Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-396/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X22, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Qədimi Eldar Mehdi oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Qədimi Eldar Mehdi oğlu tərəfindən və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Kərimov Novruz Ağakərim oğlu, hakimlər Allahverdiyeva Ramella Allahverdi qızı və Nəsrullayeva Tamilla Xudat qızından ibarət tərkibdə) xx xxxxx 1987-ci ildə Qazaxıstan Respublikasını Kustanay vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Babayev Qədim Xalid oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və X8аn ibаrət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apelyаsiyа şikаyətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum1 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmiş, Məhkum2 müdafiəçisi Qədimi Eldar Mehdi oğlu isə kassasiya şikayəti verərək CM-nin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinmiş Məhkum2 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə sanksiyada nəzərdə tutulan cəzanın aşağı hissəsindən də aşağı həddə cəza verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Məhkum2 və Məhkum1 təqsirli bilinmişlər ona görə ki, Məhkum2, Məhkum1 və başqası onların tanışları X1 ilə X2 arasında xx xxxx 2017-ci il tarixdə, saat 19 radələrində baş vermiş mübahisəni başqa şəxsin təklifi ilə aydınlaşdırmaq məqsədi ilə xx xxxx 2017-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri Bakı şəhəri, Binəqədi rayonu, DSK 4 adı ilə tanınan yerdə X3, X2 və sonuncunun qardaşı X4 ilə görüşüb mübahisə edərkən, Məhkum2 üstündə gəzdirdiyi bıçaqla xüsusi amansızlıqla, yəni qardaşı x4ün gözü qarsında X2ni qəsdə n vuraraq, sonuncuya dərəcəsinə görə ümumilikdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid-döş qəfəsinin sol yarısının bir ədəd, sağ yarısının bir ədəd, diafraqmanın zədələnməsi ilə müşayiət olunan, daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları, qarın boşluğunun sol yan səthinin daxilə nüfuz edən qaraciyərin və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, bel-oma nahiyəsinin bir ədəd kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, Məhkum1 isə X4 nahiyəsindən yumruqla qəsdən vuraraq, sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid-üst dodağın əzilmiş-cırılmış yaraları kimi xəsarətlər yetirmiş, həmi n vaxt onlarla oraya gəlmiş başqa şəxsin aşağıda, X3ün isə üstündə olmaqla bir-birilərini vurduqlarını görən Məhkum1 başqa şəxsə kömək etmək məqsədiylə başqa şəxslə və Məhkum2lə bir qrup şəxs halında birləşib özündə olan bıçaqla X3ün baş nahiyəsinə qəsdən vurub sonuncuya-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid-sağ gicgah nahiyəsinin və sağ yanaq nahiyəsinin kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, daha sonra həmin vaxt başqa şəxs X3 vurmuş, Məhkum1 X3ün qollarından tutaraq, onun müqavimət göstərmək imkanını məhdudlaşdırmış, Məhkum2 də bıçaqla X3ün döş qəfəsinə qəsdən vuraraq, sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa zərər vurmaya aid olan-döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilm iş yarası kimi xəsarətlər yetirmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində qəbul olunmuş qərar ədalətsizdir. Belə ki, himayəsində üç azyaşlı uşağı vardır və ailənin yeganə maddi təminatçısıdır. Qaydasız döyüş idman növü üzrə dünya çempionu olmuş və idmanın digər növləri üzrə nailiyyətlər müxtəlif nailiyyətlər əldə etmişdir. Xüsusi təyinatlı kəşfiyyat bölüyündə nümunəvi kiçik çavuş olaraq hərbi xidmət keçmişdir. Atası yaşlı və xəstə insandır. Zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı şikayət və ya tələb yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsindəki apelyasiya məhkəməsinin qərarını ləğv etməklə ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Qədimi Eldar Mehdi oğlu kassasiya şikayətini onunla əs aslandırmışdır ki, birinci instansiya məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi araşdırma zamanı kobud səhvlərə yol vermiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Bununla da, nümayəndəsi olduğu Məhkum2 prosessual hüquqları kobud surətdə pozulmuşdur. Bundan başqa birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində nümayəndəsi olduğu Məhkum2 birinci məhkumluğu, əməlindən peşiman olması və zərər çəkmişlərə dəymiş maddi və mənəvi zərərlərin tam ödənilməsi və zərərçəkmişlərin şikayətçi olmadıqları nəzərə alınmayaraq 07 il müddətə azadlıqdan məhrum edilmişdir. Məhkum2 artıq 02 il 05 aydır ki, ümumi rejimli cəzaçəkmə müəssəsində cəza çəkir, yetərincə islah olmuş və cəmiyyət üçün faydalı əməl sahibinə çevrilmişdir. Cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssəsində daxili intizam qaydalarına daim riayət etmiş, cəzaçəkmə müəssəsi tərəfindən keçirilən idman tədbirlərində fəal iştirak etmiş, intizam tənbeh tədbirləri almamışdır. Valideynlərinin tək övladıdır, həbsdə olduğu dövrdə atası xx xxxxxx 2019-cu il tarixində “insult” nəticəsində vəfat etmişdir, anası uzun müddətdir ki, "Hipertoniya" xəstəliyindən əziyyət çəkir. Odur ki, müdafiə tərəfi olaraq, CMnin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinmiş Məhkum2 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə sanksiyada nəzərdə tutulan cəzanın aşağı hissəsindən də aşağı həddə cəza verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx x 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum2 və Məhkum1 təqsirli bilindiyi cinayət əməlləri təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum2 və Məhkum1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 əməli CM-nin 126.2.1 və 126.2.3-cü maddələri ilə, Məhkum1 əməli isə CM-nin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi ittihamın tam sübuta yetirildiyi qənaətinə gələrkən özünün bu mövqeyini işin faktiki hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin hökmündə qeyd olunan məsələlərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, məhkum edilmiş şəxslərin, müdaf iəçilərinin və dövlət ittihamçısının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkum2 və Məhkum1 törətdikləri cinayət əməlində təqsirləri özlərinin etirafedici ifadələri ilə yanaşı iş üzrə araşdırılmış və tədqiq olunmuş sübutların məcmusu ilə, o cümlədən birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdır araq Məhkum2 və Məhkum1 yuxarıda göstərilən cinayət hərəkətlərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə, Məhkum1 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda apellyasiya şikayətlərində də əməlin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Məhkum edilmiş şəxslər barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cü mlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni c inayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum1 barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən halları cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxslərin şəxsiyyətlərinə və cinayətin ağırlığına uyğun cəza təyin etmiş, onların barəsində azadlıqdan məhrum etmə növündə daha yüngül cəza təyin edilməsi və yaxud təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Bundan əlavə apellyasiya şikayətlərinin baxışı mərhələsində də məhkum edilmiş şəxslərin cəzalarını yüngülləşdirən hər hansı bir yeni hal müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Məhkum2 Azərbaycan Respublikası CMnin 126.2.1 və 126.2.3-cü maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə məhkum edilmələrinə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü qanuni, əsaslı və dair ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın tam şəkildə sübuta yetirildiyinə dair nəticəni işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı nın izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin həmin mövqeyi iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Müdafiəçi E.M.Qədiminin kassasiya şikayətində Məhkum2 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə sanksiyada nəzərdə tutulan cəzanın aşağı hissəsindən də aşağı həddə cəza verilməsinə dair qərar qəbul edilməsi xahiş edilir və buna dair bir sıra dəlillərə istinad olunur. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan s onra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, iş üzrə belə hallar və ya Məhkum2 törətdiy i cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətində istinad edilən hallar da Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas vermirlər. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum2 və Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum2 və Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Müdafiəçi E.M.Qədiminin kassasiya şikayətində bir sıra cinayət və cinayətprosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 müdafiəçisi Qədimi Eldar Mehdi oğlu və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-396/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-396/2020
16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver