Məhkəmə qərarları › İş №1(102)-398/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-398/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-398/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərər çəkmiş şəxslər X2, X10, X1, X19, məhkumun Məhkum müdafiəçisi Mustafayev Namiq Cuma oğlunu n iştirakları ilə, Astara Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Astara Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Məmmədov Mübariz İsfəndiyar oğlu) Məhkum, xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri təq sirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, ünvan 1-də qeydiyyatda olan və yaşayan, CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərər çəkmiş şəxslərə isə onlara vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum CM-nin 178.2.2 maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2018-ci ilin fevral ayının əvvəllərində X10 Sumqayıt şəhərində yerləşən evində, sonuncuya 150 manata kimi aylıq pensiya düzəldəcəyi adı ilə, yəni aldadıb etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçi rmək məqsədi ilə 3000 manatdan artığ pul lazım olacağını bildirdikdən sonra ondan vahid niyyətlə həmin adla 1500 manat pul, 2018-ci ilin fevral ayının sonlarında X11dən həmin adla sonuncunun Sumqayıt şəhərindən Lənkəran rayonuna tanımadığı taksi ilə göndərdiyi 1500 manat pulu və xx xxxx 2018-ci il tarixdə X11dən pensiyanı düzəltmək üçün onun əmək kitabçasına üç il staj yazdıracağı adı ilə sonuncunun Sumqayıt şəhər poçtundan Astara şəhər poçtuna göndərdiyi 300 manat pulu almaqla özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib zəçərçəkmiş şəxsə vahid niyyətlə, ümumilikdə 3300 (üç min üç yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum 2018-ci ilin fevral ayının ortalarında Astara şəhərində yerləşən işlədiyi ofisdə X3 ölmüş ərinin adında olan, Bakı şəhərində yerləşən evlə bağlı sənədləri düzəldəcəyi, yəni hüquqi yardım göstərəcəyi adı ilə, yəni aldadıb etibardan suiistifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sonuncuya həmin işlə bağlı 4000 manatdan artıq pul lazım olacağını bildirdikdən sonra ondan vahid niyyətlə vəkil pulu adı ilə 500 manat, notariat kontorunda sənədləri təsdiq edəcəyi adı ilə 100 manat və yol pulu adı ilə 50 manat, yəni ümumilikdə 650 manat pul almaqla, 2018-ci ilin fevral ayının ortalarında Astara şəhərində yerləşən işlədiyi ofisdə X12dan həmin işlə bağlı məhkəməyə köçürüləcəyi adı ilə 1000 manat və yol pulu adı ilə 100 manat, ümumilikdə 1100 manat pul almaqla, 2018-ci ilin avqust ayının sonlarında X18 şəhərində yerləşən evində ondan həmin işlə bağlı məhkəmədə işləri tam şəkildə qurtaracağı adı ilə 2000 manat və yol pulu adı ilə 100 manat, ümumilikdə 2100 manat pul almaqla, həmin gündən iki gün sonra, yəni 2018-ci ilin avqust ayının sonlarında X18 şəhərində yerləşən evində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və ekspertlərin həmin evə baxış keçirəcəkləri adı ilə ondan 300 manat, yol pulu adı ilə 50 manat, ümumilikdə 350 manat pul almaqla özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib zəçərçəkmiş şəxsə vahid niyyətlə, ümumilikdə 4200 (dörd min iki yüz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum xx xxxx 2018-ci il tarixdə Astara şəhərində yerləşən işlədiyi ofisdə X8 Astara rayonun Şahağacı kəndində yerləşən işlətdiyi apteki sığortalamaq adı ilə aldadaraq, yəni aldadıb etibardan sui-istifadə etmək yolu ilə özgənin əml akını ələ keçirmək məqsədi ilə ondan 530 (beş yüz otuz) manat pul alaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib zəçərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum 2018-ci ilin mart ayının əvvəllərində X4 Astara şəhərində yerləşən işlədiyi ofisdə hüquqi yardım edəcəyi adı ilə aldadaraq, yəni aldadıb etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ondan vahid niyətlə 10 manat pul və həmin günün sabahı, yəni 2018-ci ilin mart ayının əvvəllərində Astara şəhərində yerləşən işlədiyi ofisdə həmin adla ondan 560 manat pul alaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib zəçərçəkmiş şəxsə vahid niyyətlə, ümumilikdə 570 (büş yüz yetmiş) manat maddi ziyan vurmaqla təkrar dələduz luq etmişdir. Bundan başqa, Məhkum 2018-ci ilin may ayının ortalarında X19 Astara rayonun Suparibağ kəndində yerləşən evində sonuncuya oğlu X21 məhkəmə tərəfindən təyin edilmiş 8000 manat cərimə cəzası ilə bağlı hüquqi yardım göstərəcəyi adı ilə, yəni aldadıb etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2000 manata qədər pul lazım olacağını bildirdikdən sonra ondan vahid niyyətlə kasasiya şikayəti verəcəyi adı ilə 800 manat, 2018-ci ilin iyun ayının əvvəllərində Astara şəhərində yerləşən işlədiyi ofisdə həmin adla X13dan 1000 manat, 2018-ci ilin iyul ayının ortalarında Astara şəhərində yerləşən mərkəzi poçtun yaxınlığında həmin adla 200 manat pul almaqla özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib zəçərçəkmiş şəxsə vahid niyyətlə, ümumilikdə 2000 (iki min) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan sonra, Məhkum xx xxxx 2018-ci il tarixdə Astara şəhərində yerləşən işlədiyi ofisdə X12 ölmüş ərinin adında olan evi onun adına keçirəcəyi adı ilə aldadaraq, yəni aldadıb etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ondan 760 (yeddi yüz) manat pul alaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib zəçərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan sonra, Məhkum 2018-ci ilin iyul ayının əvvəllərində Astara şəhərində X20 bir ay ərzində pulunu qaytaracağı adı ilə aldadaraq, yəni aldadıb etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ondan ümumi dəyəri 2500 manat olan 1 ədəd komplekt qızıl üzü k, boyunbağı və bilərzik alaraq özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib zəçərçəkmiş şəxsə ümumilikdə 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad ibiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə və ya cəza növünün dəyişdirilmə sinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyindən, onlara dəymiş maddi zərərin bir qismini ödədiyindən, himayəsində bir azyaşlı uşağı və yaşlı valideynlərin olduğundan bu halların onun haqqında CM-nin 62 və ya 70-ci madələrinin tətbiqi üçün əsas verməsinə baxmayaraq, birinci instansiya məhkəməsi ədalət və humanizm prinsipini pozmaqla ona həddindən artıq sərt cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyərək həmin cəzanı yüngülləşdirməmişdir. Belə olan halda, o, apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişidirilməklə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsini alternativ cə za növü ilə - şərti, azadlığın məhdudlaşdırılması, həbslə bağlı olmayan digər cəza ilə dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında və zərər çəkmiş şəxslər X25 və X15 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarınd an verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi, yaxud da təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPMnin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kass asiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyi, əməlinin hüququ tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər əd alətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın m əqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbay can Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü i l tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 178.2.2-ci maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağın olmasını, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkumun kassasiya şikayətində istinad etdiyi dəlilin əksinə olaraq brinci instansiya məhkəməsi hökmdə həmçinin Məhkum zərər çəkmiş şəxslərə vurulmuş ziyanın əsas hissəsini ödəməməsini və onlarla barışıq əldə etməməsini də qeyd etmişdir. Bu halı kassasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edən zərər çəkmiş şəxslər x12, A.Abbasova, X43 və X13, hər birisi ayrı-ayrılıqda öz çıxışlarında bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halları nəzərə alan birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə (həmin maddələrin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) kifayət qədər ədalətli cəza təyin etmiş, apellyasiya ins tansiyası məhkəməsi isə haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş tələblərdən biri bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinay ətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarının təhlili göstərir ki, sadalanan halların heç biri iş üzrə müəyyən edilməmiş, Məhkum törətdiyi dələduzluq cinayət əməli nəticəsində zərər çəkmiş şəxslərin yalnız bir hissəsinə vurulmuş ziyan qismən ödənilmiş, digərlərinə isə ümumiyyətlə ödənilməmiş və onlarla barışıq əldə olunmamışdır. Məhkum şəxsiyyətini səciyələndirən daha bir hal odur ki, o, əvvəl də Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən eyni xarakterli cinayətləri törətdiyinə görə CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. xx xxxx 2018-ci il tarixdə isə cəriməni tamamilə ödəmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar da Məhkum hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün əsasların olmamasına və bu baxımdan kassasiya şikayətində irələ sürülmüş tələbin təmin edilməsinin müm kün olmamasına dəlalət edir. Eyni zamanda, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş digər tələbin də təmin edilməsi - Məhkum haqqında CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, yəni ona təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün də əsaslar görmür ona görə ki, CM-nin 70.1-ci maddəsinin tələblərinə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, hə min cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3. məhkumun şəxsiyyəti; 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona tə yin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Buna görə, məhkəmə kollegiyası Məhkum ona təyin olunmuş cəzanı real olaraq çəkməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni ədalətli və qanuni hesab edərək sonuncuya təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün əsasl ar görmür. Beləliklə, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin təmin edilməsi haqqında müdafiəçinin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının və zərər çəkmiş şəxslərin çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhku m Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar