Məhkəmə qərarları › İş №1(102)-398/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-398/2020

30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-398/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, Məhkum müdafiəçisi-vəkil Məmişov Bəylər Sahib oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmişov Bəylər Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Allahverdiyeva, hakimlər N.A.Kərimov və A.İ.Paşayevdən ibarət tərkibdə) Məhkum-xx xxxxx 1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, «Bağlan Qrup» şirkətində mü hafizəçi işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev 4, mənzil 1-də Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim S.A.Mirzəyev, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Məmişov Bəylər Sahib oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılan zaman müdafiəçi Məmişov Bəylər Sahib oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizəsini təqdim etdi. Ərizədə məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya pr otestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum ərizəsi təmin edilsin, onun Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından onun müdafiəçisinin kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar