Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-393/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 14 avqust 2024-cü il tarixli 1(103)-1753/24 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Məmmədov (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Səbinə Məmmədzadə) 21 noyabr 2022-ci il tarixli, 1(101)-1722/2022 nömrəli hökmü ilə 02 iyun 1971-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunan, Masallı şəhəri, H.Aslanov küçəsi, ev 17-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, ev 49, mənzil 84-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli b ilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş cəza Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 1(103)-1967/2022 nömrəli qərarı ilə Məhkum üzərində saxlanılmış 5 (beş) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmış və cinayətlərin məcmusu üzrə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 09 iyun 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş qəti cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmış və üzərində 6 (altı) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 42,671 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 7,672 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib müvəqqəti yaşadığı ünvan 1 ünvana daşıdıqdan sonra satış məqsədilə psixotrop maddə metamfetamini və narkotik vasitə heroinin 38,493 qram hissəsini həmin mənzildə, narkotik vasitə heroinin 4,178 qram hissəsini isə üzərində saxlamış, 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış t ədbirləri nəticəsində həmin gün saat 21:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,178 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 23:20-də müvəqqəti yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman mənzilin giriş qapısı ilə üzbəüz olan otaqda qoyulmuş taxta konstruksiyalı dolabın içərisindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 38,493 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,672 qram təşkil edən külli miqdarda kustar üsulla h azırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitə psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 20 aprel 2023-cü il tarixli 1(103)-428/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(101)-1722/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 14 avqust 2024-cü il tarixli 1(103)-1753/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(101)-1722/2022 nömrəli hökmü Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli 1(102)-954/2023 nömrəli qərarı nəzərə alınmaqla dəyişdirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə Məhkum təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023-cü il tarixli 1(102)-954/2023 nömrəli qərarı ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 09 iyun 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Apellyasiya protesti təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli 1(103)-1753/2024 nömrəli qərarının ləğv edilməsini və məhkum T.A.Əliyevin əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli 1(103)-1753/2024 nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, hazırkı işdə narkotik vasitənin miqdarının çoxluğundan başqa hər hansı sübut və ya təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yaymasını səciyyələndirən hər hansı sübut mövcud deyildir, eyni zamanda iş materiallarında da həmin narkotik vasitənin kiməsə satılması niyyətini sübut edən heç bir dəlil yoxdur. Cinayət qanunvericiliyinin tələbinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyinə dair sübutlar əsaslı olmalıdır, onun təqsirli bilinməsi əsaslı sübutlarla sübut edilməlidir. Əgər təqsirləndirilən şəxsin təqsirliliyini dair şübhələr varsa, bu şübhə sübutlarla aradan qaldırılmalı, əks halda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkum üzərində şəxsi axtarış saxlanıldığı yerdə deyil, xidməti otaqda məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan keçirilmişdir. İş materiallarından göründüyü kimi, ittihamın əsasını təşkil edən sübutlardan biri iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmçinin “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol istintaq hərəkəti nəticəsində tərtib edilmiş protokollar olmuşdur. Həmin istintaq hərəkətləri cinayət işi başlanılmadan keçirilmiş, cinayət prosessual qanunvericiliyinə əsasən cinayət işi başlanılmasından əvvəl aparıla bilən istintaq hərəkətlərinin dəqiq dairəsi müəyyən edilmiş, belə olduğu halda qeyd edilən protokolların sübut kimi qəbul edilməsi Azərbaycan R espublikası CPM-in 125-ci maddəsi baxımından yolverilməzdir. Bundan başqa iş materiallarından göründüyü kimi cinayət işi üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətindən sonra şübhəli şəxsin izahatının alınması zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Şübhəli şəxsin tutulduqdan dərhal sonra dindirilməsi istintaq hərəkəti icra edilməli olmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq onun izahatı alınmışdır ki, bununla da CPM-in tələbləri kobud şəkildə pozulmuşdur. Məhkum təqsirləndirilməsinə dair cinayət işinin tam, hərtərəfli, obyektiv araşdırılmasına hüquqi qiymət verilməsi və işdə olan ziddiyyətlərin aradan qaldırılmasına zərurət olduğu halda məhkəmə tərəfindən ədalətli araşdırma aparılmamış, onun Azərbaycan Respublikası Konstitusiyası, tərəfdar çıxdığı B eynəlxalq hüquq və digər qanunvericilik aktlarının normalarına əsasən nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Kassator hesab edir ki, Məhkum təqsirləndirilməyinə dair cinayət işi üzrə kobud səhv və qanun pozuntularına yol verildiyindən, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırıldığından, həmçinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən apellyasiya məhkəməsinin qərarı ləğv edilib iş yeni apellyasiya baxışına təyin edilməsi və ya məhkumun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi haqqında qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşa ğıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli 1(103)-1753/2024 nömrəli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları no rmalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Kassatorun fikrincə Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ndən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satılması və ya onların satış məqsədi ilə əldə etməsi, saxlaması, hazırlaması, daşıması və göndərməsinə görə yaranır. Göründüyü kimi cinayət narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsi və ya saxlanılmasında ifadə olunursa “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edə rək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün ibtidai istintaq zamanı verdiyi qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında” protokolu, “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi il ə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum üzərindən və yaşadığı evdə aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarda olmasını, narkotik vasitənin və psixotrop maddələrin saxlanıldığı mənzildə psixotrop maddələrin izləri olan elektron tərəzinin olmasını, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunda narkotik və psixotrop maddələrinin alqı-satqısı ilə bağlı daxil olmuş və göndərilmiş SMS-in mətnlərinin olmasını onun narkotik vasitəni və psixotrop maddələri satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hallar kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab ed ir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli ş əkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmal arı zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum üzərində şəxsi axtarış və onun yaşadığı mənzilə baxış qanun tələblərinin pozulması ilə keçirildiyindən onların keçirilməsi barədə protokollar CPM-in 125-ci maddəsinə əsasən sübut kimi istifadə oluna bilməz. Belə ki, müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, həm şəxsi axtarış, həm də mənzilə baxış istintaq hərəkətləri hesab olunur və onların keçirilməsi yaln ız cinayət işi başlandıqdan sonra mümkündür. Həmçinin, bu istintaq hərəkətlərinin aparılması təhqiqatçının deyil, müstəntiqin səlahiyyətinə aiddir. Lakin iş materiallarından görünür ki, həmin istintaq hərəkətləri təhqiqatçı tərəfindən cinayət işinin başlanılmasından əvvəl həyata keçirilmişdir. Bundan əlavə, müdafiəçi qeyd etmişdir ki, T.A. Əlişov tutulduqdan dərhal sonra qanunun tələblərinə zidd olaraq şübhəli şəxs qismində dindirilməmiş, əvəzinə ondan izahat alınmışdır. Məhkəmə kollegiyası aşağıda göstərilən səbəblərə görə kassasiya şikayətinin bu dəlilləri əsaslı hesab etmir. Hazırki iş üzrə cinayət hadisəsi məhz narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi ilə əlaqədardır. Narkotik vasitə və psixotrop maddə məhkumun müvəqqəti yaşadığı mənzildə aşkar edilmiş və həmin mənzilə b axış öz mahiyyəti üzrə hadisə yerinə baxışa bərabər olduğundan həmin istintaq hərəkətinin cinayət işinin başlanılmasından əvvəl keçirilməsi Azərbaycan Respublikası CPM-in 207.4-cü maddəsinin tələblərinə tam uyğun gəlir. Məhkum üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxs şübhəli qismində tutulduqdan sonra onun şəxsi axtarışı cinayət işinin başlanılmasından əvvəl aparıla bilər. Belə ki, Azərbaycan Respublikası CPM-in 207.4-cü maddəsinə əsasən cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işinin başlanılmasından əvvəl bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlərin aparılmasına yol verilir. Azərba ycan Respublikası CPM-in 90.11.2-ci maddəsindən isə görünür ki, şübhəli şəxs tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifələri yerinə yetirməlidir. Tutulduqdan dərhal sonra təhqiqatçı tərəfindən Məhkum 09 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilməməsi, ondan izahat alınması CPM-in 207.4-cü maddəsinin tələblərinə tam uyğun olmuşdur, çünki onun barəsində olan cinayət işi yalnız 10 iyun 2022ci il tarixdə başlanılmışdır. Həmçinin qeyd edilməlidir ki, hazırki cinayət işi üzrə təhqiqatçı tərəfindən Məhkum cinayəti törətməsi barədə məlumata baxılması və bu zaman onun şübhəli şəxs qismində tutulması, ondan izahat alınması, onun üzərində şəxsi axtarışın aparılması və yaşadığı mənzilə baxış keçirilməsi Azərbaycan Respublikası CPM-in 86-cı maddəsində nəzərdə tutulmuş təhqiqa tçının səlahiyyətlərinə tam uyğun olmuşdur. Beləliklə cinayət işinin materiallarından görünür ki, təhqiqat orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsində səhvə yol vermişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(101)1330/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsiri bilinərək 6 (altı) il 6 (altı) ay müddətin ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 22 noyabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutulduğu 5 (beş) ay 7 (yeddi) gün müddət ona hökmlə təyin edilmiş cəzasına hesablanmaqla, qəti olaraq 6 (altı) il 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli 1(103)1967/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(101)-1330/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilmiş, CM-in 69.3-cü madd əsinə əsasən onun həbsdə qaldığı 5 (beş) ay 7 (yeddi) gün müddət hazırkı qərarla təyin edilmiş cəzasına hesablanmaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qərardan məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmiş, işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023cü il tarixli 1(102)-954/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli 1(103)-1967/2022 nömrəli qərarı dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətinə az adlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 22 noyabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək tutulduğu 5 (beş) ay 7 (yeddi) gün müddət hazırkı qərarla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli 1(103)-1753/2024 nömrəli qərarından görünür ki, apellyasiya instansiya məhkəməsi CM-in 66.5-ci maddəsinə əsasən Məhkum təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2023-cü il tarixli 1(102)-954/2023 nömrəli qərarı ilə təyin edilmiş 2 (ik i) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və Məhkum 09 iyun 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün müddətini məhkuma təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxmış və onun üzərində çəkilməsi üçün 6 (altı) il 8 (səkkiz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Lakin apellyasiya məhkəməsi əvvəlki (1(102)-954/2023 nömrəli) iş üzrə Məhkum 22 noyabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 7 (yeddi) gün müddəti qəti cəza müddətinə hesablanmamışdır. Halbuki, Azərbaycan Respublikası CM-in 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə q əti cəza hər bir cinayət görə ayrılıqda təyin edilmiş cəzaların tamamilə və ya qismən toplanması yolu ilə müəyyən edilir. CM-in 66.5-ci maddəsində nəzərdə tutulmuş halda isə birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum hökmlərin məcmusu üzrə qəti cəza təyin edərkən CM-in 66.5 və 69-cu maddəsinin normalarını düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzaya onun birinci iş üzrə ibtidai istintaq zamanı 22 noyabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 7 (yeddi) gün müddəti də hesablanılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 14 avqust 2024-cü il tarixli qərarı Məhkum qəti cəzanın təyin edilməsi hissəsində qanuni hesab etmir və kassasiya şikayətinin cəzanın düzgün təyin edilməməsi dəlili ilə qismən razılaşır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2024-cü il tarixli 1(103)-1753/2024 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 1(102)954/2023 nömrəli cinayət işi üzrə ibtidai həbsdə saxlandığı 5 (beş) ay 7 (yeddi) gün müddəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqus t 2024-cü il tarixli 1(103)-1753/2024 nömrəli qərarı ilə ona qəti olaraq təyin edilmiş 6 (altı) il 8 (səkkiz) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanaraq həmin cəzadan çıxılsın və üzərində çəkilməsi üçün 6 (altı) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-393/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-393/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver