Məhkəmə qərarları › İş №1(102)-397/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-397/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-397/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, zərərçəkmiş şəxs x1 hüquqi varisi x2 iştirakları ilə, Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs x1 hüquqi varisi x2 və məhkumun müdafiəçisi- vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Neftçala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X5) Məhkum- xx.xx.1967-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 26 3.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 2 (iki) ay müddətə, CM-nin 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə, üzərində qəti cəza olaraq, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi və cəzasının əvvəlinin xx xxxxx 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona gör ə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində Salyan-Neftçala avtomobil yolunun ünvan 1-də sürücülük hüququ qüvvədə olmaqla ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus “Opel Astra” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, qanunun həmin maddəsinin tələblərini pozmuş, idarə etdiyi avtomobillə yüngül dərəcəli sərxoşluq vəziyyətində olan piyada-x1 vuraraq sonuncunun “başın s ağ gicgah nahiyəsinin hematoması, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə əsası sümüklərinin qapalı sınıqları, sağ döş boşluğuna qansızma, sağ ağ ciyərin zədələnməsi, sağ 4-5-6-cı qabırğaların yerdəyişən sınıqları, alt çənə sümüyünün, sağ və sol bazunun, sağ və sol budun qapalı sınıqları, hər iki gözaltı nahiyənin, boyunun ön səthinin qançırları, döş qəfəsinin ön sağ nahiyəsinin qançırı” kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almasına, aldığı travmalardan sonra beyin toxumasının əzilməsi, beyin mədəciklərinə qansızmalar, kəllə əsası sümüklərinin sınıqları nəticəsində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra o “Yol hərəkəti ha qqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət edərək hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərib müvafiq orqanlara xəbər verməli olduğu halda, qanunun həmin maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Hökmdən zərərçəkmiş şəxs x1 hüquqi varisi x2 və məhkumun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından z ərərçəkmiş şəxs x1 hüquqi varisi x2 və məhkumun müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs x1 hüquqi varisi x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum onun gənc oğlunu öldürməklə yanaşı, onu köməksiz vəziyyətindən istifadə edərək sürüyərək yolun kənarına ataraq heç bir köməklik göstərməmişdir. Məhkum cinayət törədərkən sərxoş vəziyyətdə olub, cinayət törətdikdən sonra zərərçəkmiş şəxsə kömək göstərməmiş və hadisə yerindən qaçmışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi-vəkil Müdafiəçi isə kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi Məhkum cəza təyin edilərkən məhkəmələr tərəfindən onun təqsirini etiraf etməsini, səmimi peşimançılıq keçirməyini, himayəsində bir azyaşlı qızının olmasını, övladının xəstə olmasını, cəmiyyətdə yüksək xarakterizə olunmasını və digər yüngülləşdirici halların nəzərə almaqla Məhkum cəzasını yüngülləşdirərək CM-nin 62-ci maddəsinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun n əticəyə gəlmişdir. Zərərçəkmiş şəxs x1 hüquqi varisi x2 kassasiya şikayətində hadisə zamanı Məhkum sərxoş olmasını, hadisədən sonra oğlunu sürüyərək yolun kənarına ataraq heç bir köməklik göstərmədən hadisə yerindən qaçmasını bildirərək məhkumun cəzasının dahada ağırlaşdırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya məhkəməsi qərar qəbul edərkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertiza rəyləri, həmçinin iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə Məhkum əməlini dü zgün olaraq CM-nin 263.2 və 264-cü maddələrinə tövsif etmişdir. Cinayət işinin materiallarında olan sərxoşluq hallarının təyin edilməsi barədə xx xxxxx 2019-cu il tarixli tibbi müayinə protokolundan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə saat 03:43 radələrində yoxlanma zamanı Məhkum ayıq olmuş, sərxoşluq müəyyən edilməmiş, hadisədən sonra zərərçəkmiş şəxsin sürüdürülərək yolun kənarında atılması halı müəyyən edilməmiş və hadisə yerinə baxış zamanı da belə hala dəlalət edən izlər və digər sübutlar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində kassasiya şikayətində göstərdiyi hallarla, o cümlədən hadisədən sonra zərərçəkmiş şəxsin sürüdürülərək yolun kənarına atılması halı barədə ifadə verməmişdir. Ona görə də zərərçə kmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir və təmin edilməməlidir. Məhkumun müdafiəçisi-vəkil Müdafiəçi isə kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi Məhkum cəza təyin edilərkən məhkəmələr tərəfindən onun təqsirini etiraf etməsini, səmimi peşimançılıq keçirməyini, himayəsində bir azyaşlı qızının olmasını, övladının xəstə olmasını, cəmiyyətdə yüksək xarakterizə olunmasını və digər yüngülləşdirici halların nəzərə almaqla Məhkum cəzasını yüngülləşdirərək CM-nin 62-ci maddəsinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən iş üzrə bütün yüngülləşdirici hallar nəzərə alınmış, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəz asını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Beləliklə cinayət işinin materiallarından, Məhkum barəsində Azərbaycan Respubl ikası CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə daha yüngül cəza təyin edilməsi üçün hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın ş əxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini kifayət qədər nəzərə almış və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olub-olmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini müzakirə edərək cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, iş materialları ilə müəyyən olunmuş faktiki və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun qərar qəbul etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi nin qərarı ilə düzgün olaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətlərləri təmin edilməsin. Məhkumnun Azərbaycan Respublikası CM-nin CM-nin 263.2-ci və 264-cü maddələri ilə ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cum il tarixli qərarı zərərçəkmiş şəxs x1 hüquqi varisi x2 və məhkumun müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar