Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-394/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və T6 Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X17, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi XN, Məhkum və məhkumun müdafiəçisi X21 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarından Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim Hüseyn Səfərov) 1(004)-24/2019 nömrəli 27 iyun 2019-cu il tarixli hökmü ilə, Məhkum, xx xxxxxxx 1965-ci ildə ***** şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan1 ünva nında qeydiyyatda olan və ünvan2 ünvanında kirayədə yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxslərin mülki iddiaları təmin olunmamışdır. Hökmlə həmçinin X29 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanı şı X13 hər hansı bir iş qurub gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə Bakı şəhərinin ******** rayonunda ********* prospektindəki ********** saylı binanın həyətində yerləşən avtomobil qarajını ona göstərib 22000 ABŞ dollarına satıldığını və həmin qarajı birlikdə şərikinə alaraq sonradan avtoyuma sexinə çevirib baha qiymətə sata biləcəkləri barədə yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 2013-cü ilin mart ayının 13-də ünvan3 ünvanda yerləşən «*********** » əyləncə mərkəzinin qarşısında N.000 ABŞ dolları və həmin ayın sonunda işlədiyi ünvan4 ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində 3.950 ABŞ dolları məbləğində nağd pul vəsaitini alaraq ələ ke çirmiş və götürdüyü pulların müQ6ində heç bir iş görməyib zərərçəkmiş şəxs X18 ümumilikdə 13.950 ABŞ dolları - milli pul ekvivalenti ilə N.947 manat 96 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X13 əməlin törədildiyi vaxtı dəyərləndirilmiş 13.000 ABŞ dolları milli pul ekvivalenti ilə N.202 manat 40 qəpik dəyərində üzərində ümumilikdə 21 karat xırda brilyant qaşları olan 84 qram çəkidə qızıl metaldan hazırlanmış boyunbağı, qolbaq, sırğa cütü və üzükdən ibarət və əməlin törədildiyi vaxtı dəyərləndirilmiş 6000 ABŞ dolları – milli pul ekvivalenti ilə dəyərində 4.708 manat 80 qəpik dəyərində, üzərində ümumilikdə 5 karat xırda brilyant qaşları olan 35 qram çəkidə qızıl metal dan hazırlanmış boyunbağı, qolbaq, sırğa cütü və üzükdən ibarət olan iki ədəd dəstləri (ümumi birlikdə cəmi 19.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 14.911 manat 20 qəpik olan) satması barədə bildikdə tamah niyyəti ilə guya onları nisyə olmaq şərti ilə alacağı və pullarını 3-4 ay ərzində tam ödəyəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 2014-cü ilin aprel ayında işlədiyi ünvan 5 ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində həmin iki ədəd qızıl dəstləri Zərərçəkmiş şəxs1 götürərək inandırmaq üçün ilkin olaraq ona 2.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 1.569 manat 60 qəpik, sonra isə 5.200 manat məbləğində pulu vermiş və bu yolla da həmin qızıl-zinət əşyalarını ələ keçirərək sonradan heç bir ödənişlər etməyib, zərərçəkmiş şəxs X18 ümumilikdə 8.141 m anat 60 qəpik xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X24 ilə cinayət ələqəsinə girib qabaqcadan əlbir olaraq qrup təşkil etdikdən sonra, Zərərçəkmiş şəxs3 tanışı X14 arvadı X4 adına olan Bakı şəhərinin ******* rayonunda ******** qəsəbəsində ********** bağ sahəsi 183C ünvanında yerləşən 7 otaqlı ümumi sahəsi 284,7 kvadrat metr olan bağ evinin ətrafındakı 0,15 ha ölçüdə həyətyanı torpaq sahəsini özəlləşdirmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Sümbülə Novruzovanın adına rəsmi qaydada sənədləşdirəcəkləri və texniki pasportu i lə yanaşı mülkiyyət hüququna aid müvafiq çıxarışı sonuncunun adına əldə edəcəkləri barədə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs3 2017-ci ilin noyabr ayının birinci yarısında Bakı Metropoliteninin “************ stansiyasının üst hissəsində ünvan7 ünvanda yerləşən parkda 2.000 manat, sonra isə ünvan 8 ünvanda yerləşən “*********** adlanan kafedə 2017-ci ilin noyabr ayının ikinci yarısında 3.000 manat və həmin ilin dekabr ayının 3-də 7.000 manat nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdükləri pulların müQ6ində heç bir iş görməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 12000 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Hə mçinin ittiham aktına əsasən ibtidai istintaq orqanı tərəfindən Məhkum - özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qonşusu olmuş Zərərçəkmiş şəxs2 hər hansı bir böyük tikinti layihəsi üzrə iş icraçısı kimi iştirak etməklə gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya Abşeron rayonu Pirəkəşkül qəsəbəsində inşa edilməli olan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinə aid hər birinin ölçüsü 1.700 kvadrat metr təşkil edəcək N ədəd yataqxanaların tikintisi üzrə onu iş icraçısı kimi təyin etdirəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 30 iyul 2014-cü il tarixdə işlədiyi ünvan9 ünvanda yerləşən ev alqı-satqısı məntəqəsində Zərərçəkmiş şəxs2 26.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 20.389 manat 2 0 qəpik məbləğində nağd pul vəsaitini alaraq ələ keçirməsi və götürdüyü pulların müQ6ində heç bir iş görməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizoduna dair ittiham verilsə də, X22 Zərərçəkmiş şəxs2 qarşı həmin dələduzluq əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, həmçinin məhkumun müdafiəçisi V6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Rizvan Səfərov, hakimlər Qədim Babayev və Əflatun Qasımovdan ibarət tərkibdə) 06 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarından Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətlərinin dəlillərini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qərar qəbul edərkən, məhkəmənin gəldiyi nəticələr iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Bu kimi səbəbdən də ona cəza təyin edilməsi hissəsi ilə bağlı qa nunsuz, əsassız, qərəzli və qeyri humanist qərar qəbul edilmişdir. Belə ki, ilk epizoddan göründüyü kim hər hansı qarajın alınması və satılması barədə hər hansı sübut yoxdur. Zərərçəkmiş şəxs1 göstərdiyi qaraj satılmamış, onun sahibi də verdiyi ifadəsində qarajın ona satılmamasını təsdiq etmişdir. Qaraj satılmadığı halda belə bir hal baş vermədiyindən zərərçəkmiş şəxs tərəf ondan 30.000 manat pulu alaraq əsassız varlanmışlar. İş üzrə Zərərçəkmiş şəxs1 ondan 25.862 manat əvəzinə 56.770 (əlli altı min yeddi yüz yetmiş) manat məbləğində, yəni 30.908 (56.770-25.862=30.908) manat məbləğində artıq pul almış və nəticədə Zərərçəkmiş şəxs1 ona 30.908 manat məbləğində ziyan vurmuşdur. Onun barəsində cinayət işi başlanması bütünlüklə əsassızdır, o, Zərərçəkmiş şəxs1 qarşı hər hansı qaydada dələduzluq etməmiş, onlar arasında mülki münasibətlər mövcud olmuşdur. Digər epizod üzrə yəni, Zərərçəkmiş şəxs3 epizodu ilə bağlı məhkum kassasiya şikayətində qeyd edir ki, iş materiallarında olan Zərərçəkmiş şəxs3 və N6 ilkin ərizələrində, onlar şikayət ərizələrində pulu məhz E6 verdiklərini bildirmişlər. E6 da istər istintaqda istər məhkəmə iclasında təsdiq etmişdir ki, həqiqətən N6 və M6 pulu o, götürmüşdür. Onun bu pulla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq 12.000 manat məbləğində pulun 7.000 manatının geri qaytarılmasında dost olduğu üçün o da iştirak etmişdir. O, hər hansısa pulun qaytarılmasında öz dostu ilə birlikdə iştirak etməyi cinayət sayıla bilməz, dələduzluq kimi qiymətləndirilə bilməzdi. E6 məhkəmə iclasında da aldığı pulun qalıq 5.000 manatını şəxsən özü Zərərçəkmiş şəxs3 qaytarmış dır. Bütün izahatlarında da pulu o, aldığını təsdiq edir. Bu epizodla bağlı da onun təqsirliliyi sübuta yetirilmir. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası CPM-in 419.N.3-cü maddəsinə əsasən hökmün və qərarın ləğv edilməsini və onun barəsində cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 kassasiya şikayətlərinin dəlillərini onunla əsaslandırmışdır ki, yaxın tanışı Məhkum onu aldadaraq yataqxana tikintisində iş icraçısı kimi təyin etdirə biləcəyini vəd edərək etibarından sui-istifadə yolu ilə 26.000 (iyirmi altı min) ABŞ dolları pulunu fəaliyyət göstərdiyi ofisdə alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. O, Məhkum ona qarşı dələduzluq etməsindən şikayət etmiş, şikayəti əsasında işə Yasamal rayon Polis İdarəsində baxılaraq Məhkum qarşı CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsi isə işə baxaraq ona aid hissədə Məhkum bəraət hökmü çıxarmış, digər şəxslərə qarşı törətdiyi dələduzluq faktlarına görə isə ittiham hökmü çıxarmışdır. İşə Bakı Apellyasiya Məhkəməsində baxılarkən vəsatət verərək X6nun da dindirilməsini xahiş etsə də, bu vəsatət təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi vəsatətə baxılacağını bildirsə də, yekunda heç bir araşdırma aparılmadan apellyasiya baxışını yekunlaşdırmışdır. Məhkum həbsdə saxlanılarkən 07 iyul 2018-ci il tarixdə saat 16:54-də Məhkum oğlu Q6 mənə aşağıdakı məzmunda SMS göndərmişdi: “Salam necəsiniz? Yəqin tanıdınız, V7in oğl udur, Q6. Sizdən bir xahişim olacaq. Nolar yalvarıram ərizənizi geri çəkin. Atamın rayonda evini satıb verəcəyik. Xahiş edirəm, sənin də uşaqların var, başa düş bizi”. Əgər Məhkum mənim pulumu aldadaraq ələ keçirməmişdisə, nə üçün onun oğlu mənə bu məzmunda mesaj yazırdı və nə üçün Yasamal Rayon Məhkəməsi bu hala obyektiv qiymət vermirdi? Kassator iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadığını, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmədiyini və onun epizodu üzrə Məhkum əsassız bəraət verildiyini vurğulayaraq, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 kassasiya ş ikayətlərinin dəlillərini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar Məhkum cəza təyini və onun mülki iddiasına dair hissədə dəyişdirilməli, Məhkum daha ağır cəza təyin edilməli və mülki iddiası təmin edilməlidir. İşə baxan məhkəmələr yalnız təqsirləndirilənin xeyrinə yalnız ziyan məsələsini həllə etmişdir, qalan hadisənin törədilməsi üsulu, təqsirkarın islah olunub-olunmamasına önəm verməmişlər. Bundan başqa, məhkəmə qızıl-zinət əşyalarına münasibətdə əmtəəşünaslıq ekspertizasının 24 avqust 2018-ci il tarixli, 18.541 saylı rəyinə yox, tərəflərin 2014-cü ildə verdiyi ifadələrinə istinad edərək 19.000 ABŞ dollarına münasibətdə 14.911 manat 20 qəpik kimi qiymətləndirmişdir. Məhkəmə qızıl-zinət əşyalarının qiymətləndirilməsində düzgün hüquqi qiymət verməmişdir, çünki qızıl-zinət əşy aların qiymətləndirilməsinə xüsusi bilik tələb olunur və bu halda yalnız ekspertin rəyi ilə müəyyən olunur. Əgər məhkəmə həmin ekspertin rəyi ilə razılaşmadığı halda təkrar ekspertiza təyin etməli idi. Bundan başqa, məhkəmə istintaqında onun verdiyi ifadə ilə təqsirləndirilən Məhkum verdiyi ifadəsi ziddiyyətli olduğu halda məhkəmə hansı meyarla 2014-cü ildə guya müəyyən etyimizə nəticəsinə gəlməsi absurddur, çünki o, mülki iddiasında 64.000 manat tələb etmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən “**************************** adlanan mağazalarda fəaliyyət göstərən qızıl alqı-satqı şöbələrində həmin qamiturlardan biri 20.000 manata, obirisi isə 9.000 manata satılır. Lakin məhkəmə isə həmin qamiturları 19.000 ABŞ dollar hesab etməsi absurddur. O, öz mülki iddiasında göstərmişdim ki, 2013-cii ilin aprel ayında Məhkum ona bildirmişdir ki, Bakı şəhəri. *********** rayonu, 8 MKR-da yerləşən “************ ” adlanan şirniyyat mağazasının arxa hissəsində boş yer almaq üçün 20.000 manat pul vermək lazımdır, o, Məhkum 20.000 manat pul verdi, Məhkum onun verdiyi puldan 5.000 manatı qaytararaq bildirmişdir ki, icra hakimiyyətindən Sərəncam və Tikintiyə icazə aldıqdan sonra verərsən, lakin məhkəmə həmin pulun verilməsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Qaytarılmış pul isə məhz həmin pulla bağlı idi. Məhkəmə isə əksinə aidiyyəti olmadığı halda M7 bağlanan müqaviləni şərh edib, sanki mülki işə baxır müqavilənin etibarsızlığı üçün şərait yaradır və hüquqi cəhətdən əsaslandırır. Hesab edirəm hakim qanunsuzluğu yol vermişdir, çünki M7 b ağlanan müqavilə öhdəlik müqaviləsi idi və digər mülki mübahisə ilə bağlı olan məbləğlə bağlı idi. Bundan başqa, protokola əsasən (01.05.2017 protokol №0196) əsasən məndən evinin çıxarışını almış və mənə dəymiş ziyanı tam şəkildə ödənilməsini protokolda özü və hüquq müdafiəçisinin imzası ilə təsdiq etməsinə baxmayaraq evini satdıqdan sonra mənə dəymiş ziyanı ödəməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə guya Məhkum tərəfindən ona dəymiş ziyandan da artıq N.9N manat ödəmişdir. Bu fikrə gəlinməsi absurddur. Məhkəmə qızıl-zinyət ilə bağlı ekspertin rəyinin sübut kimi qəbul etməmişdir. Hesab edirəm məhkəmə düzgün hüquqi-qiymət verməmişdir. Bundan başqa, cinayət işindən görünür ki, Məhkum elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir, yəni təqsirini etiraf etmir, islah olunmayıb. Belə ola n halda məhkəmə həddən artıq yüngül cəza təyin edilmişdir. Kassator kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini və Məhkum təyin olunmuş cəzanın artırılması və onun mülki iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin təmin olunması, məhkumun kassasiya şikayətinin təmin olunmaması barədə Zərərçəkmiş şəxs2, nümayəndəsi Osman Kazımovun, Zərərçəkmiş şəxs1, dövlət ittihamçısı Hafiz İmranovun və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin təmin olunmaması, məhkumun kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və müdafiəçisi Vüqar Tumasovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Məhkum kassasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 kassasiya şikayəti qismən və Zərərçəkmiş şəxs2 kassasiya şikayəti təmin edilməli, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində barəsində olan cinayət işinin icraatına bəraətverici xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə Məhkum barəsində cinayət işinin icraatına xitam verilməsinə dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilə n şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X13 hər hansı bir iş qurub gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə Bakı şəhərinin Nərimanov rayonunda Azadlıq pr ospektindəki 132 saylı binanın həyətində yerləşən avtomobil qarajını ona göstərib 22000 ABŞ dollarına satıldığını və həmin qarajı birlikdə şərikinə alaraq sonradan avtoyuma sexinə çevirib baha qiymətə sata biləcəkləri barədə yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 2013-cü ilin mart ayının 13-də ünvan 3 ünvanda yerləşən «Olimpik Star» əyləncə mərkəzinin qarşısında N.000 ABŞ dolları və həmin ayın sonunda işlədiyi ünvan 4 ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində 3.950 ABŞ dolları məbləğində nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdüyü pulların müQ6ində heç bir iş görməyib zərərçəkmiş şəxs X18 ümumilikdə 13.950 ABŞ dolları - milli pul ekvivalenti ilə N. 947 manat 96 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi; həmçinin, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X13 əməlin törədildiyi vaxtı dəyərləndirilmiş 13.000 ABŞ dolları - milli pul ekvivalenti ilə N.202 manat 40 qəpik dəyərində üzərində ümumilikdə 21 karat xırda brilyant qaşları olan 84 qram çəkidə qızıl metaldan hazırlanmış boyunbağı, qolbaq, sırğa cütü və üzükdən ibarət və əməlin törədildiyi vaxtı dəyərləndirilmiş 6000 ABŞ dolları – milli pul ekvivalenti ilə dəyərində 4.708 manat 80 qəpik dəyərində, üzərində ümumilikdə 5 karat xırda brilyant qaşları olan 35 qram çəkidə qızıl metaldan hazırlanmış boyunbağı, qolbaq, sırğa cütü və üzükdən ibarət olan iki ədəd dəstləri (ümumi birlikdə cəmi 19.000 ABŞ dolları - milli pul ekviv alenti ilə 14.911 manat 20 qəpik olan) satması barədə bildikdə tamah niyyəti ilə guya onları nisyə olmaq şərti ilə alacağı və pullarını 3-4 ay ərzində tam ödəyəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 2014-cü ilin aprel ayında işlədiyi ünvan 5 ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində həmin iki ədəd qızıl dəstləri Zərərçəkmiş şəxs1 götürərək inandırmaq üçün ilkin olaraq ona 2.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 1.569 manat 60 qəpik, sonra isə 5.200 manat məbləğində pulu vermiş və bu yolla da həmin qızıl-zinət əşyalarını ələ keçirərək sonradan heç bir ödənişlər etməyib, zərərçəkmiş şəxs X18 ümumilikdə 8.141 manat 60 qəpik xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi; bundan başqa, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu il ə ələ keçirmək məqsədi ilə tanışı X24 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olaraq qrup təşkil etdikdən sonra, Zərərçəkmiş şəxs3 tanışı X14 arvadı X4 adına olan Bakı şəhərinin Xəzər rayonunda Qala qəsəbəsində Xaşa-Xuna bağ sahəsi 183C ünvanında yerləşən 7 otaqlı ümumi sahəsi 284,7 kvadrat metr olan bağ evinin ətrafındakı 0,15 ha ölçüdə həyətyanı torpaq sahəsini özəlləşdirmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Sümbülə Novruzovanın adına rəsmi qaydada sənədləşdirəcəkləri və texniki pasportu ilə yanaşı mülkiyyət hüququna aid müvafiq çıxarışı sonuncunun adına əldə edəcəkləri barədə yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 etibarından sui-ist ifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs3 2017-ci ilin noyabr ayının birinci yarısında Bakı Metropoliteninin “Nərimanov” stansiyasının üst hissəsində ünvan 7 ünvanda yerləşən parkda 2.000 manat, sonra isə ünvan 8 ünvanda yerləşən “Təndir adlanan kafedə 2017-ci ilin noyabr ayının ikinci yarısında 3.000 manat və həmin ilin dekabr ayının 3-də 7.000 manat nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdükləri pulların müQ6ində heç bir iş görməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 12000 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi ibtidai istintaq zamanı toplanmış və məhkəmə araşdırmaları zamanı araşdırılmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işini n materiallarındakı sübutların mabədində belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2019cu il tarixli qərarının Məhkum kassasiya şikayətinə aid hissədə ləğv edilməsi və cinayət işinin icraatına onun barəsində bəraətverici əsaslarla xitam verilməsinə əsas verə biləcək heç bir mötəbər sübut müəyyən edilməmişdir. Kassasiya kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi dəlilləri istintaq orqanı tərəfindən qanuna müvafiq qaydada toplanmış və məhkəmə araşdırmaları zamanı araşdırılaraq qiymət verilmiş sübutların məcmusu ilə müqayisəli surətdə tədqiq edərək belə nəticəyə gəlir ki, Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli mötəbər və təkzibedilməz sübut ların məcmusu ilə tam təsdiq olunur və məhkəmələrin bu barədə gəldikləri nəticənin qanuni və əsaslı olduğuna heç bir şübhə yeri qoymur. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərini mötəbər bir sübuta söykənmədiyindən qəbul etmir və onların əsassız olması qənaətinə gəlir. Məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakılara əsasən işə baxan məhkəmələrin bu hissədə Məhkum bəraət verilməsinə dair gəldikləri nəticəni əsassız hesab edir. 1.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir.
2. Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət təq ibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir.
3. Məhkəmə kollegiyası məhkum istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin məzmununa və mahiyyətinə diqqət yetirməklə, dələduzluq cinayətinin məhz nədə ifadə olunması barədə qanunvericiliyin tələbinə müraciət etməyi lazımi hesab edir.
4. Məhkəmə qeyd edir ki, CM-in 178-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, dələduzluq cinayətinin tərkibini yaradır.
5. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil edir.
6. Dələduzluq talamanın bir forması olmaqla onun əsas əlamətləri ni özündə ehtiva edir. Lakin talamanın digər formalarından fərqli olaraq, obyektiv cəhətdən bu cinayət törədilmə üsulunun özünəməxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadəni nəzərdə tutur. Bu cinayətin özünə məxsusluğu ondan ibarətdir ki, mülkiyyətçi əmlakını könüllü surətdə təhvil verir.
7. Məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndinə əsasən, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin n iyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
8. Plenum Qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.
9. Plenum Qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək n iyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. N. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər.
11. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etiba rdan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.
12. Məhkəmə Qanunun və Plenum Qərarının mövqeyindən çıxış edərək vurğulayır ki, şəxsin əməli yalnız o zaman dələduzluq kimi tövsif oluna bilər ki, şəxsin özgə əmlakının talanmasına və əmlakı olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Başqa sözlə, təqsirkarın niyyəti əvvəlcədən özgənin əmlakına və ya əmlaka olan hüququ qanunsuz və əvəzsiz olaraq əldə etməyə yönəlməlidir.
13. Məhkəmə qeyd edir ki, şəxsin əməlinin düzgün tövsif olunması üçün onun niyyətinin müəyyən olunması mütləq şərtdir. Belə bir niyyətin olması şəxsin hərəkətlərində və davranışında təzahür etməlidir.
14. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin diqqətini cinayət işinin materiallarında olan sübut növlərinə cəlb etməyi məqsədəmüvafiq sayır.
15. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan N ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər «Bakı Milli Televiziyasında» redaktor vəzifəsində işləmiş, 2017-ci ilin yanvar ayından hal-hazıradək isə «Kanal Az.TV» saytının rəhbəri vəzifəsində işləyir. M əhkum Qalib oğlu onunla qonşu olduğu üçün əvvəllər onunla aralarında münasibətləri yaxşı olmuşdur. Əvvəllər Məhkum Yasamal rayonu İslam Səfərli küçəsi 59-da yerləşən daşınmaz əmlakın alqı-satqısı məntəqəsində vasitəçi (makler) kimi fəaliyyət göstərmişdir. Belə ki, 2013-2014-cü illərdə o, tikinti işlərində səriştəsi olan tanışı İsmayıl Sərdarov adlı şəxslə iş birliyi qurmaqla böyük layihəli tikintiləri icra edib qazanc əldə etmək fikrində olmuşlar. Bu səbəbdən də o, V7 makler kimi fəaliyyət göstərdiyi üçün 2014-cü ilin əvvəllərində ona müraciət edərək soruşmuşdur ki, hər hansı bir böyük layihəli tikinti işlərinin icrasını tender vasitəsi verən rəhbər adamları tanıyır ya yox. V7 də cavabında ona bildirmişdir ki, bu kimi tanışları çoxdur və onlarla soraqlaşıb bu məsələni öyrənərək ona məlumat verəcək. Bununla bağlı o, öz mobil telefon nömrəsini V7ə verərək xahiş etmişdir ki, müsbət halda onunla əlaqə saxlasın. 2014-cü ilin iyul ayının axırlarında V7 ona zəng edərək onu özü işlədiyi ev alqı-satqısı məntəqəsinə dəvət etmişdir. O, oraya gəldikdə V7 bildirmişdir ki, Pirəşükül qəsəbəsində Müdafiə Nazirliyinin sifarişi əsasında N0 ədəd hər biri 1.700 kv.m. sahədə olan hərbi yataqxanaların inşası ilə bağlı yaxın vaxtlarda onların N ədədinin katlavanları qazılaraq bünövrələri tökülməlidir. Həmçinin, V7 bu kimi sifarişin çox yaxşı, sərfəli və böyük gəlir verə biləcəyi barədə deyərək bildirmişdir ki, onu həmin tikintiyə iş icraçısı kimi təyin etdirə bilər. Lakin bunu tender vasitəsi ilə etməlidir və bunun üçündə ona 50.000 ABŞ dolları miqdarda pul verməlidir ki, həmin pulların hesabına lazımı adamlardan razılıq ala bilsin. O da, razılaşaraq cavabında bildirmişdir ki, həmin pulları işə başlayandan sonra verə bilər. Lakin V7 razılaşmayaraq bildirmişdir ki, o, əvvəlcədən Müdafiə Nazirliyində işləyən hansısa vəzifəli şəxslərlə bu barədə danışıb razılıq almalıdır və buna görə də o, həmin pulları əvvəlcədən ona verməlidir ki, bu işi onun xeyirinə müsbət həll etdirə bilsin. O da, cavabında bildirmişdir ki, özündə o qədər pul olmadığı üçün borc axtarmalıdır və əgər həmin miqdarda pul tapa bilsə, onda onunla təkrar əlaqə saxlayacaqdır. Bununla da həmin görüşləri tamamlanmışdır. Sabahısı gün o, doğma qardaşı R6ə bu barədə bildirərək onun üçün borca pul tapmasını xahiş etmişdir. Qardaşı R6 də bildirmişdir ki, çalışıb öz dostlarından borca pul götürəcək. Sabahısı gün isə qardaşı R6 ona bildirmişdir ki, 26 000 ABŞ dolları miqdarda onun üçün pul tapa bilmişdir. Bir neçə gündən sonra isə V7 ona zəng edərək həmin məsələ ilə əlaqədar olaraq onu öz işlədiyi ev alqı-satqısı məntəqəsinə dəvət etdiyi üçün o, dostu İsmayıl Sərdarovla birlikdə oraya gəlmişlər. Aralarında olan söhbətləri zamanı V7 yenə də həmin tikintini çox tərifləyərək birlikdə gedib oraya baxmaqlarını təklif etmişdir. Razılaşaraq bundan sonra V7 onu və İsmayılı Pirəşükül qəsəbəsində yerləşən Hərbi Hissələrə məxsus ərazidə gedən tikinti yerinə aparmışdır. Oraya gəldikdə həqiqətəndə həmin yerdə hərbi əməkdaşların olduğunu və ətrafda böyük həcmdə olan müxtəlif tikinti işlərinin getdiyini görmüşdürlər. V7 göstərilən ərazini onlara təqdim edərək ona verəcəyi tikintiyə aid olan iş yerinin məhz həmin yer olduğunu bi ldirmişdir. O da, həmin yerin ətrafında həqiqətəndə tikinti işlərinin getdiyini görərək V7ə inanmış və onlar yenə də V7in işlədiyi məntəqəyə qayıtdıqları üçün qardaşı R6i də oraya çağırmışdır. Məhz həmin gəlişləri zamanı o, orada V7in tanışı olan əvvəllər tanımadığı və adını sonradan bildiyi Məhərrəmov T6 adlı şəxsi görmüşdür. Bununla da o, T.Məhərrəmovun, qardaşı R6in və tanışı İsmayılın yanında V7ə demişdir ki, bu işlə bağlı hələki yalnız 26.000 ABŞ dolları miqdarda pulu verə bilər. V7 də bununla bağlı onlardan bir qədər kənara çəkilib, öz mobil telefonu ilə kiməsə zəng edərək və yaxud da zəng etməsi görünüşünü yaratmaqla danışıb-qurtardıqdan sonra bildirmişdir ki, onu çoxdan tanıdığı üçün həmin vəzifəli adamdan xahiş etmişdir ki, hələlik 26.000 ABŞ dolları götürməklə bu tikintini ona versin və qalan pulları o, işə başlayandan sonra həmin ilin, yəni 2014-cü ilin sonunadək ödəsin. Bu kimi söhbətlərindən təxminən 1-2 gün sonra, daha doğrusu 30 iyul 2014-cü il tarixdə o, qardaşı R6 və tanışı İsmayıl Sərdarovla birlikdə V7in işlədiyi həmin ev alqı-satqısı məntəqəsinə gələrək V7lə görüşmüşlər. Həmin vaxt yenə də T6 Məhərrəmov orada olmuşdur. Həmçinin həmin vaxt göstərilən məntəqədə daha iki nəfər tanımadığı şəxslər olmuşdur. Onları V7 ona A6 və N6 adlı şəxslər kimi təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyitərəfindən həmin hərbi yataqxanaların tikinti layihəsi və inşa məsələlərinə nəzarət və rəhbərlik etməsi məhz N6 adlı şəxsə həvalə olunmuşdur. Lakin bununla yanaşı həmin vaxt V7 əvvəlcədən ayrıca olaraq ona müraciət edərək xahiş etmişdir ki, o, pul haqqında A6lə N6in yanında danışmasın, ona görə ki, sonuncular yalnız həmin layihəni icra edirlər, pulları isə o, yəni V7 özü Müdafiə Nazirliyində işləyən hansısa vəzifəli şəxsə verəcək və buna görə də istəmir ki, A6lə N6in pul haqqında məlumatları olsun, çünki belə olan halda sonuncular da özləri üçün əlavə pul istəyə bilərlər. Həmçinin, əvvəlcədən V7 ona müraciət edərək bildirmişdir ki, o, həmin A6 və N6 adlı şəxslərə bildirib ki, guya göstərilən tikintini o özü icra edəcək və o da, bu işdə onun şəriki olacaqdır. Bu kimi sözlərini V7 onunla əsaslandırmışdır ki, guya A6 və N6 onun dostu olan T6 Məhərrəmovla dostluq etdikləri üçün bu işdə ondan, yəni V7dən heç bir təmənna güdmürlər və əgər bilsələr ki, bu işi tam kənar şəxs, yəni o icra edəcək, onda bu kimi halda özləri üçün pul tələb edə bilərlər və yaxud d a tikintinin inşasını ona verilməsinə maneəçilik törədə bilərlər. O da, heç bir fərqi olmadığı üçün yalnız müsbət nəticədə əldə etmək fikrində olduğundan V7in bu kimi təklifi ilə razılaşaraq A6 və N6lə istər pul, istərsə də həmin tikinti haqqında heç bir söhbətlər etməmişdir. Bundan sonra isə V7in həmin iş yerində ümumilikdə hamının arasında təxminən 3-4 dəqiqə ərzində olmuş danışıqları zamanı N6 həmin tikintinin real olmasını təsdiq edərək bildirmişdir ki, onun dostu A6, T6 və V7lə dostluq etdikləri üçün, ona müraciət edərək xahiş etmişdir ki, tikilməli olacaq yataqxanaların N ədədini onlara, yəni daha doğrusu V7ə həvalə olunmasında köməklik etsin və o da, buna görə həmin münasibətləri nəzərə alaraq razılaşmışdır. Bu kimi söhbətdən dərhal sonra A6 və N6 hamı ilə sağollaşaraq oradan harasa çıxıb getmişdirlər. Məhz bundan sonra o, məntəqədə qalan şəxslərin qarşısında qardaşı R6dən 26.000 ABŞ dollarını götürərək onları, yəni N0-lük ABŞ dolları əskinaslarından ibarət olan cəmi 26.000 ABŞ dollarını sayaraq əlbəəl V7in özünə vermişdir. V7 də həmin pulları özü də yenidən sayaraq ondan təhvil alıb əyləşdiyi masadakı rəfi açıb pulları oraya qoymuş və bildirmişdir ki, 2 gün ərzində bu məsələni müsbət həll edəcək və o, 01.08.2014-cü il tarixdən artıq işə başlaya biləcəkdir. Həmin vaxt, yəni o, pulları V7ə verdikdə göstərilən məntəqədə makler işləyən Şahin adlı kişi də olmuşdur. Lakin həmin şəxs onların söhbətlərinə qarışmayaraq kənarda oturmuşdur. Həmin vaxt Şahin onun tərəfindən pulları V7ə verilməsi prosesini görübgörmədiyini bilmir. Lakin həmin vaxt T6 Məhərrəmov bilavasitə yanlar ında olduğu üçün pulları məhz V7ə verdiyini və V7in də pulları götürüb saydıqdan sonra masada olan rəfə qoymasını görmüşdür. Bununla da həmin gün olan görüş, söhbət və pul alış-verişləri tamamlanmışdır. Bundan sonra həmin vaxt çatsa da, V7 heç bir iş görməmiş və o, bu barədə ondan sorğu-sual etməyə başladıqda V7 müxtəlif bəhanələr gətirərək həmin ərazidə ümumi işlərin başlaması prosesinin bir qədər gecikməsi ilə bağlı onunda işinin gecikdiyini bildirmişdir. 05.08.2014-cü il tarixdə o, V7lə görüşdükdə sonuncu bildirmişdir ki, narahatçılığa səbəb yoxdur, avqust ayının 7-də işə başlayacaqsan. Lakin, bu görüşdən bir neçə saat sonra V7 ona zəng edib, bu işin alınmadığını və buna görə də bir-iki günə götürmüş olduğu pulları özünə geri qaytaracağını bildirmişdir. Bununla bağlı o, V7dən ətraflı məlumat almaq üçün onu sorğu-sual etdikdə sonuncu bildirmişdir ki, həmin tikinti layihəsini və inşasını Müdafiə Naziri şəxsən özü başqa şəxslərə həvalə etdiyi üçün həmin nazirlikdə məsul vəzifədə işləyən onun tanışı bu işi onların xeyrinə həll edə bilməmişdir. Həmçinin, V7 ona bildirmişdir ki, yuxarıda göstərilən səbəbə görə həmin N6 adlı şəxsidə göstərilən tikinti layihəsi və inşasından kənarlaşdırıblar. Bu səbəbdən də o, əlacsız qalaraq V7dən xahiş etmişdir ki, pullarını yaxın günlər ərzində ona geri qaytarsın. V7 də ona bildirmişdir ki, guya ondan aldığı pulları tamlıqla Müdafiə Nazirliyində məsul vəzifədə işləyən hansısa şəxsə verdiyi üçün məhz sonuncudan da pulları geri alaraq ona qaytarmalıdır. Belə ki, həmin ərəfədə onun həyat yoldaşı ciddi xəstələndiyi üçün onun cərrahiyyə əməliyya tına ehtiyacı olmuş və bununla da bağlı ona pul lazım olduğundan o, sabahısı gün V7in yanına gedib bu barədə ona deyərək pullarını tezliklə geri qaytarmasını üz-üzə danışaraq ondan xahiş etmişdir. Nəticədə də sabahısı gün, yəni 09.08.2014-cü il tarixdə o, təkrarən V7in işlədiyi həmin ev alqı-satqısı məntəqəsinə gəlib pullarının dəqiq qaytarılma tarixi ilə maraqlandıqda V7 həmin vaxt cibindən cəmi 500 ABŞ dolarını çıxararaq ona verib bildirmişdir ki, qalan pullarını da N gün müddəti ərzində hissə-hissə olsa da belə tam şəkildə ona qaytaracaq. Lakin bundan sonra V7 hər dəfə müxtəlif bəhanələr götürməklə yalnız vaxt uzatmağa başlamış və üstündən uzun müddət keçməsinə baxmayaraq qalan pulları ona qaytarmamışdır. O, V7ə dəfələrlə zəng etmiş və dəfələrlə onun ofisinə gəlibgedərək ondan ona verdi yi pulların qalığı olan 25.500 ABŞ dollarını geri qaytarmasını istəsə də, V7 onu müxtəlif bəhanələrlə aldadaraq bu gün sabaha salaraq ona əlavə heç bir miqdarda pul qaytarmamışdır. 2014-cü ilin noyabr ayında isə V7 əvvəlki sözlərini dəyişərək ona bildirmişdir ki, guya o, ondan aldığı həmin 26.000 ABŞ dollarını Müdafiə Nazirliyində işləyən şəxsə məhz A6in dostu olan həmin N6 adlı şəxsin vasitəsi ilə vermiş və hal-hazırda N6 mobil telefon nömrəsini dəyişərək yoxa çıxdığı üçün onu tapıb pullarını geri ala bilmir. Bununla əlaqədar olaraq o, özü də həmin N6 adlı şəxsi axtarmağa başlamış və nəticədə də 2014-cü ilin dekabr ayında o, digər ümumi tanışlarının vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu «Beş Mərtəbə» adlanan yerdə yerləşən «Azərbaycan Dram Teatrı»-nın sağ tərəfində olan çayxanada olarkə n orada X30 adlı şəxslə tanış olaraq onun deməsinə görə bilmişdir ki, o da, böyük layihəli tikintilərdə iştirak edib və bu sahədə çalışan şəxslərin əksər hissəsini tanıyır. Buna görə də, o, həmin vaxt aralarında olan söhbətləri zamanı V7in ona qarşı etdiyi dələduzluğu barədə danışaraq bildirmişdir ki, özü də tikinti işləri ilə məşğul olmaq istəmiş və bu məqsədlə də V7 adlı şəxs ondan 26.000 ABŞ dolları miqdarda pul alaraq əvəzində vəd etmişdir ki, Abşeron rayonunda Pirəsükül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrinin yataqxanalarının inşasını iş icraçısı kimi ona həvalə edəcək, lakin sonradan heç bir iş görməyərək V7 onu aldatmağa başlamışdır. Həmçinin, aralarında olan söhbətləri zamanı o, Şamil Zeynalova bildirmişdir ki, həmin V7 adlı şəxs ilk vaxtlar onu aldadaraq bildi rmişdir ki, guya ondan aldığı pulları özü Müdafiə Nazirliyində məsul vəzifədə işləyən hansısa şəxsə vermiş, hal-hazırda isə sözlərini dəyişərək bildirir ki, pulları həmin şəxsə özü yox tikinti işləri ilə məşğul olan N6 adlı şəxsin vasitəsi ilə vermişdir. Məhz bununla əlaqədar olaraq o, tikinti işləri ilə məşğul olan şəxslərin arasında N6 adlı şəxsin olub-olmaması barədə maraqlandıqda Şamil Zeynalov bu kimi şəxsi tanıdığını və ondan bu barədə maraqlanaraq soruşub ona cavab verəcəyini bildirmişdir. O da, bu barədə eşidən kimi Ş6 X19 mobil telefon nömrəsinin olub-olmamasını öyrəndikdən sonra ondan xahiş etmişdir ki, bir başa onun qarşında zəng edərək həmin şəxslə danışıb bu məsələyə bir aydınlıq gətirsin. S6da razılaşaraq onun qarşında öz mobil telefonundan həmin N6 adlı şəxsin mobil telefonu na zəng edib danışaraq onunla bağlı V7 adlı şəxsin ona pul verib- verməməsi ilə maraqlanmışdır. Həmin N6 adlı şəxsdə göstərilən danışıq zamanı V7in yalan danışmasını və heç vaxt V7dən ona və ya digər şəxslərə görə hər hansı bir miqdarda pul almadığını və ümumiyyətlə V7lə heç bir yaxın münasibətlərinin olmadığını bildirmişdir. Həmin danışıqdan sonra o, S6dan xahiş etmişdir ki, həmin məsələyə aydınlıq gətirmək məqsədi ilə onunla birlikdə piyada olaraq yaxınlıqda yerləşən həmin V7 adlı şəxsin işlədiyi ev alqı-satqısı məntəqəsinə gedərək öz qulağı ilə V7in sözlərini eşitsin. S6da razılaşaraq onunla birlikdə oradan çıxıb bir başa V7in iş yerinə gəlmişlər. Yolda gələrkən isə o, S6dan xahiş etmişdir ki, onun sözlərinə dəstək olaraq bildirsin ki, guya N6lə adlı şəxslə o, özü telefonda danışmışdı r. Beləliklə də, S6la birlikdə həmin məntəqəyə daxil olduqdan sonra bilavasitə onun qarşısında V7ə bildirmişdir ki, yarım saat bundan əvvəl guya özü N6lə telefonda danışaraq pullarının onda olub-olmaması ilə maraqlanmışdır və N6 də heç bir miqdarda pul götürmədiyini deyərək bildirmişdir ki, o, yəni V7 dələduzluq edib və onun adından istifadə etməklə ondan həmin pulları almışdır. Onun bu kimi sözlərini eşidən kimi V7 dərhal çaş-baş vəziyyətə düşüb kəkələyib pəltəkləməyə başlamışdır. Lakin sonradan V7 yenidən əvvəlki sözlərini təkrarlayaraq N6 in yalan danışdığını və ondan aldığı 26.000 ABŞ dollarının guya tamlıqla N6də olduğunu bildirmişdir. Bu səbəbdən də həmin vaxt onunla V7in arasında söz mübahisəsi düşərək ona bildirmişdir ki, gedib N6i onun yanına gətirərək onları üzləşdirəcəkdir və on da məlum olacaq ki, onların hansısı yalan danışır. Bu sözləri deməklə də o, S6la birlikdə V7in işlədiyi məntəqədən çıxıb getmişdirlər. Bundan sonra isə o, S6la bir daha N6 haqqında söhbətləşərək ondan xahiş etmişdir ki, onu N6lə görüşdürsün. S6 da etiraz etməyərək bu kimi görüşü təşkil edəcəyini söz vermişdir. Bundan təxminən 4-5 gün sonra, yəni 2014-cü ilin dekabr ayının sonunda S6 zəng edib onu axşam saatlarında Bakı Dəmiryol Vağzalının aşağı hissəsində yerləşən Bələdçilər idarəsinin qarşısında olan çayxanaya dəvət etmiş və oraya gəldikdə həmin N6 adlı şəxsin S6la bir masa arxasında əyləşdiklərini görmüşdür. Bununla da onlar üçü həmin çayxanada əyləşib çay içə-içə söhbətləşərkən o, N6ə bildirmişdir ki, bir neçə ay əvvəl, yəni yuxarıda göstərilən tarixdə və qayda da onunla V7in işlədiyi e v alqı-satqısı ofisində görüşdüyü gün o, yəni N6 A6 adlı şəxslə birlikdə oradan çıxıb getdikdən sonra V7 ondan 26.000 ABŞ dollarını alaraq vəd etmişdir ki, Abşeron rayonunda Pirəşükül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrinin 1.700 kvadrat metr sahədə tikilməli olan N ədəd yataqxanalarından N ədədinin inşasını ona həvalə olunmasını təşkil edəcək. Lakin sonradan V7 heç bir iş görməmişdir. Həmçinin, o, həmin vaxt N6ə bildirmişdir ki, V7 pulları ondan aldıqdan sonra bir neçə ay ərzində vaxtı uzadaraq bildirmişdir ki, guya ondan aldığı pulları tamlıqla özü Müdafiə Nazirliyində məsul vəzifədə işləyən hansısa şəxsə vermiş, 2014-cü ilin noyabr ayından başlayaraq isə bildirmişdir ki, guya ondan aldığı həmin 26.000 ABŞ dollarını tamlıqla ona, yəni N6ə vermişdir. Həmin vaxt, S6 da bu faktı təsdiq edərək bildirmişdirki, onunla birlikdə V7in iş yerində olarkən həqiqətəndə V7 bu cür bildirmişdir. Onun bü kimi sözləri N6i qəzəbləndirdiyi üçün o, V7in ünvanına söyüş söyüb bildirmişdir ki, V7lə heç bir şəxsi, yaxın tanışlığı və münasibətləri olmayıb və yoxdur. Həmçinin, N6 bildirmişdir ki, onu, V7lə ümumi tanışları olan A6 adlı şəxs tanış etmiş, lakin sonuncuların heç biri ilə istər mənə və istərsə də digər hər hansı bir şəxsə aid heç bir pul alış-verişi və ümumiyyətlə pul barədə söhbətləri olmamışdır. Bununla yanaşı, həmin danışıqları zamanı N. bildirmişdir ki, həqiqətəndə 2014-cü ilin birinci yarısında onun tanışları olmaqla Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən şəxslər həmin ərazidə N0 ədəd yataqxanaların inşasına nəzarət və rəhbərliyi ona həvalə olunacağını və d etmişlər, lakin həmin məsələ yalnız sözdə olmaqla sonradan həyata keçirilməsi mümkün olmamış, ona görə ki, həmin ilin yay aylarında Müdafiə Naziri özü şəxsən həmin layihə və tikintinin inşasını başqa şəxslərə, yəni öz qohumlarına həvalə etmişdir. Həmçinin, N. həmin söhbətləri zamanı bildirmişdir ki, göstərilən yataqxanaların inşasının ona həvalə olunacağı barədə A6 adlı tanışı bildikdən sonra ondan xahiş etmişdir ki, həmin yataqxanaların N ədədinin inşasını ona, yəni A6ə tapşırsın ki, o da, öz tanışı V7 adlı şəxslə birlikdə işləyib bir qədər pul qazana bilsinlər. Buna görə də o, yəni N6 aralarında olan münasibətləri və həmin layihənin həcminin çox böyük olmasını nəzərə alaraq heç bir təmənna güdmədən A6lə razılaşmışdır. Bu yolla da, yuxarıda göstərilən məzmunda olmuş söhbətləri nəticəsin də ona tam aydın olmuşdur ki, məhz V7 dələduzluq edərək ondan 26.000 ABŞ dollarını N. in xəbəri olmadan alaraq mənimsəmişdir. Həmin görüş və danışıqların sonunda o, istəmişdir ki, zəng edib V7i də həmin çayxanaya dəvət etməklə onu N6lə üzləşdirib araşdırma aparsın, lakin V7in mobil telefonu bağlı olduğundan onunla həmin vaxt əlaqə saxlaya bilməmişdir. Həmçinin, həmin görüşülərinin sonunda artıq axşam vaxtı və bir qədər gec olduğundan, yəni V7in işlədiyi məntəqə bağlı olduğundan onların birlikdə oraya gedişi alınmamışdır. Buna görə də o, N6ə xahiş etmişdir ki, yaxın 2-3 gün ərzində onunla zəngləşib-görüşərək birlikdə V7in işlədiyi həmin ev alqısatqısı məntəqəsinə gedib V7lə araşdırma aparmağına köməklik etsin. N6lə razılaşaraq öz mobil telefonunun nömrəsini ona verərək vəd etmişdir ki, mü tləq yaxın günlərdə onunla zəngləşib birlikdə V7in iş yerinə gedəcək ki, bu məsələyə aydınlıq gətirsin və araşdırsın ki, hansı səbəbdən də V7in yalandan onun adından istifadə edərək ondan pul almışdır. Bununla da, həmin görüş və söhbətləri tamamlanmışdır. Lakin bu kimi görüşlərindən bir neçə gün sonra o, N6in mobil telefonuna zənglər etsə də, onun telefonu söndürülmüş vəziyyətdə olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Təxminən 2-3 aydan sonra isə ona digər tanışlarımın vasitəsi ilə məlum olmuşdur ki, N6, onunla yuxarıda göstərilən tarixdə çayxanada görüşdükdən bir neçə gün sonra özü hansısa başqa cinayət törətməsi ilə bağlı həbs edilmişdir. Məhz bu səbəbə görə də o, N6lə birlikdə V7in iş yerinə gedişləri alınmamışdır. Nəticədə də o, V7in ona qarşı etdiyi dələduzluğa görə məcbur olub o nun barəsində Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkum istintaqa təqdim etdiyi “X8” adlı və “X41” adlı şəxslərin adından tərtib edilmiş 2 ədəd əlyazmadan ibarət olan iltizamların məzmunu ilə tam tanış olmuş və bununla bağlı bildirmək istəyir ki, Məhkum ifadəsində bu barədə göstərdikləri və həmin iltizamda buna uyğun yazılanlar tam yalan və cəfəngiyatdır və bilavasitə hər birinin uşaqlıqda oxudu “Turp” nağılına bənzəyir. Belə ki, yuxarıda göstərilən yataqxanalarla bağlı bütün danışıqları onunla bilavasitə məhz və yalnız Məhkum özü aparmış və 26.000 ABŞ dollarını da bir başa məhz Məhkum şəxsən özü 30.07.2014-cü il tarixdə ondan sayıb-alaraq işlədiyi Yasamal rayonu İslam Səfərli küçəsi 59-da yerləşən ev alqı-satqısı məntəqəs ində olan iş masasının rəfinə qoymuşdur. Bundan sonra isə məhz Məhkum özü onu aldadaraq hər dəfə müxtəlif vədlər verməklə yalnız vaxtı uzatmağa başlayıb və aldığı puldan da cəmi 500 ABŞ dollarını 09.08.2014-cü il tarixdə ona qaytardıqdan sonra onunla görüşməkdən yayınmağa başlamışdır. Nəticədə də məcbur olub 14.03.2016-cı il tarixdə onun barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Ona təqdim olunmuş həmin iki ədəd iltizamların məzmununun sonundan isə görünür ki, A6 adından tərtib olunmuş da tarix “2014.26.12.” kimi, T.6 adından tərtib olunmuşda isə tarix “28.04.2016” kimi göstərilib və bu kimi hallarda bir daha təsdiq edir ki, həmin iltizamlar bilavasitə Məhkum cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə ya onun özü tərəfindən və yaxud da onunla əlbir ol an A6 və T6 tərəfindən müxtəlif tarixlərdə yazılmışdır. Belə ki, A6 adından yazılmış iltizamda göstərilmiş tarix, onunla Ş6 və N6 söhbət və görüşməzdən sonra, eləcə də bilavasitə onunla Ş6 birlikdə V6 iş yerinə gedib mübahisə etdiklərindən sonra yazılıb və bu kimi halda Məhkum məsuliyyətdən yaxa qurtarmağa çalışmasını təsdiq edir. Bundan başqa, ikinci, yəni T6 adından yazılmış iltizamda göstərilmiş tarix, onun şikayətindən sonra Yasamal rayon Polis idarəsinin İstintaq şöbəsində gedən araşdırmalar ərəfəsinə təsadüf edir və bu kimi halda bir daha Məhkum məsuliyyətdən yaxa qurtarmağa və bilavasitə istintaq orqanını çaşdırmağa çalışmasını təsdiq edir. Həmçinin, əsl həqiqətdə o, Məhkum 20.000 manat deyil, məhz 26.000 ABŞ dolları miqdarda olan nağd pul vəsaitini 30.07.2014-cü il tarixdə vermişdi r və o da, N gündən sonra ona cəmi 500 ABŞ dollarını geri qaytarsa da qalan 25.500 ABŞ dolları miqdarda olan pullarını ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Həmin iltizamlarda yazılmış halları isə, yəni kiminsə pulların masadan götürməsi və sonradan da küçəyə çıxaraq digərinə verməsini nə görməmiş və nə də heç vaxt eşitməmişdir. Qeyd etmək istəyir ki, N6 2014-cü ilin dekabr ayında onunla Ş6 iştirakı ilə görüşdükdən bir neçə gün sonra həbs edilmişdir və buna görə də ola bilər ki, V6 bütün məsuliyyəti onun üstünə yıxmaq məqsədi ilə həmin ilin dekabr ayının 26-da A6 yuxarıda göstərilən iltizamı yazdıraraq fikirləşmişdir ki, həbsdə olan insandan, yəni N6 heç nə soruşmaq olmayacaq və bununla da sonuncu həbsdə olduğu üçün ondan alınmış pullarda onun üstünə yazılacaq. Yəqin ki, Məhkum a rtıq 2014-cü ilin noyabr ayında N6 tutulacağı barədə məlumat aldığı üçün ona əvvəl demiş sözlərinə dəyişərək guya ondan aldığı pulları N6 verdiyini bildirməyə başlamışdır. Bununla yanaşı ola bilər ki, Məhkum ondan almış olduğu 26.000 ABŞ dollarını A.6 və T6 üçü birlikdə öz aralarında bölüşdürmüşlər və buna görə də sonradan hər üçü də cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə bütün təqsiri həbsdə olan N6 üstünə yıxmaq məqsədi ilə yuxarıda göstərilən iltizamları yazmaqla həm istintaqı və həm də onu çaşdırmağa çalışıblar. Buna görə də əsl həqiqəti müəyyən etməkdən ötrü onunla N6 üzləşmələrini, eləcə də onunla A6 və T6 aralarında eyni olaraq üzləşdirmənin keçirilməsini zəruri olduğunu hesab edir. Bundan başqa T6 A6 digər cinayətlər törətmələri bağlı barələrində Binəqədi Rayon Məhkəməs ində hər hansı bir cinayət işlərinə baxılması və onların həmin məhkəmələrdən yayınmaları haqqında onun heç bir məlumatım yoxdur. Eləcə də, o, N6 2014-cü ilin dekabr ayında görüşüb söhbətləşərkən o, özü də ona barəsində hər hansı bir cinayət işinin olub-olmaması barədə heç bir məlumat verməmiş və onun həmin ayda həbs olunması barədə 2-3 aydan sonra başqa şəxslərin vasitəsi ilə bilmişdir. Həqiqətən də həmin 26.000 ABŞ dollarını onun doğma qardaşı R6 özü və dostlarından borc götürməklə 2 ay ərzində geri qaytarmaq məqsədi ilə eyni olaraq ona borc vermişdir, lakin Məhkum onu aldadıb həmin pulların 25.500 ABŞ dollarını ələ keçirdiyi üçün, eləcə də həmin ərəfədə həyat yoldaşının cərrahiyyə əməliyyatına ehtiyacı olduğundan o, məcbur olub sonuncuya və özünə məxsus olan bir neçə dəyərli olan qızılzi nət əşyalarını sataraq pul əldə etmişdir və məhz həmin pulların hesabına qardaşı R6 götürdüyü 26.000 ABŞ dolarını geri qaytarmışdır. Həmçinin həyat yoldaşının cərrahiyyə əməliyyatı ilə bağlı bütün tibbi xərcləri ödəmişdir. Bu səbəbdən də, Məhkum dələduzluq hərəkətləri nəticəsində 25.500 ABŞ dolları miqdarda olan maddi ziyan məhz ona vurulmuşdur. O, hazırda tam həqiqi ifadə verir və hətta həyat yoldaşı X7 nə vaxt və harada cərrahiyyə əməliyyatı olması ilə bağlı xəstəxanadan verilmiş çıxarışın 01 vərəqədə olan surətini ifadəsinə əlavə etmişdir. Məhkum etdiyi dələduzluğu nəticəsində ona xeyli miqdarda maddi ziyan dəydiyindən və eləcə də böyük əsəb və sarsıntılar keçirdiyim üçün ürək xəstəliyinə tutulmuş və buna görə də, 2015-ci ildə özü xəstəxanaya düşərək ürəyində cərrahiyyə əməliyyatı olunm uşdur. Bununla da bağlı o, nə vaxt və harada cərrahiyyə əməliyyatı olmağı ilə bağlı xəstəxanadan verilmiş çıxarışın və ürəyinin çəkilişinə aid fotoşəkilin surətlərini 05 vərəqədə ifadəsinə əlavə edir. Eləcə də bildirmək istəyir ki, Məhkum barəsində 2015-ci il ərzində şikayət etməməyinin səbəbi də məhz onun həmin ürək xəstəliyi olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, X8 vermiş olduğu ilkin izahat və ifadəsi tam yalan və uydurmadır, o, Məhkum işlədiyi həmin məntəqədə nə Məhkum özü ilə və nə də ki, istər T6 Məhərrəmovla və ya başqa şəxslərlə heç vaxt nərd oynamamışdır, həmçinin T6 aralarında heç vaxt yaxın tanışlıq və yaxudda dostluq münasibətləri olmamışdır. Məhkumla «********» adlanan ərazidə aparılan tikintilərdə iştirak etməyi bağlı heç vaxt söhbət etməmiş və bu barədə ondan heç bir xahişlər etməmişdir. Məhkum və tanışı İsmayılla birlikdə Pirəkəşkül qəsəbəsinə gedərək orada Məhkum həmin yataqxanaların tikiləcəyi ərazini onlara göstərmişdir. O, A6 isə ümumiyyətlə heç bir yerə getməmiş və ona N6 birlikdə yalnız bir dəfə və cəmi 4-5 dəqiqə ərzində Məhkum işlədiyi ev alqı-satqısı məntəqəsində görmüşdür. Pulları verməmişdən əvvəl məhz həmin günü o, qardaşı R6 və tanışı İ6 birlikdə Məhkum işlədiyi həmin məntəqəyə gəlmişlər və T6 yanaşı A6 və N6 orada olmuşdurlar. Əsl həqiqətdə o, 26.000 ABŞ dolarını məhz A6 N6 oradan çıxıb getdikdən sonra qalan şəxslərin qarşısında əlbəəl Məhkum özünə vermişdir. O, N6 həmin yataqxana tikintilərinə aid heç bir müqavilə bağlayıb-imzalamışlar və həmçinin onunla aralarında bu barədə heç bir danışıqlar olmamışdır. Əsl hə qiqətdə məhz Məhkum ona bildirmişdir ki, o, Müdafiə Nazirliyində məsul vəzifədə işləyən hansısa şəxsdən müsbət cavabı aldıqdan sonra həmin nazirliyin Təsarrüfat idarəsində onunla müqavilə bağlanacaq. T6 bu barədə yazdıqları isə tam yalan və uydurmadır. Bundan başqa, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 26.000 ABŞ dollarını əsl həqiqətdə məhz Məhkum özünə əlbə əl vermiş, Məhkumla və T6lə birlikdə Neftçilər Stadionun yanına və yaxud da “Şamaxinkada” olan çayxanaya getməmiş və bu kimi yerlərdə N6 və A6 adlı şəxslərlə görüşüb-söhbətləşməmiş və bu barədə Məhkum yazdıqları hamısı yalanı və öz uydurmasıdır. Həmçinin, o, nə Məhkumla və nə də T6lə birlikdə Yasamal RPİ-nin 26-cı Polis bölməsinə getməmiş və həmin bölmənin rəis müavini ilə də görüşməmişdir. Bundan başqa, N6 Xətai rayon P olis idarəsində tutulması barədə o, çox sonradan eşitmiş və həmin vaxtlar artıq Məhkumla bütün əlaqələri demək olar ki kəsilmişdir. Buna görə də belə bir hal olmayıb ki, Məhkum, N6 həbs olunması barədə onunla birlikdə bilsin və məhz həmin zaman ona N6 və A6 barələrində şikayət etməyi məsləhət görsün. Məhkum isə bu barədə yalan ifadə verib və bu kimi ifadələrlə özünü cinayət məsuliyyətindən yayındırmağa çalışıb. Həmçinin, nə o özü, və nə də Məhkum və T6 onun yanında pullarını götürüb N. ə və ya A6 verməmişdirlər ki, sonradan da o, həmin pulları sonunculardan tələb etsin. Buna görə də, Məhkum göstərdiyi qaydada onun, N6 və A6 barələrində şikayət etməyi yalan və absurd olardı. Əslə həqiqətdə o, sonradan tanışı Ş6 vasitəsi ilə N6 yalnız bir dəfə telefon əlaqəsi saxlamış və bir dəfədə Dəmir yol Vağzalının yanındakı çayxanada görüşüb söhbətləşmiş və həmin görüşlərdə Məhkum iştirak etməmişdir. A6 adlı şəxslə isə sonradan, yəni Məhkum işlədiyi məntəqədə görüşdükdən sonra heç bir əlaqəsi və ya görüşləri olmayıb. Hal hazırda ona dəymiş ziyan ödənilməmişdir, ziyanı tam şəkildə ödənilməsini, Məhkum ən ağır formada cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqında sorğu sual zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, nə N6i, nə A6i tanımamış, elə bir adamları T6 vasitəsilə tanımamışdır. T6 tanımamışdır, onunla münasibəti omamışdır. Məhkum yanına gedib gələndə T6i görmüşdür, adını sonradan bilmişdir ki, T6dir. Onunla ünsiyyəti olmamışdır. Nə T6lə, nə N6lə, nə də A6 telefon əlaqələri olmamışdır, onlarla danışmamışdır. O, yalnız V7i tanımışdır, tikinti işini V7lə danışmışdır. 26.000 AB Ş dollarını 30.07.2014-cü il tarixdə V7in ofisində Məhkum əlinə vermişdir. V7 ondan pulu alıb ayağa durmadan, stolun altındakı siyirməni çəkib, siyirməyə qoymuşdur. Həmin vaxtı ofisdə T6, Məhkum, Zərərçəkmiş şəxs2, qardaşı R6, tanışı İ6 və sonradan ora 2 nəfər gəlmiş, onları tanımamış, V7 onların adlarının N6 və A6 olduğunu orada onlara bildirmişdir. N6 tikinti işinin real olmasını təsdiq etmişdir. Bundan sonra A6 və N6 oradan çıxıb getmişlər və onlar gedəndən sonra Zərərçəkmiş şəxs2 R6 26.000 ABŞ dollarını götürüb V7ə verib. V7 pulu alıb stolunun altındakı siyirməni çəkib siyirməyə, yəni iş masasının rəfinə qoymuşdur. V7 pulu siyirməyə qoyanda ayağa durmamışdır, çünki siyirmə oturduğu stolun altında idi. Pulu dəmir seyfə yox, siyirməyə, yəni stolunun altındakı taxta materialdan olan rəfə qoymuşdur. Pulları sayıb V7ə verib, V7 də pulları sayaraq götürmüşdür.
16. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin ifadəsində də görünür ki, o, tikinti işi məsələsini məhz V6 danışmış26.000 ABŞ dollarını 30.07.2014-cü il tarixdə V7in ofisində Məhkum vermiş, V7 ondan pulu alaraq ayağa durmadan, stolun altındakı siyirməni çəkib, siyirməyə qoymuşdur. Həmin vaxtı ofisdə T6, Məhkum, Zərərçəkmiş şəxs2, qardaşı R6 və tanışı İ6 olmuşlar.
17. Bunda başqa, əmlakın – pulun sahibi Zərərçəkmiş şəxs2 ifadələrində göstərir ki, o, 26.000 ABŞ dollarını Məhkum verərkən heç bir qəbz və ya iltizam almamışdır. Məntiqlə bu barədə qəbz və ya iltizamı o, almalı idi və hökmdə mötəbər bir sübut kimi istinad edilən bu iltizamlar Zərərçəkmiş şəxs2 olmalı idi. Amma maraqlıdır ki, T6 və A6 tərəfindən imzal anmış bu iltizamlar Zərərçəkmiş şəxs2 deyil, Məhkum aşkar edilir. Nə səbəbə? Axı, iltizamı Məhkum imzalamayıb. Əgər pul T6 Məhərrəmova və ya A6 verilibsə, Zərərçəkmiş şəxs2 nə səbəbə 20 illik münasibəti olduğu “məsum Məhkum” pulu tələb edir? Məhkəmələrin gəldiyi nəticə hansı məntiqin nəticəsidir? Apellyasiya məhkəməsi işə yenidən baxarkən bütün bu suallara ağlabatan dəlillərlə cavab verməlidir.
18. Kollegiya qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadə verərək göstərmişdir ki, “Transnasional” jurnalında redaktor vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. Qardaşı K6 2014- cü uilin iyul ayının əvvəllərində ona demişdir ki, tikinti işinə iş icraçısı kimi işə düzəlmək istəyir və bunun üçün də ona 50.000 ABŞ dolları pul lazımdır. Onlar həmin g ünü K6lə evdə görüşmüş və K6 ona demişdir ki, qonşusu V7 onu Pirəkəşkül qəsəbəsində Müdafiə Nazirliyinin balansında olan tikinti işinə iş icraçısı vəzifəsinə təyin edəcəkdir və bunun müQ6ində 50.000 ABŞ dolları pul alacaqdır. O, K6ə demişdir ki, 26.000 ABŞ dollarını özü düzəldib ona verə bilər. 30 iyul 2014-cü il tarixdə evdə olan 26.000 ABŞ dollarını götürüb K6lə görüşmüşdür. Həmin vaxtı K6in yanında İsmayıl da olmuşdur. Onların üçü də V7in işlədiyi ofisə getmişlər və V7lə görüşmüşlər. Həmin vaxtı sonradan adını bildiyi T6 də orada olmuşdur. O, həmin ofisdə olan zaman üzərində olan 26000 ABŞ dollarını çıxarıb K6ə vermişdir. Həmin pul ağ kağıza bükülmüş vəziyyətdə olmuşdur. K6 həmin pulu ağ kağızdan çıxararaq saymış və həmin pulu V7ə vermişdir. V7 də həmin pulu sayıb qəbul edərək bildirmiş dir ki, narahatçılığa səbəb yoxdur, avqust ayının 7də işə başlayacaqsan. Bununla da həmin görüş və pul alış-vermişi tamamlanmışdır. Amma buna baxmayaraq sonra eşitmişdir ki, V7 qardaşı K6i aldadaraq onun pulunu ələ keçirmiş və heç bir işlə də təmin etməmişdir. O, əvvəllər Məhkum tanımamış, amma qardaşının deməsinə görə məlum olmuşdur ki, sonuncular bir biri ilə qonşu olmuşdurlar. 30 iyul 2014-cü ildə o, qardaşı K6 və İ6 V7in ofisində olarkən onunla tanış olmuşdur. 26.000 ABŞ dollarını o, qardaşı K6ə borc kimi vermişdir. Məhkum Zərərçəkmiş şəxs2 iş icraçısı kimi təyin edəcəyi mövzuda onlar arasında olan söhbətdə iştirak etmişdir. X15 isə onların söhbətlərində və həmçinin də K6 pulu V7ə verəndə bunun şahidi olmuşdur. Məhkəmə iclasında sorğu-sual zamanı X20 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 pulları Məhkum verdikdən sonra, V7 stolun arxasından durub, qapıya tərəf getmiş və qapının yanında olan dəmir seyfi açıb, pulları həmin seyfə qoymuşdur.
19. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2000-ci ildən tanıyır. Onunla qohumluq əlqələri yoxdur. Sadəcə olaraq bir ərazidə yaşadıqları üçün onunla ara bir ünsiyyətdə olmuşdur. K6 onun işsiz olduğunu bilmişdir. 27 iyul 2014-cü il tarixdə K6 ona zəng edərək ona iş təklif olunduğunu, görüşüb bu barədə ətraflı danışmağı bildirmişdir. 28 iyul 2014-cü il tarixdə K6lə «Nizami» metrostansiyasının yaxınlığında yerləşən «Qış parkı» adlanan yerdə gürüşmüşlər. Söhbət zamanı K6 bildirmişdir ki, V7 adlı qonşusu ona tikinti işində iş icraçısı vəzifəsini təklif etmiş, əgər bu iş alınarsa, onu da ora memar kimi işə götürəcək, bu işə görə V7 ondan 50000 ABŞ dolları pul istəmişdir. Həmin vaxtı K6 qardaşı R6ə zəng edərək bu barədə onunla danışmışdır. Onların danışığından ona məlum olmuşdur ki, R6 50.000 ABŞ dolların müəyyən hissəsini tapa bilməyəcəkdir.K6 ona səhər gedib həmin tikinti yerinə baxarıq demişdir. 29 iyul 2014-cü ildə o, K6lə birlikdə V7 adlı şəxsin «******» metrosu yaxınlığında yerləşən ofisinə getmişlər. Həmin ofisə gedənə kimi o, V7 adlı şəxsi tanımamış və onunla heç bir münasibəti olmamışdır. İlk dəfə həmin günü V7in işlədiyi ofisdə V7lə tanış olmuş, V7 həmin ofisdə ev alqı- satqısı ilə məşğul olmuşdur. V7lə söhbət zamanı V7 onlara Pirəkəşkül qəsəbəsində Müdafiə Nazirliyinin hərbi yataqxanaları tikilməli olduğunu demişdir. Bundan sonra oradan V7 və onlar K6in m aşını ilə Pirəkəşkül qəsəbəsinə getmişlər. Həmin əraziyə çatanda V7 avtomobildən düşərək nəzarətçi duran əsgərlərə yaxınlaşıb nə isə dedikdən sonra həmin nəzarətçi əsgərlər şlaqbaumu açaraq onların avtomobilini içər buraxmışlar. Onlar içəri keçdikdən sonra tikinti gedən əraziyə nəzər salmışlar. Həmin vaxtı tikinti işləri başlamışdır. V7 K6ə onu burada gedən tikintiyə iş icraçısı təyin edəcəyini bildirmişdir. Orada 30 dəqiqə dayanıb söhbət etdikdən sonra V7in işlədiyi ofisə qayıtmışlar. Həmin günün səhəri, yəni 30 iyul 2014-cü il tarixdə saat 12.00-da o, K6 və K6in qardaşı R6 birlikdə V7in ofisinə getmişlər. Onlar ofisin qarşısında V7lə görüşərək və ofisə daxil olmüşlər. Həmin vaxtı ofisdə o, R6, K6 və V7 olmuşdur. Onlar orada 5 dəqiqə hal-əhval tutduqdan sonra R6 cibindən ağ vərəqə bükülmü ş vəziyyətdə olan bükülünü çıxararaq K6ə vermişdir. K6 də həmin bükülünü onların yanında açmışdır. Həmin bükülüdən çıxan N0 ABŞ dollarlarından ibarət pul əskinazları olmuşdur. K6 həmin pulu saymış və həmin pul 26.000 ABŞ dolları olmuşdur və həmin pulu Məhkum vermişdir. V7 də öz növbəsində pulu sayıb, stolunun altındakı siyirməyə qoymuşdur. Bundan sonra V7 K6ə dedi səhər gedib işə başlayarsan. Onlar oradan çıxıb evə gəlmişlər. Həmin günün səhəri günü o və K6 ****** qəsəbəsində həmin tikinti yerinə getmişlər. Tikinti yerinə çatanda orada duran əsgərlər onları tikinti yerinə buraxmamışlar. Belə olan halda onlar V7in yanına gələrək bu barədə ona demişlər. V7 K6ə onu orada qəbul edən adamın anası rəhmətə getdiyi üçün onu orada qəbul edən olmamış, həmin şəxs hüzrünü yola verəndən sonra ona xəb ər verəcəyini bildirmişdir. O, K6lə bir neçə dəfə V7in ofisinə getmişlər, lakin V7 hər dəfə müxtəlif bəhanələr gətirərək onları yola vermişdir. Belə olan halda onlara məlum olmuşdur ki, V7 K6i aldatmış, boş boşuna vaxt gedir, həmçinin bir daha V7in ofisinə getməmişdir.
19. Birinci instansiyası məhkəməsi şahidlər R6 və S6 ifadələrinə belə qiymət vermişdir: “zərərçəkmişvə şahidlərin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxslər kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olubolmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin həqiqətə uyğun olması, ziddiyyətli olub- olmaması aydınlaşdırılmalıdır. İş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs qarşı ifadə vermiş şəxslər zərərçəkmiş Zərərçəkmiş şəxs2 və şahid R6 qardaşdırlar, şahid İ6 zərərçəkmiş Zərərçəkmiş şəxs2 yaxın tanışıdır. N6 məhkəmədə Zərərçəkmiş şəxs2 müdaxiləsindən sonra ifadəsini dəyişir, verilən pulun məbləğini əvvəl manatla ifadə edirdisə, sonra məbləği dollarla ifadə etmək istəyir. N6 bildirir ki, K6in V7ə pul verməsini yalnız 2014-cü ilin dekabr ayında vağzalda K6 və Ş6 görüşdükdən sonra bilmişdir. Lakin iş üzrə digər şahidlər bildirir ki, yaranmış problem barədə N6 xəbərdar edilib. Həmçinin telefon yazışmaları ilə də müəyyən edilir ki, A6 N6 əvvəllər dəfələrlə bu barədə xəbərdar edib. Həmçinin iş üzrə görünür ki, həmin ifadələr nəinki ziddiyyətlidir, ümumiyyətlə həqiqətə uyğun deyildi r”. 20.Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, şahid X9 da ifadəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 onun iştirakı ilə 26.000 ABŞ dolları pulu Məhkum vermiş və sonuncu da həmin miqdarda pulu şəxsən sayaraq seyfə qoymuşdur. Məhkəmə şahid X9 ifadəsində göstərdiyi xüsusatları sonuncu Zərərçəkmiş şəxs2 qardaşı olduğuna görə inandırıcı hesab etməmiş və mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmənin sübutların qiymətləndirilməsinə belə yanaşması CPM-in 144-146-cı maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır. Məhkəmə kollegiyası məhkəmənin sübutlara belə qiymət verməsini və bu cür “əsaslandırmanı” qanunun tələbinə zidd olduğundan qəbul etmir və vurğulayır ki, məhkəmə hər hansı bir dəlilə qiymət verərkən o dəlili təkzib edən əks arqumenti ortalığa qoymalı və sübut lara əsaslandırılmış şəkildə qiymət verməlidir.
21. Bundan başqa, şahid S6 ifadəsindən görünür ki, onun yanında 26.000 ABŞ dolları Məhkum verilmiş, V7 də öz növbəsində pulu sayıb, stolunun altındakı siyirməyə qoymuş və K6ə demişdir ki, səhər gedib işə başlayarsan. X5 ifadəsində göstərilən xüsusatların sonuncu Zərərçəkmiş şəxs2 tanışı olduğuna görə mötəbər sübut kimi qəbul edilməməsi işə baxan məhkəmələrin sübutlara obyektiv qiymət verməsinə dəlalət etmir. Məhkəmənin ittiham olunan şəxsin əleyhinə olan sübutları görməməzlikdən gəlməsi məhkəmə hakimiyyətinin nüfuzuna ciddi təsir edən amillərdəndir və yolverilməzdir.
22. Belə ki, CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübu tlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
23. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
24. CPM-in 146.1-cı maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
25. Məhkəmə kollegiyası qeyd edilənlərin fövqündə məhkəmələrin mövqeyinə münasibət bildirərək qeyd edir ki, doğrudur, R6 Zərərçəkmiş şəxs2 qardaşı, S6 isə tanışıdır. Lakin bu hal həmin şəxslərə heç bir üstünlük hüququ və ya onların ifadələrinə şübhə ilə yanaşmağa əsas vermir. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, istər işin ibtintaqı, istərsə də məhkəmə araşdırmaları zamanı R6 ifadə verməmişdən öncə ona Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin (heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz) tələbləri izah edilmiş, ifadə verəcəyi təqdirdə bilə-bilə yalan ifadə verməyə görə CM-in 297-ci maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmiş və şahid and içərək iltizama imza etmişdir. X26 da bu barədə iltizama imza etmişdir. Şahidin məhkəmə qarşısında biləbilə yalan danışmayacağı barədə verdi yi iltizam T6 və A6 özləri tərəfindən tərtib edilib – imzalanmış iltizamla eyniləşdirilməməlidir. Məhkəmə qarşısında iltizama imza etmiş şahid yalan ifadə verirsə, o zaman o, məsuliyyət daşımalıdır. Cinayət və cinayət prosessual qanunvericiliyində şəxsin qardaşının və ya tanışının verdiyi ifadəsinin yalnız onun “qardaş” və ya “tanış” olduğuna görə mötəbər bir sübut kimi qəbul edilməməsi barədə bir norma yoxdur. Əgər məhkəmə şəxsin yalan ifadə verdiyini müəyyən edirsə, o zaman bu barədə tədbir görməlidir. Amma nə birinci, nədə ki, apellyasiya məhkəməsi tərəfindən Zərərçəkmiş şəxs2, şahidlər R6 və S6 yalan ifadə verdiklərinə görə barələrində tədbir görülməsi üçün prokurorluq orqanına məlumat vermələri barədə cinayət işinin materiallarında heç bir sənəd mövcud deyildir. Görünür işə baxan məhk əmələr Zərərçəkmiş şəxs2, şahidlər R6 və S6 yalan ifadə vermələrinə özləri də inanmamışlar.
26. İşə yenidən baxılarkən sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilməli, qanuni və əsaslı qərar qəbul edilməlidir.
27. Bundan başqa, şahid X30 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər 2015-ci ilədək Azər Enerji Tikinti-quraşdırma idarəsinin elektrik-quraşdırma idarəsində rəis işləmiş və bu yolla da müxtəlif obyeklərin təmir-tikinti işləri ilə bağlı 2014-cü ilin yay aylarında Bakı şəhərində bu kimi işlərin təşkili işlə məşğul olmaqla prorablıq edən X23 tanış olmuşdur. Bundan sonra isə, yəni 2014-cü ilin sonunda o, ümumi tanışları vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu «Beş Mərtəbə» adlanan yerdə yerləşən «Azərbaycan Dram Teatrı »-nın sağ tərəfində olan çayxanada olarkən orada Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və həmin vaxt aralarında olmuş söhbət əsnasında Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, o, özü də tikinti işləri ilə məşğul olmaq istəmiş və bu məqsədlə də tanışı olan V7 adlı şəxsə 26.000 ABŞ dolları miqdarda pul vermiş və V7 də əvəzində vəd etmişdir ki, bunun müQ6ində ona, Abşeron rayonunda Pirəkəşkül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrinin yataqxanalarının inşasını həvalə olunmasını təşkil edəcək, lakin bundan sonra V7 heç bir iş görməyərək bildirmişdir ki, guya ondan almış pulları N6 vermişdir. O da, bu kimi məlumatı eşitdikdə Zərərçəkmiş şəxs2 həmin vaxt bildirmişdir ki, N6 tanıdığı üçün sonuncudan bu barədə maraqlanıb ona məlumat verəcək. Zərərçəkmiş şəxs2 isə bu zaman gözləmək istə mədiyini bildirərək ondan xahiş etmişdir ki, birbaşa onun qarşısında dərhal N6 mobil telefonuna zəng etməklə bu barədə ondan soruşsun. O da, həmin vaxt etiraz etməyərək öz mobil telefonu ilə N6 mobil telefonuna zəng edərək ondan bu barədə soraqlaşmışdır. Həmin telefon danışıqları zaman N.6 də cavabında ona bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 özündən və ya hər hansı bir digər şəxslərdən bu məqsədlə heç bir miqdarda pul almamış, V7 adlı şəxs isə onun adından istifadə edərək dələduzluq yolu ilə Zərərçəkmiş şəxs2 pul almışdır. O da, N6 dediyi sözləri Zərərçəkmiş şəxs2 çatdıraraq bildirmişdir ki, onun pullarını V7 adlı şəxs N6 verməmişdir. Bu kimi məzmunda olan danışıqlarından sonra Zərərçəkmiş şəxs2, həmin V7 adlı şəxsin göstərilən çayxananın yaxınlığında yerləşən ev alqı-satqısı məntəqəsi ndə işlədiyini bildirərək ondan əl çəkməyib xahiş etmişdir ki, birlikdə V7in iş yerinə gedib onun iştirakı ilə bir daha sonuncudan bu barədə soruşsun. O da, etiraz edə bilmədiyindən məcbur olub razılaşaraq bir yoldaş kimi Zərərçəkmiş şəxs2la birlikdə piyada olaraq həmin çayxanadan təxminən 200-250 metr aralıda İslam Səfərli küçəsində olan 2 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ev alqı-satqısı ofisinə gəlmişlər və içəriyə daxil olaraq orada əvvəllər tanımadığı və ilk dəfə gördüyü V7 adlı şəxslə görüşmüşdürlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 apardığı söhbətə qarışmayaraq yalnız göstərilən ofisin içində olmaqla müşahidə edib qulaq asmışdır. Beləliklə də, həmin vaxt Zərərçəkmiş şəxs2 söhbət edərək V7 adlı şəxsə bildirmişdir ki, o, guya özü N6 Tağıyelə telefon vasitəsi ilə əlaqə sax layaraq ondan pullarının olub-olmamasını soruşmuş və N6 də heç bir miqdarda pul götürmədiyini bildirərək onun pullarının məhz V7 də olmasını bildirmişdir. Həmin söhbət zamanı V7 isə bir qədər çaş-baş vəziyyətə düşərək əvvəlcə Zərərçəkmiş şəxs2 konkret cavab verə bilməsə də, sonradan N6 yalan danışdığını deyərək bildirmişdir ki, guya ondan, yəni Zərərçəkmiş şəxs2 aldığı 26.000 ABŞ dollarını tamlıqla N6 vermişdir. Bununla həmin məzmunda söhbət bitdikdən sonra o, Zərərçəkmiş şəxs2la birlikdə həmin ofisi tərk etdikdən sonra Zərərçəkmiş şəxs2 ondan xahiş etmişdir ki, yaxın günlərdə onu bilavasitə N6 üz-üzə görüşdürsün ki, özü onunla bu barədə ətraflı söhbət edə bilsin. O da, etiraz etməyərək təxminən 5-6 gündən sonra, yəni təxminən «X51»-na 1-2 gün qalmış zəngləşib N6 və Zərərçəkmiş şəxs2 hər i kisini də Dəmiryol Vağzalının aşağı hissəsində yerləşən S.Vurğun parkı ilə üzbə-üzdə yerləşən «Ehtiyyat Bələdçilər» idarəsinin qarşısında olan çayxanaya dəvət etmişdir. Bu yolla da, onların hər üçü həmin çayxanada görüşüb söhbətləşərkən Zərərçəkmiş şəxs2 özü üz-üzə N6 bildirmişdir ki, bir neçə ay əvvəl, yəni həmin ilin yay aylarında V7 özü işlədiyi ev alqı-satqısı ofisində ondan 26.000 ABŞ dollarını alaraq vəd etmişdir ki, Abşeron rayonunda Pirəkəşkül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrinin 1.700 kvadrat metr sahədə tikilməli olan N ədəd yataqxanaların inşasını ona həvalə olunmasını təşkil edəcək, lakin sonradan heç bir iş görməmiş və hal hazırda da bildirir ki, guya ondan aldığı həmin 26.000 ABŞ dollarını tamlıqla ona, yəni N6 vermişdir. N6 isə bu kimi xəbəri eşitdikd ə çox təəccüblənmiş və bildirmişdir ki, V7 adlı şəxslə şəxsi və yaxın tanışlığı yoxdur və onunla onu ümumi tanışları A6 adlı şəxs tanış etmiş, lakin sonuncuların heç biri ilə istər ona, yəni Zərərçəkmiş şəxs2 aid və istərsə də digər hər hansı bir şəxsə aid heç bir pul alış verişi olmamışdır. Bundan əlavə həmin söhbətləri zamanı N6 bildirmişdir ki, həqiqətən də onun tanışları olmaqla Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən şəxslər həmin ərazidə N0 ədəd yataqxanaların inşasını ona həvalə olunacağını vəd etmişlər, lakin hələ ki həmin məsələ reallaşmamışdır. Həmçinin, N6 həmin söhbətləri zamanı bildirmişdir ki, göstərilən yataqxanaların inşasının ona həvalə olunacağı barədə A6 adlı tanışı bildikdən sonra xahiş etmişdir ki, həmin yataqxanaların N ədədinin inşasını ona, yəni A6 tapşırsın ki, o da, öz tanışı V7 adlı şəxslə birlikdə işləyib bir qədər pul qazana bilsin. O da, yəni N6 aralarında olan münasibətləri və həmin lahiyənin həcminin çox böyük olmasını nəzərə alaraq heç bir təmənna güdmədən A6 razılaşmışdır. Bununla da, həmin vaxt Zərərçəkmiş şəxs2la N.6 aralarında olmuş yuxarıda göstərilən məzmunda olmuş söhbət nəticəsində müəyyən olmuşdur ki, həmin V7 adlı şəxs dələduzluq edərək Zərərçəkmiş şəxs2 26.000 ABŞ dollarını N6 xəbəri olmadan alaraq əvəzində guya həmin yataqxanaların inşasını Zərərçəkmiş şəxs2 həvalə olunmasını təşkil edəcəyini yalandan vəd etmişdir. Bununla da, həmin görüş və söhbətləri tamamlandıqda Zərərçəkmiş şəxs2 orada N6 xahiş etmişdir ki, bir neçə gündən sonra zəngləşərək birlikdə V7in işlədiyi ev alqı-satqısı ofisinə gedib araşdırma aparsınlar. N6 həm in vaxt Zərərçəkmiş şəxs2la razılaşsa da həmçinin, sonuncudan xahiş etmişdir ki, pulunu kimə veribsə gedib ondan geri tələb etməlidir.
28. Birinci instansiya məhkəməsi mötəbər sübut kimi istinad etdiyi şahid X8 ifadə verərək göstərmişdir ki, həqiqət bundan ibarətdir ki, V7lə uzun müddətdir ki, dostluq ediblər. V7 maklerliklə (evlərin alqı-satqısı) məşğul olub. V7in ofisinə gəlib-gedən zaman orada Füzulidən olan K6 adlı şəxslə də tanış olub, orada bir neçə dəfə nərd- taxta oynamışıq. Söhbətləri zamanı K6 ona bildirib ki, tikinti işləri üzrə mütəxəssisdir işləmək üçün tikinti obyekti olarsa ona bu barədə desin. Mən tikinti barədə V7ə də əvvəllər demişdim, ona görə də V7dən soruşdum ki, bu barədə K6ə bir söz deyib, ya yox, V7 bildirmişdir ki, K6lə bu barədə söhbətləri olmayıb. Ona görə də o qərara almışdır ki, K6ə bu barədə desin. Buna görə də o K6ə A6 adlı dostu və N6 adlı şəxs barədə demiş, A6in ona etdiyi təklif barədə K6ə danışmışdır. K6ə bildirib ki, N6ə ************ hərbi kazarmalar tikintisi ilə bağlı işlər təklif edilib, mütəxəssis axtarır. Bu zaman K6 demişdir ki, görüşüb söhbət edək. 1-2 gün sonra yenə V7in ofisində görüşən zaman A6i və N6i də V7in ofisinə dəvət etdim. Həmin vaxta qədər V7 A6i və N6i ümumiyyətlə tanımamışdır. K6 də İsmayıl adlı şəxslə həmin ofisə gəldilər, orada bir-birləri ilə tanış olduqdan sonra oradan getmişdir. Sonradan ona məlum olub ki, K6, İ6 A6 və N6 gedib ************ki həmin hərbi obyektə baxıblar, öz aralarında razılığa gəliblər. Bundan bir neçə gün sonra onların oturmağa yerləri, ofisləri olmadığı üçün K6, İ6 A6 və N6 V7in işlədiyi ofi sə gəlib öz aralarında müqavilə bağlamaq istəyiblər. Əvvəl mən gəldim, sonra A6, sonra K6 və İ6, sonra isə N6 gəldi. Söhbət zamanı N6 K6ə dedi ki, hazırsanmı, K6də dedi ki, N ədəd kazarmanın tikintisi üçün ilkin olaraq 20.000 manat verəcəyəm. K6 pasportunu çıxarıb N6ə verdi və onlar öz aralarında müqavilə bağladılar. Bu zaman K6 qardaşı R6 zəng edərək onu ofisə çağırdı. R6 ofisə gəldi və cibindən pul çıxararaq stolun üstünə qoydu və K6ə dedi ki sayın götürün. Bu zaman N6in telefonuna zəng gəldi, N6 də dedi ki, elə Müdafiə Nazirliyindən tikinti ilə bağlı zəng edirlər və N6 telefonla danışa-danışa bayıra çıxdı. T6 də A6 dedi ki, pulu götür və N6 də danışa-danışa A6 işarə etdi ki, pulu götür və T6 də stolun üstündəki hər biri N000 manat olan iki paçka pulu, yəni 20000 manat pulu A6 uzadıb, A6 də 20.000 manatı götürüb N6in dalınca bayıra çıxdı və N6ə yaxınlaşdı, N6də qulağında telefon danışa-danışa əli ilə K6ə əl edərək dedi ki, K6 müəllim danışdığımız kimi səhər tezdən obyektdə görüşək. A6 N6 çıxıb getdilər. Yazılı müqavilənin birini N6də qaldı, biri də K6də. A6 N6 getdikdən bir neçə dəqiqə sonra K6, İsmayıl və R6 də durub getdilər. X44 demişdir ki, N6in Tovuz rayonunda anası rəhmətə gedib. X45 telefon əlaqəsi saxlayıb, K6 deyib ki, N6 telefonu açmır. A6 T6ə deyib ki, K6lə N6 telefonda danışan zaman N6 deyib ki, anamın 3-cü verim gələcəm. Sonradan T6ə məlum olub ki, T6lə K6 arasında olan söhbət alınmayıb. Buna görə də K6 N6dən pulunu geri istəyib. X48 deyib ki mən sənə görə T6i tanımışam, T6ə görə də N6i və A6. K6 deyib ki o həmin tikinti işinə gedəsi olmayıb onun pulunu qayta rsınlar. X46 birlikdə A6, N6 və K6i 20 yanvar dairəsi yanında çayxanada görüşüblər. X49 deyib ki, uzağı N günə sənin pulunu qaytaracam. Bundan bir neçə gün sonra N6 dediyi müddətdə K6in pulunu qaytarmadığına görə yenə də V7, T6 K6lə birlikdə N6i Koroğlu parkının yanında görüşüblər. N6 yenə də K6dən xahiş edib ki, vaxt versin. Sonradan T6 eşidib ki, N6 dələduzluğa görə Xətai rayonunda həbs edilib. Bundan sonra K6 T6ə və V7ə qarşı pul tələbi etməyə başladı. T6 də K6ə bildirib ki, nə ona, nə də V7ə pul verməmişdir. Odur ki, bundan sonra T6 A6i taparaq ondan öz xətti ilə iltizam alıb ki, T6dən aldığı 20.000 manat pulu o N6ə vermişdir və T6 də həmin iltizamı gətirib V7ə vermişdir. Bundan sonra eşitmişdir ki, K6 V7dən şikayət edib. V7in o işdə heç bir aidiyyəti yoxdur, sadəcə söhbət eləməyə və m üqavilə bağlamağa yer olmadığı üçün V7in ofisində görüşüb söhbət edib, müqavilə bağlayıblar.
29. Amma məhkəmə bu zaman nədənsə X2 və X11 ibtidai istintaq zamanı verdiyi ifadələrinə, üzləşdirmə protokollarına əhəmiyyət verməyib.
30. Halbuki, X8 cinayət işinin ibtidai araşdırılması zamanı ifadəsində göstərmişdir ki, o, Məhkum uzun müddətdir tanıyır, onunla həmyerli olmaqla həmçinin aralarında uzaq qohumluq münasibətləri vardır və bununla da əlaqədar olaraq o, 2014-cü ildə asudə vaxtları olanda tez-tez V7in işlədiyi Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsində yerləşən ev alqı-satqısı məntəqəsinə gəlib-gedərək orada onunla söhbətləşmiş və nərdtaxta oynamışlar. Məhz bu yolla da o, 2014-cü ilin yay aylarında Zərərçəkmiş şəxs2 V7in işlədiyi həmin məntəqədə 2 və 3 dəfə görərək tanımışdır. B undan başqa, o, X36 1996-1997-ci illərdən tanıyır, belə ki, o, əvvəllər polisdə işləmiş və həmin illərdə Binəqədi rayon polis idarəsində olarkən orada A6lə tanış olmuşdur. A6 özünü ona həmin vaxtlarda Binəqədi rayon prokurorluğunun müstəntiqi və ya prokuror köməkçisi kimi təqdim etmişdir. Bu kimi tanışlıqları baş verdikdən təxminən bir il sonra bir neçə illər ərzində A6i görməmiş və onun harada olmasından xəbərim olmamışdır. 2014-cü ildə isə təsadüfən o, A6lə Nərimanov rayonu ərazisində olarkən görüşmüş və bir- birlərindən hal-əhval tutmuşlar. Məhz həmin görüşləri zamanı A6 ona bildirmişdir ki, onun N6 adlı dostu böyük tikinti işlərində çalışır və N6in vasitəsi ilə müxtəlif tikintilərə qoşularaq yaxşı qazanc əldə etmək mümkündür. Bununla bağlı o, A6 əlaqə saxlamaq üçün bir-birilənə mobil nömrələrini vermişlər və ona bildirmişdir ki, əgər imkanlı bir tanış tapsa, onda ona bu barədə xəbər verər. Məhz bundan sonra o, V7in işlədiyi məntəqədə olarkən A6in həmin təklifi barədə V7ə bildirmişdir. V7 də ondan xahiş etmişdir ki, A6ə zəng edib danışaraq bu tikintilər haqqında dəqiq məlumat alsın. Bunu görə də o, A6ə zəng edərək ondan bu barədə maraqlanmışıdr. A6də ona bildirmişdir ki. Pirəkəşkül qəsəbəsində Müdafiə Nazirliyinə məxsus hərbi hissələrə aid olan N ədəd yataqxana tikilməlidir və həmin tikinti lahiyəsinin icraçısı onun dostu olan N6 adlı şəxsə həvalə edildiyi üçün o, sonuncudan həmin yataqxanalardan N ədədinin inşasını N6dən götürə bilər. Beləliklə də, o, 2014-cü ilin yay aylarında V7in işlədiyi məntəqəyə gəlibgedərkən ona danışmışdır ki, bir nəfər tanışı olan X41 ona bil dirib ki, onun, yəni A6in N6 adlı tanışı Pirəkəşkül qəsəbəsində Müdafiə Nazirliyinə məxsus hərbi hissələrə aid olan təxminən N0 ədəd yataqxanaların tikinti lahiyəsini icra edir və həmin yataqxanalardan N ədədinin inşa icrasını götürərək yaxşı pul qazanmaq olar. V7 isə cavabında bildirmişdir ki, onun özünün pulu olmadığı üçün nəm n tikintiyə baş qoşa bilməz, lakin bir nəfər imkanlı qonşusu var və göstərilən işi həmin qonşusuna təklif edərək bunun əvəzində vasitəçi kimi xeyli pul qaza bilər. O isə, V7in bu kimi iş və fikirlərinə qarışmayaraq cavabında bildirmişdir ki, özü bilər nə edir və o, təmənnasız olaraq onu yalnız həmin tanışı olan A6 tanış edə bilər və əgər işləri alınarsa, onda ona bir qonaqlıq verər. V7 də bir neçə gündən sonra, o, onun işə yerində olarkən orada dəvət etmiş olduğu ə vvəllər tanımadığı və adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 həmin tikinti barədə bildirərək ondan həqiqətən də özü üçün, yəni vasitəçiliyinə görə 50.000 ABŞ dolları miqdarda pul istəmişdir. Ondan isə V7 xahiş etmişdir ki, onun Zərərçəkmiş şəxs2la olan danışıqlarına müdaxilə etməsin və qarışmasın. Buna görə də onlar bir-biri ilə danışarkən o, onların söhbətlərinə qarışmamışdır. Bundan sonra isə, yəni V7 K6dən pul istəyəndən sonra, ondan xahiş etmişdir ki, A6i onun işlədiyi məntəqəyə çağırsın ki. həmin tikinti haqqında onunla söhbətləşib, tikintini guya özü şəriki ilə birlikdə götürmək istədiyini bildirsin. O da, A6i V7in işlədiyi məntəqəyə dəvət edərək V7i öz qohumu kimi A6ə təqdim edərək xahiş etmişdir ki, bu işin həllində V7ə təmənnasız köməklik etsin. Bununla da, V7 A6lə görüşərək bir -biri ilə bu barədə söhbətləşmişlər. 1-2 gündən sonra isə A6 həmin dostunu, yəni əvvəllər tanımadığı və ilk dəfə gördüyü N6 adlı şəxsi də V7in işlədiyi məntəqəyə gətirmiş və onlar V7lə birlikdə söhbətləşərkən V7 yalandan bildirmişdir ki, guya öz şəriki olan Zərərçəkmiş şəxs2la həmin tikinti işlərini icra etmək istəyir. O isə, V7in əvvəlki xahişini nəzərə alaraq onların söhbətlərini qarışmamış və susmuşdur ki, V7in şəriklik barədə dediyi yalanının üstü açılmasın. Bundan sonra isə V7 özü A6 və N6lə birlikdə Pirəkəşkül qəsəbəsinə gedərək orada olan tikintiyə baxıb geri qayıtmışdır. Bir neçə gündən sonra isə, yəni 2014-cü ilin təxminən iyul ayının axırlarında o, V7in işlədiyi həmin məntəqədə olarkən orada, yəni həmin məntəqədə makler kimi işləyən Şahin adlı şəxs var idi. Bir qədər sonra isə əv vəlcə A6 və N6, daha sonra isə Zərərçəkmiş şəxs2 və onun qardaşı olan əvvəllər tanımadığı R6 və tanışları olan İsmayıl adlı şəxslər də həmin məntəqəyə gəlmişlər. Həqiqətən də Zərərçəkmiş şəxs2 həmin məntəqəyə gəldikdə V7 onu kənara çəkərək nə isə barədə onunla 1-2 dəqiqə ərzində söhbət etmişlər və yalnız sonradan hər ikisi də hamına yaxınlaşaraq ümumi söhbətə qarışmışdırlar. Lakin o, onların kənarda durub konkret nə barədə danışdıqlarını eşidə bilməmişdir. Bundan sonra bu kimi görüş zamanı, Vəli özü A6 və N6lə danışaraq həmin yataqxanaların tikintisi haqqında üstü örtülü söhbət etmiş və N6 də həmin yataqxanalar tikintisinin real olmasını təsdiq edərək bildirmişdir ki, A6in xahişinə görə həmin tikintidə N ədəd yataqxanaların inşasını V7ə həvalə edəcək. Zərərçəkmiş şəxs2 isə həmin vaxt dem ək olar kı, N6lə göstərilən tikinti ilə bağlı heç bir danışıqlar aparmayaraq yalnız V7lə N6in söhbətlərinə qulaq asmışdır. Bununla da bu kimi məzmunda həmin vaxt göstərilən məntəqədə V7lə N6in aralarında təxminən 3-4 dəqiqə ərzində söhbət olduqdan sonra N6 və A6 hamı ilə sağollaşaraq oradan çıxıb gedərək bildirmişdirlər ki, iki gündən sonra oraya gələcəklər. Məhz bundan sonra Zərərçəkmiş şəxs2 orada hamının qarşısında öz qardaşı R6 adlı şəxsdən pulları götürmüş və sayıb V7ə verərək 26.000 ABŞ dolları olmasını bildirmişdir. Həqiqətən V7 də öz növbəsində özü həmin pulları təkrarən sayaraq götürüb öz masanın rəfini açaraq pulları oraya qoyub həmin rəfi bağlamışdır. Həmçinin, V7 pulları Zərərçəkmiş şəxs2 aldıqdan sonra ona bildirmişdir ki, 2 gündən sonra o, yəni K. Cəfərov tikinti işlərinə baş laya biləcək. Bununla da həmin görüş tamamlandığı üçün Zərərçəkmiş şəxs2 qardaşı R6 və tanışı İsmayıl şəxslərlə birlikdə oradan çıxıb getmişdirlər. Bundan sonra isə o, V7ə müraciət edərək ona bildirmişdir ki, 26.000 ABŞ dolları az pul deyildir və həmin pullara görə o, özü tam məsuliyyət daşıyır. Eləcə də o, V7ə bildirmişdir ki, hələki həmin yataqxanaların inşası ona həvalə olmadığı halda o, nəyə əsaslanaraq indidən Zərərçəkmiş şəxs2 26.000 ABŞ dollarını alıb özündə saxlayır və yalandan bildirir ki, 2 gündən sonra işə başlaya biləcək. Həmçinin, həmin vaxt o, V7dən soruşmuşdur ki, əgər həmin tikinti məsələsi alınmasa onda o, Zərərçəkmiş şəxs2 pullarını geri qaytarmalı olacaq. V7 də heç bir problemin olmadığını deyərək bildirmişdir ki, həmin pullara toxunmayacaq və əgər bu iş alınmasa, onda o. həmin pulları Zərərçəkmiş şəxs2 geri qaytaracaq. Eyni zamanda V7 ona bildirmişdir ki, əgər əvvəlcədən həmin pulları Zərərçəkmiş şəxs2 almasa, onda sonradan ondan pul almaq çətin olacaq, sonuncuya vəd etdiyi 2 gün müddətini isə sonradan müxtəlif bəhanələr gətirməklə uzada biləcək və əsası odur ki, həmin pullar əvvəlcədən onun özündə olsun. Həmin gündən iki gün keçdikdən sonra V7 ona zəng edərək bildirmişdir ki, A6lə Natqidən bir xəbər çıxmamış və bunun üçün də K6 narahat olmuşdur. Həmçinin, V7 ondan xahiş etmişdir ki, o özü A6lə əlaqə saxlayıb bu işlə maraqlansın Buna görə də o, sonradan A6ə zəng edərək bu barədə soruşmuşdur. A6 də ona demişdir ki. N6in anası rəhmətə getdiyi üçün Tovuz rayonuna getmiş və ona görə bu işin həlli bir qədər ləngiyir. Təxminən bir həftədən sonra isə A6in deməs inə görə ona məlum olmuşdur ki, onun dostu N6 həmin hərbi yataqxanalarının layihə və tikintisini özü götürə bilməmiş, ona görə ki, Müdafiə Naziri özü həmin işi tamlıqla hansısa qohumlarına həvalə etmişdir. Buna görə də o, bu barədə V7ə bildirməklə ona təklif etmişdir ki, götürdüyü həmin 26.000 ABŞ dollarını Zərərçəkmiş şəxs2 geri qaytarsın. V7 isə cavabında ona bildirmişdir ki, onun hansısa digər şəxslərlə pul problemi olduğu üçün məcbur olub Zərərçəkmiş şəxs2 aldığı pulları həmin şəxslərə verərərək öz problemini həll etmişdir. Həmçinin, həmin vaxt V7 bildirmişdir ki, o, özünə məxsus oian evlərindən birini satdığa çıxarıb və Zərərçəkmiş şəxs2la olacağı söhbətlərində bir qədər vaxt udmalıdır ki. həmin evi satılan kimi onun pulların geri qaytara bilsin. Bununla da, növbəti günlər ərzində o, V7in işlədiyi həmin məntəqədə olarkən Zərərçəkmiş şəxs2 mütəmadi olaraq oraya gəlib-gedərək verdiyi pullarını V7dən geri tələb etmiş, V7 isə hər dəfə yalan danışıb müxtəlif bəhanələr götürməklə yalnız vaxtı uzatmağa çalışmışdır. Həqiqətən də Zərərçəkmiş şəxs2 həmin gediş-gəlişləri nəticəsində 2014-cü ilin avqust ayının əvvəllərində o, V7in işlədiyi həmin məntəqədə olarkən V7 500 ABŞ dollarını Zərərçəkmiş şəxs2 geri qaytararaq ondan N gün möhlət istəmişdir. Həmin müddət ərzində isə V7 özünə məxsus olmaqla ünvanını bilmədiyi hansısa evini satmağa çalışmışdır. Lakin bundan təxminən 2 ay sonra ona məlum olmuşdur ki, V7 həmin evini sata bilmədiyi üçün Zərərçəkmiş şəxs2 heç bir miqdarda pul qaytara bilməyib və buna görə də, onların aralarında həmin pullara aid kəskin mübahisələr başlamışdır. Nət icədə də Zərərçəkmiş şəxs2 ərizə yazaraq Məhkum barəsində hüquq mühafizə orqanlarına müraciət etmişdir (cild 4, iş vərəqə 30-46).
31. Bundan başqa, kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş üzləşdirmə zamanı şahid X8 yuxarıda göstərilən ifadəsini təqsirləndirilən şəxs Məhkum üzünə qarşı da deyərək ifadəsini bir daha tam təsdiq etmişdir (cild 4, iş vər. 200-2N).
32. X6 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 2014-cü ilin iyun və ya iyul ayında tanışı A6 Seyidov ona müraciət edərək bildirmişdir ki, onun bir nəfər T6 adlı tanışının V7 adlı maddi imkanı olan tanışı var və məhz həmin V7 adlı şəxs göstərilən yataqxanaların N ədədinin inşasına lazımı qədər pulu sərmayə kimi sərf edə bilər. Həmçinin A6, uzun illər T6lə dostluq etdiyini və həmin V7 adlı şəxsin T6i qohumu ol duğunu bildirərək ondan xahiş etmişdir ki, bu işə məhz V7i qoşsun, ona görə ki, bu barədə T6 ondan xahiş etmişdir. Buna görə də o, A6in bu kimi söz və xahişini nəzərə alaraq etiraz etməmişdir Təxminən 2-3 gündən sonra isə A6 onunla təkrar əlaqə saxlayaraq bildirmişdir ki, o özü artıq həmin T6 və V7 adlı şəxslərlə görüşərək bu barədə söhbətləşmiş və V7 həmin yataqxanaların tikintisinə aid sərf olunmalı olacaq pulların miqdarı ilə heç bir problemin olmadığını bildirərək bu məqsədlə onunla görüşübsöhbətləşmək istəyir. Buna görə də həmin günü o, A6in dəvəti əsasında Bakı şəhəri Yasamal rayonunda “Beş Mərtəbə” adlanan ərazidə yerləşən bir ev alqı-satqısı ofisinə gələrək orada da, əvvəllər tanımadığı və ilk dəfə gördüyü həmin T6 və V7 adlı şəxslərlə görüşərək söhbətləşmişdir. Aralarında olmuş sö hbətləri zamanı V7 adlı şəxs ona bildirmişdir ki, o, bir nəfər K6 adlı şəriki ilə birlikdə həmin yataqxanaların tikinti işlərini icra etmək imkanındadır və bu məqsədlə də göstərilən yataqxanaların inşasını ona həvalə olunmasını ondan xahiş etmişdir. O da, etiraz etməyərək həmin vaxt V7ə bildirmişdir ki, yataqxanaların inşası yaxın ay ərzində reallaşmalıdır və bu prosesin başlanması üçün o, özüm ilk növbədə yaxın günlər ərzində Müdafiə Nazirliyinin Tikinti idarəsi ilə əsas müqaviləni bağlamalıdır. V7 də heç bir problemin olmadığını və lazımı qədər gözləyə biləcəyini bildirərək ondan xahiş etmişdir ki, birlikdə Pirəkəşkül qəsəbəsinə gedərək orada yerləşən həmin tikinti aparılacaq ərazini ona göstərsin. O da, etiraz etməyərək həmin vaxt V7 və A6lə birlikdə göstərilən ofisdən çıxaraq bir başa Pirəkəşkül qəsəbəsinə gedib, orada tikinti aparılacaq ərazini göstərdim və bununla da həmin gün olan görüş və söhbətimiz tamamlanmışdır. Bir neçə gündən sonra isə A6 yenidən ona zəng edərək bildirmişdir ki, həmin V7 adlı şəxs öz şəriki olacaq K6 adlı şəxslər birlikdə işlədiyi ev alqı-satqısı ofisindədir və ondan xahiş etmişdir ki, birlikdə gedib həmin K6 adlı şəxsində kim olmasını görüb sonuncu ilə də söhbətləşsinlər. O da, etiraz etməyərək A6in dəvəti ilə həmin vaxt təkrarən V7in işlədiyi göstərilən ev alqı-satqısı ofisinə gəlmişdir. Beləliklə də, o, həmin vaxt A6lə birlikdə göstərilən ev alqı-satqısı ofisinə gəldikdə orada V7 və T6 adlı şəxslərdən başqa daha 1-2 neçə nəfər tanımadığı digər şəxslərin də olmasını görmüşdür. 5-N dəqiqədən sonra isə həmin ofisə əlavə olaraq 2-3 nəfərdə başqa əvvəllər tanımadığı şəxslər gəlmiş və V7 onlardan biri olan adı sonradan ona məlum olmuş K6 adlı şəxslə özü təklikdə kənarda söhbət etdikdən sonra onlara yaxınlaşıb K6i təqdim edərək bildirmişdir ki, məhz K6 həmin yataqxana tikintisində onun şəriki olacaq. Bu kimi tanışlıqları zamanı o, öz növbəsində onlara xeyir-duasını verərək bildirmişdir ki, heç bir problem olmamalıdır və o, özü bir neçə gün ərzində Müdafiə Nazirliyinin Tikinti idarəsi ilə zəruri olan müqaviləni bağladıqdan dərhal sonra onlarla da müvafiq qayda da müqavilə bağlayacaqdır ki, onlar da dərhal öz növbədərin də onun təqdim edəcəyi layihə üzrə həmin N ədəd yataqxanaların tikintisinə başlaya bilsinlər. Həmçinin, həmin vaxt o, V7in suallarına cavab olaraq ona bildirmişdir ki, 2 gün ərzində özü Müdafiə Nazirliyinin Tikinti ida rəsi ilə müqavilə bağlayaraq gəlib onunla görüşəcəkdir. Bu kimi məzmunda təxminən 5-6 dəqiqə aralarında söhbətləşdikdən sonra o, başqa işləri olduğu üçün oradan çıxıb getməli olmuşdur və onunla yanaşı birlikdə A6 də həmin ofisdən çıxaraq küçədə onunla soğollaşıb harasa getmişdir. 2014-cü ilin dekabr ayında isə onun tanışı olmaqla eyni olaraq onun kimi tikinti işləri ilə məşğul olan Ş6 adlı şəxs onun mobil telefonuna zəng edərək ondan K6 adlı şəxsi tanıyıb-tanımadığını və həmin şəxsin yuxarıda göstərilən həmin yataqxanaların tikintisinə aidiyyətinin olub-olmamasını soruşduqdan sonra bildirmişdir ki, V7 adlı şəxs həmin K6 adlı şəxsdən 26.000 ABŞ dolları alaraq əvəzində vəd etmişdir ki, Pirəkəşkül qəsəbəsində Müdafiə Nazirliyinin Hərbi Hissələrinə aid olan N ədəd yataqxanaların inşasının on a həvalə olunması məsələsini müsbət həll edəcək. Həmçinin, həmin danışıqları zamanı tanışı Ş6 deməsinə görə ona məlum olmuşdur ki, həmin V7 adlı şəxs 26.000 ABŞ dollarını K6dən həmin ilin iyul ayında özü alsa da, 3 aydan sonra ona, yəni K6ə bildirmişdir ki, guya həmin pulları tamlıqla mənə verib və məhz o, həmin pulları mənimsəmişdir. O da, öz növbəsində bu kimi sözləri eşitdikdən sonra təəccüblənib, çox əsəbi vəziyyətə düşərək Şamil Zeynalova bildirmişdir ki, həmin V7 adlı şəxsin K6dən 26.000 ABŞ dolları miqdarda pul almasından və yaxud da V7in hər hansı bir digər şəxslərlə aralarında olmuş pul alış-verişindən nə xəbəri və nə də ki, iştirakı yoxdur və olmamışdır. Bununla da, Ş6 aralarında olan söhbətləri tamalanaraq ondan xahiş etmişdir ki, həmin K6 adlı şəxsə çatdırsın ki, onun bu məsələ yə aidiyyəti yoxdur və özünün pul problemlərini gedib pulu ondan almış şəxs olan həmin V7in özü ilə öz aralarında həll etsinlər. Bununla da o, Ş6 aralarında olan söhbətləri tamamlandıqdan sonra həmin məsələyə bir aydınlıq gətirməkdən ötrü çalışmışdır ki, A6 tapıb ona bu barədə bildirməklə tələb etsin ki, gedib öz dostu olan T6ə bildirsin ki, onun tanışı olan həmin V7 adlı şəxs yalandan onun adını hallandırmaqla kiminsə pulunu ələ keçirməsin. Lakin, o, həmin vaxt çox çalışsa da. A6i nə görə bilməmiş və nə də ki, onun mobil telefonu söndürülmüş vəziyyətdə olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra təxminən bir həftədən sonra isə Ş6 yenidən ona zəng edib, həmin K6 adlı şəxsin onunla üz-üzə görüşüb söhbət etmək istədiyini bildirərək onlarla bir yerdə görüşməyini xahiş etmişdir. O da. etiraz etməyərək həmin vaxt Bakı şəhər Dəmiryol vağzalının aşağı hissəsində yerləşən "Bələdçilər idarəsi”-nin qarşısında olan çayxanada olduğu üçün Şamili həmin K6 adlı şəxslə birlikdə söhbət etmək üçün oraya dəvət etmişdir. Təxminən 30-40 dəqiqədən sonra Şamil və həmin K6 adlı şəxslə birlikdə göstərilən çayxanaya gəlib onun əyləşdiyi masa arxasında oturmuşlar və aralarında olan söhbətləri zamanı K6 ona bildirmişdir ki, bir neçə ay əvvəl, yəni 2014-cü ilin iyul ayında o, onunla və A6lə V7in işlədiyi ev alqı-satqısı ofisində görüşüb söhbətləşdikdən sonra və bilavasitə o, A6lə oradan çıxıb getdikdən dərhal sonra həmin V7 adlı şəxs yuxarıda göstərilən həmin N ədəd yataqxanaların tikintisini ona həvalə etmək məqsədi ilə ondan 26.000 ABŞ dolları miqdarda pulu almışdır. Həmçinin, göstərilə n söhbətləri zamanı həmin K6 adlı şəxsin deməsinə görə ona məlum olmuşdur ki, V7 həmin yataqxanaların inşasının ona həvalə olunması məqsədi ilə ondan, yəni K6dən ilkin olaraq 50.000 ABŞ dolları tələb etmiş və sonradan o qədər pulunun olmaması səbəbindən əvvəlcədən 26.000 ABŞ dolları götürüb, qalan 24.000 ABŞ dollarının tikintiyə başladıqdan sonra verməsinə razılaşmışdır. O isə, bu kimi pul alış-verişindən və bilavasitə V7 adlı şəxsin K6dən 50.000 ABŞ dolları istəyərək həmin yataqxanaların inşasının ona həvalə olunması məsələsini həll edəcəyini vəd etməsindən heç bir aidiyyəti və məlumatının olmadığını bildirərək K6dən xahiş etmişdir ki, V7lə olan öz pul problemlərini gedib V7in özü ilə də həll etsin. Bununla yanaşı, aralarında olan həmin söhbətləri zamanı o, bilavasitə Ş6 qarşısında həmin K6 adlı şəxsdən soruşmuşdur ki, əgər həmin yataqxanaların layihə və inşa məsələsinə o, baxırmışdırsa, onda nə üçün o, onunla deyil, məhz həmin V7 adlı şəxslə danışıqlar aparmaqla sonradan da V7ə pul vermişdir. K6 də cavabında bildirmişdir ki, o, onunla V7in işlədiyi ev alqı-satqısı ofisində görüşüb-söhbət etməmişdən əvvəl məhz V7 ondan bu barədə onunla söhbət etməməsini xahiş edərək bildirmişdir ki, əks halda, yəni o və A6 həmin pullar haqqında bilsələr, onda özləri üçün də, onlardan əlavə olaraq pulu gəlir kimi tələb edəcəklər. Eləcə də, həmin söhbətləri zamanı K6 ona bildirmişdir ki, həmin V7 adlı şəxs ondan 26.000 ABŞ dollarını götürdükdən sonra düz üç ay müddət ərzində bildirmişdir ki, guya həmin pulları özü Müdafiə Nazirliyindən yüksək vəzifədə işləyən hansısa məsul şəxs vermiş, üç ay keçdikdən sonra isə V7 sözlərini dəyişərək bildirmişdir ki, həmin pulları guya əlbəəl onun özünə vermişdir. Bununla da, həmin görüş və söhbətləri zamanı o, K6in dediklərini eşitdikdən sonra çox əsəbi hala düşdüyü üçün hətta söyüşlə də belə and içərək ona bildirmişdir ki, V7in ondan pul almasından heç bir məlumatı yoxdur və eləcə də, nə V7 özü və nə də ki, A6 və T6 ona heç bir miqdarda pul verməmişdirlər. Hətta həmin vaxt o, bunu təsdiq etmək məqsədi ilə K6 və Ş6 birlikdə V7in iş yerinə gedib birlikdə orada araşdırma aparmaqda istəmişdir. Lakin həmin vaxt gec, yəni təxminən saat 21-22:00 radələri olaraq ev alqı-satqısı ofisinin iş vaxtı tamamlandığından onlar oraya gedə bilməmişlər. Bu səbəbdən də o, K6dən xahiş etmişdir ki, o, özü mobil telefonundan zəng edərək V7i araşdırma aparmaqları üçün əyləşdikləri həmin çayxanaya dəvət etsin. Həmin vaxt K6 onun bu kimi təklifi ilə razılışmış, lakin o, bir neçə dəfə öz mobil telefonundan zəng etsə də, V7in mobil telefonu bağlı olduğundan onunla həmin vaxt əlaqə saxlaya bilməmişdir. Buna görə də, həmin gün göstərilən çayxanada olan görüş və söhbətləri tamamlandıqda K6 ondan yaxın günlərdə onunla zəngləşib-görüşərək birlikdə V7in işlədiyi həmin ev alqı-satqısı ofisinə gedib bu məsələyə aydınlıq gətirməyi xahiş etmişdir. O da, razılaşaraq öz mobil telefonunun nömrəsini K6ə vermişdir. Lakin, yuxarıda göstərilən görüş və söhbətlərindən təxminən 1 və 2 gün sonra o, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin baxışı prosesində həbs olunmuş və buna görə də sonradan nə K6lə görüşüb-söhbətləşə bilməmiş və nə də ki, onunla həmi n V7 adlı şəxsin arasındakı pul problemlərindən xəbəri olmamışdır. Bundan əlavə N6 ifadəsində bildirmişdir ki, Müdafiə Nazirliyinin Hərbi Hissələrinə aid həmin yataqxanaların layihə və inşası ona rəsmi qayda da podratçı qismində olmaqla müqavilə əsasında həvalə olunmalı idi, lakin o, əvvəlcə maddi imkanlı şərik axtarışında olduğundan və sonradan məhz həmin ərəfədə mərhum anası vəfat etdiyindən bu kimi müqaviləni dərhal imzalayıb-bağlaya bilməmişmişdir. Həmin layihə və tikintini isə ona Müdafiə Nazirliyində işləyən qohumu təklif etmişdir, lakin o, müəyyən səbəblərə görə həmin qohumunun adı hazırda istintaqa bildirmək istəmir. V7in işlədiyi ev alqı-satqısı məntəqəsinə gəlib-gedərkən və bilavasitə orada V7in özü və sonradan da K6lə görüşdükdə onların hər hansı biri ilə və yaxud da T6 adlı şəx slə müqavilə bağlamamışdır (cild 3, iş vərəqə 177-183).
33. Həmçinin şahidlər X8 və X11 aralarında keçirilmiş üzləşdirmə zamanı sonuncuların hər ikisi məhz Məhkum dələduzluq etməklə Zərərçəkmiş şəxs2 məxsus 26.000 ABŞ dolları miqdarında nağd pul vəsaitini ələ keçirdiyini bildirmişlər (cild 5, iş vərəqə 128-138).
34. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28.06.2018-ci il tarixli 288 saylı istintaq orqanının sorğusuna cavabdan müəyyən olunur ki, həqiqətəndə “xxxx” MMC-ti ilə bağlanmış podrat müqaviləsinə əsasən Pirəkəşkül qəsəbəsində N saylı hərbi hissə tikilmiş və istismara verilmişdir. Sorğuda qeyd olunmuş şəxslərlə, yəni Məhkum, X8, X41, X23 və Zərərçəkmiş şəxs2 ilə Müdafiə Nazirliyi arasında heç bir müqavilə bağlanmamışdır (cild 5, iş vərəqə 186).
34. Məhkəmə kollegi yası qeyd edir ki, iş üzrə şahidlər X8 və X11 ifadələrindən də müəyyən edilir ki, onların hər ikisi məhz Məhkum dələduzluq etməklə Zərərçəkmiş şəxs2 məxsus 26.000 ABŞ dolları miqdarında nağd pul vəsaitini ələ keçirdiyini göstərmişlər.
35. İş üzrə məhkəmələrin Məhkum Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsi epizodu üzrə istinad etdikləri əhəmiyyətli dəlillərdən biri T6 Məhərrəmov və A6 Seyidov tərəfindən yazılmış iltizamdır. Birinci instansiya məhkəməsi hökmünün bu hissəsini belə əsaslandırmışdır ki, “Belə ki, iş materiallarında olan X33 26.12.2014cü ildə öz xətti ilə yazdığı iltizamda göstərmişdir ki, X1 aldığı 20.000 manat pulu N6 verib iş üçün. İş materiallarında olan X3 öz xətti ilə yazdığı 28.04.2016-cı il tarixli iltizamda göstərir ki, K6 adlı şəxslə V7in ofisində tanış olub. K6 N6 v ə A6 o tanış edib. N6 K6 görüşüb ************ tikinti barədə razılaşıblar. Həmin günün səhəri günü K6, qardaşı və dostu ilə birlikdə V7 in ofisində N6 və A6 görüşüb. N6 və K6 tikinti ilə bağlı rəsmi müqavilə bağlayıblar. Hər ikisi müqaviləni imzalayıb. K6 bundan sonra 20.000 manat pulu sayaraq masanın üstünə qoydu. Həmin anda N6 telefonla danışdığı üçün pulu T6 A6 verib. Həmin puldan T6 və V7ə heç bir məbləğ verilməyib. Buna görə də T6 A6 bu barədə iltizam alıb. Məhkəmə qeyd edir ki, həmin iltizamların həqiqətən də iltizamı yazmış şəxslər tərəfindən imzalanmasına şübhə yoxdur. Çünki iş materiallarında olan məhkəmə-xəttşünaslıq ekspertizasının 24.04.2018-ci il tarixli rəyi ilə təsdiq edilir ki, X33 26.12.2014-cü il tarixdə yazdığı itizam X41 tərəfindən yazılmış və imzalanmışdır. X28 tərəf indən yazılmış 28.04.2016-cı il tarixli iltizam X27 tərəfindən yazılmış və imzalanmışdır. Bundan əlavə, A6 istifadəsində olmuş ********** saylı nömrədən N6 istifadəsində olmuş ********** saylı nömrəyə göndərilmiş SMS-də də “iltizam” yazdığını bildirmişdir. Qeyd edilən ziddiyyətli hallar təqsirləndirilən şəxsin ziyanına yox, onun xeyrinə həll edilməlidir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərərçəkən, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasındakı ziddiyyətlər, T6 və A6 yazdıqları iltizamlardan başqa digər sübutların mövcud olmaması, bu sübutların isə Məhkum qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün ki fayət etmədiyindən, hazırkı cinayət işi üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirəsi sübutlar mövcud olmadığından, sübutlar kifayət etmir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib”.
36. Məhkəmə kollegiyası T6 və A6 tərəfindən verilmiş iltizamlara münasibət bildirərək qeyd edir ki, əvvəla, hər iki şahid ibtidai istintaq zamanı verdiyi ifadələrində, üzləşdirmə zamanı verdiyi ifadələrində bu iltizamı Məhkum xahişinə əsasən yazdıqlarını bildirmişlər.
37. İki ncisi, bu iltizam istintaq orqanına və ya məhkəməyə bilə-bilə yalan danışmamağa görə verilən iltizam deyil ki, mühüm əhəmiyyətli bir sənəd hesab edilmiş olsun. Bu “sənəd” təqsirləndirilən şəxs tərəfindən təqdim edilən dəlildir. Əgər bu dəlil iş üzrə başqa sübut növləri ilə təsdiq olunarsa mötəbər sübut kimi qəbul edilə bilər. Bu iltizam verilmiş olsa idi belə pulu vermiş şəxsdə - Zərərçəkmiş şəxs2 olmalı idi. Bu “mühüm sənədin” Məhkum peyda olması onun “məsumluğuna” dəlalət etmir.
38. Üçüncüsü, istintaq orqanı “Sübutların qiymətləndirilməsi barədə” qərarın 5ci bəndində T6 və A6 tərəfindən tərtib edilib – imzalanmış iki ədəd iltizama qiymət verərək belə nəticəyə gəlmişdir: “Təqsirləndirilən şəxs Məhkum tərəfindən istintaqa təqdim edilmiş – guya zərərçəkmiş şəxs K6 məxsus “20.000 manatın” X8 tərəfindən götürülərək X37 və sonuncu tərəfindən də X16 verilməsi haqqında T6 və A6 tərəfindən tərtib edilib – imzalanmış iki ədəd iltizamların real həqiqəti əks etdirmədən yalnız Məhkum cinayət məsuliyyətindən qurtarmaq məqsədilə formal xarakter daşıması müəyyən olunduğu üçün həmin iltizamlar obyektiv və mötəbər sübut kimi qəbul olunmayaraq qeyri-obyektiv qiymətləndirilsin və sübut kimi qəbul olunmasın” (cild 7, iş vərəqə 184-187).
39. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi istintaq orqanı göstərilən iltizamların sübut kimi qəbul edilməməsi barədə qərar qəbul etmişdir. Bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Hökmün təsviriəsaslandırıcı hissəsindən görünür ki, məhkəmə istintaq orqanının bu qərarına heç bir qiymət vermədən T6 və A6 tərəfindən tərtib edilib – imzalanmış iki ədəd iltizamı mötəbər sübut kimi qəbul etmişdir.
40. Qeyd edilməlidir ki, işə baxan məhkəmələr CPM-nin 349-cu maddəsinin tələblərini kobud surətdə pozmuşlar.
41. Belə ki, CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. (CPM 349.4)
42. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda;(CPM 349.5.1.) bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; (349.5.2) məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (3 49.5.3).
43. Məhkəmə kollegiyası vurğulayır ki, Zərərçəkmiş şəxs2 münasibətdə cinayət işinin materiallarındakı sübutların mabədində və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının işığında yanaşdıqda Məhkum əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyasında sadalanan əlamətlərə çox doğma görünür.
44. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən Məhkum Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsi epizodu üzrə bəraət verilməsindən ibarət düzgün olmayan nəticəyə gəlinmiş, onun həmin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivl əri göstərilməklə bəraət verilməsi əsasları düzgün göstərilməmişdir.
45. Qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan hökm və qərarında Zərərçəkmiş şəxs2la bağlı gəldikləri nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, hökmdə və qərarda şərh edilmiş hallarla, onların gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, həmin hallar iş üzrə qanuni nəticəyə gəlməyə təsir göstərməklə işin faktiki hallarına uyğun olmamışdır.
46. CPM-nin 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. 47. "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli, 3 N-li Qərarına əsasən nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalı, həmçinin, məhkəmə hökmü mülahizələrə əsaslanmamalıdır. Hökm iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır.Həmin Qərarın 6-cı bəndində göstərilir ki, hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsə bəraət qazandıran və onu ifşa edən sübutlara qiymət verilməlidir.
48. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin nəzərinə çatdırır ki, işə yenidən baxılarkən əvvəlki məhkəmə qərarından fərqli olaraq mülahizələr əsasında deyil, təsdiq edilmiş sübutlar əsasında qanuni və əsaslı qərar qəbul edilməlidir.
49. Bu hallarla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı" 13 yanvar 2009-cu il, "Xirvisaari Finlandiyaya qarşı" 27 sentyabr 2001-ci il, "X31rşı" 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı" 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instan siya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alınmadığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.
50. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin "Hiro Balani İspaniyaya qarşı" iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarında qeyd edilmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır.
51. Kassasi ya kollegiyası Zərərçəkmiş şəxs2 kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri cinayət işinin materiallarındakı sübutlarla təsdiq edildiyindən təmin edilməli və apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən əvvəlki məhkəmə qərarından fərqli olaraq sübutları CPM-in 144-146-cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə araşdıraraq, onları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməli, Məhkum əməllərinə düzgün hüquqi qiymət verməli, Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qanuni və əsaslı nəticəyə gə lməlidir.
52. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin mülki iddianın tam təmin edilməsi və ona vurulmuş zərərin ödənilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Məhkum özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X13 hər hansı bir iş qurub gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə Bakı şəhərinin Nərimanov rayonunda Azadlıq prospektindəki 132 saylı binanın həyətində yerləşən avtomobil qarajını ona göstərib 22000 ABŞ dollarına satıldığını və həmin qarajı birlikdə şərikinə alaraq sonradan avtoyuma sexinə çevirib baha qiymətə sata biləcəkləri barədə yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyət lə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 2013-cü ilin mart ayının 13-də ünvan 3 ünvanda yerləşən «Olimpik Star» əyləncə mərkəzinin qarşısında N.000 ABŞ dolları və həmin ayın sonunda işlədiyi ünvan 4 ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində 3.950 ABŞ dolları məbləğində nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdüyü pulların müQ6ində heç bir iş görməyib zərərçəkmiş şəxs X18 ümumilikdə 13.950 ABŞ dolları - milli pul ekvivalenti ilə N.947 manat 96 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X13 əməlin törədildiyi vaxtı dəyərləndirilmiş 13.000 ABŞ dolları milli pul ekvivalenti ilə N.202 manat 40 qəpik dəyərində üzərində ümumilikdə 21 karat xırda brilyant qaşları olan 84 qram çəkidə qızıl metaldan hazırlanmış boyunbağı, qolbağ, sırğa cütü və üzükdən ibarət və əməlin törədildiyi vaxtı dəyərləndirilmiş 6000 ABŞ dolları – milli pul ekvivalenti ilə dəyərində 4.708 manat 80 qəpik dəyərində, üzərində ümumilikdə 5 karat xırda brilyant qaşları olan 35 qram çəkidə qızıl metaldan hazırlanmış boyunbağı, qolbağ, sırğa cütü və üzükdən ibarət olan iki ədəd dəstləri (ümumi birlikdə cəmi 19.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 14.911 manat 20 qəpik olan) satması barədə bildikdə tamah niyyəti ilə guya onları nisyə olmaq şərti ilə alacağı və pullarını 3-4 ay ərzində tam ödəyəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 2014-cü ilin aprel ayında işlədiyi ünvan 5 ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəs ində həmin iki ədəd qızıl dəstləri Zərərçəkmiş şəxs1 götürərək inandırmaq üçün ilkin olaraq ona 2.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 1.569 manat 60 qəpik, sonra isə 5.200 manat məbləğində pulu vermiş və bu yolla da həmin qızıl-zinət əşyalarını ələ keçirərək sonradan heç bir ödənişlər etməyib, zərərçəkmiş şəxs X18 ümumilikdə 8.141 manat 60 qəpik xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.
53. Birinci instansiyası məhkəməsi Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməsinə dair epizod üzrə belə qənaətə gəlmişdir ki, “ cinayət işi üzrə vurulmuş ziyanın məbləği, əməlin törədildiyi zaman vurulmuş ziyanın məbləği kimi götürülür. Cinayət işi üzrə vurulmuş ziyanın məbləği manata məzənnə ilə müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasında alqı-satqı manatla həyata keçirilir. Qeyd edilənlərə əsasən əməlin törədildiyi zaman, həmçinin ittiham aktındakı dəyərləndirməyə görə də 2000 ABŞ dolları 1.569,6 manat hesab edildiyindən, əməlin törədildiyi zaman vurulmuş ziyanın məbləği də 19000 ABŞ dolanına münasibətdə 14.911 manat 20 qəpiyə münasibətdə müəyyən edilməlidir. Həmçinin İttiham aktına əsasən də vurulmuş ziyan manatla hesablanmışdır. Yəni Məhkum Zərərçəkmiş şəxs1 ABŞ dolları ilə pulu qaytarmamalıdır. Əməlin törədildiyi zaman dolların manata məzənnəsi ilə vurulmuş ziyanın məbləği müəyyən edilmişdir, həmin məbləğ nə qədər edirsə, həmin manat miqdarında da ziyan vurulmuşdur və Məhkum Zərərçəkmiş şəxs1 həmin manata münasibətdə ziyanın məbləğini qaytarmalıdır. Məhz ittiham aktında da qaraj alqı-satqısına görə 13950 ABŞ dollarına münasibətdə ziyan ın məbləği də buna görə N947 manat 96 qəpik göstərilmişdir. Buna görə də Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı qızılzinyət əşyaları ilə bağlı hissədə verilmiş ittiham üzrə dələduzluq əməli nəticəsində vurulmuş ziyan ittiham aktında düzgün göstərilməmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi ittiham aktında qızıl-zinyət əşyalarının dəyəri ekspertiza rəyi ilə hesablanması düzgün olmamışdır. Qızıl zinyət əşyalarının (2 ədəd qarniturun) həmin vaxtı dəyəri olan 19000 ABŞ dollarından 2000 ABŞ dolları alqı-saqtı zamanı qaytarılmışdır. Yerdə qalır 17000 ABŞ dolları, yəni Azərbaycan manatına məzənnə ilə 13341 manat 60 qəpik təşkil etmişdir. Həmin məbləğdən də 5200 manatının qaytarıldığı təsdiq edilir. Belə olduğu təqdirdə qızıllara görə Məhkum Zərərçəkmiş şəxs1 8141 manat 60 qəpik ziyan vurdu ğu müəyyən edilir və qaytarılmalı məbləğ həmin miqdarda olmalıdır. Ona görə də həmin epizodlar üzrə verilmiş ittiham qaraj alqı-satqısına görə N947 manat 96 qəpik, qızıl zinyət əşyalarına görə 8141 manat 60 qəpik təşkil edir, dələduzluq əməli həmin məbləğlərə münasibətdə törədilmişdir. Göstərilənlərə əsasən 8141,60 manat və N947,96 manat müQ6ində, yəni cəmi 19089,56 manat Məhkum vurduğu ziyana görə cinayət işi üzrə M7 tərəfindən, cinayət işinə əlavə edilmiş protokola əsasən 30.000 manat pul Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Bununla da Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq əməli nəticəsində vurulmuş ziyandan da artıq məbləğdə pul, yəni N9N manat 44 qəpik artıq məbləğdə pul M7 tərəfindən zərərçəkən Zərərçəkmiş şəxs1 ödənilmişdir. Belə olduğu təqdirdə Məhkum dələduzluq əməli nət icəsində, həmin ziyana görə M7un üzərinə N7 əlavə olaraq 32000 manat pul ödənilməsi öhdəliyi qoyula bilməz. Həmin 12.04.2017-ci il tarixli kredit müqaviləsi həm müqavilə bağlanarkən, real icra edilməmişdir, yəni borc verən kimi Zərərçəkmiş şəxs1 tərəfindən borc alan kimi M.Mirturabova 32000 manat borc pul verilməmişdir. Həm də məhkəmədə artıq müəyyən edilir ki, vurulmuş ziyan məbləğində də artıq məbləğ zərərçəkənə ödənilmişdir”.
54. Məhkəmə kollegiyası məhkəmənin bu epizodla bağlı gəldiyi nəticə ilə qanuni və əsaslı olduğundan razılaşır və zərərçəkmiş Zərərçəkmiş şəxs1 mülki iddiasının tam təmin olunması barədə dəlillərini cinayət işinin materiallarındakı sübutlarla təkzib edildiyindən əsassız olması qənaətinə gəlir.
55. Məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs1 Məhkum yüngül cəza təyin edilməsi barədə dəlili ilə razılaşır və qeyd edir ki, hökmdən müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 11 (on bir) ay 24 (iyirmi dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
56. Məhkəmə Məhkum ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın tam ödənilməsini, evli olmasını, himayəsində 3 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi n əzərə almış və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
57. İslah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlinin ictimai təhlükəli nəticələrini dərk etməsi, əməlini etiraf edərək peşmançılığını bildirməsi, əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir.
58. Lakin məhkumun cinayət işinin materiallarındakı istintaq və məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrindən görünür ki, Məhkum ona isnad edilən cinayət əməllərinin ictimai təhlükəliliyini dərk etməmiş, özünü irəli sürülən ittiham üzrə təqsirli bilməmiş, əməlindən peşman olmamış və cinayət törətmədiyini bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkum cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən - əvvəlcədən düşünülmüş şəkildə törətmişdir. Cinayət törətmiş şəxsin islah olunacağına inam təqsirkarın cinayəti törətdikdən sonra öz əməlinin ictimai təhlükəli nəticələrinə tənqidi münasibəti ilə sıx bağlıdır. Məhkumun davranışından isə görünür ki, onun törətdiyi cinayət əməlinə münasibəti istər cinayət əməlini törədərkən, istərsə də cinayət məsuliyyətinə cəlb edilib məhkum ediləndən sonra da dəyişməmişdir. Bu hal isə onun davranışının müsbət istiqamətdə i nkişaf etdiyinin və islah olunacağının ümidverici göstəricisi deyildir.
59. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cinayət törətmiş şəxsə cəza təyin edərkən cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin təqsirə görə məsuliyyət (CM-in 7-ci maddəsi), ədalət (CM-in 8-ci maddəsi), humanizm (CM-in 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır.
60. Həmçinin cəza təyin edilərkən törədilmiş əməlin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, cinayətin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aid olma sı (CM-nin 15-ci maddəsi), təqsirkarın şəxsiyyəti, təyin edilmiş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3-cü maddəsi), cəzanı yüngülləşdirən (CM-nin 59-cu maddəsi) və ağırlaşdıran (CM-nin 61-ci maddəsi) hallar nəzərə alınmalıdır.
61. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
62. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfi ndən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
63. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 64. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət q anununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
65. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından, həmçinin Məhkum ona isnad edilən cinayət əməllərinin ictimai təhlükəliliyini dərk etməməsi, əməlindən peşman olmaması, cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən - əvvəlcədən düşünülmüş şəkildə törətməsi fövqündə yanaşdıqda təyin edilən cəza ədalətli görünmür. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 bu barədə olan dəlilini əsaslı hesab edir.
66. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən, məhkəmə bu M əcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərini təsbit edir.
67. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi məhkəmə tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür.
68. Beləliklə, məhkəmə kollegiyası məhkumun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətlərinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 kassasiya şikayəti qismən və Zərərçəkmiş şəxs2 kassasiya şikayəti təmin edilməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.
69. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sübutları CPM-in 143146-cı maddələrinə uyğun olaraq hərtərəfli və obyektiv surətdə araşdıraraq, onları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməli, Məhkum əməllərinə düzgün hüquqi qiymət verməli, Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qanuni və əsaslı nəticəyə gəlməlidir.
70. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə (Zərərçəkmiş şəxs1 dəlilləri ilə qismən) razılaşır, onları əsaslı hesab edir, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 kassa siya şikayətinin qismən, Zərərçəkmiş şəxs2 kassasiya şikayətinin təmin edilməsi, Məhkum kassasiya şikayətinin təmin edilməməsi, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarının zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə ləğv edilməsi və iş yeni apellyasiya baxışına təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3, 416.1.21 və 419.N.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs1 kassasiya şikayəti qismən təmin edilsin. Zərərçəkmiş şəxs2 kassasiya şikayəti təmin edilsin. Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 06 noyabr 2019-cu tarixli qərarı zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.