Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-397/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakim Rəfayil Əliyev) Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Qəfərli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəz asını ümumi rejimli cəzaçəkmə müsəssisəsində çəkməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində, istintaqla müəyyən edilmiş mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində 05 may 2021-ci il t arixdə saat 21:35 radələrində Biləsuvar rayonunun Bəydili kəndi ərazisində, tanışı X5 məxsus olan və özünün idarə etdiyi “Ford” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxsi kimi saxlanılaraq Biləsuvar rayon Polis Şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən 0,18 qram çəkidə olan həmin narkotik vasitə heroin “Rothmands” əmtəə nişanlı siqaret qutusunun içərisində bir bükümdə olmaqla, əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Ba ğırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 20 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq olunmaqla o, təyin edilmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətində hissəsindən azad edilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgə r Əli İskəndər oğlundan ibarət tərkibdə) 29 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı isə ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya şikayətinə əsasən işə növbəti dəfə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 23 avqust 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, CM-nin 69.3-cü maddəsinə əs asən, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) ay müddətə azadlıdan məhrum etmə cəzasının çəkilmiş 2 (iki) ay 1 (bir) gündən ibarət olan hissəsi təyin edilmiş cəzadan çıxılmaqla çəkilməmiş azadlıqdan məhrum etmə cəzasının qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə hissəsi 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Təqsirlən dirilən şəxs cəza edərkən cinayət qanununun normalarını düzgün tətbiq etməmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Ali Məhkəmə Plenumunun qərarlarındakı tövsiyələr nəzərə alınmamış, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətinə əhəmiyyət verilməmiş, həmçinin cəzaya təsir edə biləcək bütün hallar araşdırılmamışdır. Bununla da məhkəmə onun Təqsirləndirilən şəxs gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, ona təin edilmiş ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, məhkumun islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop m addələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də, apellyasiya intansiyası məhkəməsinin Təqsirləndirilən şəxs birinci intansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etməsi tamamilə əsassız olmuşdur. Bundan başqa, kassasiya protestinin müəllifi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyin edərkən də səhvə yol vermiş, həmin maddəyə əsasən ona birinci instansiya məhkəməsi tərəfindən CM-nin 234.1-ci ma ddəsi ilə təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 2 ay 1 gündən ibarət olan hissəsi təyin edilmiş cəzadan çıxıb cəzasının çəkilməmiş qalan 3 ay 27 gün hissəsini 7 ay 24 gün müddətə azadlığın məhdudlaşdırlması cəzası ilə əvəz etməklə cinayət qanunu normalarının tətbiqində səhvə yol vermişdir. CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən, şəxsə cəza təyin edildikdən sonra həbsdə saxlamanın müddəti məhkum olunmuş şəxsə təyin edilmiş cəzadan çıxılır. Hazırki iş üzrə isə apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını əvvəlcə müəyyən müddətə azadlığın məhdudlaşdırlması cəzası ilə əvəz etməli, daha sonra CM-nin 69.3-cü maddəsinə əsasən onun çəkdiyi 2 ay 1 gün müddətə azadlıqdan məhrum etmə cəzasını (həbsdə olduğu müddəti) CM-nin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablamaqla təyin edilmiş azadlığın məhdudlaşdırlması cəzasından çıxmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırlması cəzası saxlamalı idi. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasınının çəkilməmiş qalan hissəsini azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etməsi qanunvericiliyin tələblərinə tamamilə zidd olmuşdur. Beləliklə, kassasiya protestinin müəllifi qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarının ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kssasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun barəsində cəza təin edilərkən onun törətdiyi cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasını, habelə cinayət qanunu normalarının tələblərinin pozulmasını iddia edərək bu əsaslarla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini Azərbaycan Respublikası Ciqayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.21ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 -cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə, təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olu nub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya protestinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmir və məhkəmə kollegiyası da bu məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələrlə razılaşaraq həmin məsələləri hazırki qərarda müzakirə edilməsinə ehtiyac görmür. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni, məhkum Təqsirl əndirilən şəxs ifadəsi ilə yanaşı şahidlərin ifadələrinə, iş üzrə keçirilmiş müxtəlif məhkəmə ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş və onun bu əməlini CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir əsaslandırma aparılmadan Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsi iddia olunur və bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Digər tərəfdən o da vurğulanmalıdır ki, cinayət törətmiş şəxs haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tətbirin tətbiqi zamanı işin müəyyən edilmiş faktiki halları ilə yanaşı cinayət törətmiş şəxsi səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə törədilmiş cinayətin ictimai təhlükəliliyinə bu və ya digər şəkildə təsir göstərən hallar nəzərə alınmalıdır. Belə hallar müəyyən edilmədən, onlar araşdırılmış sübutlar əsasında təsdiq edilmədən, həmin sübutlar qiymətləndirilmədən təyin olunmuş cəza qanuni və ədalətli hesab edilə bilməz. Eyni zamanda, məhkum olunmuş şəxs barəsində seçilmiş cəza tədbirinin apellyasiya və ya kassasiya qaydasında dəyişdirilməsi (yüngülləşdirilməsi və ya ağırlaşdırılması) barədə qərar da müvafiq sübu tların məcmusuna əsasən qəbul edilməli və qanunvericiliyin müəyyən etdiyi kimi, əsaslandırılmalı və sual doğurmamalıdır. Bu qənaət cinayət və cinayət-prosessual qanunvericilikləri normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi qərarlarda əksini tapmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kim i, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və o nun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.161.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəf li və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması təl əbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə hər hansı şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, hər hansı məsələ, o cümlədən cinayət törətmiş şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsi üzrə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, hə qiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkarın barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli tə yin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan R espublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxı mından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məh kəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib eyni zamanda cinayət işinin materiallarına da müraciət etməyi zəruri bilir. İş materialları ilə isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqla müəyyən edilmiş mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan 0,18 qram çəkidə heroini əldə edib, özündə saxlayaraq daşımışdır. Göründüyü kimi, məhkumun törətdiyi bu əməl narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid olan cinayət kimi qiymətləndirilərək CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasına əsasən isə, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının giriş hissəsində qeyd olunmuşdur ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Həmin Qərara əsasən məhkəmələr narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkə n CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Birinci instansiyası məhkəməsinin hökmündən göründüyü kimi, həmin məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən sonuncunun əməlindən səmimi peşiman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onu cəzasını yüngülləşdirən hal qismində nəzərə almış, həmçinin iş üzrə cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, işin hallarından və qanunvericiliyinin tələblərindən çıxış edərək ona qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Həmin hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bundan əvvəlki qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində isə «8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq olunmaqla o, cəzasının çəkilməməmiş hissəsindən azad edilmişdir. Həmin qərardan verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxa n apellyasiya instansiyası məhkəməsi isə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ondan aşkar edilmiş narkotik vasitə heroinin 0,18 qram olmaqla şəxsi istehlak miqdarından cüzi artıq olmasını və 2 aydan çox müddət ərzində azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq, onun cəzasının çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə şəxsi istehlak miqdarı kimi qəbul edilə bilən miqdardan az miqdarda çox olmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilm əsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs aşkar edilən heroinin miqdarı isə 0,18 qram olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, birinci instansiya məhkəməsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsinin həlli zamanı Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulan daha yüngül növdə olan azadlığın məhdudlaşdırılması cəzası təyin etməməsini əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğunu nəzərə alaraq, Təqsirləndiril ən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının işin hallarına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab etmişdir. Lakin, kassasiya protestinin dəlillərini işin halları ilə müqayisəli şəkildə təhlil edən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayət qanununun normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun şərhləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının tövsiyələri nəzərə alınmamış və məhkəmə tərəfindən məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilməməsinə baxmayaraq, törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasını, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bunun cəza təyini zamanı həmin halın nəzərə alınmadığını qeyd edir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla, cəzanın sosial ədalətin bərpası, islahedici və cinayətlərin qarşısını almaq məqsədlərinə xidmət etmədiyindən qənaətbəxş hesab edilə bilməz. Həmçinin, apellyasiya instansiyası məhkəməsi məhkum olunmuş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının açıqaşkar ağır olmasını da hansı sübutlara əs asən müəyyən etməsini öz qərarında heç cür əsaslandırmamışdır. Halbuki, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CPM-nin 139.0.5-ci maddələrinin tələblərinə uyğun olaraq özünün araşdırdığı sübutlara əsasən, onun əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan və əlavə sübutlar tələb etmədən baxarkən cəza təyininə təsir edə bilən hər hansı bir yeni hal müəyyən etməmiş, belə halı təsdiq edən sübutları araşdırmamış və onlara istinad etməmişdir. Halbuki, CPM-nin 139.0.5-ci maddəsinin müddəaları cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşd irən və ağırlaşdıran halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayət qanunu normalarının tələblərinin pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarından göründüyü kimi, məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 2 (iki) ay 1 (bir) gündən ibarət olan hissəsini təyin edilmiş cəzadan çıxmaqla çəkilməmiş cəzanın qalan 3 (üç) ay 27 (iyirmi yeddi) gün hissəsini 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəz ası ilə əvəz etmiş, bununla da CM-nin 69.3-cü maddəsinin tətbiqində səhvə yol vermişdir. Halbuki, CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət qanunun bu normasının mənasına görə, şəxsə bu və ya digər maddə əsasında və ya cinayətlərin, habelə hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə, və ya intizam xarakterli hərbi hissədə saxlama və ya azadlığın məhdudlaşdırılması, y axud da hərbi xidmət üzrə məhdudlaşdırma növündə qəti cəza təyin edildikdən sonra onun hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti bu normada göstərilmiş qaydada təyin olunmuş cəzaya hesablanır. Yəni ilk növbədə şəxsə bu və ya digər növdə cəza təyin edilir, həmin cəzanın qəti müddəti müəyyyən olunur və yalnız bundan sonra CM-nin 69.3-cü maddəsində göstərilən qaydalar tətbiq edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsinin məqsədə müvafiq olması barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk növbədə ona həmin cəza təyin edilməklə onun müddəti müəyyən olunmalı və bundan sonra CM-nin 69.3-cü maddəsinə əsasən onun çəkdiyi 2 ( iki) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasını müddətinin (həbsdə olduğu müddət) bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablamaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxaraq üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlamalı idi. Beləliklə, apellyasiya instansiyası məhkəməsi məhkumun çəkmiş olduğu azadlıqdan məhrum etmə cəzasını təyin edilmiş ümumi cəzadan çıxmaqla cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edərək maddi hüquq normasını düzgün tətbiq etməməklə yanaşı prosessual normaların tələblərinin pozulmasına yol vermişdir. Belə ki, CPM-nin 509.1.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs cəzanın çəkilməmiş hissəsinin daha yü ngül cəza ilə əvəz edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi məsələsi cinayət işinə mahiyyəti üzrə baxılarkən deyil, hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat zamanı həll edilməli olan məsələdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə qiymətləndirməsi ilə (faktiki isə - qiymətləndirməməsi) heç cür razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya şikayətinə məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı yüngülləşdirmək məqsədi güdən, lakin cəzanın yüngülləşdirilməsinə əsas ola bilən heç bir hal müəyyən etməyən və eyni zamanda cinayət və cinayət-prosessual qanunvericilikləri normalarının tətbiq ində səhvə yol verən apellyasiya instansiyası düzgün hüquqi nəticəyə gəlməmişdir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilərkən CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edib bu pozuntunu məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi görür və buna görə də, həmin protestin təmin edilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi barədə isə məhkum Təqsirləndirilən şəxs çıxışlarını dinləyərək belə hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Təqsirləndirilən şəxs CM -nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022ci il tarixli qərarı ləğv edilməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-397/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-397/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver