Məhkəmə qərarları › İş №1(102)-394/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-394/2019

19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-394/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)394-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X4) Məhkum – xx xxxxxx 1991-ci il tarixdə *********** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, *********************** yaşamış, Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bi linib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Məhkum orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 24 yanvar 2018-ci il tarixdə Zərərçəkmiş şəxs metronun “Elmlər Akademiyası” stansiyasının çıxışından ********************* ünvanının qarşısına qədər piyada güdərək gizli təqib edib saat 21:30 radələrində həmin ünvanda əli ilə Zərərçəkmiş şəxs arxadan baş nahiyəsinə qəsdən vurmaqla yerə yıxmış, qarşılaşdığı müqaviməti qırıb cinayəti başa çatdırmaq məqsədi ilə sonuncunun sifətinə ayaqla vurub sağ gözün bayır bucağının qançırı, üst dodağın səthi əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs məxsus içərisində bir ədəd 5 (beş) manat dəyərində məhraba, içində hesab qalığı boş olan bir ədəd "xxxx" ASC-yə aid 10 (on) manat dəyərində plastik kartı, habelə həmin dövr üçün milli manat məzənnəsi ilə dəyəri 151 manat 30 qəpik təşkil edən 89 ABŞ dolları, həmin məzənnə ilə dəyəri 125 manat 68 qəpik təşkil edən 60 avro və 476 manat pul vəsaitləri olan bir ədəd 5 (beş) manat dəyərində pul kisəsinin yerləşdiyi 10 (on) manat dəyərində əl çantasını açıq talayıb hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş şəxsə ümumilikdə 782 manat 98 qəpik məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə) 19 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən onun zərərçəkmiş şəxsi vurmadığını, sadəcə çantanı əlindən alıb qaçmağını və bu zaman spirtli içkinin təsiri altında olduğunu, əməlindən peşman olmasını, cinayəti tö rədən zaman anlaqsız olmasını nəzərə almamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin nor malarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqin in düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən onun zərərçəkmiş şəxsi vurmadığını, sadəcə çantanı əlindən alıb qaçmağını və bu zaman spirtli içkinin təsiri altında olduğunu, əməlindən peşman olmasını nəzərə almamışdır. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Məhkum törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmişin şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Birinci instansiya məhkəməsi ic lasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 yanvar 2018-ci il tarixdə saat 18:00 radələrində idman dərsləri ilə məşğul olmaq üçün “Atrium” adlı idman-sağlamlıq kompleksinə getmişdir. Orada 2 saat ərzində idmanla məşğul olmuşdur. Həmin kompleksi tərk edərək evə getmək üçün metronun “Elmlər Akademiyası" stansiyasına gəlmişdir. Həmin vaxt saat artıq 21:15 radələri idi. Metrodan çıxıb piyada yaşadığı məhəlləyə doğru gedən zaman arxasınca bir nəfər şəxsin gəldiyini görmüşdür. Addımlarının itiliyini bir qədər azaltmışdır ki, həmin adam gəlib onu keçsin. Həmin adam da, gəlib onu keçmişdir. O isə yoluna davam etməyə başlamışdır. Saat 21:30 radələrində yaşadığı məhəlləyə, yəni ünvan 3 ünvanının qarşısına çatıb binanın girişinə daxil olmaq istədiyi anda arxadan baş nahiyəsinə zərbə dəydiyini hiss etmiş, həmin zərbənin təsirindən yerə yıxılmışdır. Onu arxadan vuran şəxs ayağı ilə onun sifət nahiyəsinə vurmağa başlamış və eyni zamanda əlində tutduğu əl çantasını da dartışdıraraq əlindən almağa çalışırdı. Başına vurulan davamlı zərbələrdən sonra o, halsız vəziyyətə gəlmiş və həmin şəxs əl çantasını əlindən qopararaq qaçıb getmişdir. Həmin ərəfədə o, var gücü ilə qışqıraraq köməyə adam çağırmışdır. Həmin səsə oğlu X9 gəlmişdir. Bu zaman yanına bir nəfər yaxınlaşaraq ona qarşı cinayət törətmiş şəxsin tutulduğunu, çantanın həmin şəxsdən alındığını bildirmişdir. Sonra ona məxsus çantanı özünə qaytarmışlar. O. başına gələn hadisə barədə polisə məlumat vermişdir. Həmin ərəfədə əl çantasını açaraq içərisində olan pul kisəsinin yerində olub-olmamasını yoxlamağa başlamış, lakin pul kisəsinin çantanın içərisində olmadığını görmüşdür. Bu barədə orada olan oğlanlara demiş, həmin oğlanlardan biri ona qarşı cinayət törədən oğlanın üstünü yoxlayaraq üzərindən pul kisəsini tapmış və ona təqdim etmişdir. İfadəsinin sonunda o, məhkəməyə ərizə təqdim edib, Məhkum heç bir şikayətinin və tələbinin olmadığını bildirdi və cəza təyin edilərkən, ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş, məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə tibbi ekspertizasının 19 fevral 2018-ci il tarixli 51 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər - sağ gözün bayır bucağının qançırı, üst dodağın səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24.01.2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 - X11 Ekspert Komissiyasının 21.02.2018-ci il tarixli 283 saylı rəyində göstərilmişdir ki, Məhkum narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Eyni zamanda həmin rəydə qeyd olunur ki, Məhkum alkoqoldan sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində spirtli içkilərdən sui-istifadə etməsi ilə əlaqədar qeydiyyata alınması məsləhət görülür. Bu hallar onu göstərir ki, kassasiya şikayətinin məhkumun zərərçəkmiş şəxsi vurmaması, sadəcə çantanı əlindən alıb qaçması barədə dəlilləri əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsi iclasındakı İfadəsində və məhkəməyə ərizə təqdim edərək, Məhkum heç bir şikayətinin və tələbinin olmadığını bildirməsi və cəza təyin edilərkən, ərizəsinin nəzərə alınması barədə xahişi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hala uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən halı nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdı ran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2ci maddəsinə əsasən nəzərə almamışdır. Eyni ilə cinayət nəticəsində vurulmuş zərərin olmaması da cinayətin ictimai təhlükəliliyinin azalmasına dəlalət edən haldır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhb ər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 9 (doqquz) aya endirilsin. Qalan hissədə qərar dəyişdirilməsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar