Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-399/2025 14.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə 1984-cü il avqustun 31-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyat da olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2024-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(060)-65/2024 nömrəli hökmü ilə (hakim X2) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.202 2-ci il tarixli qərarı əsasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Məhkum hazırki hökmlə təyin edilmiş cəzanın Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilməsi, Məhkum üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 7 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2024-cü il tarixli 1(105)-553/2024 nömrəli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən və məruzəçi), R.O.Əsgərova və A.İ.İsmayılov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(060)-65/2024 nömrəli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il 6 (altı) ay müddətinədək artırılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Cinayət Məcəll əsinin 67.1-ci maddəsinə əsasən Məhkum hazırki qərarla təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası ilə hökmlərin məcmusu qaydasında tamamilə birləşdirilmiş, Məhkum üzərində qəti olaraq 4 (dörd) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum özgənin əmlakını gizli yolla talama məqsədilə 3 mart 2023-cü il tarixdə, saat 19:10 radələrində, Sumqayıt şəhəri, Polad Həşimov küçəsi, 2-ci məhəllə ərazisində yerləşən 11/12 nömrəli yaşayış binasının yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “N issan Kicks” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qapısının şüşəsinə dəmir parçası ilə fiziki təsir göstərib sındıraraq avtomobilin qabaq sağ yan oturacağının üzərindən 01 ədəd dəyəri 80 manat olan 2022-ci il istehsalı, açıq qəhvəyi rəngli, “Chanel” markalı, A class qadın əl çantasını, həmin çantanın içərisindəki 1 ədəd Türkiyə istehsalı olan 3 qram çəkidə 585 əyarlı (problu) zəncir formalı, ümumi dəyəri 255 manat olan qızıl qolbağı, 1 ədəd Türkiyə istehsalı olan, 3 qram çəkidə, 585 əyarlı (problu), ümumi dəyəri 255 manat olan qızıl üzüyü, 1 ədəd dəyəri 20 manat olan 2022-ci il istehsalı, qırmızı rəngli “Chanel” markalı, dəriəvəzləyici materialdan olan pul qabını, 1 ədəd dəyəri 140 manat olan “X3” markalı 100 ml-lik qadın ətrini, 0 ədəd ümumi dəyəri 6 manat olan dəmir açarları, 3 ədəd ümumi dəyəri 9 manat olan dəmir açarları və 3000 manat pul vəsaitini gizli yolla talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3765 (üç min yeddi yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədilə 3 iyun 2023-cü il tarixdə, saat 22:00 radələrində, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 2-ci məhəllə ərazisində yerləşən köhnə mehmanxananın qarşısında saxlanılmış Şahid1 məxsus “Kia Sportage” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının şüşəsinə dəmir parçası ilə fiziki təsir göstərib sındıraraq avtomobilin arxa oturacağının üzərindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd dəyəri 170 manat olan əl çantasını, əl çantasının içində olan 1 ədəd dəyəri 280 manat olan eynəyi, 02 ədəd ümumi dəyəri 50 manat olan pomadanı, 1 ədəd dəyəri 142 manat olan ətri, 3 (üç) manat məbləğində qəpik pulları, 1 ədəd dəyəri 53 manat olan pul qabını və pul qabının içindəki "xxxx"ASC-yə məxsus olmaqla Zərərçəkmiş şəxs1 adına olan bank kart hesabındakı pul vəsaitinin tamanını, yəni 3 iyun 2023-cü il tarixdə, saat 22:29-dan 22:30dək olan müddətdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 400 manat, 3 iyun 2023-cü il tarixdə, saat 22:37-dən 22:39-dək olan müddətdə Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi, 40-cı məhəllə ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 5702 manat olmaqla, ümumilikdə 6102 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə çıxararaq gizli yolla talayı b zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 6800 (altı min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində qərarın ləğv edilərək yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin materiallarında iki zərərçəkmişin olduğu, ikisinə də ziyan vurulduğu, CM-in 66.1-ci maddəsinə əsasən hər bir cinayətə görə ayrı-ayrılıqda cəza təyin edilməli olduğu, hökmdən hansı cinayətə görə hansı cəzanın təyin edildiyinin görünmədiyi, şəxsin əvvəlki məhkumluqları barədə məlumatların tam göstərilmədiyi, birinci instansiya məhkəməsinin hökmündə ekspertiza xərcinin məhkumun üzərinə qoyulsa da, apellyasiya məh kəməsinin bu barədə hökmdə dəyişiklik etmədiyi, məhkumun onun yerinə saxta imza etdiyi, zərər çəkmiş şəxsə dəymiş zərərin düzgün hesablanmadığı göstərilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, lakin apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət -prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Zərər çəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətin də qərarın ləğv edilərək yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində eyni əməllər: CM-in 177.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə, 177.2.3-1-ci maddəsinə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, CM-in 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərl iyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərər çəkmiş şəxslərin ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müda fiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhk əmələri tərəfindən məhkumun əməlində residivin olması cəzanı ağırlaşdıran hal kimi düzgün müəyyən edilsə də, rəsidivin növünün müəyyənləşdirilməsi zamanı səhvə yol verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə – arayışdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli hökmünə əsasən xx.xx.1984-cü il təvəllüdlü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 173.3.3 və 326.2 maddələri ilə təqsirli bilinərək, 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.3.2-ci maddəsinə tövsif edilməklə Məhkum cəzası 05 il 06 aya e ndirilmiş və o, xx.xx.2018-ci il tarixdə azad edilmişdir. Bundan başqa Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə Məhkum cəzasının çəkilməmiş 4 (dörd) ay 25 (iyirmi beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Lakin iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə yalnışdır və məhkəmələr qərar qəbul edərkən bu yalnışlığa diqqət etməmişlər, belə ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə CM-nin 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilməklə Məhkum cəzası 05 il 06 aya endirilmiş və o, xx.xx.2018-ci il tarixdə azad edilmişdir. Göründüyü kimi şəxsin əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə az ağır cinayətə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.3-cü maddə sinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi məhkum hazırkı iş üzrə cinayət əməlini törədən zaman Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli hökmü (daha sonra isə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı) ilə təqsirli bilindiyi cinayət əməli üzrə məhkumluq ödənilmişdir. Belə olan halda cinayətlərin residivinin müəyyən edilməsi zamanı həmin əməl nəzərə alına bilmədiyindən, Məhkum əməlində cinayətlərin sadə residivi müəyyən edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası Məhkum cəzа təyin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını düzgü n nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarl arı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yo l verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, lakin yuxarıda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü və onun əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilməli, məhkumun əm əlində cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmiş “təhlükəli residiv” müddəası “sadə residiv” müddəası ilə əvəz edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Sumqayıt şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü və onun əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2024-cü il tarixli qərarında məhkumun əməlində cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmiş “təhlükəli r esidiv” müddəası “sadə residiv” müddəası ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-399/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-399/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver