsasən cəzanın təyin edilməsi və cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirinin dəyərləndirilməsi zamanı mütləq şəkildə nəzərə alınmalı olan haldır. Cinayət qanunun tələbinə görə cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hala əhəmiyyət verilmədən təyin olunmuş cəza isə ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün Məhkum himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Sözügedən cəzanı yüngülləşdirən halın nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum himayəsində azyaşlı uşağının olması hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən cəzanı yüngülləşdirən, eləcə də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, həmin hal Məhkum cəzasının CM-in 234.4.3-cü maddəsin in sanksiyası hüdudlarında 6 (altı) ay azaldılmasını mümkün edən əsas kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə də CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə çatmaq mümkündür. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 12 iyul 2024-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 12 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il 6 (altı) aydan 8 (səkkiz) ilə endirilsin. Qalan hissədə hökm dəyişdirilmədən saxlanılsın. və apellyasiya instansiyası məhkəməsinin qərarı
Məhkəmə qərarları › İş №1(102)-392/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-392/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver