Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-394/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndələri Şahid1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Əmirəliyev Rəhim Qasım oğlunu n iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Əmirəliyev Rəhim Qasım oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(099)546/2022 nömrəli (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx -ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsi lli, x şəhəri, “x” avtomobil ehtiyat hissələrinin satışı mağazasında satıcı vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 6 may 2022-ci il tarixindən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli 1(106)-223/2023 nömrəli (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Əmirəliyev Rəhim Qasım oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, x şəhərində yerləşən avtomobillər üçün nəzərdə tutulmuş ehtiyat hissələrin satışın ın həyata keçirildiyi “X” adlı mağazada satıcı vəzifəsində işləyərkən 29 aprel 2022-ci il tarixdə saat 16 radələrində əvvəlcədən tanıdığı X5 həmin mağazanın həyətində aparılan tikinti işlərində fəhlə kimi işlədiyi günə görə ondan zəhmət haqqını tələb edərkən kassada pul olmadığı üçün X ilə aralarında yaranmış mübahisə zamanı sonuncu yumruqla Məhkum burun nahiyəsindən vurmuşdur. Aralarında yaranmış münaqişəni sonlandırmaq məqsədilə Məhkum 6 may 2022-ci il tarixdə, saat 12 radələrində X ilə Lənkəran şəhəri “Ləvəngi dairəsi” adlı yerdə görüşüb taksi ilə Lənkəran çayının Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altındakı yola gəldikdən sonra çayın kənarında yerləşən meşəlik əraziyə getmişlər. Orada qeyd olunan məsələyə aydınlıq gətirmək üçün Məhkum s öhbət əsnasında ona qarşı etdiyi hərəkətə görə X-in ondan üzr istəməsini tələb etməsinə baxmayaraq sonuncu ondan üzr istəməmiş, bununla bağlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ondan qisas almaq niyyəti ilə əvvəlcədən üzərində götürdüyü kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, uzunluğu 235 mm, tiyəsinin uzunluğu 135 mm, eni 28 mm və qalınlığı 2 mm olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı qatlanmayan bıçaqla Xin sol bud və sol qasıq nahiyələrinə qəsdən zərbələr endirərək ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol bud arteriya şaxələrinin və venasının kəsilməsi ilə müşayiət olunan 1 ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vur maya aid, sol bud nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş, sol qasıq nahiyəsində 1 ədəd kəsilmiş yaralardan və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bel nahiyəsində 1 ədəd sıyrıqdan ibarət, sol bud arteriya şaxələrinin və venasının kəsilməsi ilə əlaqədar kəskin qanitirmə ilə nəticələnən ölümünə səbəb olan xəsarətlər yetirmişdir. X-in qanitirməsinin çox olduğunu görüb öləcəyindən qorxduğu üçün Məhkum özünə məxsus mobil telefonla tanışları Şahid3 və Şahid4 zəng edərək onları hadisə yerinə köməyə çağırmış, sonuncuların və özünün köməyi ilə X20 idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı, “Opel-Astra” markalı avtomobil ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb ixtisaslı tibbi yardım göstərilsə də, Məhkum tərəfindən X-in sağlamlığına qəsdən ağır zərər vurması eht iyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Əmirəliyev Rəhim Qasım oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı CPM-in tələblərinin pozulması ilə qəbul edildiyindən işə baxılmasına xitam verilməsi və məhkuma əlavə ittiham verilməsi üçün CPM-in 318.2 və 416-cı maddələrinin tələbləri əsasında əlavə ibtidai istintaq hərəkətlərinin aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul edilməlidir. Belə ki, qərarın təsviri və əsaslandırıcı hissəsindən konkret olaraq görünür ki, işə baxmış məhkəmə kollegiyası həmin cinayət işinin tam, hərtərəfli və obyektiv araş dırmamış, işdə olan qeyri-müəyyənliyə, natamamlıqlara və qanunsuzluqlara düzgün hüquqi qiymət verməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yol verdiyi qanunsuzluqları təkrarlamış və səthi qərar qəbul etmişdir. Həmin iş üzrə izahatı alınmış şahid kimi adları qeyd edilmiş şəxslərdən "Şahid12 6 may 2022-ci il tarixdə, saat 12 radələrində çayın qırağında, yəni hadisə baş verən yerə yaxın ərazidə balıq tutarkən 2 (iki) nəfər əvvəllər tanımadığı şəxsin bir birinin ardınca çayın kənarında yerləşən meşəlik əraziyə sürətli şəkildə getdiklərini gördüyünü, onun yanından ora 70 metr məsafə ola biləcəyini, təxminən yarım saat sonra o, görmüşdür ki, bir nəfər tanımadığı şəxs meşəyə doğru gedən iki nəfər şəxsdən boydan hündür olanını çiynində meşədən çıxarır. O, həmin şəxsin meşəyə getməsini görmədiyi ni bildirmişdir". Məhkəmə-tibb Ekspertizasının xx.xx.2021-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, mərhum X2 vurulmuş bıçaq zərbələrinin bir neçəsi arxadan önə doğru olmuşdur. Rəyin həmin hissəsindən açıq-aydın bəlli olur ki, bıçaq zərbələrinin qarşı-qarşıya durmuş şəxs tərəfindən arxadan önə doğru zərbə vurması mümkün deyil. X16 ilə dava edən Məhkum başqa əlavə bir nəfər şəxs də olmalı idi ki, həmin şəxs Xni arxadan önə doğru bıçaqla vura bilsin. Məhkum Xdən boyca çox balaca və fiziki cəhətdən də zəifdir. Məhkumin tək başına Xni bıçaqla arxandan önə doğru vurması absurddur və fiziki cəhətdən qeyri-mümkündür. Bundan başqa, X-in bel nahiyəsində olan xəsarətlərin ağac budağının və ya buna bənzər predmetlərin təsirindən, həmçinin X-in bədəni üzərində arxadan önə doğru bıçaq zərbələri nət icəsində əmələ gəlmiş xəsarətlərin olması belə nəticəyə gəlməyə əsas verir ki, X ilə Məhkum arasında olan davada sonuncu ilə birlikdə üçüncü şəxsdə olmuş, həmin kimliyi məlum olmayan şəxs X-ə Məhkum ilə dalaşarkən arxadan ağacla və bıçaqla xəsarət yetirmişdir ki, X ondan fiziki cəhətdən gücsüz və boyca balaca olan Məhkum tərəfindən asanlıqla və X-in heç bir ciddi müqavimətinə rast gəlmədən qətlə yetirə bilsin. Həmin cinayətin baş verməsində və X-in qətlə yetirilməsində iştirak etmiş üçüncü şəxsin kimliyi həm ibtidai istintaq müddətində, həm də məhkəmə istintaqında bilərəkdən və ya qeyri-peşəkarlıq səbəbindən gizlədilmişdir. Cinayət işi üzrə aparılmış ibtidai araşdırma müddətində iş üçün mühüm əhəmiyyət kəsb edən hadisə vaxtı həmin yerdə kimlərin olması və hadisə yerində olmuş şəxslərin i stifadələrində olmuş mobil telefonların (nömrələrinin) anten dairələrinin müəyyən olunması araşdırılmamışdır. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində nümayəndə Əmirəliyev Rəhim Qasım oğlu çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə Şahid1 çıxış edərək, məhkuma əlavə ittiham verilməsi, digər şəxslərində cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət işi materiallarının ibtidai istintaqa qaytarılmalı o lduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin ediliməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayə tinə istintaq orqanı və məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, bu səbəbdən cinayət əməlinin Məhkum tərəfindən tək deyil, məlum olmayan digər şəxslə birlikdə törədildiyi, lakin bunun araşdırılmadığı, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tə rkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayət in tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qar şısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Birinci instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə məhkəmədə tədqiq edilmiş məhkum edilmiş şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin, o cümlədən şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutların məcmusu ilə Məhkum ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Kassasiya məhkəmə kollegiyası Məhkum əməlinə hüquqi qiymət verərək hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəi ilə nəzərdə tutulmuş cinayə tin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün apelyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası şikayətinin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2 -ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, “qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur.” Odur ki, apellyasiya məhkəməsi belə nəticəyə gələrkən haqlı olaraq yuxarıda sadalanan normaların tələbləri ndən çıxış edərək, məhkəmə araşdırması zamanı təsdiqini tapmış işin faktiki hallarına uyğun, Məhkum əməlini CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi barədə qənaətə gəlmişdir. Məhkəmə belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən q iymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətindən görünür ki, onun irəli sürdüyü bütün iddialar cinayət hadisəsinin tək Məhkum deyil, şəxsiyyəti məlum olmayan digər şəxsin təqsiri üzündən də baş verməsi, yəni məhz ittiham elan olunmamış digər naməlum bir şəxsin cinayət törətməsi barədə dəlilin üzər ində qurulmaqla məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıq-aşkar kənara çıxır və prosessual qərarların preyudisial əhəmiyyətindən bəhs edən cinayətprosessual qanunun 65.1-ci maddəsinin tələbləri, bu normanın təfsiri üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsində isə təsbit olunmuşdur ki, “cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 7 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında məhkəmənin konkret şəxs barəsində cinayət işinə birinci instansiya qaydasında baxarkən məhkəməyə verilməyən və barəsində məhkəməyədək icraatda cinayət təqibini is tisna edən qərar çıxarıldığı şəxsin cinayət törətməsindən çıxış etməklə onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə məsələni həll etməsini, məhkəmə hakimiyyətinə xas olmayan (cinayət-prosessual qanunla ittiham tərəfinə aid edilmiş) ittiham funksiyasını üzərinə götürməsi kimi qiymətləndirmiş və bunu Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, o cümlədən CPM-in 318.1 və 65.1-ci maddələrinin tələbləri nöqteyi-nəzərindən yolverilməz hesab etmişdir. Qeyd olunan normaların tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, istər birinci və apellyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi ittihamın hüdudlarından kənara çıxmaq, barəsində ittiham irəli sürülməyən, xüsusilə də haqqında cinayət təqibinə xitam verilməsinə dair ibtidai istintaq orqanının ləğv edilməmiş qərarı olan şəxsə münasibətdə (cinayətin törədilməsində təqsirinin olub-olmaması nöqteyi-nəzərindən) araşdırma aparmaq səlahiyyətində deyillər və bu səbəbdən də cinayətin məhkəməyə verilən (barəsində ittiham irəli sürülən) şəxsin deyil, digərinin törətməsi barədə dəlillərdən çıxış etməklə baxılan (məhkəmə baxışının predmetini təşkil edən) ittihama münasibətini müəyyənləşdirə, belə dəlilləri qərarlarının motivlərini formalaşdıran əsaslar kimi nəzərdən keçirə bilməzlər. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətindən görünür ki, onun irəli sürdüyü bütün iddialar məhkum tərəfindən məhz Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi barədə dəlilin üzərində qurulmaqla məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıq-aşkar kənara çıxır. Qeyd olunan normaların tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, istər birinci və apellyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi ittihamın hüdudlarından kənara çıxmaq, barəsində ittiham irəli sürülməyən, araşdırma aparmaq səlahiyyətində deyillər və bu səbəbdən də cinayətin məhkəməyə verilən (barəsində ittiham irəli sürülən) şəxsin deyil, digərinin törətməsi barədə dəlillərdən çıxış etməklə baxılan (məhkəmə baxışının predmetini təşkil edən) ittihama münasibətini müəyyənləşdirə, belə dəlilləri qərarlarının motivlərini formalaşdıran əsaslar kimi nəzərdən keçirə bilməzlər. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hü quqi varisinin nümayəndəsinin şəxsiyyəti məlum olmayan başqa şəxs tərəfindən də cinayətin törədilməsinə dair dəlillərini və bu dəlillər üzərində qurulmuş kassasiya tələblərini əsaslı dəlil və tələblər kimi nəzərdən keçirməkdən imtina edir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı 5 aprel 2023-cü il tarixli qərar ilə hazırki iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılarkən, kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X1 apellyasiya şikayətində gətirdiyi dəlillər ətraflı şəkildə araşdırılmış, bütün dəlillər Azərbaycan Respublikası Cinayət-Prosessul Məcəlləsinin prinsiplərinin, 143146-cı maddələrinin tələblərinə müv afiq surətdə tədqiq edilmiş sübutların məcmusuna əsasən cavablandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Əmirəliyev Rəhim Qasım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Əmirəliyev Rəhim Qasım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-394/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-394/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver