Məhkəmə qərarları › İş №1(102)-4/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-4/2020

04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-4/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs Xznın nümayəndəsi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4, Bəraət almış şəxs Məhkum və onun müdafiəçiləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 və Abşeron rayon Vəkil Bürosunun vəkilləri X13 və X8 iştirakları ilə xx xxxxxxx 1980-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbayc an Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Qubadlı rayonun Dəmirçilər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən ünvan 2nda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 149.2.5, 150.2.5 və 182.2.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs Xz və onun nümayəndəsi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən verilmiş kassasi ya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum əməlində cinayət tərkibi olmamasına görə Azərbaycan Respublikası CM-in 149.2.5, 150.2.5 və 182.2.2-ci maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və K.H.Əkbərov) apellyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanıl mışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham olunmuşdur ondan ötrü ki, o, təkrar zorlama, yəni zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmə hədəsi ilə və köməksiz vəziyyətindən istifadə edib cinsi əlaqədə olmuş, həmçinin zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, eləcə də təkrar hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Belə ki, o, arvadı X3 Sumqayıt şəhərində əmisi X11 xx xxxxxx 1996-cı il təvəllüdlü subay Xc ilə intim münasibət yaratmaq, tanış və qohumlardan gizli cinsi əlaqədə olmaq qərarına gələrək, guya qayğıkeş qohum kimi etibarını və inamını qazanmaq, daha sonra aldatmaq və fürsət düşən kimi köməksi z vəziyyətə salaraq zorlamaq, cinsi münasibətdə olduğu hərəkətlərin video görüntüsünü və foto şəkillərini mobil telefona çəkərək, həmin rüsvayedici video görüntü və foto şəkillərin yayılması ilə Xnı hədələməklə, özündən asılılığını yaradıb gələcəkdə də iradəsinə zidd intim münasibətlərinin saxlanılmasına nail olmaq niyyəti ilə 2015-ci ilin birinci yarısından sonuncunun yaşadığı ünvan 2 ünvanda məqsədli şəkildə dəfələrlə olaraq Xya qohum kimi qayğı göstərmək görüntüsünü yaratmış, o cümlədən istifadəsindəki avtomobil ilə Sumqayıt şəhərindən Bakı şəhərinə sonuncunun təhsil aldığı, Bakı Sənaye və Pedaqoji kollecinə mütəmadi aparıb-gətirmiş və Xnın etibarını qazandıqdan sonra, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 2015-ci ilin sentyabr ayının axırlarında, saat 07 radələrində idarə etdi yi avtomobillə növbəti dəfə Xnı Sumqayıt şəhərindən Bakı şəhərinə apararaq, yolüstü nahar etmək adı ilə aldadıb Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şosesi, 8 ünvanda yerləşən «Vulkan» otelinə gətirmiş, orada sifariş verdiyi otaqda səhər yeməyi zamanı Xnın qəbul etdiyi mayeyə qabaqcadan hazırladığı və istintaqa məlum olmayan bihuşedici (güclü təsiredici) maddəni qatmış, sonuncu həmin mayeni qəbul etdikdə halsız və köməksiz vəziyyətə düşəndən sonra, o bundan istifadə edərək Xnın paltarlarını soyunduraraq otaqda olan çarpayıda cinsi əlaqədə olmuş və seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, qabaqcadan planlaşdırdığı kimi sonuncuya qarşı etdiyi cinsi və seksual xarakterli zorakı hərəkətlərin video görüntüsünü və foto şəkillərini mobil telefona çəkmişdir. Güclü təsiredici m addənin təsiri keçdikdən sonra X ayılıb zorlandığını və qızlıq bakirəliyinin pozulduğunu anladıqda, o əvvəlcə sonuncunu sevdiyini, arvadı Xcnı boşayıb sonuncu ilə ailə həyatı quracağını deyərək sakitləşdirməyə çalışmış, daha sonra hədə-qorxu gələrək, zorlanması barədə yaxınlarına və aidiyyəti orqanlara xəbər verdiyi halda, aralarındakı cinsi və seksual xarakterli hərəkətlərin video görüntüsünü mobil telefona çəkdiyini və həmin görüntüləri internetin sosial şəbəkələrinə yerləşdirib rüsvay edəcəyini bildirmişdir. Xnı şantaj edib özündən asılı vəziyyətə saldıqdan sonra, X ilə seksual xarakterli zorakı hərəkətlərin video görüntüsünü və foto şəkillərini yayıb rüsvay edəcəyi, nəticədə sonuncunun qardaşları tərəfindən öldürüləcəyi ilə hədə-qorxu gələrək, 2015-ci ilin sentyabr ayının axırlarından təkrar olaraq Bakı şəhəri ərazisində yerləşən «Vulkan» otelində, Şirvan şəhərində, Cəlilabad və ismayıllı rayonlarında, sonuncu dəfə isə 2016-cı ilin noyabr ayının axırlarında Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində zorlamış, dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmuş və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Daha sonra o, X ilə seksual xarakterli zorakı hərəkətlərin video görüntüsünü və foto şəkillərini yayacağı, sonuncunu rüsvay edəcəyi, nəticədə sonuncunun qardaşları tərəfindən öldürüləcəyi ilə hədə-qorxu gələrək, sonuncudan valideynlərinə məxsus qızılzinət əşyalarının ona verilməsini tələb etmiş və 2016-cı ilin aprel ayının əvvəllərində Xdan anası X6 məxsus bir ədəd qızıl zəncir və bir ədəd qızıl klonu hədə-qorxu ilə tələb etməklə, özgə əmlakını ələ keçi rmiş və gətirib Nəsimi rayonu ərazisində «Moskva» Univermağında 1.650 manata satmış, əldə etdiyi pul vəsaitini isə öz şəxsi ehtiyacına sərf etmişdir Bundan sonra o, cinayət əməllərini davam etdirərək, Xya təkrar hədə-qorxu gəlib aralarındakı rüsvayedici məlumatlar olan cinsi və seksual xarakterli hərəkətlərin video görüntüsünü və foto şəkillərini internetin sosial şəbəkələrinə yerləşdirib yayaraq sonuncunu rüsvay edəcəyini, nəticədə qardaşları tərəfindən öldürüləcəyi ilə təkrar hədəqorxu gələrək, xx.xx.2016-cı il tarixdə sonuncuya məxsus bir cüt qızıl sırğanı hədə-qorxu ilə tələb etməklə, özgə əmlakını ələ keçirmiş və gətirib ünvan 4 ünvanda yerləşən Lombardda girov qoymuş, əldə etdiyi 240 manat pul vəsaitini isə öz şəxsi ehtiyacına sərf etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verimiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş, habelə ittiham tərəfinin təqdim etdiyi iş üzrə mühüm əhəmiyyət kəsb edəcək sübutların tədqiqindən əsassız imtina edilməklə əsassız qərar qəbul edimişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestində göstərilmiş dəlillərə müvafiq hüquqi qiymət verilməmiş, irəli sürülmüş arqumentlərə qarşı heç bir əsaslandırma aparılmamışdır. Dövlət ittihamçısı hesab edir ki, Məhkum Xya qarşı zor tətbiq etmə hədəsi ilə və köməksiz vəziyyətindən istifadə etməklə cinsi əlaqədə olması, seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi, eləcə də hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etməsi aparılan ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Protest müəllifinin fikrincə, məhkəmələr iş üzrə obyektiv ifadə verən zərərçəkmiş Xnın və onunla oxşar məzmunda ifadə verən şahidlər X12, X16, X17 və X7 ifadələrini qəbul etməmələrinin səbəblərini göstərməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qəra rının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə kollegiyası toplanılmış sübutlar əsasında deyil, şəxsi mülahizələr əsasında əsassız nəticəyə gəlmiş, məhkəmənin müəyyən etdiyi hallar mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, məhkəmə işi qeyriobyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini pozmuş, bunun nəticəsi olaraq zərərçəkmiş şəxsə qarşı zorlama, seksual xarakterli digər zorakı hərəkətləri və hədə-qorxu ilə tələb etmə kimi ağır cinayət törətmiş Məhkum cinayət məsuliyyətindən kənarda qalmışdır. Həmçinin qeyd edir ki, məhkəmə kollegiyası cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərini pozara q qeyd edilən cinayət işi üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış, həmin xüsusatlar üzrə tədqiq olunan sübutları düzgün qiymətləndirməyərək qeyri obyektiv nəticəyə gəlmişdir. Sübutların tədqiq edilməsi qaydalarının pozulması ilə əldə olunmuş nəticə isə əsaslandırılmış inandırıcı qənaət kimi qəbul edilə bilməz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyev və zərərçəkmiş şəxsin nümayəndəsi M.Cəbrayılovun, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs Məhkum, müdafiəçilər E.Quliyev, R.Mirmehdizadə, C.Yusifov və E.Quliyevin çıxı şlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyy ətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest və şikayət müəllifləri qeyd edirlər ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bi ldirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən o lunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri,həmin iş üzrə verilmiş apellyasiya protestinin və apellyasiya protestinin dəlilləri ilə eyni məzmunludur və apellyasiya instansiyası məhkəməsinin qərarında bununla əlaqədar geniş və əsaslı şərh verilmişdir.Ona görə də məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların təkrarən geniş şərhini zəruri hesab etmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Xnın, bəraət almış şəxs Məhkum, şahidlərin ifadələrinin, digər istintaq protokollarının, telefon zənglərinin əhatə dairəsinin təhlillərinə, cinayət işinə əlavə edilmiş fotoşəkillərə, yəni aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmələr haqlı olaraq belə nəticəyə gəlmişlər ki, Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanının subyektiv mülahizələri təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası CM-in 149.2.5, 150.2.5 və 182.2.2-ci maddələrinin tərkibi olmadığından haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum əməlində həqiqətən təkrar zorlama, yəni zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmə hədəsi ilə və köməksiz vəziyyətindən istifadə edib cinsi əlaqədə olma, həmçinin zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmə, eləcə də təkrar hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə cinayətlərinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İ spaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protest inin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlində CM-in 149.2.5, 150.2.5 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibinin mövcud olmaması əsası ilə bəraət verilmişdir. Yuxarıd a göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhb ər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar