Məhkəmə qərarları › İş №1(102)-399/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-399/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-399/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi), Azər Paşayev və Rasim Sadıxov) 1(101)-1168/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1995-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Məhkum 18 yanvar 2022-ci il tarixdə saat 07 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus «Hyundai HD 72» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə Binəqədi mərkəzi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bənd inin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, buzlu-sürüşkən yol şəraitində avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 9 ünvanının qarşısında avtomobili qarşı əks hərəkət zolağına çıxarmış, Zərərçəkmiş şəxs2 «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan sonuncuya məxsus «VAZ-2109» markalı, 99KH-165 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində, «VAZ-2109» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avto mobilin sürücüsü Zərərçəkmiş şəxs2 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs2 ölümünə, «VAZ2109» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs1 - həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs1 ölümünə, həmin avtomobilin arxa oturacağında sağ tərəfdə oturmuş Zərərçəkmiş şəxs3 - ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs3 ölümünə səbəb olan, eləcə də həmin avtomobilin arxa oturcağında sol tərəfdə otur muş Zərərçəkmiş şəxs4 ehtiyatsızlıqdan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla, yol hərəkəti qaydalarını pozmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 1(103)-1946/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli hökmü məhkumun müdafiəçisinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1946/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməsini və Məhkum barəsində yüngül cəza təyin olunması və azadlıqdan məh rumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qeyri-obyektiv, qərəzli, əsassız, qanunsuz, birtərəfli, subyektivdir, tərəflərin bərabərlik hüququnun və maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 14 mart 2022-ci il tarixli, mərhum Zərərçəkmiş şəxs2 hüquqi varisi X2 tərəfindən təqdim edilmiş 09 fevral 2022-ci il tarixli, mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi X1 tərəfindən təqdim edilmiş 15 fevral 2022-ci il tarixli, mərhum Zərərçəkmiş şəxs3 hüquqi varisi X3 tərəfindən təqdim edilmiş 16 mart 2022-ci il t arixli notarial qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxs Məhkum ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki Məhkum valideynləri xəstəliklərdən əziyyət çəkir və əmək qabiliyyətı olmayan şəxslərdir. Odur ki, onun ailəsinin yeganə gəlir mənbəyi Məhkum olduğundan ona bu cür ağır cəzanın verilməsi heç də ədalətli cəza deyildir. Belə ki, təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, işin hallarına uyğun olmalı və cəza təyin olunan zaman məhkumun islah olunması, onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Kassator hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən məlum olm uşdur ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum ilk dəfə cinayət əməli törətməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, məcburi köçkün olmasını, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Yuxarıda göstərilmiş iş üzrə əhəmiyyət kəsb edən kifayət qədər yüngülləşdirən halları nəzərə alaraq, təqsirləndirilən şəxs Məhkum barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi ilə onun islah olunmasına nail olmaq mümkündür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya ş ikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xara kterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəm ələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıy ır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun ilk dəfə cinayət əməli törətməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, məcburi köçkün olmasını, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla məhkəmə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb, Məhkum 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Yuxarıda qeyd olunan cəza təyini tənzimləyən cinayət hüquq normalarından görünür ki, cəza məhkumların islah edilməsi və cinayətlə rin qarşısının alınması ilə yanaşı sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59. 1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.1059.1.13-cü maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərdən görünür ki, məhkum həbsdə olarkən valideynlərindən biri vəfat etmişdir. Həmçinin məhkumun doğma əmisi oğlu İkinci Qarabağ müharibəsində iştirak etmişdir və medallarla təlti f olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışaraq sonuncuların ona qarşı şikayət və tələbinin olmaması ilə əlaqədar ona təqsirli bilindiyi maddələrlə daha aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı, Bakı Ap elyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 6 (altı) ilə endirilsin. Qərarın qalan hissəsi dəyidirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar