Məhkəmə qərarları › İş №1(102)-397/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-397/2019

19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-397/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)397-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X7) Təqsirləndirilən şəxs – xx xxxxxxxx 1979-cü ildə ********* rayonunun **********kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ********** rayonunun ********* kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs 2017-ci ilin may ayında ****** rayonu ******** kəndinin inzibati ərazisində yerləşən meşədən tapdığı təmiz çəkisi 135 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib 49 ədəd kibrit qutusuna qablaşdırmaqla, beş ədədini əynində olan bənövşəyi rəngli gödəkcəsinin sol iç yan cibində və 44 ədədini əlində olan göy rəngli polietilen torbada saxlamaqla daşımış, 14 dekabr 2017-ci il tarixdə saat 10 rad ələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ************** saylı ünvanda saxlanılaraq rayon polis idarəsinin inzibati binasına gətirilmiş və hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan bənövşəyi rəngli gödəkcəsinin sol iç yan cibindən 05 ədəd kibrit qutusunda və əlindəki göy rəngli polietilen torbadakı 44 ədəd kibrit qutusunun içərisində ümumilikdə təmiz çəkisi 135 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür.. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə bax an Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə) 14 sentyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən onda aşkar olunmuş narkotik vasitəni tapdığını kibrit qutularına qablaşdırmağını nəzərə almamışdır. İzahatlarında da göstərmişdir ki, narkotik vasitəsini öz şəxsi istifadə üçün saxlamışdır. Bundan başqa ailəlidi r, 3 az yaşlı uşağı var. Valideynləri rəhmətə getmişdir. Ailənin yeganə qazanc gətirəndir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq i məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cina yət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən onda aşkar olunmuş narkotik vasitəni tapdığını kibrit qutularına qablaşdırmağını nəzərə almamışdır. İzahatlarında da göstərmişdir ki, narkotik vasitəsini öz şəxsi istifadə üçün saxlamışdır. Ailəlidir, 3 az yaşlı uşağı var. Valideynləri rəhmətə getmişdir. Ailənin yeganə qazanc gətirəndir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs *********** rayonunun *********** kəndində anadan olmaqla orada yaşamış və heç bir yerdə işləmir. 14 dekabr 2017-ci il tar ixdə saat 10 radələrində ünvan 1 ünvanda Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis idarəsinin inzibati binasına gətirilmiş və hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan gödəkcəsinin sol iç yan cibindən 05 ədəd kibrit qutusunda və əlindəki göy rəngli polietilen torbadakı 44 ədəd kibrit qutusunun içərisində ümumilikdə təmiz çəkisi 135 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının q anunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən raz ılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs gödəkcəsinin sol iç yan cibindən 05 ədəd kibrit qutusunda və əlindəki göy rəngli polietilen torbadakı 44 ədəd kibrit qutusunun içərisində ümumilikdə təmiz çəkisi 135 qram qurudulmuş marixuana aşkar olunması plenum qərarının istinad edilən izahlarında göstərilən satış məqsədinin olmasına uyğun gələn haldır. Təqsirləndirilən şəxs *********** rayonunun *********** kəndində yaşadığı halda həmin narkotik vasitələri üzərində və torbada 14 dekabr 2017-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanda daşıması da satış məqsədinə dəlalət edən haldır. Ona görə də həmin narkotik vasit ələri öz şəxsi istifadəsi üçün əldə edib daşıması barədə Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilmir. Cəza təyini barədə məsələni həll edərkən də birinci instansiya məhkəməsi məhkumun cəzasını yüngülləşdirən halları, o cümlədən kassasiya şikayətində göstərilən ailəsinin həyat şəraitinə dəlalət edən halları və Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş digər halları nəzərə alaraq, CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə cavab verən, məhkumun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nisbətən aşağı həddində cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini xarakterizə edən hal onun 49 ədəd kibrit qutusunun içərisində ümumilikdə təmiz çəkisi 135 qram qurudulmuş marixuana narkotik vasitələrini satış məqsədi ilə əldə edib Bakə şəhərində gəzdirməsidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadl ıqdan məhrum etmə cəzanı yüngülləşdirən hallarla yanaşı, cinayətin ictimai təhlükəlilik dərəcəsinə də uyğun olmaqla, məhkumun islah edilməsi və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etdiyindən cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlilləri də təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı gedişində cinayət və cinayət-prosessuaı qanunların pozulması halları, məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlillərinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarının ləğv edil məsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar