Məhkəmə qərarları › İş №1(102)-398/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-398/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-398/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 o ktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 22 iyun 2022-ci il tarixli, 1(101)-1073/2022 nömrəli hökmü ilə xx xxxxx 1998-ci ildə xxxx şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, xxxx rayonu, xxxx şəhəri, xxxx küçəsi ev 4 ünvanda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi re jimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə "Bəhlul” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq "Bəhlul" adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 2021-ci ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yolun kənar hissəsinə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi çəkisi 70,357 qram narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 12,8 qram psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» yazısı olan konvalyutda təsiredici maddənin ümumi miqdarı 0,92 qram olan ümumi sayı 23 ədəd üzərində "F7M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadon əldə edib, yaşadığı ünvan 2 ünvanına daşımaqla həmin psixotrop maddəni ayrı-ayrı bükümlərə bölərək bir hissəsini üzərində, bir hissəsini yaşadığı evdə saxlamış, onun narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 yanvar 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs kimi saxlanıl araq ünvan 4vanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, şöbədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,635 qram, 6,571 qram və 0,186 qram ümumi təmiz çəkisi 8,572 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 24 yanvar 2022-ci il tarixdə saat 23:25 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı, mənzilin qonaq otağında olan boz rəngli dolabın ən aşağı siyirməsində yerləşən boz rəngli əl çantasından 01 ədəd bükümdə təmiz çəkisi 70,357 qram olan, külli miqdarda qəhvəy i rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 4,228 qram, külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış metamfetamin, üzərində «Methadone 40» yazısı olan konvalyutda təsiredici maddənin ümumi miqdarı 0,92 qram olan ümumi sayı 23 ədəd üzərində "17M40" yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formada həblər narkotik vasitə metadon tərkibli dərman preparatları və 01 ədəd üzərində heroin və metamfetamin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi hakim), Cavid Hüseyn və Qədim Babayev) 05 oktyabr 2022-ci il tarixli 1(103)-1798/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 1(103)-1798/2022 nömrəli qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən prosessual normaların pozuntusuna yol vermiş, düzgün məhkəmə istintaqını aparmamışdır. Belə ki, o, təqsirini etiraf edir və narkoma niya xəstəliyindən əziyyət çəkir. Lakin o, heç vaxt narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instans iyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Onun üzərində cəmi 8 qram narkotik vasitə aşkar olunmuşdur. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən görünür ki, həmin maddələr ilə cinayət məsuliyyəti qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi”, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən” və “külli miqdar” CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəs inə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında” protokolu, “Mənzilə axtarış v ə götürmə aparılması haqqında” protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miq darı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum üzərində 03 ədəd bükümdə ümumi çəkisi 8,572 qram, yəni külli miqdarda psixotrop maddə metamfetamin, evindən isə külli miqdarda müxtəlif növ narkotik vasitələri, psixotrop maddə və üzərində heroin və metamfetamin izləri olan elektron tərəzinin aşkar edilməsini həmin narkotik vasitənin və psixotrop maddənin onun tərəfindən satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmişdir. Məhkəmələr işin bu halını nəzərə alaraq nəticəyə gəlmişlər ki, məhku mun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişlər ki, Məhkum üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə qabaqcadan əlbir olan bir şəxs halında əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası C inayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfində n “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassı z olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələ ndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar