Məhkəmə qərarları › İş №1(102)-393/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-393/2019

27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-393/2019 27.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs1 iştirakları ilə 27 dekabr 1962-ci ildə Goranboy rayonunun *********** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, ”xxxx” ASC-nin Naftalan filialında nəzarətçi operator v ə xəzinədar vəzifəsində işləmiş, Goranboy rayonunun *********** kəndində qeydiyyatda olan və Naftalan şəhəri, *************************** yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.2-ci maddələri ilə 03 mart 1962-ci ildə Yevlax rayonunun ********** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ”xxxx” ASC-nin Naftalan filialının müdiri vəzifəsində işləmiş, Goranboy şəhəri, ********************** qeydiyyatda olan və yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərba ycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Qasımov, hakimlər: F.Mahmudov və M.Bağırov) Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinib ona CM-in 178.3.2-ci maddəsi ilə 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinin tələbinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 19 oktyabr 2017-ci il tarixdən hesablanması, barəs ində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasının əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanması, iş üzrə mülki iddianın qismən təmin edilməsi və Məhkum1 126.490,50 manatın alınaraq “xxxx” ASC-yə ödənilməsi hissəsində təmin edilmiş, mülki iddia qalan hissədə təmin edilməmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il mü ddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq azadlıqdan məhrum etmə ilə bağlı əsas cəza şərti hesab edilməklə 02 il sınaq müddəti müəyyən edilmişdir. Hökmlə həmçinin X20 da məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Məhkum1 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim T.A.Muxtarov, hakimlər: Ə.G.Abdullayev və E.İ.Xasməmmədov) verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Hökmə əsasən, Məhkum1 öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir ol duğu bir qrup şəxslə vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə külli miqdarda törədilməklə və təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə qulluq mövqeyindən istifadə edib xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə təkrarən talamış və xidməti vəzifələrinin icrası ilə əladəqar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum1 15 sentyabr 2004-cü ildən 01 may 2012-ci il tarixə kimi olan dövrdə “xxxx” ASC-n in Naftalan filialının nəzarətçi operatoru, 01 may 2012-ci ildən 05 sentyabr 2014-cü il tarixədək olan dövrdə isə həmin filialın kassiri (xəzinədarı) vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əladəqar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Muşahidə Şurasının 26 fevral 2010-cu il tarixli qərarı ilə təsdiq edlimiş «xxxx» Açıq Səhmdar Cəmiyyətinin yerli struktur bölmlərində çalışan işçilərin nümunəvi vəzifə təlimatına, həmin bankın İdarə Heyətinin 07 mart 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin əmanətləri üzrə əməliyyatların aparılması prosedurlarına, cəmiyyətin Müşahidə Şurasının 02 oktyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «xxxx» ASC-də fiziki şəxslərin bank əmanəti hesabları üzrə əmanət əməliyyatlarının aparılmasına dair Qaydalara, 15 sentyabr 2004–cü il və 01 may 2012-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin tələblərinə əsasən, filialın operatoru kimi məxaric orderlərinin, pul ödənişi sənədlərinin düzgün doldurulmasını yoxlamalı, məxaric və mədaxil kassa jurnallarını tərtib etməli, əməliyyat gününün sonunda jurnalların yekununun müvafiq sənədlərlə üzləşdiriliməsini təmin etməli, əməliyyat gününün əvvəllində müvafiq məxaric əməliyyatlarının aparılması məqsədilə struktur bölmənin kassasından təhtəl hesaba müəyyən məbləğdə pul götürüb gün ərzində mədaxil-məxaric əməliyyatlarının aparılmasını həyata keçirməli və əməliyyat gününün sonunda müvafiq sənədləri, hesabatları və istifadə olunmamış təhtəl hesabının qalığını kassaya qaytarmalı, filialı n kassiri kimi apardığı əməliyyatlar üzrə sənədlərin təlimata uyğun doldurulmasını yoxlamalı, mədaxil və məxaric əməliyyatlarında (nağd pulun mədaxil üçün elan, mədaxil və məxaric orderlər, nağd pul siyahısı) istifadə edilən sənədlərlə imzaların imza nümunələri ilə üzləşdirilməsini təmin etməli, nəzarətçi mühasib kimi müştərilərdən qəbul edilmiş depozitlərə gündəlik olaraq nəzarət etməli, hesablanmış faizlərin və əsas məbləğin müştəri xidmətlər şöbəsi tərəfindən verilən gündəlik rəsmi hesabatlarla üzləşdirilməsini həyata keçirməli və düzgünlüynə nəzarət etməli, müştərilərin depozitləri üzrə aparılan mədaxil-məxaric əməliyyatları zamanı müvafiq sənədlərin yoxlanılmasını, mədaxil-məxaric orderlərinin imzalanmasını və hər bir müştəri üzrə aidiyyəti depozit sənədlərinin ayrıca saxlanılmasını, müştərilərə Mərkəzi bankın qüvvədə olan normativ sənədləri və bankdaxili qaydalara uyğun olaraq hesablar açılmasını və müvafiq sənədləşmə işlərinin aparılmasını təmin etməli, bundan əlavə bank əmanəti əməliyyatlarının aparılması-bank əmanəti hesabının nağd qaydada açılması, bank əmanət müqaviləsinin bağlanması, imza nümunəsi vərəqələrinin, şəxsi hesabın, ilkin əmanət məbləğinin bank əmanəti hesabına mədaxil olunmasına dair mədaxil orderinin və bu əməliyyatı özündə əks etdirən bank əmanəti kitabçasının tərtibi ilə rəsmiləşdirilməli, vəsait mədaxil orderinin tərtibi ilə qəbul olunmalı və qəbul edilmiş vəsait əmanət kitabçasında və şəxsi hesabda əks olunmalı, əmanətçidən bank əmanəti hesabına nağd əlavə məbləğlərin qəbulu zamanı əmanətçinin əmanət kitabasında olan hesab nömrəsi, onun soyadı, adı, atasının adı və əmanətin qalığı ilə şəxsi hesabındakı məlumatları üzləşdirilməli, əmanət kitabçasında olan qalıqla şəxsi hesabdakı qalıq arasında fərq aşkar olunduqda bununla bağlı dərhal müvafiq tədbir görməli və sair səlahiyyətlərə malik vəzifəli şəxs olduğu halda, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib müxtəlif şəxslərdən əmanət adı ilə alınmış vəsaitləri vahid niyyətlə ələ keçirmək məqsədilə, həmin filialın baş mühasibi X43 ilə qabaqcadan razılaşmaqla cinayət əlaqəsinə girib ayrı-ayrı şəxslərin, o cümlədən Naftalan şəhər sakini X13 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 15 faiz əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda adına şəxsi hesab açılmadığ ı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, guya filialda şəxsi hesabı olması və 01/439 nömrəli əmanət hesabı açılması barədə 143 nömrəli ordersiz əmanət kitabçası və əmanətin hərəkəti barədə şəxsi hesab vərəqi tərtib edib öz imzası ilə təsdiq edərək ondan əmanət qəbulu adı ilə 27.02.2006-cı ildən 05.09.2014-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 13.500 manat, Goranboy rayon sakini X14 həmin filialda özünün və yaxın qohumlarının adlarına əmanət yerləşdirərsə, onlara depozit hesabı üzrə aylıq 13 faiz əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda özünün və qızları N8 və T8 adına şəxsi hesab açılmadığı və adları depozit hesaba əmanət qoyan şəxslər kimi qeydiyyata alınmadığı halda, İ6 adına guya filialda şəxsi hesabı olması və 3831/26 nömrəli əmanət hesabı açılması barədə nömrəsiz, N8 adına, guya filialda şəxsi hesabı olması və 3831/27 nömrəli əmanət hesabı açılması barədə nömrəsiz və T8 adına, guya filialda şəxsi hesabı olması və 3831/28 nömrəli əmanət hesabı açılması barədə nömrəsiz əmanət kitabçaları, həmçinin əmanətin hərəkəti barədə şəxsi hesab vərəqələri tərtib edib öz imzası ilə təsdiq edərək İbrahim Məmmədovdan əmanət adı ilə özünün adına 22.03.2006-cı ildən 08.03.2014-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 15.350 manat, qızı N8 adına 11.07.2008-ci ildən 08.03.2014-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 4.522,50 manat, qızı T8 adına isə 30.03.2009-cu ildən 08.03.2014-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 15.350 manat, ümumilikd ə isə 35222,50 manat, Naftalan şəhər sakin X21 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq əlavə gəlir verəcəyini vəd edərək 16.05.2008-ci ildə vəfat etmiş arvadı X9 işlədiyi dövr üzrə hesabında qalmış əmək haqqı və son hesablaşma məbləği olan 917,91 manat pulu əmanət hesabına yerləşdidiyi halda, ona əlavə gəlir verəcəyini vəd edib, guya sonuncunun adına tərtib etdiyi 11.06.2008-ci il tarixli 1 nömrəli formada göstərdiyi 01/579 nömrəli əmanət hesabına yerləşdirməsi adı ilə, həmçinin F6 özündən əmanət adı ilə 11.06.2008-ci ildən 08.10.2013-cü ilədək olan dövrdə 4649,09 manat olmaqla cəmi 5.567 manat, Naftalan şəhər sakini X30 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq əlavə gəlir verəcəyini vəd edib, faktiki olaraq filialda adına şəxsi hesab aç ılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, guya filialda şəxsi hesabı olması və 13841/28 nömrəli əmanət hesabı açılması barədə KB № *********** nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, həmçinin adına, guya 03.06.2008-ci il tarixdə «VİP depozit» əmanəti üzrə müqaviləsi tərtib edilməsinə nail olmaqla əmanət qəbulu adı ilə 03.06.2008-ci ildən 01.11.2008-ci il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla ondan cəmi 4075 ABŞ dolları və ya həmin dövrün məzənnəsi ilə 3343,13 manat, Goranboy rayon sakini X38 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 12,5-13,5 faiz əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyat a alınmadığı halda, guya filialda şəxsi hesabı olması və 3831/26 nömrəli əmanət hesabı açılması barədə orderli KB 007409 nömrəli əmanət kitabçası və əmanətin hərəkəti barədə şəxsi hesab vərəqi tərtib edib öz imzası ilə təsdiq edərək, həmçinin adına, guya 15.10.2009-cu il tarixdə “Müddətli yeni əmanət» üzrə müqavilə tərtib etməklə əmanət qəbulu adı ilə 01.08.2008-ci il tarixdən 14.05.2012-ci il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 8.000 manat, Naftalan şəhər sakini X24 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 14,8 -15 faiz əlavə gəlir verəcəyini vəd edib filialda adına şəxsi hesab açaraq adının depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmasını təmin etməklə 3831/42 №-li əmanət hesabı açılması barədə orderli KB *********** nömrəli əman ət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, həmçinin adına 11.08.2010-cu il tarixdə “Pensiyaçı” əmanəti üzrə 11.08.2011-ci, 16.08.2012-ci və 16.08.2013-cü il tarixlərdə «VİP» depoziti üzrə müqavilələri tərtib edərək ondan əmanət qəbulu adı ilə 05.08.2008-ci ildən 16.08.2013-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla aldığı cəmi 23.000 manat məbləğində pulun 15.000 manatını bankda olan 3831/42 №-li əmanət hesabına mədaxil edib, ona verdiyi KB 007410 seriya nömrəli əmanət kitabçasında qeydlər apararaq öz imzası ilə təsdiq edib Bankın əməliyyat sistemində müvafiq əməliyyat aparıb qalan 8.000 manat, Naftalan şəhər sakini X25 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 13,5 faiz əlavə gəlir verəcəyini vəd edib adına filialda şəxsi hesabı olması v ə 3861/11 nömrəli əmanət hesabı açılması barədə KB ************ nömrəli əmanət kitabçası və əmanətin hərəkəti barədə şəxsi hesab vərəqi tərtib edib öz imzası ilə təsdiq edərək, həmçinin adına, guya 19.12.2008-ci il tarixdə «VİP depoziti» üzrə müqavilə tərtib edərək P6 əmanət qəbulu adı ilə 19.12.2008-cu ildən 24.06.2013-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 16.551,80 manat məbləğində pulu alıb həmin məbləğdə vəsaitdən Bank əməliyyat sistemində (BƏS) 10.000 manat məbləğində vəsaitin mədaxilini aparıb qalan 6551,80 manat, Nafalan şəhər sakini X15 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 11,5-13,5 faiz əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, adına, guya filialda şəxsi hesabı olması və 3831/25 nömrəli əmanət hesabı açılması barədə orderli KB 007445 nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, həmçinin adına, guya 19.12.2008-ci il tarixdə «VİP depoziti» üzrə müqavilə tərtib edərək, S8 əmanət qəbulu adı ilə 16.01.2009-cu ildən 23.10.2013-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 3.900 manat məbləğində pulun qəbulu ilə bağlı Bank əməliyyat sistemində (BƏS) faktiki heç bir əməliyyat aparmayaraq qeyd olunanməbləğdə vəsaitin, guya 3831/25 nömrəli əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi KB 007445 nömrəli əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq edərək həmin vəsaitdən 1800 manatını ona verib, qalan 2.100 manat, Naftalan şəhər sakini X31 həmin fili alda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 30 manat əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata almadığı halda, adına, guya filialda 3831/26 nömrəli şəxsi hesabı olması barədə KB 007443 seriya nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, H6, guya əmanət qəbulu adı ilə 2009-cü ildə cəmi 3000 manat məbləğində pulu alıb həmin vəsaitlərin qəbulu ilə bağli Bank əməliyyat sistemində (BƏS) faktiki heç bir əməliyyat aparmayaraq qeyd olunan vəsaitin, guya bankda olan əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi KB4 007443 seriya nömrəli əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq edərək cəmi 3000 manat, Goranboy rayon sakini X32 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 13,5 faiz əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda özünün və qızı G8 adlarına şəxsi hesab açılmadığı və adları depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, özünün adına, guya filialda şəxsi hesabı olması və 3831/11 nömrəli əmanət hesabı açılması barədə orderli KB 007429 nömrəli əmanət kitabçası, qızı G8 adına, guya filialda şəxsi hesabı olması və 3861/11 nömrəli əmanət hesabı açılması barədə orderli KB4 026953 nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, habelə özünün və qızı G8 adına 26.05.2009-cu il tarixdə 2 ədəd «VİP depoziti» üzrə müqavilə tərtib edərək E6 əmanət qəbulu adı ilə özünün və qızı G6 adına 26.05.2009-cu ildən 27.03.2013-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla hər birinə 10.000 manat olmaqla, ümumlikdə 20.000 manat, Naftalan şəhər sakini X26 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 12,5–13,5 faiz əlavə gəlir verəcəyini vəd edibfaktiki olaraq filialda adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, adına, guya filialda şəxsi hesabı olması və 3831/26 nömrəli əmanət hesabı açılması barədə nömrəsiz əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək E6 əmanət qəbulu adı ilə 27.05.2009-cu il tarixdən 23.04.2014-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 5.000 manat məbləğində pulu alıb həmin vəsaitin qəbulu ilə bağlı Bank əməliyyat sistemində (BƏS) faktiki heç bir əməliyyat aparmayaraq qeyd olunan həmin məbləğdə vəsaitin, guya bankda ola n 3831/26 nömrəli əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi nömrəsiz əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq edərək, həmin vəsaitdən 2.350 manatını özünə verib qalan 2.650 manat, Naftalan şəhər sakini X1 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq əlavə gəlir verəcəyini vəd edibfaktiki olaraq filialda adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, adına, guya filialda şəxsi hesabı olması və ********* nömrəli əmanət hesabı açılması barədə nömrəsiz əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək 06.01.2010-cu il tarixdə cəmi 800 manat məbləğində pulu alıb həmin vəsaitin qəbulu ilə bağli Bank əməliyyat sistemində (BƏS) faktiki heç bir əməliyyat aparmayaraq qeyd olunan həmin məbləğ də vəsaitin guya ********* nömrəli əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi nömrəsiz əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq edərək 800 manat, Naftalan şəhər sakini X27 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq əlavə 13,5 faiz gəlir verəcəyini vəd edib oğlu X5 faktiki olaraq şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, adına, guya filialda şəxsi hesabı olması və 3831/26 nömrəli əmanət hesabı açılması barədə orderli KB ************seriya nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək M8 əmanət qəbulu adı ilə 19.11.2009-cu ildən 28.02.2012-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 12.855 manat məbləğində pulu alıb həmin vəsaitlərin qəbulu ilə bağlı B ank əməliyyat sistemində (BƏS) faktiki heç bir əməliyyat aparmayaraq qeyd olunan həmin məbləğdə vəsaitin, guya bankda olan 3831/26 nömrəli əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi orderli KB 007423 seriya nömrəli əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq edərək həmin vəsaitdən 1.500 manatını M8 verib qalan cəmi 11.355 manat, Naftalan şəhər sakini Zərərçəkmiş şəxs3 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, adına, guya filialda şəxsi hesabı olması və 01/29156 nömrəli adi əmanət və ********* nömrəli valyuta əmanəti hesabı açılması barədə KB4 026951 və KB 007425 seriya nömrəli əmanət ki tabçaları, həmçinin guya “Müddətli Yeni” əmanəti üzrə 06.08.2010-cu il tarixli və “VİP” depoziti üzrə 08.08.2011-ci il tarixli müqavilələr tərtib edib öz imzası ilə təsdiq edərək Zərərçəkmiş şəxs3 əmanət qəbulu adı ilə 06.08.2010-cu ildən 10.02.2014-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 17.840 ABŞ dolları və ya məzənnəyə uyğun olaraq 18.732 manat, həmçinin 2.500 manat məbləğində olmaqla ümumilikdə 21.232 manat, Goranboy rayon sakini X6 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 13,5 faiz əlavə gəlir verəcəyini vəd edibfaktiki olaraq filialda adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmadığı halda, onun adına, guya filialda şəxsi hesabı olması və ********* nömrəli əmanət hesabı açılması barədə or derli KB 007434 seriya nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, həmçinin adına, guya “Müddətli Seçim” əmanəti üzrə 06.09.2011-ci il tarixli müqavilə tərtib edib, X8 əmanət qəbulu adı ilə 06.09.2011-ci il tarixdən 05.06.2013-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 3.500 manat məbləğində pulu alıb həmin vəsaitlərin qəbulu ilə bağli Bank əməliyyat sistemində (BƏS) faktiki heç bir əməliyyat aparmayaraq, qeyd olunan həmin məbləğdə vəsaitin, guya bankda olan ********* nömrəli əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi KB 007434 seriya nömrəli əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq edərək həmin puldan 600 manatını ona verib qalan 2.900 manat, Goranboy rayon sakini X22 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq əlavə 9 faiz gəlir verəcəyini vəd ediboğlu X10 filialda depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata alınmaqla adına filialda şəxsi hesabı olması və ******************** nömrəli əmanət hesabı açılması barədə orderli KB 007437 seriya nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, habelə E6 adına 03.11.2011-ci il tarixdə “Uşaq yığımı 2” əmanəti üzrə müqavilə tərtib edib, G8 əmanət qəbulu adı ilə 03.10.2011-ci il tarixdən 29.01.2013-cü il tarixədək müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 3.250 manat məbləğində pulu alıb həmin vəsaitlərin qəbulu ilə bağli Bank əməliyyat sistemində (BƏS) əməliyyat apararaq həmin vəsaitin 317 manatını hesabına daxil etmiş, qalan 2932,50 manatı isə hesaba mədaxil etməyərək həmin məbləğdə vəsaitin, guya bankda olan *********** ********* nömrəli əmanət hesabına mədaxil olunmasına dair E6 adına verdiyi orderli KB 007437 nömrəli əmanət kitabçasında qeydlər aparıb imzası ilə təsdiq etməklə cəmi 2.932,50 manat, Naftalan şəhər sakini X11 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda onun adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata almadığı halda, adına, guya filialda şəxsi hesabı olması və ******************** nömrəli əmanət hesabı açılması barədə orderli KB4 026958 nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, L8 əmanət qəbulu adı ilə 16.10.2012-ci ildən 08.10.2014-cü il tarixədək olan müddətdə müxtəlif məbləğlərdə olmaqla cəmi 4.150 manat məbləğində pulu alıb həmin vəsaitlərin qəb ulu ilə bağli Bank əməliyyat sistemində (BƏS) faktiki heç bir əməliyyat aparmayaraq qeyd olunanvəsaitin, guya bankda olan ******************** nömrəli əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi KB4 026958 nömrəli əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq edərək cəmi 4.150 manat, Goranboy rayon sakini X16 həmin filialda əmanət yerləşdirərsə, ona depozit hesabı üzrə aylıq 18 faiz əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq filialda adına şəxsi hesab açılmadığı və adı depozit hesaba əmanət qoyan şəxs kimi qeydiyyata almadığı halda, adına, guya filialda 01/160 nömrəli şəxsi hesabı olması barədə KB4 007440 nömrəli əmanət kitabçası tərtib edib öz imzası ilə təsdiq edərək, İ6 əmanət qəbulu adı ilə 2012-2014-cü illərdə müxtəlif məbləğlərdə olmaqla cəmi 7000 manat məbləğin də pulu alıb həmin vəsaitlərin qəbulu ilə bağlı Bank əməliyyat sistemində (BƏS) faktiki heç bir əməliyyat aparmayaraq qeyd olunanvəsaitin, guya bankda olan əmanət hesabına mədaxil olunmasına dair ona verdiyi KB4 007440 seriya nömrəli əmanət kitabçasında qeydlər aparıb öz imzası ilə təsdiq edərək cəmi 7000 manat,Goranboy rayon sakini X7 həmin filialda əmanət yerləşdirərsə, ona həmin əmanəti üzrə əlavə gəlir verəcəyini vəd edib faktiki olaraq bankda adına heç bir əmanət kitabçası və şəxsi hesab vərəqi tərtib etmədən 2014-cü ilin may ayından həmin ilin sentyabr ayına kimi olan dövrdə müxtəlif məbləğlərdə olmaqla cəmi 42.000 manat, beləliklə də yuxarıda adları qeyd olunan Hidi Musayev, Pərviz Hacıyev və qeyriləri olmaqla cəmi 20 (iyirmi ) şəxsdə nümumilikdə 231.871,43 ( iki yüz otuz bir min səkkiz yüz yetmiş bir) manat məbləğində, yəni külli miqdarda özgə əmlakını ələ keçirib, bankın ofisində aldığı həmin vəsaitlərin bankda əmanət hesablarında olması görüntüsünü yaratmaq üçün adlarına əmanət kitabçaları və şəxsi hesab vərəqələri tərtib etməklə həmin vəsaitdən 1800 manatını S8, 2350 manatını E6, 1500 manatını M8, 600 manatını X8, ümumilikdə 6250 manatını onlara verib, eyni zamanda həmin vəsaitdən ümumilikdə 25.317 manatını V6, P6 və G8 adlarına bankın əməliyyat sisteminə daxil edib qalan yekun olaraq 200.304,43 (iki yüz min üç yüz dörd) manat vəsaiti Bankın əməliyyat sisteminə daxil etməyərək H6 öz aralarında bölüşdürməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə külli miqdarda özgə əmlakını ələ keçirib, həmin qanuna zidd hərəkətləri ilə H7, P6 və qeyrilərinin hüquqlarına və qanuni mənafelərinə, eyni zamanda fiziki şəxslərin əmanətlərinin qəbulu və qorunması sahəsində «xxxx» ASC-nin əhali arasında olan nüfuzuna xələl gətirməklə, bununla da hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla - vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Məhkum1 öz qulluq mövqeyindən istifadə edərək «xxxx» ASC-nin Naftalan filialının xəzinədarı vəzifəsində işləyərkən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə həmin filialın baş mühasibi X43 ilə qabaqcadana əlbir olub cinayət əlaqəsinə girərək Naftalan şəhər sakini Zərərçəkmiş şəxs2 həmin şəhər ərazisində özünə məxsus olan qeyri-yaşayış sahəsini satacağ ı, bununla bağlı müəyyən olunmuş rüsumları ödəməsi üçün 80.000 manat pul lazım olmasını bildirib sonradan həmin pulu əlavəsi ilə qaytarıb verəcəyi barədə yalan vəd verib, 2014-cü ilin iyun ayında “xxxx”ASC-nin Naftalan şəhər filialının inzibati binasının qarşısında ondan 10.000 manat, 2014-cü ilin iyul ayında Goranboy rayonunun *********** kəndi ərazisində 55.000 manat və 2014-cü ilin avqust ayında Goranboy şəhəri ərazisində 10.000 manat olmaqla hissə-hissə ümumilikdə 75.000 manat pulunu, yəni külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, «xxxx» ASC-nin Naftalan filialının nəzarətçi operatoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını təkrarən talama məqsədilə, həmin f ilialın böyük xəzinədarı X12 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Naftalan şəhər sakini X17 əmanət adı ilə aldığı 16551 manat puldan bankın Əməliyyat sisteminə daxil etdiyi 10.000 manatının 19 dekabr 2011-ci il tarixdə, guya P6 tərəfindən alınması barədə rəsmi mühasibat sənədinə yalan məlumatları daxil edib, həmin sənədi bankın məsul işçisi kimi özü, filialın xəzinədarı kimi isə X6 imzaladıqdan sonra, qeyd edilən pul vəsaitini faktiki olaraq P6 verməyib, X6 və qeyriləri ilə öz aralarında bölüşdürüb özünün şəxsi ehtiyaclarına xərcləməklə, ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək bir qrup şəxslə mənimsəyib təkrarən talamışdır. Məhkum2 xidməti vəzifələrinin icrası ilə əladəqar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlü k əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin hərəkətləri ilə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum2 18 yanvar 2010-cu il tarixdən 05 dekabr 2013-cü il tarixə kimi olan dövrdə «xxxx» ASC-nin Naftalan filialının müdiri vəzifəsində işləyərkən, öz xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məsqədilə, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Muşahidə Şurasının 26 fevral 2010cu il tarixli qərarı ilə təsdiq edlimiş «xxxx» Açıq Səhmdar Cəmiyyətinin yerli struktur bölmələrində çalışan işçilərin nümunəvi vəzifə təlimatına, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 02 oktyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «xxxx» ASC-də fiziki şəxslərin bank əmanəti hesabları üzrə əmanət əməliyyatlarının aparılmasına dair Qaydalara və 18 yanvar 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin tələblərinə əsasən struktur bölmənin fəaliyyətinə rəhbərlik edərək müvafiq orqanlarda onun mənafeyini təmsil etməli, bankın imicini və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirməli, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini, bütün növ bank məhsullarının satışını təşkil etməli, tabeçiliyində olan işçilərin işini gündəlik olaraq planlaşdırmalı, koordinasiya və ona nəzarət etməli, struktur bölmənin əməkdaşlarının vəzifə borclarını yerinə yetirilməsinə, neqativ hallara yol verilməməsinə nəzarət etməli, müştəri hesabları üzrə bütün növ nağd və nağdsız əməliyyatların, gündəlik olaraq kassanın açılıb-bağlanması prosesinin Mərkəzi Bankın və bankdaxılı qaydaların tələblərinə uyğun aparılmasını təşkil etməli, hüquqi və fiziki şəxslərin depozit əməliyyatlarının qüvvədə olan qaydalara uyğun aparılmasını təmin etməli, depozit və əmanətlər üzrə ödənilən faizlərin düzgün ödənişinə və əsas məbləğin qaytarılmasına, depozit portfelinin dinamikasına və inkişafına nəzarət etməli, kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarının müvafiq qaydalara uyğun həyata keçirilməsini, o cümlədən əmanət hesablarının açılması, hesablara vəsaitin qəbulu və əmanət hesabları üzrə əməliyyatların bankın müəyyən etdiyi qaydalara uyğun olaraq aparılmasını təmin etməli və sair s əlahiyyətlərə malik vəzifəli şəxs olduğu halda, həmin normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, filialın ilkin olaraq nəzarətçi operatoru, daha sonra isə kassiri işləyən Məhkum1 fiziki şəxslərdən əmanətlərin qəbulu, əmanət hesablarının açılması, əmanətlərlə bağlı nəzarət işinin aparılması və əmanətlər üzrə əməliyyatların aparılması, o cümlədən əmanətlərin verilməsi əməliyyatlarının aparılması işlərini tapşıraraq həmin işləri yerinə yetirməsinə müvafiq nəzarəti həyata keçirməməsi nəticəsində sonuncunun 2010-2013-cü illərdə X39, X28, X46, X40 və qeyrilərinə, guya əmanət hesablarına qoyduqları vəsait hesabına əlavə gəlir əldə edəcəklərini vəd verərək adlarına şəxsi hesab vərəqələri və əmanət kitabçaları tərtib edib onlardan aldığı vəsaitlərə dair həmin sənədlərdə qeydiyyatlar aparıb rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək verdikləri vəsaitlərini bankda yerləşdirib qorunan əmanətlər görüntüsünü yaratmaqla, onları öz hərəkətlərinə inandırıb faktiki olaraq həmin şəxslərdən aldığı vəsaitləri banka mədaxil etməyib və adlarına əmanət hesabları açmayıb həmin vəsaitləri bankın sabiq baş mühasibi X43 ilə birlikdə ələ keçirmələrinə səbəb olan həmin qanunsuz hərəkətləri ilə fiziki şəxslərin əmanətlərinin qəbulu və qorunub saxlanılması, bununla da müştəri bazasının genişləndirilməsi üçün banka yeni müştərilərin cəlb edilməsi sahəsində "xxxx" ASC-nin əhali arasında olan imicinə və ona olan inama, yəni hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər v urmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarının mülki iddiaya aid hissədə ləğv edilməsi, işin həmin hissədə apellyasiya instasiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifinin fikrincə, aşağı instansiya məhkəmələri mülki iddianın təqsirləndirilən şəxslərin törətdiyi cinayət nəticəsində vurulmuş ziyan kimi ittihamda qeyd edilən 183.753,43 manat məbləğin deyil, zərərçəkmiş şəxslərin mülki iddia qaldırmaq yolu ilə məhkəmə qətnamələri əsasında “xxxx” ASC-dən aldıqları 126.490,50 manat məbləğində olan hissədə təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmək lə haqlı olmamışlar və gəldikləri nəticəni öz qərarlarında əsaslandırmamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyev və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya ptotesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllən in normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apelly asiya instansiya məhkəməsinin qərarının zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin mülki iddiasına aid hissədə ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya protestindəki dəlilləri əsassız hesab edərək iş materiallarına istinad edərək aşağıdakıları qeyd edir: İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC birinci instansiya məhkəməsinə mülki iddia ilə müraciət edərək iş üzrə mülki iddiaçı qismində tanınmasını və mülki cavabdeh Məhkum1 183.753,43 (yüz səksən üç min yeddi yüz əlli üç manat qırx üç qəpik) manat məbləğində vurulmuş ziyanın onlara ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin məhkəməyə təqdim etdiyi sənədləri, habelə iş üzrə zərərçəkmiş şəxslər - X8, X41, X23, X39, X3, X18, X33, X46 və Zərərçəkmiş şəxs3 iddiaları üzrə olan məhkəmə qətnamələrini və həmin şəxslərin müraciətlərini araşdıraraq müəyyən etmişdir ki, “xxxx” ASC-dən həmin şəxslərin xeyrinə 126.490,50 (yüz iyirmi altı min dörd yüz doxsan manat əlli qəpik) pul tutulmuşdur. Odur ki birinci instansiya məhkəməsi zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin mülki iddiasını qismən təmin edərək mülki cavabdeh Məhkum1 Mail oğlundan “xxxx” ASC-in xeyrinə 126.490,50 (yüz iyirmi altı min dörd yüz doxsan manat əlli qəpik) alınmasına dair nəticəyə gəlmiş və apellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası mülki iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri iş materialları ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarlar qan una müvafiqdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək Gəncə Apellyasiya Məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya pro testinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və X4 barəsində Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərarı dövlət itti hamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar