Məhkəmə qərarları › İş №1(102)-4/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-4/2019

27.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-4/2019 27.02.2019 ALİ MƏHKƏMƏ 1(102)-4/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ xx xxxxxx 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum1 və onun müdafiəçisi – Bakı Şəhəri 1 saylı Hüquq Məsləhətxanasının vəkili X2, Məhkum2 və onun müda fiəçiləri – 15 saylı Vəkil Bürosunun vəkili X3 və 13 saylı Vəkil Bürosunun vəkili X7, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından məhkum X8 müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, Məhkum2 müdafiəçisi – 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, habelə Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim E.H.Vəliyev, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət məhkəmə tərkibi) X14 (xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 70, mənzil 141-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,120.2.1 və 32.5,120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, N.S.Eyvazovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə Məhkum2 və Məhkum1 da məhkum edilmişlər. Hökmə əsasən X14 xx xxxxxx 2016-cı ildə, saat 12:00 radələrində xalası qızı Məhkum2 çağırışı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 17 saylı binanın 9-cu mə nzilinə gəldikdə Məhkum2 anası X5 20.000 ABŞ dolları dəyərində zərgərlik məmulatlarını satıb pulunu xərclədiyini və sonuncunun bundan xəbər tutub pulları tələb etdiyindən onu öldürmək qərarına gəldiyini bildirib X16 öldürməsini ona təklif etdikdə o, bunu bacarmayacağını bildirib həmin cinayətin icrasını yaxın münasibətdə olduğu Məhkum1 sifariş verməyi təklif etməklə X17 qəsdən tamah niyyəti və sifarişlə öldürülməsi ilə razılaşmış, cinayətin törədilməsinə məsləhət və məlumat verməklə qabaqcadan əlbir olan bir qrupa daxil olmuş, Məhkum2 anasının öldürülməsini sifariş vermək və cinayətin icrasını planlaşdırmaq məqsədi ilə cinayətin təşkilatçısı kimi onu Məhkum1la görüşdürməsini ona tapşırdıqdan sonra o, sonuncuya köməklik göstərərək, Məhkum2 verdiyi mobil telefonla saat 12:35-də Məhkum1 mobil telefonuna zəng edib görüş yeri təyin etməklə, ona 20.000 manatlıq “xeyir” olacağı mətnli SMS göndərmiş və saat 13:00 radələrində Məhkum2 ilə birlikdə, sonuncunun idarə etdiyi “AudiA6” markalı, Az-**-KK*** dövlət qeydiyyat nişanlıavtomaşınla Bakı şəhəri, Ələsgər Ələkbərov və Mikayıl Müşfiq küçələrinin kəsişməsinə gəlib Məhkum1 Məhkum2 ilə görüşdürmüşdür. Məhkum2 öz növbəsində anası X16 külli miqdar dəyərində zərgərlik məmulatlarını satıb, pulunu xərclədiyini, anasının pulu qaytarmağı tələb etdiyini Məhkum1 bildirib, anasını öldürməyi Məhkum1 sifariş verib, sifarişi icra etdikdən sonra Məhkum1 5.000 ABŞ dolları verəcəyini, onu Məhkum1la birlikdə əyləncəli günlər keçirmək üçün, istirahətə göndərəcəyini vəd edib, razılığını almaqla Məhkum1 da təşkil etdiyi, qabaqcadan əlbir olan qrupa cəlb e tdikdən sonra qrupa rəhbərlik edərək, cinayətin törədilməsini təşkil edib planlaşdıraraq, Məhkum1 qabaqcadan bıçaq alıb həmin tarixdə saat 17:30 radələrində X16 yaşadığı binanın girişində gözləməsi, X20 işdən evə gətirdikdə və sonuncu binaya daxil olduqda, X16 arxasınca gələrək onu bıçaqla vuraraq öldürməsi, üstündə külli miqdarda dəyəri olan zərgərlik məmulatlarını götürüb sonradan ona atdırması, küçədə kiminsə diqqətini cəlb etməmək üçün X16 iri ölçülü çantasını götürməməsi, sonradan ifşa olunmamaq üçün özü ilə mobil telefon gətirməməsi barədə onun yanında təlimatlandıraraq, cinayəti törədəcəyi yerdən taksi ilə tez uzaqlaşması üçün Məhkum1 10 manat pul vermişdir. Məhkum1 sifarişi icra etmək, yəni X20 öldürmək üçün həmin gün mağazadan bıçaq alıb saat 17:30-da X16 yaşadığı Nəsimi rayonu, F eyzulla Qasımzadə küçəsi 17 saylı binanın qarşısına gəlib işdən qayıtmasını gözləmiş və saat 17:45- də sonuncunun Məhkum2 idarə etdiyi avtomaşınla binanın qarşısına gəlib avtomaşından düşərək mənzilə qalxdığını görsə də, binanın qarşısında adamlar olduğundan sifarişi icra edə bilməyəcəyini başa düşüb oradan getmiş, Məhkum2 ilə “WhatsApp” sistemi vasitəsi ilə yazışarkən cinayəti başa çatdırmaq üçün yenidən planlaşdırıb xx xxxxxx 2016-cı ildə saat 07 radələrində bıçaqla silahlanıb X16 yaşadığı binanın qarşısına gəldikdə, Məhkum2 təşkil edib sifariş verdiyi cinayətin birgə icraçısı kimi binaya giriş qapısını açaraq onu mənzilə çağırıb, öz yataq otağında gizlədərək, digər yataq otağında anasının yatmış olduğunu bildirməklə, 8 yaşlı qızını məktəbə aparmaq üçün mənzildən çıxdıqdan sonra X20 öl dürməyi, cinayətin kənar şəxslər tərəfindən törədildiyi görüntüsü yaratmaq üçün əşyaları töküb-dağıtmağı tapşırıb, saat 07:30-da mənzildən çıxıb qızını məktəbə apardıqdan sonra, Məhkum1 X20 qəsdən həyatdan məhrum etmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə 35 bıçaq zərbələri vurub, ön qoltuq xətti üzrə İİİ-İV qabırğaarası sahədən sol plevra boşluğuna nüfuz edərək ağ ciyərin orta payını zədələyən, sol süd vəzisinin yuxarı kvadrantının, döş qəfəsinin ön səthinin sağ yarısının, İİ və İİİ qabırğaları kəsib, sağ ağ ciyərin yuxarı payının aşağı kənarını zədələyən, döş qəfəsinin sol yan səthinin, İX qabırğaarası sahədə sol böyrəyin yuxarı hissəsini və qara ciyərin kiçik payını zədələyən, döş qəfəsinin sol yan səthinin, İX qabırğaarası sahədən peritonarxası sahədə sol böyrəyi zədələyən, döş qə fəsinin sol yarısının arxa səthinin, V-Vİ qabırğarası sahədə sol plevra boşluğunda sol ağ ciyərin orta payını zədələyən, döş qəfəsinin arxa səthinin İİİ-İV qabırğaarası sahədə sol plevra boşluğunda sol ağ ciyərin orta payını zədələyən daxilə nüfuz edən, sol yuxarı ətrafda bazunun aşağı 1/3-nin ön səthində, dirsək oynağının və saidin yuxarı 1/3-nin arxa-bayır səthlərini əhatə edən, bazu sümüyünün kondiliusu, əzələlər və sol bazu arteriyasını zədələyərək dəlib-keçən deşilmiş-kəsilmiş yaralardan ibarət, kəskin qanitirməyə səbəb olmuş insan həyatı üçün təhlükəli olan cəmi yeddi ədəd ağır zərərvurmaya aid, sol yuxarı ətrafda bazunun aşağı 1/3-nin ön səthində, dirsək oynağının və saidin yuxarı 1/3- nin arxa-bayır səthlərini əhatə edən, oynaq bağları və əzələləri zədələyən dəlib-keçən deşilmiş- k əsilmiş yaradan ibarət bir ədəd sağlamlığa az ağır zərərvurmaya aid, sol süd vəzisinin yuxarı-bayır kvadrantının, sol süd vəzisinin yuxarı-iç kvadrantının, İİ-İİİ qabırğalararası sahənin, sağ körpücükaltı nahiyənin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol qoltuqaltı çuxur nahiyəsinin, döş qəfəsinin sol-yan səthinin, döş qəfəsinin sağ-yan səthinin, qarının sol-yan səthinin, qarının sağ-yan səthinin, sol kürək nahiyəsinin, sol saidin yuxarı 1/3-nin ön səthinin, sol saidin yuxarı 1/3-nin bayır-arxa səthinin, sol saidin yuxarı 1/3-nin arxa səthinin, sol bazunun iç səthinin, sol bazunun orta 1/3-nin bayır səthinin, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol bazunun yuxarı-orta 1/3-nin arxa səthinin və sağ saidin yuxarı-orta 1/3-nin ön-iç səthinin deşilmişkəsilmiş, sol saidin aşağı 1/3- nin bayır-arxa səthinin və sağ yuxarı ətrafda dirsək çuxurunu və saidin yuxarı 1/3-nin ön səthini əhatə edən kəsilmiş yaralarından ibarət cəmi 24 ədəd sağlamlığa yüngül zərərvurmaya aid, sağ bazunun orta 1/3-nin arxa səthinin və yuxarı 1/3-nin ön səthinin üç ədəd səthi kəsilmiş yaralarından, döş qəfəsinin ön səthinin sol yarısının sıyrığından ibarət cəmi 4 ədəd sağlamlığa zərər vurmayan xəsarətlər yetirib onu öldürmüş, bununla da qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, tamah məqsədi ilə və sifarişlə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə məsləhətləri və məlumatları ilə kömək etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.Ə.Mursaqulov, hakimlər M.S.Hüseynov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) məhkum X8 müdafiəçisi X4, Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 müdafiəçisi X2 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından məhkum X8 müdafiəçisi Müdafiəçi1, Məhkum2 müdafiəçisi Müdafiəçi3, habelə Məhkum1 kassasiya şikayətləri vermişlər. Məhkum X8 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində Nicat Eyvazovun əməllərində cinayət tərkibinin olmadığını iddia edərək, ona aid hissədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsini, N.Eyvazovun barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam veril məsini xahiş etmişdir. Lakin, Müdafiəçi1 kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək məhkum Nicat Eyvazov məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisinin kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx xxxxxx 2019-cu il tarixli 17/36-409 saylı müşayiətedici məktubu ilə Ali Məhkəməyə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında məhkum N.S.Eyvazovun ərizəsini, habelə dövlət ittiham çısının, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsinin, digər məhkumların və onların müdafiəçilərinin ərizəyə qarşı etirazlarının olmamasına dair çıxışlarını nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar X8, Məhkum2 və Məhkum1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından məhkum Nicat Eyvazovun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar