Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-397/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X5 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Astara Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddəl əri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Astara Rayon Məhkəməsinin (hakimlər: X1) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxx 1981-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, satıcı işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Digah kəndində kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci m addəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin xx xxxxxxx 2019-cu il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: X12 (sədrlik edən), X14 və X4 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx xxx 2019-cu ildə İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edən, üzərində «F/M40» nişanəsi olan 1 həb və üzərində «F/M20 » nişanəsi olan 1 həb olmaqla, 2 həb metadonu əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək hərəsində 1 ədəd olmaqla iki bükümə qablaşdırıb boynundan asdığı parçadan olan eynək qabının içərisində gizlədərək daşımış və həmin tarixdə saat 17 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük nəzarətindən keçərkən özünü şübhəli apardığına görə şəxsi yoxlama aparılması üçün yoxlama otağına aparılarkən narkotik vasitəni gizlətdiyi yerdən çıxarıb yoxlama otağında olan seyfin üzərinə atarkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Astara Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi hökm üzrə nəticələr gələrkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin halları araşdırılmadan qanunsuz hökm qəbul edilmişdir. Astara Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü sübutlara uyğunlaşdırılmalı olduğu halda, məhkəmə sübutları hökmə uyğunlaşdırılmışdır. Belə ki, X6 ifadəsi təhrif edilmiş və eyni zamanda t am qeyd edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən hal şahidləri X16 ilə X2 ifadəsi ziddiyyətli olmasına baxmayaraq, məhkəmə hökmünün 4-cü səhifəsinin 1-ci abzasında eyni məzmunlu ifadə verdiyi qeyd edilərək, X13 “qorumağa ” çalışmışdır. Bundan başqa birinci instansiya məhkəməsi işə baxarkən prosessual pozuntulara yol vermiş, təqdim olunmuş vəsatətlərə nəzər yetirilməmişdir. İbtidai və məhkəmə istintaqı dövründə dəfələrlə ifadələrin yerində yoxlanmasına dair vəsatət verilsə də, nə müstəntiq nə də ki hakim bu vəsatəti təmin etməmişdir. Obyektiv və hər tərəfli araşdırmanın qarşısını almışdır. Müdafiəçi qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və məhkuma bəraət verilməsi nə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillər indən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə topla nmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci və apelyasiya instansiyası məhkəmələrində şahid qismində dindirilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda böyük inspektoru X10 ifadələrində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə iş bölgüsünə əsasən piyada xəttində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat 17 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn, şəxsiyyəti sonradan ona məlum olan, Azərbaycan Respublikası vətəndaşı Məhkum diqqətini çəkmişdir. Hiss etmişdir ki, özünü şübhəli aparır, elə bil üzərində nəsə gizlətmişdir. Onunla şifahi sorğu-sual edərək üzərində və əl yüklərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmetin olub-olmadığını soruşmuş və Məhkum öz növbəsində bildirmişdir ki, üzərində və əl yüklərində qadağan olunmuş heç bir predmet yoxdur. Bundan sonra onun üzərində şəxsi yoxlama aparmaq mə qsədi ilə yoxlama xəttində olan inzibati otağa dəvət etmiş, şəxsi yoxlama otağına daxil olarkən Məhkum boynuna keçirtdiyi açıq sarı rəngli parça materialdan olan eynək qabının içərisində gizlətdiyi şəffaf rəngli sellofana bükülmüş iki ədəd bükümü gizlətdiyi yerdən çıxararaq otaqda olan seyfin üzərinə atmışdır. Məhkum şəffaf rəngli sellofana bükülmüş iki ədəd bükümü seyfin üzərinə atarkən bunu görmuş və qanunvericiliyin tələblərinə müvafiq olaraq dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə həmin bükümlər atıldığı yerdən götürürərək baxış keçirilmişdir. Həmin bükümlərə baxış zamanı bir ədəd bükümdə bir ədəd qəhvəyi rəngli, birxətli, yumru formalı, üzərində “F/M40” yazısı olan həb, digər bükümdə isə bir ədəd qəhvəyi rəngli, birxətli, yumru formalı, üzərində “ddp/M20” yazısı olan həb ol duğu məlum olmuşdur. Daha sonra Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən Məhkum üzərində şəxsi yoxlama aparılmış, həmçinin onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, Astara Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Şəxsi yoxlama zamanı onun üzərindən həmçinin xəstəxanada rentgenoloji müayinə nəticəsində onun daxili orqanlarında qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Məhkum şəxsi yoxlama otağında çıxararaq atdığı iki ədəd bükümdə olan həblər götürülmüş, X9 Gömrük Postunda yerləşən xidməti otağına gətirilərək qablaşdırılaraq möhürlənmiş və bu barədə tərtib olunmuş protokol Məhkum istisna olmaqla, digər iştirakçılar tərəfindən imzalanmışdır İş materiallarında olan Cənub Ərazi Baş Gömrük İdarəsinin « Astara» gömrük postunda tərtib edilmiş xx xxx 2019-cu il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük postunda yoxlama otağına dəvət olunmuş Məhkum gömrük postunun böyük inspektoru Samir Balışovun yanında boynundan asdığı bir ədəd parça eynək qabından iki ədəd büküm çıxararaq otaqda olan seyfin üzərinə atmış, daha sonra hal şahidlərinin iştirakı ilə həmin bükümlərə keçirilmiş baxış zamanı müəyyən olmuşdur ki, bükümlərdə iki ədəd üzərində «F/M40» və «ddp/M20» sözləri yazılmış həblər aşkar edilərək götürülmüşdür Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxx 2019-cu il tarixli, 11634 №-li nömrəli arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: tədqiqata təqdim edilmiş №203470 zərfdə içərisində: bir bükümdə qəhvəyi rəngli üzərində F/M40 yazısı olan və bir bükümdə qəhvəyi rəngli, üzərində F/M-20 yazısı olan həblər metadon adlı dərman preparatıdır. Təsiredici maddəsinin miqdarı 1 ədədinin 40 mq, o birisinin 20 mq, ümumi – 60 mq (0,06 qram) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzininxx xxxx 2019-cu il tarixli 1322 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində məlum olur ki, müayinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmü şdür. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi əvvəllər bir-birini tanımayan, aralarında heç bir münasibət olmayan Məhkum və gömrük əməkdaşı Sənan Balışovun ifadələri arasındakı iş üzrə mühüm əhəmiyyətə malik hallara dair ziddiyyətlərə işin bütün faktiki halları ilə əlaqəli şəkildə müqayisə edib, narkomaniya xəstəliyindən əzab çəkən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan Məhkum ifadəsinin inandırıcı və həqiqətə uyğun olmadığı qənaətinə gəlməklə, sübut kimi qəbul etməməklə əsaslı nəticəyə gəlmişdir.. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cina yətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyə n edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərar
Məhkəmə qərarları › İş №1(102)-397/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-397/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver