Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-399/2019 27.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 399/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "27" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Şəki rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hö kmü ilə Azərbaycan Respublikası CMnin 315.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mehdiyev Elçin Məhəmməd оğlu) xx xxxxx 1982-ci ildə Şəki rayonunun Orconikidze qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Turan qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HA LLARİ: Şəki rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, hakimiyyət nümayəndələrinə qarşı xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Məhkum 25.11.2016-cı il tarixdə saat 1640 radələrində hakimiyyət nümayəndəsi olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Zərərçəkmiş şəxs1 icraatındakı, barəsində araşdırılan HK-1/1272 nömrəli material üzrə sonuncu tərəfindən izahatının alınması məqsədilə Şəki ŞRPŞ-nin inzibati binasında yerləşən xidməti otağına dəvət edildikdən sonra o, barəsində aparılan araşdırmaya etirazını bildirib izahat verməkdən qəti imtina edərək Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətmiş, anidən Zərərçəkmiş şəxs1 istifadə etdiyi xidməti masanın üzərində olan qayçını götürüb sonuncunun üzərinə hücum edərək sol əli ilə Zərərçəkmiş şəxs1 əynindəki xidməti geyim forması olan pencəyinin yaxasından tutub özünə tərəf çəkmiş və sağ əlində tutduğu qayçı ilə Zərərçəkmiş şəxs1 sol qol nahiyəsinə bir dəfə zərbə vurub sol yuxarı ətrafın bazu nahiyəsinin sıyrıqları xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş, o, bununla kifayətlənməyərək təpiklə ardıcıl zərbələr vurmaqla Zərərçəkmiş şəxs1 istifadə etdiyi xidməti iş masasını sındırmış, səs-küy salıb həmin qanunazidd hərəkətlərin i fəal surətdə davam etdirməklə Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsində təxminən 20 dəqiqə ərzində iş rejimini pozmuş, yaratdığı səs-küyü eşidib təhqiqatçı Zərərçəkmiş şəxs1 xidməti otağına daxil olan və onu nizam-intizama dəvət edib qanunazidd hərəkətlərinin qarşısını almaq üçün istifadə etdiyi qayçını əlindən almaq istəyən hakimiyyət nümayəndələri - Şəki ŞRPŞ Təhqiqat Bölməsinin rəisi, polis mayoru Zərərçəkmiş şəxs2 və Şəki ŞRPŞ-nin növbətçi köməkçisi, polis baş serjantı Zərərçəkmiş şəxs3 həmin tələblərinə qəsdən tabe olmamış, qanunazidd hərəkətlərini yenidən fəal surətdə davam etdirməklə əlində tutduğu qayçını sağa-sola fırladıb zor tətbiq etməklə hədələyərək və fiziki güc tətbiq etməklə həmin polis əməkdaşlarının ona yaxınlaşmasına və qayçını əlindən almalarına mane olmuş, nəhayət, Zərərçəkm iş şəxs2 çətinliklə onun əlindən qayçını aldıqdan sonra o, yenə də sakitləşməyərək Zərərçəkmiş şəxs3 sol qol nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub sonuncuya sol yuxarı ətrafın bazu nahiyəsinin qançırı və şişi xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və Zərərçəkmiş şəxs3 əynindəki xidməti geyim formasının poqonunu əli ilə dartıb qopartmaqla xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Hökmdən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Hüseynov Mirbahəddin Mirdamət oğlu, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanve rdi Həşimxan oğlundan ibarət tərkibdə) 04 may 2018-ci il tarixli qərarı ilə Şəki rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməmiş, on un təqsirliliyi sübuta yetirilməmişdir. Həmçinin ona təyin edilmiş cəza da ədalətli olmamış, cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq Məhkum apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun ol araq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi mə sələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmaması, cinayət hadisəsinə aidiyyəti və təqsirliyi sübuta yetirilməməsi əsaslı ona bəraət verilməsi iddia olunur. Kassasiya şikayətinin bu dəlillərinə gəldikdə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında aşağıdakılar qeyd olunmuşdur: “...Məhkəmə koll egiyası sübutları аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi əməldə Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin və cinayət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Məhkum əməli CM-in 315.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətində ibtidai istintaq və məhkəmə tərəfindən düzgün araşdırma aparılmadığnı göstərərək, ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, Məhkum istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə və məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlarla kifayət qədər təsdiqini tapır. Həmin sübutların məcmusu ilə müəyyən olunur ki, Məhkum hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına qarşı xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Məhkum verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və işin həqiqi hallarına uyğun gəlmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə tövsif edilm işdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cin ayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində həm də Məhkum şərti cəza təyin edilməsi xahiş olunur. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunvericiliyin norma larına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-399/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-399/2019
27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver