Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-398/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızının iştirakları ilə xx xxxxxxxx 1969-cu ildə İran İslam Respublikası ****** şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış,Gömrük Hospitalında həkim kosmetoloq-terapevt işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan ********* rayonu, *********************** də yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 2001.2.1, 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, xx xxxxxxxx 1970-ci ildə anadan olmuş, İran İslam Respublikası Moghan Germi şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkum olunmamış, İran İslam Respublikasının “***********” şirkətində sürücü işləmiş, Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydiyyatda olan və yaşamış X8 Azərbaycan Respublikası CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1 və 206.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il ta rixli qərarından məhkum Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və X1 müdafiəçisi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: A.İ.Paşayev (sədrlik edən), İ.X.Həsənzadə və Ə.Q.Quliyev) Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutma və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məh rum etmə cəzasına, CM-nin 206.3.2-ci maddəsi ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutma və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, tutularaq saxlandığı 02 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutma və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 22 may 2018-ci ildən hesablanması hökm edilmişdir. X16 - Azərbaycan Respublikası CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 02 (iki) il müddətə, CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəza sı saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 22 may 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), V.M.Ağayev və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsa sən, həmin cəza hökmlə təqsirli bilindiyi CM-nin 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarının tibb sahəsində rəhbər vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 02 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və ibtidai həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutma q və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X11 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, həmin cəza hökmlə təqsirli bilindiyi CM-nin 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə ona təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, onun üz ərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutmaq və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikasının ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda qeyd edilən qanunun bu tələbini pozaraq 2017-ci ildə şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə cəmi 1740 manat dəyərində, o cümlədən 29 ədəd qutusuz və qablaşmasının üzərində etiketi, istehsalçısı, seriyası, saxlanma şəraiti, tərkibi və dozası göstərilməyən plastik, alüminium və rezin qapaqlı şəffaf şüşə flakonlarda olan tərkibi "Canitox (botulinum toxin type A)" dərman preparatların tərkibləri ilə eyni olan və insan orqanizmi üçün təhlükə daşıyan müvafiq qaydada məhv olunması zəruri olan, biləbilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən və mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini satış üçün idxal edib kosmetoloji xidmət göstərdiyi ünvan 3 ünvandakı X21 X7 pasientlərə inyeksiya edib satması məqsədilə yaşadığı Nərimanov rayonu Xan Şuşiniski küçəsi ev 73 mənzil 35-də saxlamış v ə dərman vasitələrinin xeyli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında dərman preparatlarının satışı ilə məşğul olma üçün iran vətəndaşı X16 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə 2018-ci ilin fevral ayında qabaqcadan əlbir olan bir qrup şəxs halında, istintaqa məlum olmayan şəxsin vasitəsilə 18.730 manat dəyərində dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini sifariş vermiş, əldə olunmuş cinayətkar sövdələşmə və ümumi cinayətkar niyyətə uyğun olaraq X16 tərəfindən həmin mallar irandan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirildikdən sonra, onları Bakı şəhərində əldə edəcəyini razılaşdırmaqla, 2018-ci ilin fevral ayında sonuncunun Tehran-Bakı-Tehran marşru tu üzrə idarə etdiyi "Scania" markalı *************** qeydiyyat nişanlı sərnişin avtobusu ilə Astara Gömrük idarəsi Astara gömrük sərhəd-keçid məntəqəsindən keçərkən, avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirməsinə nail olduğu külli miqdarda, yəni cəmi 18.730 manat dəyərində malları, o cümlədən 60 ədəd şəffaf şüşə flakonlara qablaşdırılmış və üzərində "Canitox Premium 50 Units/vial (Clostridium botulinum toxi Type A)", 73 ədəd şəffaf şüşə flakonlarda qablaşdırılmış üzərində "Canitox Premium 100 Units/vial (Clostridium botulinum toxi Type A)" sözləri yazılmış, habelə 167 ədəd qutusuz, birincili qablaşdırılma üzərində etiketi, istehsalçısı, seriyası, saxlanma şəraiti, tərkibi və dozası göstərilməyən plastik alüminium və rezin qapaqlı şəffaf şüşə flakonlarda, tərkibi "Canit ox(botulinumtoxintype A)" dərman preparatların tərkibləri ilə eyni olan, insan orqanizmi üçün təhlükə daşıyan və müvafiq qaydada məhv olunması zəruri olan dərman vasitələrini Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında ondan almaqla, qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında dərman preparatlarının satışı ilə məşğul olmaq üçün X16 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə idxal etdiyi cəmi 18.730 manat dəyərində malları, o cümlədən 60 ədəd şəffaf şüşə flakonlarda qablaşdırılmış üzərində "Canitox Premium 50 Units/vial (Clostridium botulinum toxi Type A)", 73 ədəd şəffaf şüşə flakonlarda qablaşdırılmış üz ərində "Canitox Premium 100 Units/vial (Clostridium botulinum toxi Type A)" sözləri yazılmış, habelə 167 ədəd qutusuz, birincili qablaşdırılma üzərində etiketi, istehsalçısı, seriyası, saxlanma şəraiti, tərkibi və dozası göstərilməyən plastik, alüminium və rezin qapaqlı şəffaf şüşə flakonlarda, tərkibi "Canitox(botulinumtoxintypeA)" dərman preparatların tərkibləri ilə eyni olan, insan orqanizmi üçün təhlükə daşıyan və müvafiq qaydada məhv olunması zəruri olan, bilə-bilə normativ-texniki sənədlərin tələbinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini təkrar satış məqsədilə 2018-ci ilin fevral ayının əvvəllərində idxal edib 19 fevral 2018-ci il tarixə kimi kosmetoloji xidmət göstərdiyi ünvan 4 ünvanın dakı X14 X7 pasientlərə inyeksiya edib satması üçün yaşadığı Nərimanov rayonu ******************************* saxlamış, həmin əməli ilə dərman vasitələrin külli miqdarda təkrar qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. X16 "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, qanunun tələbini pozaraq, İran vətəndaşı Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, istintaqa məlum olmayan şəxsin ver diyi 18.730 manat dəyərində dərman preparatlarını qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirməsini və X5 təhvil verməyi razılaşıb 2018-ci ilin fevral ayında Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi "Scania" markalı ***************'qeydiyyat nişanlı sərnişin avtobusu ilə Astara Gömrük İdarəsinin Astara gömrük sərhəd-keçid məntəqəsindən keçərkən, avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirdiyi 18.730 manat dəyərində külli miqdarda malları, o cümlədən 60 ədəd şəffaf şüşə flakonlarda qablaşdırılmış üzərində "Canitox Premium 50 Units/vial (Clostridium botulinum toxi Type A)", 73 ədəd şəffaf şüşə flakonlarda qablaşdırılmış üzərində "Canitox Premium 100 Units/vial (Clostridium botulinum toxi Type A)" sözləri yazılmış, həmçinin 167 ədəd qutusuz, birincili qablaşdırılmas ının üzərində etiketi, istehsalçısı, seriyası, saxlanma şəraiti, tərkibi və dozası göstərilməyən plastik, alüminium və rezin qapaqlı şəffaf şüşə flakonlarda tərkibi "Canitox (botulinum toxin type A)" dərman preparatlarının tərkibləri ilə eyni olan, insan orqanizmi üçün təhlükə daşıyan və müvafiq qaydada məhv edilməsi zəruri olan, bilə-bilə normativ-texniki sənədlərin tələbinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb edilən, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini Azərbaycanda satılması üçün idxal edib özündə saxlayaraq, Bakı şəhəri Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalına gətirib X5 verməklə qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq etməklə yanaşı, külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Bundan başqa, X16 təkrarən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən 21 fevral 2018-ci il tarixli qərar əsasında keçirilən əməliyyat-axtarış tədbiri çərçivəsində şərti alıcı qismində cəlb olunmuş İran vətəndaşı Təqsirləndirilən şəxs1 sifarişi ilə İranda olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, həmin şəxsdən qəbul etdiyi 6000 manat dəyərində dərman preparatlarını qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirib X5 təhvil verməyi razılaşmış, əldə olunan cinayətkar sövdələşməyə əsasən Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi "Scania" markalı *************** qeydiyyat nişanlı sərnişin avtobusu ilə Astara Gömrük İdarəsi Astara gömrük sərhəd-keçid məntəqəs indən 21 fevral 2018-ci ildə saat 11:52 radələrində avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirdiyi cəmi 6000 manat dəyərində külli miqdarda malları, o cümlədən 100 ədəd şəffaf şüşə flakonlarda qablaşdırılmış və üzərinə yapışdırılması üçün nəzərdə tutulmuş etiketlərində "Canitox 50 Units/vial" sözləri yazılmış və Kanada dövlətinin bayrağı təsvir olunmuş, istehsalçı, istehsal tarixi, seriyası, saxlama şəraiti, tərkibi və dozası göstərilməyən, yararlılıq müddəti 24 dekabr 2020-ci il göstərilmiş plastik, alüminium və rezin qapaqlı şəffaf şüşə flakonlarında, insan orqanizmi üçün təhlükə daşıyan, müvafiq qaydada məhv olunması zəruri olan, bilə-bilə normativ-texniki sənədlərin tələbinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qe ydiyyatından keçməyən dərman vasitələrini Azərbaycanda satılması üçün saxlayıb Binəqədi rayonu ərazisində Bakı Beynəlxalq Avtovağzalına gətirib X5 təhvil verməklə, qabaqcadan əlbir olan bir qrup şəxslə təkrarən külli miqdarda qaçaqmalçılıq etməklə yanaşı, dərman vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızı tərəfindən verilmiş kassasiya şikayətində müdafiə etdiyi şəxsin barəsində olan birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, müdafiə etdiyi şəxsin əməllərinə düzgün hüquqi qiymət verilməklə yeni qərar qəbul edilməsi x ahiş olunur. Şikayət müəllifi qeyd edir ki, təqsirləndirilən şəxs J6 həkim olduğundan dərman vasitələrini satış məqsədi ilə deyil, pasiyentlərinin müalicəsində istifadə olunması üçün qanuni fəaliyyət göstərən və dünyada məşhur olan “İPOOST” firmasından internet vasitəsi telefonlarını əldə etməklə sifariş vermişdir. J6 həmin dərman vasitələrinin dövlət qeydiyyatından keçirilməsinin zəruri olduğunu bilməli idisə və bu cinayət hesab edilirsə, müdafiəçi ittihamın həmin hissəsini qəbul etdiyini bildirir. Müdafiəçi həmçinin qeyd edir ki, J6in hərəkətlərində CM-nin 200-1.2.2-ci maddəsinin (yəni eyni əməllərin təkrar törədilməsi) əlamətləri də yoxdur. Çünki o, istintaqla əməkdaşlıq edərək dərmanları sifariş verib almışdır. J6in CM-nin 206.3.2-ci maddəsi ilə olan ittihamını da müdafiəçi əsassız hes ab edir. Çünki o, dərmanı göndərənləri şəxsən tanımır. Dərmanı gətirən şəxsi isə həmin şirkətin kuryeri hesab etdiyindən pulunu verib dərmanı qəbul etmişdir. Belə olan halda, CM-nin 206-cı maddəsinin tərkibi yarana bilməz. Müdafiəçinin fikrincə, məhkəmələr J6 cəza təyini zamanı da ədalətsizliyə yol verərək həddindən artıq sərt cəza təyin etmişlər. Belə ki, J6in cəzasını ağırlaşdıran hallar mövcud deyil. Cəzasını yüngülləşdirən və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməyə əsas verən hallar kifayət qədərdir. Müdafiə etdiyi şəxs ali təhsilli həkimdir, ailəlidir və himayəsində azyaşlı uşaqları var, məhkumluğu yoxdur, istintaqda səmimi ifadələr vermiş və istintaqla əməkdaşlıq etmişdir, Azərbaycan Respublikasında əcnəbi kimi qanuni əsaslarla qeydiyyata düşməklə yaşamışdır. O na görə də ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi, CMnin 70-ci maddəsinin tətbiqi üçün əsaslar vardır. Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından X1 müdafiəçisi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində, müdafiə etdiyi şəxsin barəsində olan birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, müdafiə etdiyi şəxsin əməllərində ona istinad edilən cinayətin tərkibinin olmaması əsası ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, H6 CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi əsassızdır. B elə ki, şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ittihamda göstərilən “Canitox 50 Units/vial” dərman preparatının normativ-texniki sənədlərin tələbinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb edilən dərman preparatı olmasını əvvəlcədən bilməsi və bilə-bilə həmin dərman vasitələrini Azərbaycan Respublikasına gətirməsi əlamətləri onun hərəkətlərində mövcud olmalıdır. Halbuki, H6 heç bir təhsili yoxdur, yazıb oxumağı bilmir, sürücülük peşəsi ilə məşğuldur və ibtidai araşdırma orqanının və məhkəmələrin gəldiyi nəticəyə görə onun hərəkətləri ona verilmiş dərman preparatlarının İran İslam Respublikasında şəxsiyyəti məlum olmayan şəxsdən alıb gətirib Təqsirləndirilən şəxs1 verməkdən ibarət olmuşdur. Həmin dərman preparatlarının normativ-texniki sənədlərin tələbinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb edilən dərman preparatı olmasını H6 əvvəlcədən bilmirdi və bilə də bilməzdi. Ona görə də şəxsin həmin maddə ilə cəlb edilməsi üçün zəruri olan qeyd edilən əlamət müdafiə etdiyi şəxsin əməlində olmamışdır. Müdafiəçi hesab edir ki, H6 CM-nin 206-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi də əsassızdır. H6 qeyd edilən dərman preparatlarını gömrük sərhədindən keçirməsi və Bakı Beynəlxalq Avtovağzalında Təqsirləndirilən şəxs1 təhvil verməsi mübahisələndirilməsə də, qeyd edilir ki, H6 həmin dərman vasitələrini gömrük yoxlamasından gizlətməmiş, dərman vasitələri avtomaşının salonunda məhkumun xəstəliyi ilə əlaqədar digər dərmanlarla birlikdə olmuş, gömrük əməkdaşları onları görmü ş və götürməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi1, kassasiya şikayətinin təmin edilməməsi barədə Dövlət ittihamçısı2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində mə hkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində onun əməllərinə düzgün hüquqi qiymət verilməməsi, təyin edilmiş cəzanən sərt olması mübahisə edilir və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi, CM-nin 70-ci maddəsinin tətbiq ed ilməsi xahiş olunur. X1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində, müdafiə etdiyi şəxsin əməllərində ona istinad edilən cinayətin tərkibinin olmaması əsası ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olu nmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V6 və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) X1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində, müdafiə etdiyi şəxsin əməllərində ona istinad edilən cinayətin tərkibinin olmaması barədə kassasiya şikayətinə ilk növbədə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi H. Ghahremani barədə işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkum H.Ghahremani tərəfindən qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə qeyd edilən cinayətin törə dilməsində iştirak etməsi ilə bağlı yekun nəticəyə gələrkən də ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında həmin sübutlar ətraflı şərh edilməklə məhkumun və onun müdafiəçisinin şikyətlərində irəli sürdükləri dəlilləri kifayət qədər əsaslı təkzib edildiyindən və hazırkı şikayətin eyni məzmunlu olmasını nəzərə alaraq məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumların Azərbaycan Respublikası CM-in 200-1.2.1, 2001.2.2, 200-1.2.3 maddələrində nəzərdə tutulmuş cinayət hadisəsinin törədilməsi Təqsirləndirilən şəxs1 özünün məhkəmədə qismən etirafedici ifadəsi ilə, X8 isə özünü ibtida i istintaq dövründə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş çoxsaylı şahidlərin ifadələri, baxış, götürmə, müayinə və digər istintaq hərəkətlərinin protokolları ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq olunmuş çoxsaylı digər mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 15 mart 2018-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, laborator sınaqlar üçün təqdim edilmiş Hamid Təqsirləndirilən şəxs1 yaşadığı evdə və şahid X17 avtomaşınında aşkar edilmiş nümunələr istehsal sahəsi naməlum olan qeyri-müəyyən şəraitdə hazırlanmışdır. Flakonlar qutusuz və içlik vərəqəsiz olduğu üçün dərman vasitəsi nümunələrinin təyinatı, əks göstərişlər, əlavə təsirləri, tərkibindəki maddələr və dozalanma haqqında tam məlumat verilməmişdir. İlkin qablaşmanın üzərində də tələb olunan məlumatlar verilməmişdir. Araşdırma zamanı qablaşmaların üzərində göstərilmiş elektron ünvanın saxta olduğu, təqdim olunan nümunələrin istehsalına və keyfiyyətinə dair məlumat əks etdirmədiyi müəyyən edilmişdir. Qeyd edilən dərman vasitələri Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçməmiş və qablaşmaları təsdiqlənməmiş, laborator sınaqlardan keçirilməmiş və idxala icazə məktubu verilməmişdir. Həmin nümunələrin istifadə edilməsinin insan sağlamlığı üçün təhlükə yarada bilməsi ehtimalını nəzərə alaraq, onlar məhv edilməlidir. X15 15 mart 2018-ci il tarixli 35 saylı rəyindən görünür ki, qutusuz, birincili qablaşmasının üzəri ndə etiketi olmayan, istehsalçısı, seriyası, yararlıq müddəti, tərkibi və dozası məlum olmayan, ehtimal olaraq "Clostridium botulinum Type Atoxin" adlı toksin tərkibli nümunələr (X8 ölkəyə gətirərək X35 Chiyə təhvil verdiyi 100 ədəd flakon) istehsal sahəsi naməlum olan qeyri-müəyyən şəraitdə hazırlanmışdır. Flakonlar qutusuz və içlik vərəqəsiz olduğundan dərman vasitəsi nümunələrinin, təyinatı, əks göstərişlər, əlavə təsirləri, tərkibindəki maddələr və dozalanma haqqında tam məlumat verilməmişdir. Əlavə təqdim edilmiş etiketlərdə tələb olunan məlumatlar verilməmişdir. Araşdırmalar nəticəsində etiketlərin üzərindəki elektron ünvanın saxta olduğu və təqdim olunan nümunələrin istehsalına və keyfiyyətinə dair məlumatı əks etdirmədiyi aşkar edilmişdir. Nümunələrin tərkibində mövcudluğu ehtimal olunan "Clostridium botulinum Type A toxin" adlı bakteriya mənşəli toksinin miqdarının təyini təcrübə heyvanları üzərində aparıldığından AEM-in laboratoriyasında tədqiq edilməmişdir. Nümunələr üzərində istehsalçısı, tərkibi, dozası, istifadəsi, saxlama şəraiti, yararlıq müddəti barədə məlumat olmadığından istifadəsi insan sağlamlığı üçün təhlükəli sayıldığından məhv edilməlidir. Üzərində İranın "Razak Laboratories" istehsalçısı göstərilmiş, "Metformin 1000mq tab N100" adlı iki fərqli seriyalı dərman vasitəsi nümunələrinin tərkibində istehsalçı tərəfindən qablaşmada göstərilmiş "metformin hidroxlorid" adlı fəal təsiredici maddənin mövcudluğu və maddənin miqdarının qablaşmanın üzərində göstərilmiş dozalanmaya uyğun olduğu müəyyən edilmişdir. Sözügedən dərman vasitəsi insan sağlamlığı üçün təhlükəsiz sayılır və istehsalçı tərəfindən ilkin qablaşmanın üzərində göstərilmiş yararlıq müddəti ərzində istifadəyə yararlıdır. Hər üç nümunə Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçməmiş və qablaşmaları təsdiqlənməmiş, laborator sınaqlardan keçirilməmiş və idxala icazə məktubu verilməmişdir. Həmin Mərkəzin 24 aprel 2018-ci il tarixli 48 saylı rəyindən görünür ki, Hamid Təqsirləndirilən şəxs1 yaşadığı evdə aşkar edilmiş üzərində ("Mitomycin 2" yazılmış 20 flakon) istehsal ölkə göstərilməmiş "Biochem Pharmaceutical industries" istehsalçısına məxsus "Mitomisin 2mq iny.N1" adlı, seriyası-086161008, yararlıq müddəti - 01.12.2017 nümunənin xarici görünüşü: göyümtülbənövşəyi rəngli, hiqroskopik tozdur. Həmin dərman vasitəsinin tərkibində "mitomisin" və "natrium xlorid" adlı fəal təsiredici maddələr aşkar edilmiş, nümunəsinin istehsalçı tərəfindən ilk qablaşmanın üzərində göstərdiyi yararlıq müddəti bitdiyindən istifadəsi insan sağlamlığı üçün təhlükəlidir və Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçməmiş, qablaşması təsdiq olunmamış, laborator sınaqlardan keçirilməmiş və idxala icazə məktubu verilməmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 mart 2018-ci il tarixli rəyindən görünür ki, J6X4 yaşadığı evdə aşkar edilmiş: üzərində Kanada dövlətinin bayrağı təsvir edilmiş (istehsalçı haqqında məlumat verilməmiş) "Canitox 50 unitsA/ial (Clostridium botulinum Type A)" adlı, seriyası və istehsal tarixi məlum olmayan, yararlılıq müddəti 24.12.2020-ci il olaraq qeyd olunmuş 52 ədəd, üzərində Kanada döv lətinin bayrağı təsvir edilmiş "Canitox 100 units/Vial (Clostridium botulinum Type A)" adlı, seriyası və istehsal tarixi məlum olmayan, yararlılıq müddəti: 24.12.2020 olaraq qeyd olunmuş 66 ədəd nümunə "Clostridium botulinum toxin Type A" tərkibli, istehsal sahəsi naməlum olan qeyri-müəyyən şəraitdə hazırlanmış dərman preparatıdır. 196 ədəd qutusuz, birincili qablaşdırılmasının üzərində etiketi olmayan, istehsalçısı, seriyası, saxlanma şəraiti, tərkibi və dozası məlum olmayan plastik, alüminium və rezin qapaqlı, şəffaf şüşə flakonlarda ağımtıl rəngli maddələrin tərkibi "Canitox (botulinum toxin type A)" dərman preparatının tərkibi ilə eyni olmuş, istehsal sahəsi naməlum olan qeyri-müəyyən şəraitdə hazırlanmış dərman preparatıdır. X18 avtomobilindən aşkar olunaraq götürülmüş, üzərində Kanad a dövlətinin bayrağı təsvir edilmiş (istehsalçı haqqında məlumat verilməmişdir), "Canitox 50 unitsA/ial (Clostridium botulinum Type A)" adı, seriyası və istehsal tarixi qeyd edilməmiş, yararlılıq müddəti 24.12.2020-ci il olaraq göstərilmiş, etiketi olmayan 8 ədəd və üzərində Kanada dövlətinin bayrağı təsvir edilən "Canitox 100 unitsA/ial (Clostridium botulinum Type A)" adlı, seriyası, istehsal tarixi məlum olmayan, yararlılıq müddəti: 24.12.2020 qeyd olunmuş 07 ədəd nümunə "Clostridium botulinum toxin Type A" tərkibli, istehsal sahəsi naməlum olan qeyri-müəyyən şəraitdə hazırlanan dərman preparatıdırlar. X8 idarə etdiyi sərnişin avtobusu ilə Astara Gömrük keçid məntəqəsindən gizli keçirdiyi, üzərində Kanada dövlətinin bayrağı təsvir edilmiş (istehsalçı haqqında məlumat verilməmişdir), "Can itox 50 unitsA/ial (Clostridium botulinum Type A)" adlı, seriyası və istehsal tarixi məlum olmayan, yararlılıq müddəti 24.12.2020-ci il olaraq qeyd olunmuş 100 ədəd miqdarında "Clostridium botulinum toxin Type A" tərkibli və istehsal sahəsi naməlum olan, qeyri-müəyyən şəraitdə hazırlanmış dərman preparatıdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumların Azərbaycan Respublikası CM-in 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 maddələrində nəzərdə tutulmuş cinayət hadisəsini törətməməsi onların şəxsi mülahizəsindən irəli gəlir və iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ibtidai araşdırma orqanı və məhkəmələr Təqsirləndirilən şəxs1 əməlini cinayətin törədilməsində köməkçi kimi iştirak etdiyi halda, X16 ilə cinay ət əlaqəsinə girən şəxs,yəni cinayətin icraçısı kimi CM-nin 206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Eyni zamanda ibtidai araşdırma orqanı və məhkəmələr X8 tək icraçısı olduğu qaçaqmalçılıq cinayətini, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi CM-nin 206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericiliyin tələblərinin şərhini zəruri hesab edir. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsul iyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 33-cü maddəsində cinayətin iştirakçıla rının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1 Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilir lər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir ol an bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, o nun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 X16 tərəfindən işin hallarında təsvir olunan dərmanların qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi cinayətinin icrasında rolu olmamış, yalnız həmin dərman preparatlarını əldə etməyi qabaqcadan vəd etməklə köməkçi kimi cinayətdə iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə töv siyə olunur: “Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamə tində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası X16 tərəfindən işin hallarında təsvir edilmiş qaçaqmalçılıq cinayətinin tək icraçısı olması nəticəsinə gəlir və onun ittihamında n CM-nin 206.3.2ci maddəsi ilə olan müddəaların xaric edilməsini və məhkum Təqsirləndirilən şəxs1 həmin epizod üzrə əməlinin CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə məhkum Təqsirləndirilən şəxs1 cəza təyin edilməsini zəruri hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması bar ədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X23rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsind ə mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkum Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını ağırlaş dıran halların olmaması ilə yanaşı, ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cinayətin açılmasına və digər iştirakçılarının ifşa olunmasına fəal kömək etməsini, müsbət xarakterizə olunmasını nəzərə almış və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub- olmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası törədilmiş cinayət əm əlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. C inayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xara kterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökm ü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkum X11 cəza təyin edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, əvvəllər qanunsuz hərəkətlərə yol verməməsini, törətdiyi cinayətlərin ağır nəticələrə səbəb olmamasını, ailəli olmaqla himayəsində azyaşlı uşaqlarının olmasını və cəzasını ağırlaşdıran halların olmamasını şəxsiyyətini müsbət səciyyələndirilən hallar kimi nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 CM-in 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməyə görə cəza təyin edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, əvvəllər qanunsuz hərəkətlərə yol verməməsini, törətdiyi cinayətlərin ağır nəticələrə səbəb olmamasını, ailəli olmaqla himayəsində azyaşlı uşağının olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, istintaq orqanı ilə əməkdaşlıq etməklə cinayətin açılmasına və digər iştirakçılarının ifşa olunmasına fəal kömək etməsini şəxsiyyətini müsbət səciyyələndirilən hallar kimi nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmin yüngülləşdirici halların məhkum Təqsirl əndirilən şəxs1 CM-in 32.5, 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə görə cəza təyin edərkən nəzərə alınmasını zəruri hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. X13 və X16 barələrində Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs1 əməli CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.1-ci maddələrinə tövsif edilsin və həmin maddələrlə ona 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza CM-nin 66.2-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli hökmü ilə onun təqsirli bilindiyi CM-nin 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü madd ələri ilə təyin edilmiş 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutma və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və J6 X6 qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında tibb sahəsində rəhbər vəzifə tutma və həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 ittihamından CM-nin 206.3.2-ci maddəsi ilə olan müddəalar xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-398/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-398/2019
03.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver