Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-395/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər Allahverdiyeva Ramella Allahverdi qızı (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1-də yaşamış, CM- nin 263.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o xx.xx.2018-ci il tarixdə, saat 06 radələrində H.Z.Tağıyev-Sahil qəsəbəsi yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən 5,6-cı kilometrində idarə etdiyi Zərərçəkmiş şəxs4 məxsus «Kamaz 55111» yük markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə ya randığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, əks istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi «VAZ-2106» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığını gördükdə, idarə etdiyi avtomobili dayandırmağa texniki imkanı olduğu halda, əks hərəkət zolağına istiqamətləndirmiş, «VAZ-2106» markalı avtomobil də öz hərəkət zolağına qayıtdıqda sonuncunun hərəkət zolağında «Kamaz 55111» markalı avtomobilin qabaq sağ hissəsi ilə «VAZ-2106» markalı avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «VAZ-2106» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 başın küt travması, alın-təpə-hər iki gicg ah sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma, sol budun aşağı 1/3-nin qapalı yerdəyişən, sol diz oynağının açıq, sağ budun aşağı 1/3-nin qapalı yerdəyişən, sağ diz oynağının qapalı, sol bazunun orta 1/3-nin açıq, sol saidin orta və yuxarı 1/3-nin qapalı yerdəyişən, üz skleti sümüklərinin çoxqəlpəli açıq, sol 3-8-ci, sağ 2-7-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sifət nahiyəsinin, qarının ön divarının, döş qəfəsinin ön səthinin çoxsaylı sıyrılmış-əzilmiş yaraları, sağlamlığa ağır zərər vurulması kimi bədən xəsarətləri yetirməklə hadisə yerində ölümünə, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 başın küt travması, sağ gicgah-alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma, sol budun orta 1/3-nin açıq, sağ budun orta 1/3-nin qa palı, sol sadin aşağı 1/3-nin qapalı sınıqları, sağ gözətrafının dərialtı hematoması, bədənin ön səthini bütünlüklə əhatə edən qançırları, sol saidin yuxarı 1/3-nin 5 əbəd, sol əlin arxa səthinin 1-4-cü əl daraq proyeksiyasının yaraları, sağlamlığa ağır zərər vurulması kimi bədən xəsarətləri yetirməklə hadisə yerində ölümünə və Zərərçəkmiş şəxs3 sol alın-təpəgicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, baş beyninə qansızma, alının sağ hissəsinin, burun belinin, burun sol qanadının, alının orta hissəsinin sol yanaq nahiyəsinin, alt çənənin sol hissəsinin sıyrıqları, sağlamlığa ağır zərər vurulması kimi bədən xəsarətləri yetirməklə hadisə yerində ölümünə, yəni iki və daha çox şəxsin ölümünə, habelə «VAZ-2106» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməs i nəticəsində sahibi Zərərçəkmiş şəxs1 4.700 manat, idarə etdiyi «Kamaz 55111» yük markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs4 6.115 manat, yolun təhlükəsizilik səddinin zədələnməsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 515 manat 20 qəpik məbləğində maddi zərər vurulmasına səbəb olmuşdur. Hökmdən Məhkum müdafiəçisi Salmanov Elnur Nizami oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmış dır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, ona təyin olunmuş cəzanın digər alternativ cəza növü ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, zərər çəkmiş şəzslə və ölmüş zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etmiş və onların ona qarşı heç bir şikayət və tələbi yoxdur. Kassasiya şikayətinin müəllifi hesab edir ki, həm bu hallar, həm də iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən başqa hallar ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas verir. Buna görə Məhkum kassasiya şikayətinin təmin edilməsini və həmin şikayətdə irəli sürdüyü tələbə müvafiq olan qərar qəbul ed ilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərərçəkmiş şəxsin hüquqi varislər X22, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət inin 17 saylı cəzaçəkmə müəssisəindən xx xxxxxx 2021-ci il tarixli 17/32-170 saylı məktubla Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizəsində Məhkum onun kassasiya şikayətinə baxılmamasını, yəni faktiki olaraq kassasiya şikayətini geri götürdüyünü bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib iş materiallarını, o cümlədən kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərdən keçirirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq Məhkum onun CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, kassasiya şikayətinin geri götürülməsi belə şikayəti vermək hüququna malik olan şəxslərin apellyasiya instansiyası məhkəməsinin qərarından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə yenidən kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Şə rh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-395/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-395/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver