Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-396/2021 19.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Mütəllinov Coşqun Akif oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum müdafiəçisi Süleymanov Türkel Hümbət oğlunun iştirakları ilə, 20 iyun 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasını n vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23, mənzil 9-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarından məhkumun və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-508/2019 nömrəli 22 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Oruc Cəlilov, Xamməd Nuriyev və AqilMusayev), Məhkum – Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulm uş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay və CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 iyul 2019-cu il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CMnin 93.1.2-ci maddəsinə əsasən cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunması və yaşadığı ərazi üzrə narkoloji d ispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), R.M.Cəfərov və İ.H.Əhmədov) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-508/2019 №-li 22 noyabr 2019-cu il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Zaur Qasımov tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-508/2019 №-li 22 noyabr 2019-cu il tarixli hökmü apelyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-508/2019 №-li 22 noyabr 2019-cu il tarixli hökmü ilə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) ay endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən satış məqsədi ilə Məhkum oğlu qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayıb daşıyaraq həmin narkotik vasitəni Azərbaycan Respublikasının gömrü k sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, o, 14 iyul 2019-cu il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində apteklərin birindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-təsiredici maddəsinin miqdarı 221 qram təşkil edən 5525 həb metadon narkotik vasitəsini əldə edib saxlamış, 15 iyul 2019-cu il tarixdə həmin narkotik vasitə olan metadon həblərin 2470 ədədini cinayətdən xəbərsiz olan anası Əzizova Səriyyə Həsən qızına məxsus əl çantasına, metadon həblərin 3055 ədədini isə yük çantasına yerləşdirmiş, daha sonra sonuncu tərəfindən həmin narkotik vasitənin daşınaraq 15 iyul 2019-cu il tarixdə, saat 19 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəd indən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və müdafiəçisi Süleymanov Türkel oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və yeni apellyasiya baxışına göndərilməsi, apellyasiya baxışında Məhkum üzvü şəxsiyyət pozuntusu psixiatrik pozunutusunun müalicəsində “metadon” tibbi vasitəsinin istifadəsi tətbiq olunması araşdırılması” barədə kompleks psixiatrik-narkoloji ekspertiza keçirilməsi barədə qərar qəbul olunması xahiş olunur. Kassatorlarlar kassasiya şikayətlərini əsaslandıraraq qeyd etmişlər ki, İş materiallarında isə Məhkum satışla məşğul olduğunu təsdiq e dən hər hansı sübut,hətta şahid ifadəsi yoxdur. Məhkum özünü “metadon” həblərini əldə etməkdə və daşımaqda təqsirli bilmişdir. Lakin o satış məqsədi olduğunu bildirməmişdir. Əksinə onda olan və istər ambulator istər də stasionar psixiatrik ekspertizalar zamanı Məhkum “üzvii şəxsiyyət pozuntusu” olması həmçinin,məcburi narkoloji yoxlamanın 26 avqust 2019-cu il tarixli rəyi ilə “Məhkum narkotik maddələrə aid olan metadondatı suiistifadə edilməsi ilə nəticələnən asıldı sindromu (narkomaniya xəstələyi)” aşkar olunmuşdur. Beləliklə obyektiv ekspert rəyləri ilə Məhkum aşkar olunan xəstəliklər onun psix xəstəliyə və onunla əlaqəli narkotik asılılığa mübtəla olması barədə dediklərini,həm həbləri şəxsi istifadə üçün aldığını təsdiq edir. Beləliklə Məhkum əməli əslində CM-nin 234.4.3 maddəsi ilə d eyil 234.1. maddəsi ilə tövsif olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum və müdafiəçisi kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Şirvan Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarını ləğv edib işi yeni apellyasiya baxışna göndərəsini və yeni apellyasiya baxışında “Məhkum “üzvü şəxsiyyət pozuntusu” psixiatrik pozunutusunun müalicəsində “metadon” tibbi vasitəsinin istifadəsi tətbiq olunması araşdırılması” barədə kompleks psixiatrik-narkoloji ekspertiza keçirilməsi xahiş etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların ha nsına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, Birinci instansiya məhkməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyini məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, himayəs ində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Apellyasiya instansiyası tərəfindən isə yüngülləçdirici hal kimi 3 azyaşlı uşağının həyat şəraitinə təsirini real olaraq nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası işdə cəzanı yüngülləşdirən hallar, cinayətin törədilməsi halları, təqsirkarın şəxsiyyəti, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsi və himayəsində olan 3 azyaşlı uşağının həyat şəraitinə təsiri baxımından sərtliyinə görə açıq-aydın ədalətsiz cəza olmuşdur və ona görə də məhkum olunmuş şəxs və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin hökmü apelyasiya şikayətlərinə əsasən dəyişdirilməli, qeyd olunan hökmlə məhkum olunmuş şəxs Məhkum 234.4.3-cü maddəsi ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) il 6 (altı) aya endirilməli, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza CM-nin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Məhkum qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və birinci instansiya məhkəməsinin hökmü apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkumun kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi üçün irəli sürdüyü dəlillərin əsasını təşkil edən bütün hallar (onun törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 3 azyaşlı uşağının olmasını) məhkuma cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası məhkum Məhkum təyin edilmiş cəzanı qanuni və ədalətli hesab edərək eyni zamanda aşağıdakıları xatırlatmağı lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək, CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qərardan da görünür ki, məhkum Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 6 (altı) il 6 (altı ) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) ay endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin iş materiallarından görünür ki, məhkəmə-psixatrik ekspertizasının 24 sentyabr 2019-cu tarixli rəyi ilə müəyyən olunur ki, Məhkum az ifadə olunmuş üzvü şəxsiyyət pozuntusu aşkar olunur. Məhkum aşkar edilən üzvü şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onla rı idarə etmək iqtidarından məhrum etsin. Məhkum törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir, hazırki psixi vəziyyəti ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Pl enum qərarının tövsiyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin məhkum Vüsal Salmanova təyin etdiyi cəzanın növü və müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlillərin tutarlı bir faktlara söykənmədiklərinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola bilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1–416.1.22-ci maddələrində nəzərdə tutulan pozuntuların hər hansı birini müəyyən etmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətlərinə münasibətdə qanuni və əsaslı olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinay ət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum və müdafiəçisinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi və göstərilən qərarın kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Süleymanov Türkel Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən sa
Məhkəmə qərarları › İş №1(102)-396/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-396/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver