Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-397/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs Xun iştirakları ilə, xx xxx 1981-ci ildə Xaçmaz rayonu Köhnə-Xudat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olan, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində qeydiyyatda olmaqla faktiki olaraq X-də faktiki yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli, 1(105)-394/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Layıc Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(124)-256/2024 nömrəli hökmü ilə (hakimlər F.Hümbətov (sədrlik edən), H.Əliyev və A.Rzayeva) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 04 (dörd) il müdd ətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmış, Məhkum cinayətlərin məcmusu üzrə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza Məhkum Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancının 20 faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası ilə Cinayət Məcəlləsinin 66.5, 68.1.3-cü maddələrinə əsasən (4 günə 1 gün hesabı ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla) qismən toplanılmış və ona 06 (altı) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu və çəkdiyi cəza ümumilikdə 01 (bir) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 06 (altı) il 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə görə baraət verilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), A.İ.İsmayılov və R.Ə.Ağayev) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarından müdafiəçi Layıc Aqil Tacir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittiham görə o, ödənilməmiş məhkumluğu olmasına baxmayaraq islah olunmayaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmiş, habelə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmiş, həmçinin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 analarının 2010cu ildə qətlə yetirilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə cinayəti törətmiş şəxs (şəxslərin) müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün sosial şəbəkələr v asitəsi ilə istintaq orqanına təsir göstərəcəyinə dair yalandan vəd verib onları aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ona olan inamından və aralarında yaranmış etibarlı münasibətdən sui-istifadə etməklə 2019-cu ilin mart ayından 2020-ci ilin yanvar ayını əhatə edən müddət ərzində ünvan 1 ünvanında yerləşən Xaçmaz bazarında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 ümumilikdə xeyli miqdarda 6.500 (altı min beş yüz) manat məbləğində pulunu, 2020-ci ilin avqust ayından 2021-ci ilin aprel ayını əhatə edən müddət ərzində ünvan 1 ünvanında yerləşən Xaçmaz bazarında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə 3.500 (üç min beş yüz) manat məb ləğində pulunu cəmi 10.000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 kürəkəni X5 təsisçisi olduğu "xxxx" MMC tikinti şirkəti tərəfindən tikinti işləri aparılan zaman yolların yararsız vəziyyətə salınması barədə vətəndaşların şikayətini işıqlandırmaq, bununla bağlı məqalə dərc etmək, veriliş hazırlamaq və bu haqda həqiqətə uyğun olmayan məlumatları sosial şəbəkədə yerləşdirməklə kürəkəni Məhəmməd Musayevin ləkələnəcəyi ilə hədələyib 200 manat pul tələb etmiş, Zərərçəkmi ş şəxs4 deyilənləri real və həyata keçirilə bilən.hədə kimi qəbul etdiyindən kürəkəni Məhəmməd Musayevin əsl həqiqətdə yolları yararsız' vəziyyətə salmadığını bilsə də, bu həqiqətə uyğun olmayan məlumatlar sosial şəbəkədə yerləşdiriləcəyi halda Məhəmməd Musayevin rüsvay olacağından ehtiyat etdiyi üçün 80 manat pul verə biləcəyini bildirdiyindən, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs4 ünvan 4 ünvanında yerləşən ofisində hissə-hissə olmaqla sonuncunun ümumilikdə 80 manat pulunu hədə- qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan əlavə, o, təkrarən Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Zərərçəkmiş şə xs3 "Yeni Azərbaycan Partiyası"nın Xaçmaz. Rayon Təşkilatının sədri vəzifəsində işləyən atası X2 Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunacağı barədə həqiqətə uyğun olmayan məlumatları sosial şəbəkədə yerləşdirməklə həmin məlumatın sosial şəbəkələrdə geniş yayılacağı ilə hədələyib 100 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs3 deyilənləri real və həyata keçirilə bilən hədə kimi qəbul.etdiyindən əsl həqiqətdə atası X2 Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmayacağını bilsə də, bu həqiqətə uyğun olmayan məlumatlar sosial şəbəkələrdə geniş yayılacağı halda atası Məhəmməd Musayevin təkəbbürlü və iddialı insan olması barədə cəmiyyətdə mənfi fikir formalaşdırılmaqla rüsvay olacağından ehtiyat etdiyi üçün pul verməyə razılıq verdiyindən, 2022-ci ilin yay aylarının axırlarında Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yanında yerləşən çayxanada Zərərçəkmiş şəxs3 100 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, 15 dekabr 2022-ci il tarixdə saat 12-13 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən "Şimal mall’’ ticarət mərkəzinin yaxınlığında Bakı prospekti ilə Əliağa Vahid küçələrinin kəsişməsində tanışı Şahid3 idarə etdiyi «Vaz 21074» markalı, **BH-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə olarkən həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mersedes» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun əyləşdiyi «X» markalı avtomobilə toxunub getməsini bəhanə edərək avtomobildən düşüb Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilə yaxınlaşaraq sonuncu ilə mübahis ə etməklə özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 qəsdən yumruq və təpik zərbələri endirməklə sonuncuya «boyunun sağ tərəfinin qançırı, ənsə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi» kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, daha sonra onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 saçından dartar aq bədən nahiyəsinə qəsdən yumruq zərbələri endirməklə, sonuncuya «sol təpə nahiyəsinin hematoması, döş qəfəsinin sağ-ön tərəfinin qançırı» kimi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə, yaxın qohumların gözü qarşısında hər ikisinə, yəni Zərərçəkmiş şəxs2 və sonuncunun anası Zərərçəkmiş şəxs1 xüsusi ağrılar yetirdiyini dərk edib, bunları arzulayaraq, ətrafdakı vətəndaşların çağırış və xəbərdarlıqlarına məhəl qoymayaraq bu hərəkətlərini təxminən 15- 20 dəqiqə ərzində davam etdirməklə qeyd olunan küçələrin kəsişməsindən keçən avtomobillərin normal fəaliyyətini və orada olan şəhər sakinlərinin rahatlığını pozaraq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqc a hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrinin yekun qənaətinə görə Məhkum CMnin 182.2.1 və 182.2.2-ci maddələri ilə verilmiş ittiham sübuta yetməmiş, sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Layıc Aqil Tacir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda sonuncu qeyd olunan m addə ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmələrin gəldiyi yanlış nəticə yalnız zərərçəkmiş şəxsin yalan və ziddiyyəti ifadələrinə əsaslanır, əslində Məhkum heç kimi aldatmaq niyyəti olmamış, zərərçəkmiş şəxslə olan “whatsapp” yazışmalarının isə hazırkı işə heç bir aidiyyəti olmamışdır. Kassasiya şikayətinin müəllifi iddia edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində xuliqanlıq cinayətin tərkib əlamətləri də yoxdur. Belə ki, dava zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində baş vermiş, davanı zərərçəkmiş şəxslər başlamışdır. Verilən ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında ona sübuta yetirilməmiş, bu isə məhkəmələr tərəfindən işə baxılarkən CPM-nin 146-cı maddəsinin tələblərinə riayət olunmadığına dəlalət edir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini, həmçinin onun əməlinin CM-nin 221.2.2-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif etməklə, yeni qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Layıc Aqil Tacir oğlu kassasiya şikayəti ndə məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını qeyd edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi və ona CM-in 128-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi, həmçinin Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və ona CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya q aydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlə rinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndir ilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməlində cinayət tərkibinin əlamətlərinin olmaması, əməlinin düzgün tövsif olanmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən onun müdafiəçin iştirakı ilə ibtidai istintaqda verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin və şa hidlərin ifadələri, sənədlər, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum c inayət əməllərinin faktiki məzmunu, onun əməllərinin Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə tövsif edilməsi, sonuncunun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə və bu maddələrdə göstərilən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarı nın ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı və Zərərçəkmiş şəxs5 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2024-cü il tarixli, 1(105)-394/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Layıc Aqil Tac ir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 iyun 2024-cü il tarixli, 1(105)-394/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-397/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-397/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver