Məhkəmə qərarları › İş №1(102)-395/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-395/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-395/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkumlar - Məhkum və Təqsirləndirilən şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Adəm Məhərrəm oğlunun iştira kları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs və Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 1(099)-32/2023 nömrəli (hakimlər: Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxxx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, xxxx-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 27 mart 2022ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması; xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, xxx-da qeydiyyatda olmaqla hazırda xxx-də ünvansız fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə 8 (səkkiz) il m üddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 27 mart 2022-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müda fiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) 31 iyul 2023-cü il tarixli 1(106)387/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayət lər Məhkəməsinin 5 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs və Məhkum Cinayət Məcəlləsinin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar öz aralarında və İran İslam Respublikasının (bundan sonra İİR) ərazisində olan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin, eləcə də odlu silah, onun komplekt hissəsini və döyüş sursatını qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması, başqasına verilməsi, satılması və gəzdirilməsi ilə bağlı əvvəlcədən ümumi razılığa gəlmiş, İİR ərazisində olan digər şəxs tərəfindən 1 ədəd sarı rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 10 (on) ədəd bükülü halı nda olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 10630 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, külli miqdarda, yəni təmiz çəkisi 2300 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və külli miqdarda, yəni təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin, eyni zamanda 1 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula zavodunda istehsal edilmiş, Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəşə üçün yararlı, yivli odlu silah hesab edilən tapança, həmin tapançaya aid 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patronları yerləşdirmək üçün komplekt hissəsi olan bir ədəd daraq və qeyd olunan darağa keçirilmiş atəş üçün yararlı 6 ədədi 1951-ci ildə, 1 ədədi 1946-cı ildə, digər 1 ədədi isə 1949-cu ildə zavod üsulu ilə istehsal edilmiş, ümumilikdə 8 ədəd 7,62x25 mm kalibrli olmaqla Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança pulemyotların döyüş sursatı hesab edilən ştat patronları Füzuli-Cəbrayıl magistral yolunun Cəbrayıl rayonu, Karxulu kəndinin yaxınlığından keçən hissəsində yolun sağ tərəfində quraşdırılmış işıq dirəyinin altında gizlədilmiş və 26 mart 2022-ci il tarixdə bu barədə onlara məlumat verildikdən sonra onlar qəsdən satış məqsədi ilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq Məhkum Təqsirləndirilən şəxsla birlikdə 27 mart 2022-ci il tarixdə saat 13 radələrində piyada Füzuli-Cəbrayıl magistral yolunun Cəbrayıl rayonu, Karxulu kəndinin yaxınlığından keçən hissəsin ə gələrək, həmin yolun sağ tərəfində quraşdırılmış işıq dirəyinin altında gizlədilmiş həmin narkotik vasitəni və psixotrop maddəni, eyni zamanda texniki cəhətdən saz və atəş üçün yararlı odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını qanunsuz olaraq əldə etmək istəyən zaman Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 13:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan Məhkum Təqsirləndirilən şəxsla birlikdə polis əməkdaşları tərəfindən saxlanıldıqlarından cinayət əməllərinin bilavasitə törədilməsinə yönəldilmiş qəsdən edilən əməli iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayətləri törətməyə cəhd etmişlər. Daha sonra, 27 mart 2022-ci il tarixdə saat 13:40 radələrində saxla nıldıqları yerdə, yəni Füzuli-Cəbrayıl magistral yolunun Cəbrayıl rayonu Karxulu kəndinin yaxınlığından keçən hissəsində Məhkum və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman həmin yolun sağ tərəfindəki quraşdırılmış işıq dirəyinin altında gizlədilmiş sonuncunun təqdim etdiyi 1 ədəd sarı rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 10 (on) ədəd bükülü halında olan ayrı-ayrılıqda təmiz çəkisi 1080 qram, 690 qram, 680 qram, 1380 qram, 1520 qram, 680 qram, 1300 qram, 2000 qram, 580 qram, 720 qram olmaqla ümumi təmiz çəkisi 10630 qram olan külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 1 ədəd polietilen torbada təmiz çəkisi 2300 qram olan narkotik vasitə hesab edilən heroin və 1 ədəd polietilen torbada təmiz çəkisi 1200 q ram olan psixotrop maddə hesab olunan metamfetamin, eləcə də, 1 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula zavodunda istehsal edilmiş, Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəşə üçün yararlı, yivli odlu silah hesab edilən tapança, həmin tapançaya aid 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patronları yerləşdirmək üçün komplekt hissəsi olan bir ədəd daraq və qeyd olunan darağa keçirilmiş atəş üçün yararlı 6 ədədi 1951-ci ildə, 1 ədədi 1946-cı ildə, digər 1 ədədi isə 1949-cu ildə zavod üsulu ilə istehsal edilmiş, ümumilikdə 8 ədəd 7,62x25 mm kalibrli olmaqla Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança pulemyotların döyüş sursatı hesab edilən ştat patronları aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs verdiyi ifadədən də göründüyü kimi o, hansı miqdarda narkotik vasitə götürmək üçün gəldiyini bilməmişdir. Həmçinin X adlı şəxslə aralarında olan danışıq zamanı sonuncu ona silah göndərdiyini deməmişdir. Ümumiyyətlə polis əməkdaşlarının ibtidai və məhkəmə istintaq zamanı verdiyi ifadələri qəbul etsək belə, ifadəyə diqqətlə nəzər yetirdikdə şəxsin əməlində AR CM-in 29,228.2.1, 29,234.4.1 və 29,234.4.3-cü maddə lərində nəzərdə tutulmuş cinayət tərkibi olmadığı öz təsdiqini tapır. Belə ki, polis əməkdaşının verdiyi ifadədən də göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, qanunsuz olaraq silah daşıması barədə polis əməkdaşlarında məlumat olmamış, bu barədə əməliyyat məlumatı olmasına dair raportla müraciət olunmamışdır. Yəni, polis əməkdaşlarına yalnız təqsirləndirilən şəxslərin üzərində qanunsuz olaraq narkotik vasitə daşıdıqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa polis əməkdaşlarının şəxsi Cəbrayıl rayonu, Şəybəy kəndi ərazisindən Karxulu kəndi ərazisinə keçən hissəyədək müşahidə etmələri reallığa uyğun deyildir. Belə ki, “google maps” proqramı vasitəsi ilə əldə edilən məlumatdan da göründüyü kimi Cəbrayıl rayonu, Ş əybəy kəndi ərazisindən Karxulu kəndi ərazisinədək olan məsafə avtomobil yolu ilə 11 km-dir. Avtomobil yolu olmadan isə təxminən 6-7 km-dir. Həmin ərazi isə hamıya bəlli olan müharibə şəraiti ilə əlaqədar minalanmış ərazidir. Yəni, təqsirləndirilən şəxslərin minalanmış ərazilərdə piyada gəzməsi reallığa uyğun deyildir. Eyni zamanda təqsirləndirilən şəxslərin piyada hərəkət etdiyinin iddia olunduğu ərazi minalanmış sahə kimi hər addımbaşı işarələnmişdir. Ərazinin həmin vəziyyətdə olmasını Şahid1 da məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə təsdiqləmişdir. Polis əməkdaşlarının özlərinin də dediyi kimi minalanmış ərazidə və girişin konkret olaraq qadağan olunduğu sahədə insanın həyat və sağlamlığı üçün təhlükəli üsuldan istifadə edərək əməliyyat tədbiri həyata keçirməsi qanunvericiliyin tə ləblərinə ziddir. Yəni, polis əməkdaşlarının verdiyi ifadələri qəbul etsək belə, bu onların qanunvericiliyin tələblərinə zidd şəkildə əməliyyat-axtarış fəaliyyəti həyata keçirdiklərini təsdiqləyir. Buna görə də, qanunsuz olaraq toplanmış materiallar ittihamın əsasını təşkil edə bilməz. Polis əməkdaşları tərəfindən təqsirləndirlən şəxslər görüldüyü andan saxlanılmalı və onların təhlükəsizliyi təmin edilməli idi. Lakin polis əməkdaşları bunun əksinə əməliyyataxtarış fəaliyyəti həyata keçirmək məqsədi ilə qanunvericiliyin tələblərini pozaraq onların həyatı üçün real təhlükə yaratmışlar. Bundan başqa iş materiallarında olan diskdən də göründüyü kimi təqsirləndirilən şəxslərin üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmişdir. Lakin məhkəm ə istintaqı zamanı tədqiq olunan videogörüntülərdən müəyyən olunur ki, çəkilişin çox hissəsində istintaq hərəkətində iştirak edən şəxslərin danışıqlarına dair səslər tamamilə eşidilmir və ya heç bir şey anlamaq mümkün deyildir. Bu da iş üzrə mühüm əhəmiyyət kəsb edən istintaq hərəkətinə dair videogörüntülərin sübut kimi qiymətləndirilməsini və ittihamın əsasını təşkil etməsini istisna edir. Məhkəmə tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, yeni sübutlar toplanmalı, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli idi. Lakin Şirvan Apellyasiya Məhkəməsi göstərilən xüsusatları nəzərə almamış, şəxs barəsində yalnız ehtimal lara əsasən çıxarılan ittiham hökmünü dəyişdirmədən qüvvədə saxlamışdır. Bundan başqa, AR CM-in eyni maddələri ittiham edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs 9 il 6 ay, digər təqsirləndirilən şəxs Məhkum isə 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, Məhkum əvvəllər 3 dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Həmçinin hər iki təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağı vardır və hər iki təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Bu zaman sual yaranır ki, hansı əsasla Təqsirləndir ilən şəxs Məhkum daha ağır cəzaya məhkum edilmişdir. Eyni hüquqi statusda olmalarına baxmayaraq Təqsirləndirilən şəxs digər təqsirləndirlən şəxs Məhkum daha ağır cəzaya məhkum edilməsi qanun qarşısında bərabərlik prinsipinin pozulmasına gətirib çıxarır. Odur ki, göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarının Təqsirləndirilən şəxs aid hissədə ləğv edilərək onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işi üzrə əməli düzgün tövsif edilmədən, məhkəmə prosesi zamanı işin faktiki halları tam və obyektiv araşdırılmadan və ittiham aktındakı ziddiyyətli məqamlar nəzərə alı nmadan barəsində ağır cəza təyin edilmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarının Məhkum aid hissədə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Təqsirləndirilən şəxs çıxış edərək, narkotik vasitənin ona aid olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, sözügedən ərazidə olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlama nın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəflərindən verilmiş kassasiya şikayətlərində Təqsirləndirilən şəxs və Məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından s əlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətləri n təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsi n təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü mad dələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən n ormaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs və Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin, eləcə də odlu silah, onun komplekt hissəsini və döyüş sursatını qanunsuz olaraq əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd ilə bağlı ittiham birin ci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs və Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CMin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin ma ddələr ilə tövsif edilmişdir. Verilmiş kassasiya şikayətlərində məhkumların əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindikləri, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yox lama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət i şinin materiallarını nəzərdən keçirərək, Təqsirləndirilən şəxs və Məhkum onlara elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özlərinin ibtidai istintaq zamanı vermiş olduqları (Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla təqsirli bilməsinə dair ifadəsi) ifadələri, şahidlər Şahid1 və Şahid2 ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 mart 2022-ci il tarixli protokol, məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının 28 mart 2022-ci il tarixli 18/354-355 №-li rəyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 28 mart 2022-ci il tarixli 22/262R nömrəli rəyi, mobil telefona baxış keçirilməsi haqqında protokollar, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 mart 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı sonuncunun üzərindən yalnız 1 (bir) ədəd smartfon tipli “Samsung” markalı mobil telefon aşkar olunaraq gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə götürülmüş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunaraq götürülməmiş, Məhkum üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı sonuncunun üzərindən yalnız 1 (bir) ədəd smartfon tipli “Samsung S5” markalı mobil telefon aşkar olunaraq gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə götürülmüş, lakin şəxsi axtarış zamanı Məhkum üzə rindən narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunaraq götürülməmiş, baxış zamanı Təqsirləndirilən şəxs və Məhkum məxsus Cəbrayıl rayon Karxulu kəndi ərazisində yol kənarında olan işıq dirəyinin yanında torpaq altında basdırılmış sarı rəngli polietilen torbada olan ümumilikdə 12 (on iki) ədəd üzəriləri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülü olmaqla 10 (on) ədəd narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin hər biri ayrılıqda qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilərək 1105 (bir min yüz beş), 1099 (bir min doxsan doqquz), 1084 (bir min səksən dörd), 1043 (bir min qırx üç), 962 (doqquz yüz altmış iki), 944 (doqquz yüz qırx dörd), 881 (səkkiz yüz səksən bir), 531 (beş yüz otuz bir), 519 (beş yüz on doqquz) və 513 (beş yüz on üç) qram olmaqla ümumilikdə 8681 (səkkiz min altı yüz səksən bir) qram, 1 ədəd narkotik vasitə hesab edilən heroinə bənzər kütlə qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilərək 2258 (iki min iki yüz əlli səkkiz) qram və 1 ədəd psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilərək 1065 (bir min altmış beş) qram olduğu, eyni zamanda bir ədəd qara rəngli tapança, 1 ədəd tapança sandığı və həmin sandığa keçirilmiş 8 ədəd patron olduğu müəyyən olunmuş və şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alınmış videogörüntülər əks olunan bir ədəd disk protokola əlavə edilmişdir. (cild İ, vər. 47-49). Cəbrayıl Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarından görünür ki, Cəbrayıl Rayon Polis Şöbəsinin Cin ayət Axtarış Bölməsinin rəisi Şahid1 “Təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 mart 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild İ, vər. 147-148). Həmçinin, təqsirləndirilən şəxs Məhkum məxsus olan və 27 mart 2022-ci il tarixdə “şəxsi axtarış və götürmə barədə” protokolla götürülmüş 1 (bir) ədəd mobil telefona baxış keçirilməsi haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin telefonun «Samsung S5» markalı (smartfon tipli) olmaqla üzərində ***-***-**-** saylı «Azerfon» mobil operatoruna aid telefon nömrəsi olması müəyyən edilmiş, Məhkum məxsus «Samsung S5» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış zamanı həmin mobil telefonun yaddaş kitabçasında İran İslam Re spublikası mobil operatoruna aid “Aaaval "+**********375” nömrəsi, bundan başqa həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs aid +**********66 saylı «Azercell» mobil nömrəsinin yaddaş kitabçasında «X sim» adı ilə qeyd etdiyi müəyyən edilmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs Məhkum məxsus «Samsung S5» markalı telefonda olan “WhatsApp” proqramında zənglər və mesajlar bölməsinə 29 mart 2022-ci il tarixdə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Məhkum istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə İran mobil operatoruna aid “+**********75” nömrəsi arasında 27 mart 2022ci il tarixdə saat 05:46-dan saat 07:41-ə kimi müəyyən vaxt intervalları ilə İran İslam Respublikasına aid mobil operatorun “Aaaval” adı ilə qeydiyyata alınan şəxs arasında sonuncunun həmin saatlarda silinmiş mesa jı və səsli zəngləri qeydiyyata alınmış, lakin Məhkum tərəfindən həmin zənglər cavablandırılmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum məxsus «Samsung S5» markalı telefonda olan zənglər siyahısına 13 iyun 2022-ci il tarixdə baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan cinayət əməlinin baş verməsindən əvvəl yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda Məhkum istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********66 nömrə arasında zənglər qeydə alınmışdır: Bundan əlavə, təqsirləndirilən şəxs Məhkum məxsus «Samsung S5» markalı telefonda hər biri ayrı xüsusata malik olan 4 (dörd) fərqli «Whatsapp» proqramı istifadə etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Məhkum məxsus «Samsung S5» marka lı telefonda olan «Whatsapp Business» proqramında zənglər və mesajlar bölməsinə baxış keçirilən zaman müəyyən edildi ki, Məhkum “Azerfon” operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə ilə «Whatsapp Business» proqramından qeydiyyatdan keçmiş və həmin nömrə ilə «Whatsapp Business» proqramında profil açaraq istifadə edir. Qeyd olunan proqramın mesajlar bölməsinə baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə saat 05:46-da Məhkum öz profili ilə Biləsuvar-Bəhrəmtəpə magistral yolunun İmişli rayon Qızılkənd ərazisindən keçən hissəsində məkan (konum) bildirişi Təqsirləndirilən şəxs istifadəsində olan +**********66 nömrəyə göndərdiyi müəyyən olunmuşdur. Həmçinin, Məhkum istifadəsində olan «Whatsapp Business» proqramının zənglər bölməsinə baxış keçirilən zaman Məhkumlə Təqsirləndirilən şəxs ar asında intervallarla xx.xx.2022-ci il tarixdə saat 21:27-də, saat 21:29-da, saat 21:30-da, saat 22:10-da, xx.xx.2022-ci il tarixdə saat 16:56-da 4 dəfə, saat 22:17-də, xx.xx.2022-ci il tarixdə saat 17:05-də, saat 21:36-da, saat 22:06-da, saat 22:13-də, xx.xx.2022-ci il tarixdə saat 00:31də, saat 14:02-də, saat 15:13-də, saat 15:26-da, xx.xx.2022-ci il tarixdə saat 01:07-də, saat 02:10-da, saat 02:12-də, saat 02:14-də, saat 02:15-də, saat 02:33-də, saat 02:41-də, saat 02:59-da, saat 03:01-də, saat 03:17-də, saat 03:42-də, saat 04:05-də, saat 04:17-də, saat 04:22-də, saat 07:37-də, saat 12:21-də, saat 12:24-də, saat 21:24-də, saat 22:48-də, saat 22:52-də, saat 22:54-də, saat 22:56-da və saat 23:07-də səsli danışıqların olduğu müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan zənglər siyahısında xx.xx.2022-ci il tarixdə saat 21:09- da, xx.xx.2022-ci il tarixdə saat 15:19-da və xx.xx.2022-ci il tarixdə saat 12:24-də Məhkumlə Təqsirləndirilən şəxs arasında video zənglər olduğu müəyyən olunmuşdur. Baxış zamanı təqsirləndirilən şəxs Məhkum istifadə etdiyi +**********02 saylı mobil nömrəsi ilə həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs istifadə etdiyi +**********66 mobil telefon nömrəsi arasında olan telefon və «Whatsapp Business» proqramı vasitəsilə olan danışıqlar iş üçün əhəmiyyət kəsb etdiyindən vaxt ardıcıllığı ilə (screen edilib) 1 (bir) ədəd CD diskə köçürülərək, eyni zamanda 5 (beş) ədəd vərəqədən ibarət A4 formatlı kağıza əks olunub götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, baxış zamanı təqsirləndirilən şəxs Məhkum istifadə etdiyi +******** **02 saylı mobil nömrəsi ilə həmin cinayət işi üzrə digər Təqsirləndirilən şəxs istifadə etdiyi +**********66 saylı mobil telefon nömrəsi ilə, eyni zamanda “WhatsApp” proqramı ilə İran İslam Respublikası mobil operatoruna aid “Aaaval "+**********375” nömrəsi ilə aparılan danışıqlardan, yəni bir-birlərinə qarşılıqlı olaraq göndərdikləri mesaj (SMS) mətnlərindən və səsli mesajlardan, həmçinin fotoşəkillərdən cinayətin baş verdiyi ərəfədə onlar arasında cinayət barədə «Whatsapp Business» proqramı vasitəsilə və digər zənglə dəfələrlə telefon əlaqələrinin olması təsdiq olunmuşdur. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətlə rində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzm ununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs və Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətlərinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kass asiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almay a və müdafiə tərəflərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3-cü maddələr inin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs və Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin, eləcə də odlu silah, onun komplekt hissəsini və döyüş sur satını qanunsuz olaraq əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmə cinayətini törətmələri hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumların aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin, eləcə də odlu silah, onun komplekt hissəsinin və döyüş sursatının satışı ilə məşğul olmasını, onlarla əlaqələrinin olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini yuxarıda göstərilənlərə əsasən tamamilə əsassız hesab edir. Məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqi q edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin sübut növü kimi qəbul edilməli olması, Təqsirləndirilən şəxs və Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özlərini müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmaları məqsədini güddüyü barədə nəticəyə gəlmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikd ə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət v erilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Məhkum Azərba ycan Respublikası Baş prokurorluğundan rayon prokurorluğuna daxil olmuş ərizəsində göstərmiş olduğu xüsusatlarla bağlı aparılmış araşdırma zamanı Cəbrayıl rayon polis şöbəsinin rəisi vəzifəsində, polis polkovniki rütbəsində çalışan X-in, eləcə də Cəbrayıl rayon polis şöbəsinin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və həmin qərar qüvvədədir. Məhkum özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə təqsirli bilməyərək, birinci instansiya məhkəməsində ifadələri elan olunduqdan sonra verilmiş sualları cavablandırarkən, elan olunmuş ifadələrini təsdiq etməməsi, müstəntiq tərəfindən hədələnib təh did edilməməsi, lakin saxlanılarkən döyülməsi və həmin ifadələri oxumadan imza etməsi və özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, video çəkiliş və müdafiəçinin iştirakı ilə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti, bu barədə tərtib olunmuş protokol, ekspertiza rəyləri, mobil telefondan əldə edilmiş məlumatlar və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur. Təqsirləndirilən şəxs və Məhkum onlara hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətmələri kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uz laşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın ağır olması barədə kassasiya şikayətlərinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqs ədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinay ət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilmə lidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik d ərəcələri, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən halın (hər birinin himayəsində üç azyaşlı uşaqlarının olmasını) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs və Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-nin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsi ndə nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Məmmədov Adəm Məhərrəm tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,228.2.1, 29,234.4.1, 29,234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs və Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar