Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-394/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun və onun müdafiəçisi Əsədov Samir Ağaəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-907/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Əsədov Samir A ğaəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXXX ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, X ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq x ünvanında yaşamışdır. 2. 23 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 yanvar 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə ve rilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum şəxsiyyəti istintaqa məlum olmayan “Sənan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi üçün sonuncunun sifarişi əsasında təyin edilmiş yerdən götürüb, təyin ediləcək ünvanlara qoymaqla şəkillərini çəkib ona atmağa və əvəzində 500 manat pul almağa razılaşaraq, külli miqdarda, beş ədəd bükümdə ümumi təmiz çəkisi 806,427 qram narkotik vasitə heroin, həmçinin dörd ədəd bükümdə ümumi təmiz çəkisi 262,239 qram eyni tərkibli psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla X ünvanın qarşısına daşımış, 12 iyun 2021-ci il tarixd ə, saat 23:35-də Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbdiri nəticəsində saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,650 qram, 0,880 qram, 0,957 qram, 0,940 qram, ümumi təmiz çəkisi 6,427 qram külli miqdarda narkotik vasitə heroin, həmçinin 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,840 qram, 2,042 qram, 2,037 qram, ümumi təmiz çəkisi 4,919 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, sağ əlində tutduğu sellofan torbanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 800 qram külli miqdarda narkotik v asitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 257,320 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, ümumilikdə Məhkumun üzərindən külli miqdarda təmiz çəkisi 806,427 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 262,239 qram eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-85/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrə fləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, işinə yenidən baxılmasını və barəsində daha yüngül qərar qəbul edilməsini xahiş etmişdir.
7. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Quliyev Fuad Qoçu oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Məhkumun əməlinin Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-907/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-85/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdiri lmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi Əsədov Samir Ağaəli oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxs heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, sadəcə olaraq istifadəçisi olduğunu bildirmişdir. Cinayət işinin materialları ilə və məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla müəyyən olunur ki, “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi” protokolu məhkum edilmiş şəxsin faktiki olaraq saxlanıldığı müddətdən xeyli sonra həyata keçirilmişdir. “Şəxsi axtarış və götürmə barədə” istintaq hərəkəti buna səlahiyyəti olmayan şəxs tərəfindən məhkum saxlanıldığı ye rdə deyil, polis bölməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 246.2.1-246.2.3-cü maddələrində göstərilməklə nəzərdə tutulan hallar müəyyən edilmədən, yəni məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan həyata keçirilmişdir. Cinayət işi materialları və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Məhkum şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılmış, heç bir qərar olmadan faktiki olaraq azadlıqdan məhrum edilərək polis bölməsinə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, onun hüquqi statusu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-907/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarının ləğv e dilməsi, Məhkumun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya proses sual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasl ardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi kassasiya şikayətində Məhkumun təqsirliliyinin sübuta yetirilmədiyini iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir. 17.Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-907/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsini n Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəllə sinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkumun təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya müraciətinin dəlillərini əsassız hesab edir.
23. Belə ki, məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsiri onun ibtidai istintaq zamanı verdiyi tam, məhkəmə istintaqı zamanı isə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, video çəkilişdən istifadə edilməklə tərtib edilmiş şəxsi axtarış və götürmə protokolu, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, maddi sübutlar və işdə olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulan cina yətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə yekun nəticəni şübhə altına almaq üçün əsas görmür.
26. Bununla be lə məhkəmə kollegiyası qeyd edir ki, narkotik maddələr, vasitələr və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə cəza təyininə dair formalaşan vahid məhkəmə təcrübəsi ilə müqayisədə sərt mövqedən çıxış edən aşağı instansiya məhkəmələri Məhkumun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan daha yuxarı həddə cəza seçmələrini hər hansı formada əsaslandırmamışlar.
27. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxs iyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir ( “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 15, § 45, 24 dekabr 2021ci il).
28. Bu səbəbdən məhkəmə kollegiyası baxılan cinayət işinin müəyyən edilmiş hallarını mövcud məhkəmə təcrübəsi ilə müqayisə edərək hesab edir ki, mübahisələndirilən qərar bu hissədə ümumilikdə götürülməklə maddi hüquq normalarına uyğun qəbul edilsə də, cinayət işinin müəyyən edilmiş halları, məhkumun şəxsiyyəti, onun ailə vəziyyəti və cəzasını yüngülləşdirən halın mövcud olduğu kifayət qədər nəzərə alınmamış, nəticədə Azərbay can Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmişdir.
29. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan işdə məhkumun cəzasını yüngülləşdirən hallar olaraq himayəsində bir azyaşlı uşağının olması və cəzasını ağırlaşdıran halların olmaması müəyyən edilsə də, bu hallar cəza təyin edilməsi zamanı yetərli dərəcədə nəzərə alınmamışdır.
30. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyinə görə, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıd ır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da şəxsin azadlıqdan məhrum edilməsinə əsas verən qanuni penoloji məqsədlər sırasına onun cəzalandırması, digərlərinin çəkindirməsi, cəmiyyətin maraqlarının müdafiəsi ilə yanaşı həmçinin həmin şəxsin islah edilməsi daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
32. İstinad edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında olan ibtidai istintaqın ilkin mərhələlərinə aid məlumatlar, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən cinayət əməlinin törədilməsi halları, 29-cu paraqrafda sadalanan məsuliyyəti yüngülləşdirən halın olması, ağırlaşdıran hər hansı halın isə olmaması kimi xüsusiyyətlər, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Məhkumun Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)85/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-907/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddələr i ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
33. Məhkəmə kollegiyasının fikrincə, bu cəza vasitəsi ilə də Məhkumun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-907/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Məhkumun müdafiəçisi Əsədov Samir Ağaəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-907/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-85/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli hökmünə əsasən Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-907/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azaldılsın və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edi lsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-907/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı qalan hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.