Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-396/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X3 müdafiəçisi, “EKOL” Vəkil Bürosunun vəkili Xəlilov İlkin Ələkbər oğlunun iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul ola n, məhkumluğu olmayan, Şabran rayonu, Məliklər kəndində qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli 1(105)-426/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şabran Rayon Məhkəməsinin 1 may 2024-cü il 1(031)-10/2024 nömrəli tarixli hökmü ilə (hakim İ.Cabbarov) X4 - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət v erilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli 1(105)-426/2024 nömrəli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya protesti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 1(031)-10/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda, mənbədən və şəraitdə qəsdən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi ümumilikdə 162,215 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özünd ə olan “Unit” markalı elektron tərəzi vasitəsilə ayrı-ayrı hissələrə böldükdən sonra 2 ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,479 qram, 0,093 qram və 1 ədəd sellofan torbada təmiz çəkisi 50,0 qram olan hissəsini yaşadığı Şabran rayonu Məliklər kəndində yerləşən evində məişət əşyalarının saxlanıldığı otaqda qutuların içərisində, 7 ədəd kibrit qutusu və bir ədəd salfet bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,925 qram, 4,847 qram, 4,209 qram, 5,04 qram, 4,784 qram, 4,550 qram, 4,402 qram və 0,627 qram, 1 ədəd sarı rəngli sellofan torbada ümumi təmiz çəkisi 75,0 qram olan hissəsini evin yataq otağındakı döşəyin altında gizlədib, 4 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,386 qram, 0,389 qram, 0,198 qram, 2,286 qram olmaqla ümumi təmiz çəkisi 3,259 qram olan hissəsini isə əynindəki şalv arın sol yan cibinə qoyub üzərində daşımaqla narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq saxlamış, 30 iyun 2023-cü il tarixdə Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı qeyd olunan narkotik vasitələr və “Unit” markalı elektron tərəzi yaşadığı evdə gizlətdiyi yerlərdən eləcə də üzərindən aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş və bunun nəticəsi olaraq X4 CM-in 234.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanmışdır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. RPŞ-də müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 04 ədəd içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan kağız bükümlər, Redmi və Samsung markalı mobil telefonlar, pulqabı, Sobranie markalı siqaret qutusu, avtomobil açarı, 02 ədəd 50 manatlıq, 03 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 05 ədəd 5 manatlıq, 15 ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 210 manat pul, alışqan, cib dəsmalı aşkar edilmişdir. O, könüllü olaraq içərisində narkotin vasitə hesab edilən qurudulmuş marixuananın onun özünə məxsus olmasını səmimi olaraq etiraf etmişdir. Bundan sonra o və müdafiəçinin iştirakı ilə Şabran rayonu Məliklər kəndində yerləşən yaşadığı evə baxış keçirilərkən pəncərəaltı hissədən 1 ədəd üzərində "Starsat" yazısı olan qutunun içərisindən 1 ədəd bükümdə toxumlar və 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin otaqda yataq otağına baxış keçirilən zaman otağın giriş hissəsindəki döşəyin divar hissəs ində, döşəyin altında içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan 1 ədəd sarı rəngli sellofan, 7 ədəd kibrit qutusu, 1 ədəd salfet kağızı, eləcə də toxumlar və 1 ədəd elektron tərəzi aşkarlanmışdır. Təqsirləndirilən şəxs X3 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərilən etiraf xarakterli xüsusatlar digər şahidlərin ifadələri ilə yanaşı, şəxsi axtarış və götürmə, baxış protokolları, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə də tam təsdiq edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi İ.Xəlilov un çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmi şdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirli lik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X4 Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda, mənbədən və şəraitdə qəsd ən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi ümumilikdə 162,215 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özündə olan “Unit” markalı elektron tərəzi vasitəsilə ayrı-ayrı hissələrə böldükdən sonra 2 ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,479 qram, 0,093 qram və 1 ədəd sellofan torbada təmiz çəkisi 50,0 qram olan hissəsini yaşadığı Şabran rayonu Məliklər kəndində yerləşən evində məişət əşyalarının saxlanıldığı otaqda qutuların içərisində, 7 ədəd kibrit qutusu və bir ədəd salfet bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,925 qram, 4,847 qram, 4,209 qram, 5,04 qram, 4,784 qram, 4,550 qram, 4,402 qram və 0,627 qram, 1 ədəd sarı rəngli sellofan torbada ümumi təmiz çəkisi 75,0 qram olan hissəsini evin yataq otağındakı döşəyin altında gizlədib, 4 bükümdə ayrı-ayrılıqd a təmiz çəkiləri 0,386 qram, 0,389 qram, 0,198 qram, 2,286 qram olmaqla ümumi təmiz çəkisi 3,259 qram olan hissəsini isə əynindəki şalvarın sol yan cibinə qoyub üzərində daşımaqla narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq saxlamış, 30 iyun 2023-cü il tarixdə Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı qeyd olunan narkotik vasitələr və “Unit” markalı elektron tərəzi yaşadığı evdə gizlətdiyi yerlərdən eləcə də üzərindən aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı bəraət almış şəxsa CM-in 234.2-ci maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ittiham a ktında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır ki, bu ifadələrin də əsasən şübhəli şəxsin tutulmasının vaxtı, səbəbi və halları barədə hissələrinin, məhkəmə iclasında araşdırılmış digər sübutlarla ziddiyyət təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 ifadəsində göstərmişdir ki, evdə axtarış aparılan zaman özünə məxsus 1 baş narkotik maddə tapılmışdır, həmin narkotik maddəni Bakı şəhərindən gələrkən 10 manata almışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq 2-3 il ərzində marixuana adlanan narkotik maddə istifadə etdiyini, lakin narkotik maddələrin satışı ilə məşğul olmadığını, tərəzinin ona məxsus olmadığını göstərmişdir. Müdafiəçisinin suallarına cavab olaraq İbrahimin onu dəmiryolunun altına çağ ıraraq, “ot tayalarımı oğurlayıblar deyəsən, birlikdə gedək baxaq” demişdir, həmin yerdə maşını saxlayarkən əvvəlcə iki nəfər onlara yaxınlaşmış və maşına baxış keçirmək istədiklərini bildirmişlər, baxış zaman maşından və üzərindən heç nə aşkar olunmamışdır, daha sonra X adında polis əməkdaşı 3 büküm gətirərək, “bunlar sənindir” demişdir. Ona 3 büküm göstərilən zaman o, etiraz etmiş və bükümlərin ona məxsus olmadığını bildirmişdir, bu zaman onu polis şöbəsinə aparmışlar. Çəkiliş zamanı həmin 3 bükümü cibinə qoymuşlar, polislərdən biri ona söyüş söyərək, təhqir edərək və hədə qorxu gələrək boynuna almalı olduğunu bildirmiş, bu zaman İbrahim də 5- 6 metr onlardan aralı olmuşdur, o da məcburi ona deyilənləri boynuna almalı olmuş, daha sonra ona evə baxış keçirilməli olmasını bildirmişlər, t əxminən 6 maşınla polis əməkdaşları onun yaşadığı evə getmişdir, Şabran rayonu, Məlikli kəndində ailəsi ilə birlikdə kirayə yaşadığını, polis əməkdaşları ona “evdəkilərə deyin bayıra çıxsınlar” dediklərini, atasının yaşadığı evlə yanbayan evdə qaldığından, uşaqların atasıgilin evinə getmişlər.Polis əməkdaşları onunla birlikdə deyil, ondan əvvəl içəri daxil olmuş, həmin vaxt otaqların işıqları sönülü vəziyyətdə olduğundan, polis əməkdaşları özləri içəri girib işıqları yandırdıqdan sonra onu çağırmışlar, o, otağa daxil olan zaman artıq yerdə tərəzi və bükümlər olmuşdur, onlar iki yerdən, yəni birini çarpayının altından, digərini isə o biri otaqdan tapdığını demişlər, o, artıq içəri girdikdə bükümləri orada gördüyünü, polis əməkdaşları həmin bükümləri, tərəzini tapdığı zaman nə o, nə də ailə üzvləri orada olmamışdır. O, bükümlərin ona aid olmadığını, yalnız qutuda olan narkotik maddənin ona aid olduğunu, 3 büküm olan narkotik vasitənin guya ona məxsus olduğunu boynuna almalı olması barədə polis əməkdaşları tərəfindən hədəqorxu gəlindiyini, bir neçə dəfə ifadə verdiyini və qorxudan hər şeyi boynuna almasını, 3 büküm narkotik vasitənin ona aid olmamsını, yalnız otağındakı siqaret qutunun içindəki narkotik vasitənin ona aid olmasını, ona aid olan narkotik vasitəni satış məqsədi üçün yox, şəxsi istifadəsi üçün otağında saxladığını, mətbəx tərəzisinin də ona aid olmamaqla, girişdə pəncərinin altından götürdüklərini bildirmişdir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq polis əməkdaşlarının ona hədə-qorxu gələrək ondan narkotik vasitələrin ona məxsus olmasını boynuna almasını tələb etdiklərini, onun da qorxduğu üçün hər şeyi boynuna aldığını və həmin vaxt onun vəkilinin kənarda dayanıb olanlara münasibət bildirmədiyini, o, dəfələrlə həmin narkotik maddənin ona aid olmadığını desə də vəkilin onu müdafə etmədiyini, o, evdə axtarış gedən zaman polis əməkdaşlarına həmin bükümdə nə olduğunu və bükümlərin açılmasını bildirsə də, heç bir reaksiya vermədiklərini göstərmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq ittihamda qeyd edilən narkotik vasitələrin birinin ona aid olmasını, qalanlarının ona məxsus olmamasını, üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmadığını, bu barədə şahidi də olduğunu, eyni zamanda evə baxış keçirilən zaman polis əməkdaşlarının ondan qabaq evə girdiklərini, ifadəsini ona oxumadıqlarını, sadəcə ona vərəqə qol çək mək lazım olduğunu dediklərini, ona görə də imza çəkdiyini, telefonların müstəntiq tərəfindən atasına təhvil verildiyini, əlləri ilə yaxasından tutub söyüş söyərək hədə-qorxu gəldiklərini, polis əməkdaşlarının nəyə görə ona şər-böhtan atdığının səbəbini bilmədiyini, qandan yox sidikdən ekspertiza müayinəsi keçdiyini və narkotik istifadəçisi olması barədə rəy verildiyini, ərazidə onun üzərinə baxış keçirilmədiyini, üzərindən heç nə çıxmadığını, evə axtarış keçirilərkən çıxan bir ədəd bükümün ona məxsus olmasını bildirmişdir. Son sözündə tamamilə təqsizsiz olduğunu, işə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan 30 iyun 2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:05-dən 01:22-yə kimi olan müddət ərzin də Şabran Rayon Polis Şöbəsinin inzibati binasında X3 üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 4 ədəd içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan kağız bükümlər, "Redmi" və "Samsung" markalı mobil telefonlar, pulqabı, "Sobranie" markalı siqaret qutusu, avtomobil açarı, 2 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 5 ədəd 5 manatlıq, 15 ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 210 manat pul, alışqan, cib dəsmalı aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 30 iyun 2023-cü il tarixdə, saat 01:05-dən 01:22yə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında X3 üzərində keçirilmiş şəxsi axtarışın "DVD" diskə köçürülmüş videogörüntüsündən görünür ki, X3 üzərində keçirilmiş şəxsi axtarış nəticəsində onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 4 ədəd içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan kağız bükümlər, "Redmi" və "Samsung" markalı mobil telefonlar, pulqabı, "Sobranie" markalı siqaret qutusu, avtomobil açarı, 2 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 1ədəd 10 manatlıq, 5 ədəd 5 manatlıq, 15 ədəd 1 manatlıq əskinaslardan ibarət ümumilikdə 210 manat pul, alışqan, cib dəsmalı aşkar edilərək götürülmüşdür. Videoçəkilişdə müstəntiq Bağırov Anara məxsus mobil telefonları istintaq zərurəti ilə əlaqədar götürdüyünü bildirmişdir. İş materiallarından görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 13:43:13-dən başlayaraq 22:51:43-ə kimi olan müddət ərz ində Bakı şəhərində olmuş, həmin tarixdə, saat 23:01:50-dən 23:02:00-a kimi olan müddət ərzində Abşeron rayonunda, həmin tarixdə saat 23:31:59-dan 23:44:14-ə kimi olan müddət ərzində Xızı rayonunda, həmin tarixdə saat 23:57:30-dan xx.xx.2023-cü il tarixdə, saat 00:18:07-ə kimi olan müddət ərzində Siyəzən rayonunda, xx.xx.2023-cü il tarixdə, saat 00:34:33-dən 00:34:41-ə kimi olan müddət ərzində Şabran şəhərinin ərazisində, xx.xx.2023-cü il tarixdə, saat 02:50:26-da Şabran rayonunun Sincanboyad kəndi ərazisində olmuşdur. Bununla yanaşı X6 ailəsi ilə birlikdə Şabran rayonunun Məliklər kəndi ərazisində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə kirayə yaşamasına və polis əməkdaşları tərəfindən həmin evə gecə saatlarında baxış keçirilməsinə baxmayaraq, X3 ailə üzvləri həmin evdə olmamışl ar. Həmçinin evə keçirilmiş baxış zamanı müvafiq videoçəkiliş tam şəkildə yox, 4 ayrı-ayrı diskə köçürülərək məhkəməyə təqdim edilmiş və həmin videolardan da görünür ki, evə baxış keçirildiyi zaman polis əməkdaşları videoçəkiliş aparmadan bəraət almış şəxsdan qabaq evin otaqlarına daxil olurlar və bundan sonra bəraət almış şəxs onu müşahidə edən polis əməkdaşları ilə birlikdə otağa daxil olduqdan sonra sözü gedən evin müvafiq yerlərindən narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X3 tərəflərindən saxlanıldığı zaman 4 (dörd) büküm narkotik vasitəni yerdən aşkar edilərək götürdüklərini, X3 ilk öncə həmin narkotik vasitənin onun olmadığını bildirməsinə baxmayaraq sonradan narkotik vasitənin onun olduğunu etiraf etdiyini bildirsələr də, Şabran Rayon Polis X1 üz ərinə baxış keçirildiyi zaman o, sözü gedən 4 (dörd) bükümü cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və narkotik vasitənin onun olduğunu bildirmişdir. İş materiallarında olan əməliyyat tədbirinin keçirilməsi barədə qərarda, nə raportda, nə də ki, əməliyyat qrupunun yaradılması haqqında əmrdə bəraət almış şəxsun narkotik vasitələrin satışı ilə məşğul olması barədə müəyyən edilməmişdir. Əksinə, məhkəmədə şahid kimi ifadə verən polis əməkdaşları bəraət almış şəxsun tutulduğu ərazidə oğurluqların artması ilə bağlı xidmətdə olduqlarını bildirmişlər. İbtidai istintaq zamanı isə şahid kimi ifadə verən polis əməkdaşları demək olar ki, nöqtə-vergülünə kimi eyni olan ifadələrində “narkotik vasitələri qanunsuz olaraq üzərində daşıması və satışı ilə bağlı etibarlı mənbədən daxil olmuş məlu mata” əsasən bəraət almış şəxsun saxlandığını bildirmişlər. xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında əmr”in birinci abzasında “X3 qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması ilə məşğul olması barədə etimad doğuran naməlum və qərəzsiz mənbədən məlumat daxil olduğu” qeyd olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, polis əməkdaşları X3 tərəflərindən saxlanıldığı zaman 04 (dörd) büküm narkotik vasitəni yerdən aşkar edilərək götürdüklərini bildirsələr də, bununla bağlı onlar tərəfindən hər-hansı bir sənədlşdirmə aparılmamış, əksinə şahidlər tərəflərindən aşkar edilərək götürülmüş 04 (dörd) büküm narkotik vasitənin aqibəti ilə bağlı məlumatlarının olmadığını və həmin narkotik vasitələrin necə X3 üzərindən aşkar edildiyini bilmədiklərini göst ərmişlər. Qeyd edilən hallar ilə yanaşı məhkəmə bioloji ekspertizası təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən X3 üzərindən aşkar edilmiş bükümlərdə olan kütlələrlə X3 yaşadığı evdən aşkar edilmiş kütlələr eyni tərkibli olub-olmaması barədə sual qoyulsa da, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/946 nömrəli ekspert rəyində bu suala münasibət bildirilməmiş və iş üzrə Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 267-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrar ekspertiza təyin edilməmiş və bu hal ilə bağlı cinayət işində hər-hansı bir əsaslandırma aparılmamışdır. Aşağı instansiya məhkəmələri bəraət almış şəxsun yaşadığı evdə axtarışın aparılmasını özündə əks etdirən videogörüntünün 4 hissədə n ibarət olması ilə bağlı qeyd etmişlər ki, hər bir halda bu və ya digər istintaq hərəkətinin aparılması haqqında mühüm prosessual sənəd hesab olunan protokolda həmin istintaq hərəkətinin keçirilməsi ilə bağlı videoçəkilişin aparılması, onun ardıcıllığı, bu zaman hər hansı səbəbdən çəkilişin dayandırılması və ya fasilələrin yaranması kimi hallar əksini tapmalı, bunların da səbəbləri həmin protokolda göstərilməlidir. Lakin bəraət almış şəxsun yaşadığı evdə axtarışın və götürmənin aparılması haqqında tərtib edilmiş 30 iyun 2023-cü il tarixli protokoldan videoçəkilişin hansı səbəblərdən 4 hissədən ibarət olması görünmür, bu isə həmin protokolun əldə olunmuş videogörüntülərlə ziddiyyət təşkil etməsinə, nəticə etibarı ilə bu halın da göstərilən istintaq hərəkətinin qanun pozuntusu ilə aparılmas ına, yəni onun nəticəsində əldə edilmiş sübutların yolverilməz olmasına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq belə nəticəyə gəlmişlər ki, bəraət almış şəxs barəsində onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamış, məhkəmə tərəfindən əməliyyat işi tələb olunsa da, məhkəməyə təqdim olunmamış, məhkəmə iclasında dindirilən polis əməkdaşları onun saxlandığı ərazidə oğurluqların çox olması səbəbi ilə xidmətdə olmalarını bildirmiş, əməliyyatçı Şahid1 bəraət almış şəxsun tutulmasında iştirak etməmiş, onun üzərindən aşkar olunduğu bildirilən 4 ədəd bükün polis əməkdaşları tərəfindən “yerdən” tapılmış, yerdən tapılan bükümlərin videoçəkilişdə necə onun üzərindən çıxdığı izah edilə bilməmiş, çəkilişdə ona məxsu s 2 ədəd mobil telefon götürülmüş, lakin sənədləşdirilməmiş, iclasda təqsirləndirilən şəxs həmin telefonların atasına qaytarıldığını bildirmiş, Şabran rayonu ərazisində 3 nəfər fərdi qaydada vəkil fəaliyyəti ilə məşğul olan vəkil olduğu halda, təqsirləndirilən şəxsə Siyəzən rayonundan müdafiəçi təyin edilmiş, həmin müdafiəçi tərəfindən müdafiə etdiyi şəxsə ümumiyyətlə heç bir yardım olunmamış, yalnız prosessual sənədləri imzalamış, təqsirləndirilən şəxsin evinə baxış keçirmək əvəzinə baxış, axtarış və götürmə aparılmış, bu barədə hətta təqsirləndirilən şəxsin ərizəsi olsa belə müstəntiq qərar qəbul etməmiş, baxış, axtarış və götürmə mümkün olan və olmayan bütün pozuntuları törətməklə aparılmış, vəkil qonaq otağında oturmuş, evdə yanlız təqsirləndirilən şəxs və çoxlu sayda polis əməkdaşları olmuş, çəkilişin özü 4 hissədən ibarət olmaqla qeyri-peşəkarlıqla aparılmış, narkotik vasitələrin tapıldığı yerlər çəkilişdən kənar qalmış, sonradan “tapıldıqca” çəkiliş aparılmışdır. Üzərində narkotik aşkar olunmuş şəxsin könüllü olaraq evində də olduğunu bildirməsi, müdafiəçisi yanında ola-ola buna razılıq verməsi, bununla da öz vəziyyətini pisləşdirməsi, yəni özünə daha ağır ittihamın irəli sürülməsinə rəvac verməsi ağlabatan və inandırıcı deyil. Hətta videoçəkiliş başlayanda təqsirləndirilən şəxs paltarların yığıldığı sellofan torbaları göstərir və narkotik vasitənin orada olduğunu bildirir, lakin oradan heç nə “aşkar” olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, X3 hazırki cinayət işi üzrə aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cin ayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət proses ini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzə rdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərini n pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsi ndən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndiri lən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X4 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X3 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təq sirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şə xslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haql ı olaraq bəraət almış şəxsun satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, h əmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X6 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-396/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-396/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver