Məhkəmə qərarları › İş №1(102)-4/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-4/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-4/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, Məhkum və məhkumun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Əli Məmmədov və Telman Hüseynovdan ibarət tərkibdə) 1(101)-1015/2020 nömrəli 30 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxxx 1980-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Böyük Kolatan kəndində qeydiyyatda olmaqla Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 12.1,220.2 v ə 12.1,281.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 12.1,220.2-ci maddəsi ilə 2 (iki) il müddətinə, CM-in 12.1,281.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaların qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi “youtube. com” internet video paylaşma sistemində və “facebook” sosial şəbəkəsində özünə məxsus Эльвин Исаев (Məhkum) adlı profil vasitəsilə yayımladığı video müraciətlərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etmişdir. Belə ki, o, 2018-ci ilin əvvəllərində Avropada yaşayan digər şəxslər və şəxsiyyətləri məlum olmayan başqaları ilə “Facebook” sosial şəbəkəsində özünün “Эльвин Исаев (Məhkum)” adlı profili vasitəsilə sonuncularla yazışaraq tanış olduqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “Youtube.com” internet video paylaşma sistemində və “Facebook” sosial şəbəkəsi ndə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, bu məqsədlə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlara və zorakılıqlar etməyə yönələn video müraciətlər hazırlayıb mütəmadi olaraq internet resurslarında yayımlayaraq açıq çağırışlar etmək barədə razılığa gəlib, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən 10 aprel 2018-ci il tarixdə Almaniya Federativ Respublikasının Berlin şəhərinə gedərək orada yerləşən kafelərin birində digər şəxslər ilə bilavasitə görüşərək və qabaqcadan əlbir olduğu qeyriləri və şəxsiyyətləri məlum olmayan başqaları ilə sosial şəbəkə üzərindən əlaqə saxlayaraq planlaşdırdıqları cinayətlərin törədilməsi üsulları, o cümlədən eyni məqsədlə hazırlanacaq video müraciətlərin məzmunu, onların hansı internet resurslarında, hansı dövrlüklə yayımlanacağı barədə razılaşdıqdan və 11 aprel 2018-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə qayıtdıqdan sonra cinayətkar qrupun üzvləri ilə razılaşdırılmış ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq özünə məxsus “İphone” markalı mobil telefonun video kamerası vasitəsi ilə Sankt-Peterburq şəhərinin müxtəlif yerlərində Azərbaycan xalqına ünvanlanan video müraciətlər hazırlayaraq “Youtube.com” video paylaşma sistemində və özünün “Facebook” sosial şəbəkəsində olan “Эльвин Исаев” (Məhkum)” adlı profilində 19 aprel 2019-cu il tarixli “Bütlər aşacaq”, 8 iyun 2019-cu il tarixli “Xaricdə yaşayanlar biz nə vaxta qədər susacağıq”, 15 iyun 2019-cu il tarixli “Xəbərdarlıq”, 7 avqust 2019-cu il tarixli “Elvin yenə tə xribata əl atır” başlıqlarla yayımlamaqla və videoçarxlarda xalqa xitabən “yüz minlərlə yığılaq, gedək rəhbərliyi yıxaq”, “bu rejimə son qoyaq” “Hər rayondan 1000 nəfər, 500 nəfər polis idarəsinə, 500 nəfər icra hakimiyyətinin binasına, getdin, girdin icranın binasına, bir təpik ona. Rədd ol burdan. Ordan da sonra gedirsiz polisə. Polis rəisinə sən xalqnansan. Srazı pəncərədən onu atırsız aşağı. Vəssalam. Hər rayonda belə olsa vsyo. Neyləyəcək ki?” məzmunlu ifadələr işlədərək həmin əməlləri ilə vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağ ırışlar etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Əli Seyfəliyev və Rəşad Abdulovdan ibarət tərkibdə) 1(103)-250/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Müdafiəçi1 kassasiya şikayəti, Müdafiəçi2 kassasiya şikayətinə əlavə verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əl avənin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, bu qərarın qəbul olunması ilə məhkum edilmiş şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 3 (işgəncələrin qadağan olunması), 6-cı (ədalətli məhkəmə hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (ifadə etmək azadlığı) maddələri ilə nəzərdə tutulmuş hüquqlarının kobud şəkildə pozulmasına düzgün hüquqi qiymət verilməmiş, Məhkum cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla təsdiq olunmamışdır. Məhkum ibtidai istintaq dövründə bir neçə dəfə dindirilmişdir. Bu barədə doqquz dindirmə protokolu tərtib olunmuşdur. Dindirmələrdən biri həmçinin video çəkilişl ə aparılmışdır. 22 avqust 2020-ci il tarixli dindirilərkən Məhkum əvvəlki ifadələrindən imtina etmişdir. O, həmin ifadələri təzyiq altında və aldadılaraq, məcbur qalaraq imzaladığını, imza edərkən ifadələrin məzmunundan tam xəbərsiz olduğunu demişdir. Təəssüf ki, məhkəmələrdə vəsatətlərlə çıxış edərək, Məhkum məruz qaldığı təzyiqin və təsirin araşdırılmasını xahiş etsə də, məhkəmələr bu barədə vəsatətlərini təmin etməmişdir. Belə olan halda, onun ifadələrini qanunsuz təzyiq altında oxumadan imzaladığını, ifadələrdəki yazıları ona diktə etdikləri kimi yazdığını və videoçəkilişlə dindirmədə əvvəlcədən ona deyilmiş məzmunda ifadə verməsini nəzərə alıb, məhkəmə istintaqında verdiyi ifadəsi əsas götürülməli idi. Həmçinin ifadələrin alınması zamanı Məhkum pozulmuş hüquqlarından biri tərcüməçinin xidmətindən istifadə hüququnun təmin olunmamasıdır. O, uzun müddət Rusiya Federasiyasında yaşadığından cinayət-prosessual söz və ifadələri Azərbaycan dilində başa düşmür, həmin ifadələri daha yaxşı bildiyi rus dilində başa düşür. Lakin Məhkum ibtidai istintaq dövründə dindirilərkən tərcüməçinin köməyindən istifadə etməsinə şərait yaradılmamış, onun bu hüququ pozulmuşdur. Tərcüməçinin iştirakı yalnız cinayət işi materialları ilə tanış olarkən təmin edilmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı pozulmuş hüquqlarından biri də onun müdafiə hüququdur. Təqsirləndirilən şəxsin seçdiyi müdafiəçidən istifadə hüququ təmin edilməmiş, o, etibar etmədiyi, güvənmədiyi müdafiəçilərin formal hüquqi yardım imitasiyasına məcbur edilmişdir. Hazırkı cinayət işində Məhkum müdafiəçisi kimi cinayə t prosesinə buraxılmaq üçün istintaq orqanına 09.01.2020-ci il, 27.01.2020-ci il və 04.04.2020-ci il tarixli orderlərlə müraciətlər etmişdir. Təqsirləndirilən şəxsin ona verdiyi məlumata görə, ilk iki müraciəti üzrə ona edilmiş təzyiqlər nəticəsində məcbur qalaraq, ondan imtina etməsi barədə ərizələr yazmışdır. Lakin 04.04.2020-ci il tarixli orderi üzrə Məhkum ondan imtina etmədiyi halda, bu barədə onun ərizəsi olmadığı halda, həmin vaxt mövcud olmuş Azərbaycan Respublikası Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov 22.04.2020-ci il tarixli məktubu ilə onu müdafiəçi qismində cinayət prosesinə buraxmaqdan qanunsuz olaraq imtina etmişdir. Bu hərəkətdən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıldığı zaman məhkəmənin inzibati binasında, onun təqsirləndirilən şəxs Məhkum təqdim olunması barədə 04 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun keçmiş Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru Elvin İbrahimov tərəfindən protokol tərtib olunsa da, sonradan həmin protokol qanunsuz olaraq cinayət işinə əlavə edilməmiş və onun müdafiəçi qismində iştirakına bu protokoldan sonra da icazə verilməmişdir. 04 aprel 2020-ci il tarixli orderi üzrə o, təqsirləndirilən şəxsə 3 ay 24 gündən sonra – 28 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğun istintaq idarəsinin müstəntiqi Ramiq Babayev tərəfindən müdafiəçi qismində cinayət prosesinə buraxılmışdir. Müdafiə hüququnun pozulması barədə təqsirləndirilən şəxsin öz mürac iəti də qeydə alınmışdır. Belə ki, cinayət işinin 3-cü cildinin 26-29-cü vərəqlərindən müəyyən olunur ki, Məhkum hələ 2020-ci ilin yanvar ayında onunla görüşmüş Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsinə müdafiə hüququnun pozulmasından, özünün seçdiyi vəkilin hüquqi yardımından istifadə etməsinə icazə verilməməsindən şikayət etmişdir. Bu şikayət əsasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Müdafiə İşləri Üzrə Koordinatorunun Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətindən sonra, Baş Prokurorluğun əməkdaşı Cabbar Cabbarov 21 aprel 2020-ci il tarixdə Məhkumlə görüşmüşdür. Bu görüş zamanı Məhkum Baş prokurora yazılı ərizə ilə müraciət edərək, “yeni vəkillə müqavilə bağlamaq istədiyini, lakin buna icazə verilmədiyini, valideynlərinin müqavilə bağlayaraq göndərdikləri vəkilə onun ad ından etiraz verildiyini göstərərək, şikayət etmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilməmiş, istintaq orqanı Məhkum seçdiyi vəkilin hüququ yardımından istifadə etməsinə qanunsuz maneələr yaradaraq, onun müdafiə hüququnu pozmuşdur. İş materiallarında olan digər sübut müstəntiq Elvin İbrahimovun 15 avqust 2019-cu il tarixli qərarı ilə keçirilmiş məhkəmə-linqvistik ekspertizasının 08 noyabr 2019-cu il tarixli 21979 saylı rəyidir. Qərarda ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsinə və alınmış ekspertiza rəyinin həmin Mərkəzin möhürü ilə təsdiq olunmasına baxmayaraq, rəyi verən şəxs – X15 nəinki həmin mərkəzin, ümumi yyətlə heç bir ekspertiza mərkəzinin eksperti deyil. X1 müstəntiqin 15 avqust 2019-cu il tarixli məhkəmə-linqvistik ekspertizasının keçirilməsi barədə qərar üzrə ekspertizanı keçirə bilməzdi, çünki: 1) ekspertizanın keçirilməsi ona və onun əməkdaşı olduğu Azərbaycan Respublikası Elmlər Akademiyasına həvalə olunmayıb; 2) ixtisasça politoloq olduğundan, linqvistik (dilçilik) məsələlər üzrə xüsusi biliyə malik deyil və linqvistik ekspert deyildir; 3) Heydər Əliyev siyasi kursunun davamçısı olan İlham Əliyev siyasi hakimiyyətinin tənqidçisi olduğunu deyən təqsirləndirilən şəxsin siyasi hakimiyyət barəsində olan videoları üzrə “Heydər Əliyev siyasi irsinin araşdırmaçısı” və bu mənada təbliğatçısı kimi təqsirləndirilən şəxsin əleyhinə olan nəticədə, başqa sözlə, işin nəticəsində maraqlı ola bilm əsi ehtimalına ciddi əsaslar vardır. Bu səbəbdən, müstəntiqin məhkəmə-linqvistik ekspertizasının təyin edilməsi haqqında 15 avqust 2019-cu il tarixli qərarı üzrə alınmış 08 noyabr 2019-cu il tarixli 21979 nömrəli məhkəmə-linqvistik ekspertizasının rəyi qanunvericiliyin tələblərinin pozulması ilə əldə olunduğundan, yolverilməz, qanunsuz sübut kimi cinayət işi materiallarından və sübutlar siyahısından xaric edilməlidir. Məhkum videolarındakı ifadələrində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışların olub-olmaması sualı üzrə mötəbər sübut X11 Linqvistik Araşdırmalar İnstitutunun 2010-cu il tarixdən böy ük elmi işçisi, filologiya elmləri namizədi, linqvistika sahəsi üzrə 19 illik peşə təcrübəsinə malik olan X7 13 mart 2020-ci il tarixli mütəxəssis rəyidir. Rəyin nəticə hissəsində hazırkı ittiham üzrə olan beş video müraciətdə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışların olmadığı göstərilir. İş üzrə cəmi bir nəfər – Şahid qismində ibtidai istintaqda və məhkəmə istintaqında dindirilmişdir. Lakin şahid öz ifadəsində Məhkum qarşı irəli sürülmüş ittihamı hər hansı formada təsdiq edəcək məlumata malik olmadığını bildirdi və məhkəmədəki ifadəsi ilə də bu aydın oldu. Əlavə olaraq, 20.10.2020-ci il tarixli məhkəmə iclasında dindiril ərkən bildirdi ki, o, Elvinin dövlətə qarşı çıxdığını deməmişdir, demişdir ki, dövlət rəhbərini təhqir edir. Daha sonra, o bildirdi ki, Elvin hakimiyyəti tənqid edib, o da Elvinin siyasi mövqeyini bəyənmədiyi üçün ona irad tutub və dövlət rəhbərini təhqir etdiyinə görə onu qınayıb. Beləliklə, şahid ifadəsi irəli sürülmüş ittihamı hər hansı hissədə təsdiq etmədi. Göründüyü kimi cinayət işi materiallarında ittihamı təsdiq edən hər hansı qanuni, mötəbər sübut yoxdur. Belə olan halda, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verilməlidir. Hazırkı ittihamın əsasını təşkil edən Məhkum Rusiya Federasiyasında törətdiyi əmələ görə Azərbaycan Respublikasında məsuliyyətə cəlb oluna bilməsi üçün Məhkum bu əməlləri ərazisində törədildiyi Rusiya Federasiyasında da cinayət sayılmalıdır. Lakin hazırda cinayət işi materiallarında belə bir sübut yoxdur. Məhkum qarşı irəli sürülmüş və istintaq orqanı tərəfindən cinayət əməli hesab edilmiş əməllər – beş video müraciətin yayılması üzrə olan hərəkətlərin də Rusiya Federasiyasında cinayət əməli hesab olunubolunmaması, müsbət halda Rusiya Federasiyasının cinayət qanunvericiliyinin hansı maddəsi ilə cinayət hesab edilməsi barədə sübutlar əldə olunmamışdır. Müstəntiqin “Google.az” axtarış saytı vasitəsilə guya Rusiya Federasiyasının Cinayət Məcəlləsinin maddələrinin internetdən çıxarışlar edilib cinayət işinə əlavə etməsi birmənalı olaraq Cinayət Məcəlləsinin 12.1-ci maddəsinin tələbinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Təəssüf ki, məhkəmələr də bunu qanuni hesab etmişlər. Sadalananların bariz nümunəsi başqa bir cin ayət işi üzrə olan sübutlardır. Belə ki, vəsatəti üzrə hazırkı cinayət işi materiallarına əlavə edilmiş Rusiya Federasiyası Baş Prokurorluğunun böyük prokuroru A.E.Manerkinin 28.03.2019-cu il tarixli 81/2-1598-2018 saylı məktubu, Moskva vilayəti Lüberest şəhər prokurorluğunun prokuror əvəzi R.B.Çirkinin 06.08.2019-cu il tarixli 315м-19 saylı məktubu və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-197/2020 saylı iş üzrə olan 14 fevral 2020-ci il tarixli hökmündən aydın olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2. və 283.1-ci maddələri ilə beynəlxalq axtarışda olan və Rusiya Federasiyasında olan X6 Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb oluna bilməsi məqsədi ilə verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorluğunun müraciəti əsasında Rusiya Federasiyası Baş Prokurorluğu 27.02.2019-cu il tarixdə Fəxrəddin Abbasovun verilməsindən imtina olunması və onun azad olunması barədə qərar qəbul etmişdir. Məlumat üçün bildirir ki, daha sonra Fəxrəddin Abbasov başqa qaydada Azərbaycan Respublikasına gətirilərək, həmin maddələrlə məhkəmə məsuliyyətinə verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-197/2020 saylı iş üzrə olan 14 fevral 2020-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası CM-in 274, 281.3 və 283.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib,16 (on altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Həmin hökmdən də məlum olur ki, Fəxrəddin Abbasova qarşı irəli sürülmüş ittiham, Məhkum hazırkı işində olduğu kimi, onun Azərbaycan Respublikasından kənarda etdiyi əməllərlə bağlı o lmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinin tələbi, hazırkı cinayət işi materiallarında müstəntiqin və hakimin etdikləri kimi, “Google.az” axtarış saytı vasitəsilə guya Rusiya Federasiyasının Cinayət Məcəlləsinin maddələrinin internetdən çıxarışlar edilib cinayət işinə əlavə edilməsi deyil. Həmin maddənin tələbi bu olmuş olsaydı, Fəxrəddin Abbasov işinin nümunəsində həm Rusiyanın, həm də Azərbaycanın Cinayət Məcəllərində eyni əməllərə görə cinayət məsuliyyətinin nəzərdə tutulması əsası ilə o, Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının istəyi əsasında Azərbaycana verilməli idi. Lakin bu baş verməmişdir. Beləliklə, hazırda Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən Məhkum Rusiya Fe derasiyasında etdiyi hərəkətlərin – 5 video müraciətin yayılması ilə bağlı əməlin Rusiya Federasiyasında da cinayət məsuliyyəti yaratmasını, başqa sözlə, cinayət hadisəsini təsdiq edən sübutlar yoxdur. Belə olan halda, hazırda onun Azərbaycan Respublikasında həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb olunması tam qanunsuzdur. Yuxarıda da qeyd olunduğu kimi, Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi “youtube.com” internet video paylaşma sistemində və “facebook” sosial şəbəkəsində özünə məxsus Эльвин Исаев adlı profili vasitəsilə yayımladığı video müraciətlərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışl ar etməsinə görə onun Azərbaycan Respublikasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 281.2-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilməsi üçün bu əməlin həm də Rusiya Federasiyası Cinayət Məcəlləsi ilə cinayət hesab olunması lazımdır. Hökmə görə bu maddə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 278-ci maddəsidir. Lakin maddənin dispozisiyasından da məlum olur ki, bu maddədə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlara görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Bu maddə hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş hərəkətlərə görə məsuliyyət müəyyən edir ki, eyni dispozisiya bir az əvvəl yuxarıda qeyd etdiyim AR CM-in 278-ci maddəsində müəyyən edilmişdir. Beləliklə, CM-in 12.1-ci maddəsinin tələbinin pozulduğu açıq-aşkardır. Bundan əlavə, Azərbaycan Respubl ikasının Baş Prokurorluğu bu açıqlaması (məlumatı) ilə hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsizlik prezumpsiyası hüququnu pozub. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu açıqlama ilə cəmiyyətdə Məhkum barəsində mənfi təsəvvürlərin formalaşdırılmasına, həmçinin işə baxan məhkəmələrə təsir göstərməyə çalışıb. İnsan hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndi təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququnu qoruyur. Həmçinin hazırkı işdə qanunsuz hesab etdiyi digər məqam Məhkum tutularkən üstündə olmuş və maddi sübut kimi götürülmüş «İPhone XS» markalı telefonun xüsusi müsadirə olunmasıdır. Məlum məsələdir ki, həmin telefon cinayət məqsədi ilə əldə olunmamışdır və ancaq hazırkı ittihamda göstərilmiş açıq çağırışlar üçün istifadə olunmamışdır. Bu tel efon vasitəsilə Məhkum telefonun təyinatına və texnoloji imkanlarına görə hazırkı ittihama daxil olmayan çoxlu sayda qanuni hərəkətlər etmişdir. Ən vacib olan həm də odur ki, bu telefonda təqsirləndirilən şəxsin şəxsi və ailə həyatı sirrini təşkil edən xeyli məlumatlar da (foto, video və s) vardır. Belə olan halda, telefonun xüsusi müsadirə olunması barədə məhkəmələrin gəldiyi nəticə də tamamilə qanunsuzdur. Məhkumun Müdafiəçi2 kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Məhkum Rusiya Federasiyası və Ukrayna Respublikasının dövlət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilmədiyi halda qanunsuz yollarla Ukrayna Respublikasının ərazisindən Azərbaycan Respublikasına gətirilmiş və həbs olunmuşdur. Məhkum təqsiri cinayət işi üzrə t oplanmış sübutlarla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı aşağıda göstərilən əsaslara görə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi bir inci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 12.1,220.2 və 12.1,281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirinin sübuta yetirilməməsinə dair kassasiya şikayətinin dəlili ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlə ri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124.2-ci cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; istintaq və məhkəmə hərəkətlərinin protokolları; maddi sübutlar və digər sənədlər sübut kimi qəbul olunur. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun irəli sürülmüş ittihamda qeyd olunan cinayətləri törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadəsi, ekspertiza rəyləri, baxış protokolu və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Məhkum cinayət işi üzrə ibtidai is tintaq zamanı 14, 15 və 16 dekabr 2019-cu il tarixdə dindirilərkən Azərbaycan Respublikası CM-in 12.1,220.2 və 12.1,281.2-ci maddələri ilə özünü təqsirli bilmiş və göstərmişdir ki, o, Rusiya Federasiyasının SanktPeterburq şəhərində yaşamış və Azərbaycandan kənarında yaşayan Orduxan Teymurxan, Qurban Məmmədov, Laçın Məmişov, Əli Oğuzlu, Orxan Ağayev, Rəfael Piriyev, Süleyman Süleymanlının “youtube.com” sosial şəbəkəsinə yerləşdikləri videoroliklərə baxmağa başlamış və onlara qoşulmaq üçün “Məhkum” adı altında “facebook.com” sosial şəbəkəsində qeydiyyatdan keçib onlarla ünsiyyət qurmağa başlamışdır. Orduxan Teymurxan ona facebook messenger vasitəsilə zəng edib onunla daha yaxın tanış olmuş və bundan sonra bir neçə dəfə ona zəng edərək onun Azərbaycan Respublikasında və Azərbaycandan kənar ya şayan azərbaycanlılara çağırışlar edərək, əhalini Azərbaycan dövləti əleyhinə təşkilatlanmağa, insanları dövlət əleyhinə açıq çağırışlar etməyə, bütün azərbaycanlıları ayağa qaldıraraq dövlət çevrilişi etməkdə aktiv olmağa çağırmışdır. 2018ci ilin aprel ayında o, Orduxanın təklifi ilə Almaniyanın Berlin şəhərinə gedib orada Azərbaycan Respublikasında prezident seçkilərinə etiraz mitinqdə iştirak etmiş və mitinqdən sonra Orduxan və digər şəxslərlə kafeyə getmiş, orada Orduxan ona insanları təşkilatlanmaq və Azərbaycan dövləti əleyhinə qaldırmaq üçün videorolikləri hazırlamağı təklif etmişdir. O, Azərbaycan Respublikasında və Azərbaycandan kənar yaşayan azərbaycanlıları Azərbaycan dövləti əleyhinə qaldırmaq və hakimiyyəti zorla ələ keçirməyə onlara çağırışlar etmək məqsədi ilə bir neçə video rolik hazırlayıb “youtube.com” sosial şəbəkəsində yerləşdirmişdir. Baxış keçirilməsi haqqında 15 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Məhkum “youtube.com” sosial şəbəkəsində yerləşdirdiyi “Bütlər aşacaq”, “Elvin yenə təxribata əl atır! 18+”, “Fuad Abbasova suallarım (Məhkum)”, “Xəbərdarlıq”, “Xaricdə yaşayanlar biz nə vaxta qədər susacayıq” adlı video müraciətlər vardır. Video müraciətlərdə Məhkum “yüz minlərlə yığılaq, gedək rəhbərliyi yıxaq”, “bu rejimə son qoyaq”, “Mənim kimi oğullar gələcək bir görərsən nə günə salarıq orda. Heç Bakıda lazım deyil. Hər rayondan 1000 nəfər, 500 nəfər polis idarəsinə, 500 nəfər icra hakimiyyətinin binasına. Getdin girdin icranın yanına, bir təpik ona. Rədd ol burdan. Ordan da sonra gedirsiz polisə. Polis rəisinə sən xalqnansən. Srazı pəncərə dən onu atırsınız aşağı. Vəssalam. Hər rayonda belə olsa vsyo. Nəyləyəcək ki? Bakıda da camaat yığışsa. Bakıda, yəni mitinq zad olanda çoxlu rayonlardan polis-molis göndərirlər də. Polis sizin əlinizdə olandan sonra, icra sizin əlinizdə olandan sonra kim gələr ee onun köməyinə. Qoyub qaçacaq” ifadələri ilə Azərbaycanda və Azərbaycan Respublikasının kənarında yaşayanlar azərbaycanlılara müraciət etmişdir. İşdə olan məhkəmə-lingvistik ekspertizasının 08 noyabr 2019-cu il tarixli rəyindən görünür ki, “youtoobe” və “facebook” səhifəsindən götürülmüş 5 hissədən ibarət video müraciətlərdə Azərbaycan Respublikasının qanunlarına zidd ictimai təhlükəsizliyi pozmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşlara və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn çağırışlar mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Məhkum həmkəndlisi kimi tanıyır. Məhkum Rusiya Federasiyasında yaşamış və 2018-ci ilin aprel ayından sosial şəbəkələrdə yerləşdirdiyi videolarda Azərbaycan dövləti əleyhinə çıxışlar etməyə başlamışdır. Həmin ərəfədə o, “facebook” sosial şəbəkəsində Məhkum şəxsi səhifəsində Məhkum Almaniyanın Berlin şəhərində hakimiyyət əleyhinə keçirilən mitinqdə dövlətin əleyhinə danışaraq hər kəsi etiraz etməyə çağırdığını görmüşdür. Bir müddət sonra o, Məhkum dayısı Yalçın İsayevlə görüşmüş və sonuncu telefonunun “whatsapp messenger” vasitəsi ilə Elvinə zəng edərək onun düzgün yolda olmadığını söyləmiş, Elvin isə ona Orduxan Teymurxanla görüşmək məqsədi ilə Berlinə getdiyini və Orduxanın etima dını qazanmaq üçün belə bir video paylaşım etdiyini bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 19 sentyabr 2019-cu il tarixli, 23/5-6014 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1980-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonunun Böyük Kolatan kəndində qeydiyyatda olan, Məhkum hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır və orada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, Rusiya Federasiyasının vətəndaşına məxsus pasportla 2003-2018-ci illər ərzində Azərbaycana çoxsaylı səfərlər etmiş, 28.03.2017-ci il tarixdə “AZE №********” seriyalı şəxsiyyət vəsiqəsi almış, Rusiya Federasiyasının mobil operatoruna məxsus +7(***)******* saylı mobil telefon nömrəsindən istifadə etmiş, sonuncu dəfə 23.03.2018-ci il tarixində Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmiş, bundan başqa Masallı rayonunun Kolatan kənd bələdiyyəsinin sədri, Şahid ilə dostluq münasibətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiyaKommunikasiya İdarəsinin təqdim etdiyi məlumatlarda Məhkum istifadəsində +7(931)-25181-81, ***-***-**-** mobil telefon nömrələri, mailto:elvin888@inbox.ruElektron ünvan elektron poçt ünvanı, “youtube.com” videoportalında “Эльвин Исаев”, “facebook.com”, “instagram.com” və “ok.ru” sosial şəbəkələrində müvafiq olaraq “Эльвин Исаев”, “Elvin İsaev” və “y888ka” adlı profillərinin olduğu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 03 fevral 2020-ci il tarixli, 30/203 nömrəli məktubundan görünür ki, Məhkum məxsus “İphone XS” markalı mobil telefona və sosial şəbəkələrə baxış zamanı onun 2018-ci ilə qədər “facebook.com” sosial şəbəkəsində özünün xeyriyyəçilik fəaliyyəti barədə (həmkəndlilərinə yardım, pul toplayaraq doğulduğu kənddə məscid tikdirməsi, qaz və işıq xəttlərinin çəkilməsi və s.) paylaşımlar etdiyi müəyyən edilmişdir. O, 2018-ci ildən başlayaraq Orduxan Teymurxan, Qurban Məmmədov, Tural Sadıqlı, Laçın Məmişov, Əli Oğuz, Orxan Ağayev, Rəfail Piriyev, Süleyman Süleymanlının sosial şəbəkələrdəki videoları ilə maraqlanmış, “facebook messenger” (+7 (931) *** ** ** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir) vasitəsi ilə adları qeyd edilən şəxslərlə əlaqə saxlamış, blogger fəaliyyətinə başlamışdır. Məhkum “Orduxan Teymurxanın” dəvəti ilə 2018-cı ildə Almanıyanın Berlin şəhərində Azərbayca n səfirliyi qarşısında keçirilmiş mitinqdə iştirak etmiş, orada Tural Sadıqlı və Seyran Rəfiyevlə görüşmüşdür. 2019-cu ildə “Azerfreedom” internet kanalının rəhbəri X28 Federasiyasında yaşayan vətəndaşlardan maliyyə vəsaiti toplamaq məqsədi ilə Məhkum təqdim etdiyi bank hesabını öz efirində nümayiş etdirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin 10 mart 2020-ci il tarixli, 6/23291m nömrəli məktubundan görünür ki, 11.04.2018-ci il tarixdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində, Azərbaycan Respublikasının vətəndaşları, 1985-ci il təvəllüdlü X18, 1984-cü il təvəllüdlü X19 və Niderland Krallığının vətəndaşı 1969-cu il təvəllüdlü X17 təşkilatçılığı, 1984-cü il təvəllüdlü X12, 1986-cı il təvəllüdlü X20, 1987-ci il təvəllüdlü X26 və digər şəxslərin iştirakı ilə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin inzibati binasının ətrafında aksiya keçirilmişdir. Məhkum Rusiya vətəndaşlığını qəbul edərkən Azərbaycan vətəndaşlığının olması (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğu tərəfindən ona verilmiş arayış (GK 004094, 08.04.2015), Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (AZE ********) və ümumvətəndaş pasportu (C 01326487, 16.07.2017) ilə bağlı məlumatı Rusiya Federasiyasının müvafiq qurumlarından gizlətmişdir. O, Rusiyadan deportasiya olunmasından ehtiyatlanaraq Avropa ölkələrinin birində “siyasi baxışları”na görə oturum almaq məqsədilə əvvəlcə Belarus Respublikasına, oradan isə Ukra yna Respublikasına getmişdir. Məhkum Ukrayna Respublikasında saxlanılaraq Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 22 avqust 2020-ci il tarixli, 30/2088 nömrəli məktubundan görünür ki, Məhkum saxlanılması zamanı üzərindən götürülmüş “İphone XS” markalı mobil telefonla bağlı keçirilmiş tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Elvinin (**********8) səsli mesajında “Qardaş, sənə deyirəm, uşaqlara çatdır. Bizim problemimiz Fuad, İsgəndər Həmidov deyil, bunlar heç kimdir. Biz bunlarla mübarizə aparsaq, dedi-qodu etsək, biz öz nüfuzumuzu itirərik. Özümüzü türklərin gözündən salarıq. Bizə rejimi devirmək lazımdır, türklərlə bir yerdə. Devirəndən sonra, hakimiyyətə Mübariz, Əli İbadov kimi oğlanlar gələcək. Bu yüz faizdir! Bu dəfə bizə ata bilməzlər. Mənim hamı ilə münasibətim var, istər Orduxan olsun, istər Qurban olsun. Mən hamı ilə şərt kəsmişəm, sabah hakimiyyət dəyişsə, orada mənim talışımın yeri olacaq. Onlar bizim yanımızda boğazdırlar, bizə heç nə deyə bilməzlər. Oraya Mübariz kimi oğlan gəlsə, bizim bölgəyə çox xeyri olacaq, Zabilin siyasəti bizə lazım deyil, bizi gözdən salır. Uşaqlara de ki, mənim çıxışlarıma irad tutmasınlar, normal yoldur. Guya talış pis yaşayır, türk yaxşı yaşayır?! Problem bütün ölkədə var, normal sistem yaratmaq lazımdır. Talış öz muxtariyyət statusunu alacaq. Bizim öz parlamentimiz olacaq, öz deputatlarımız olacaq. Biz özümüz özümüzə icra hakimiyyəti seçəcəyik, polis rəisi seçəcəyik. Türk bizə rəislik etməz, bunları bilin. Dedi-qoduya fikir verməyin, uşaqları b aşa salın məzmunlu ifadələri vardır. Bundan başqa, Rafael Piriyevdən (**********604, Rafael Piriyev) daxil olmuş səsli mesajda: “Elvin, qardaş, pulu götürdüm. Çox sağ ol”. Elvinin (**********282, Orxan Ağayev) səsli mesajı: “Orxan, bunun mətləbə nə dəxli var? Vəziyyətə nə dəxli var ? Kişi kimi pul yığılıb. Mən Akifə demişəm. Mən Akifə dedim ki, Akif 150-200 nə qədər imkanın var, ver. Mənə de ki, kimin adına göndərmək lazımdır göndərim. Bunu demişəm də mən Akifə. Bir neçə dəfə demişəm”. Seyranın səsli mesajı: “Elvin, sən hələ başa düşmürsən ki, pul yığmaq məsələsi nə məsələdir. Qurban sənin üçün torba tikir ki, Azərbaycan hakimiyyəti səni Bakıya “Vağzalı” ilə gətizdirsin. Bunu mən sənə deyirəm!” məzmunlu ifadələr vardır. Cinayət işində olan 25 avqust 2020-ci il tarixli baxış protokolundan g örünür ki, Məhkum istifadəsində olmuş “İphone XS” markalı mobil telefonun “whatsapp” proqramı vasitəsi ilə sonuncu 11.12.2019-cu il tarixdə Qurban Məmmədov, Orxan Ağayev, “Binnaz” adlı şəxs, Laçın Məmişov, “Əli Oğuz” adlı şəxslərlə danışıqlar aparmışdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri Məhkum təqsirli hesab edərkən cinayət işi üzrə konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum Azərbaycan Respublikası CM-in 12.1,220.2 və 12.1,281.2ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkə mə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassator Müdafiəçi1 kassasiya şikayətinin dəlillərindən biri Məhkum ibtidai istintaq zamanı müdafiə hüququnun və tərcüməçidən istifadə hüququnun pozulmasıdır. Müdafiəçi1 kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum ibtidai istintaq zamanı müdafiə və tərcüməçin in xidmətindən istifadə hüquqları pozulmuşdur, Məhkum ifadələri təzyiq altında və aldadılaraq vermişdir. Ona görə də həmin ifadələr sübut kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki cinayət işi üzrə ibtidai istintaqı aparan Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru E.İbrahimovun 14 dekabr 2019-cu il tarixli qərarı ilə Məhkum müdafiəçi təyin edilmişdir. Qərara əsasən Azərbaycan Respublikasının vəkillər kollegiyasının 12 saylı vəkil bürosunun vəkili X9 müdafiəçi qismində təyin edilmiş və Məhkum təqdim edilmişdir. İşdə olan müdafiəçinin təqdim edilməsi haqqın da 14 dekabr 2019-cu il tarixli protokoldan və Məhkum eyni tarixli ərizəsindən görünür ki, Məhkum hüquqlarının vəkili İlyasova Gülarə Qəzənfər qızı tərəfindən müdafiə olunmasını istəmiş, hər hansı bir başqa vəkilin dəvət edilməsi barədə xahiş etməmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, vəkil Müdafiəçi1 09 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinin rəisinə eyni tarixli vəkil orderi təqdim etmiş və onun Məhkum müdafiəçisi qismində buraxılmasını xahiş etmişdir. 09 yanvar 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqı aparan Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru E.İbrahimov təqsirləndirilən şəxs Məhkum saxlanıldığı Bakı İstinta q Təcridxanasının rəisinə vəkil Müdafiəçi1 Məhkum müdafiəçi qismində buraxılması barədə məktub vermiş və bu barədə vəkil Müdafiəçi1 məlumatlandırmışdır. 09 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum ərizə verərək vəkil Müdafiəçi1 tanımamasını, onun vəkillik xidmətlərindən imtina etməsini, hüquqlarının vəkil Gülnarə İlyasova tərəfindən müdafiə edilməsinin istəməsini bildirmişdir. 10 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru E.İbrahimov müdafiəçi Gülarə İlyasovanın iştirakı ilə təqsirləndirilən şəxs Məhkum Müdafiəçi1 təqdim etmişdir. Təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, vəkil Müdafiəçi1 tərəfindən vəkil orderi təqdim edilməsi barədə rəsmi məlum atı almışdır. Hüquqlarının vəkil Müdafiəçi1 tərəfindən müdafiə edilməsini istəmir və xidmətinə ehtiyacı yoxdur, ondan imtina edir. Hüquqlarını yalnız müdafiəçi Gülarə İlyasovanın tərəfindən müdafiə olunmasını istəyir. Protokol müdafiəçilər və təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan başqa işdə olan sənədlərdən görünür ki, 16 dekabr 2019-cu il tarixdə vəkil X21 istintaqı aparan E.İbrahimova təqsirləndirilən şəxs Məhkum İltiham oğlunun hüquqlarını müdafiə etmək haqqında vəkil orderi təqdim etmişdir. İşdə olan Məhkum 19 dekabr 2019-cu il tarixli ərizəsindən və eyni tarixli protokoldan görünür ki, Məhkum hüquqlarının vəkil V.N.Xasayev tərəfindən müdafiə edilməsindən imtina etmişdir. 13 yanvar 2020-ci il tarixdə vəkil X10 istintaqı aparan E.İbrahimova vəkil orderi təqdim edərək on un təqsirləndirilən şəxs Məhkum müdafiəçi qismində buraxılmasını xahiş etmişdir. 17 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru E.İbrahimov müdafiəçi Gülarə İlyasovanın iştirakı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçi Ayxan Rüstəmzadəni təqdim etmişdir. Təqsirləndirilən şəxs Məhkum hüquqlarının vəkil Ayxan Rüstəmzadə tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Protokol müdafiəçilər və təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Müdafiəçi A.X.Rüstəmzadənin vəsatətinə əsasən Məhkum onun iştirakı ilə 29 yanvar və 14 may 2020-ci il tarixdə dindirilmişdir. 28 yanvar 2020-ci il tarixdə vəkil Müdafiəçi1 təkrarən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinin rəisinə eyni tarixli vəkil orderi təqdim etmiş və onun Məhkum müdafiəçisi qismində buraxılmasını xahiş etmişdir. İşdə olan təqsirləndirilən şəxs Məhkum 28 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, onun iki müdafiəçisinin olması ilə əlaqədar o, vəkil Müdafiəçi1 xidmətlərindən imtina etmişdir. 05 iyun 2020-ci il tarixdən vəkil Müdafiəçi1 təkrarən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinin rəisinə vəkil orderi təqdim etmiş və onun Məhkum müdafiəçisi qismində buraxılmasını xahiş etmişdir. 28 iyul 2020-ci il tarixli protokoldan görünür ki, müstəntiq R.Babayev tərəfindən vəkil Müdafiəçi1 təqsirləndirilən şəxs Məhkum təqdim etmiş və sonuncu hüquqlarının vəkil Müdafiəçi1 tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Həmin tarixdən vəkil Müdafiəçi1 təqsirləndirilən şəxs Məhkum müdafiəçi qismində işə buraxılmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum istintaqa cəlb edildiyi gündən cinayət işi üzrə ibtidai istintaq qurtaranadək onun özü tərəfindən seçildiyi müdafiəçilərin xidmətlərindən istifadə etmişdir. Vəkil V.N.Xasayevin müdafiəçi qismində işə buraxılmaması, vəkil Müdafiəçi1 isə 28 iyul 2020-ci ildən müdafiəçi qismində işə buraxılması istintaq orqanın təşəbbüsü ilə deyil, təqsirləndirilən şəxsin ərizələrinin əsasında olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda həmin vəkillərin müdafiəçilər qismində işə buraxılmaması təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin cinayət işinin materiallarından görünür ki, Məhkum 14 dekabr 2019-cu ildə Azərbaycan Respublikası CM-in 12.1,220.2 və 12.1,281.2-ci maddələri ilə ittiham elan edilmiş və o, həmin ittiham üzrə müdafiəçilərin iştirakı ilə 14, 15, 16, 19 dekabr 2019-cu il, 14 may, 03 iyun və 22 avqust 2020-ci il tarixlərdə dindirilmişdir. Dindirmə protokollardan görünür ki, hər bir dindirmədən əvvəl Məhkum ifadəni Azərbaycan dilində vermək istəmiş, o cümlədən 22 avqust 2020-ci il tarixdə təqsirləndirilən şəxs Müdafiəçi1 iştirakı ilə dindirilmiş və dindirmədən əvvəl ifadəni Azərbaycan dilində vermək istəməsi barədə bildirmişdir. Nə təqsirləndirilən şəxsin özünün, nə onun müdafiəçilərinin tərcüməçi xidmətlərinin zərurəti ilə əlaqədar xahişlər və vəsatətləri daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru E.İbrahimovun 11 fevral 2020-ci il tarixli qərarı ilə istintaq zamanı cinayət işi üzrə rus dilinin tərcüməçi təyin edilmişdir. Lakin qərardan görünür ki, tərcüməçinin cəlb edilməsi cinayət işinə Ukrayna Respublikasından və Rusiya Federasiyasından daxil olmuş, rus dilində tərtib edilmiş sənədlərin əlavə edilməsi və həmin sənədlərlə tanış olması ilə əlaqədar zəruri olmuşdur. Məhz bu səbəbdən də məhkumun və müdafiəçinin cinayət işinin materialları ilə tanış olması tərcüməçinin iştirakı ilə keçirilmişdir. Kassasiya instansiyası məhkəməsində iştirak etmiş Məhkum bildirmişdir ki, Azərbaycan dilini bilir və onun tərcüməçi xidmətlərindən ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Məhkum iştirakı ilə keçirilmiş istintaq və prosessual hərəkətlərinin protokollardan və o nun cinayət işinə əlavə edilmiş ərizələrindən görünür ki, öz dəsti xətti ilə yazılar onun tərəfindən Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə icra edilmişdir. Təqsirləndirilən şəxs Məhkum dindirilməsi barədə 22 avqust 2020-ci il tarixli protokoldan görünür ki, o, ifadə verməkdən əvvəl bildirmişdir ki, Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilir və latin qrafikalı əlifbası ilə oxumağı bacarır, lakin sərbəst yaza bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şəxsə dövlət dilində tərtib olunan sən ədlərin məzmununun çatdırılması zəruridir. İlk baxışdan bu prosesin transliterasiya əsasında aparılması labüdlüyü nəzərə çarpır. Transliterasiya – bir əlifbanın hərflərinin başqa əlifbanın hərfləri ilə verilməsidir. Transliterasiya sözün və ya mətnin tərcüməsi deyil, onların bir qrafik sistemdən digərinə texniki olaraq keçirilməsidir. Şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Müvafiq yazı qrafikasını bilməyən şəxslərin prosessual vəziyyəti dili bilməyən şəxslərin prosessual vəziyyəti ilə eyni qiymətləndirilməməlidir. Lakin qrafikanı bilm əyən şəxslərin hüquqlarının təminatı cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təminatından az olmamalıdır. Bu vəziyyətdə olan şübhəli və ya təqsirləndirilən şəxslər cinayət prosesini həyata keçirən orqanlar tərəfindən müdafiəçi ilə təmin edilməlidirlər. İş materiallardan görünür ki, təqsirləndirilən şəxs Məhkum cinayət işi üzrə aparılmış araşdırmanın bütün mərhələsində müdafiəçi ilə təmin edilmiş və onunla bütün prosessual və istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə keçirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin Məhkum ibtidai istintaq zamanı müdafiə hüququnun və tərcüməçidən istifadə hüququnun pozulması barədə dəlilləri əsassızdır. Bununla əlaqədar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrin mümkünlüyünu və mötəbərliyini şübhə altında almaq və onları sübut kimi qəbul etməmək üçün əsaslar yoxdur. Müdafiəçi1 kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum ifadələri təzyiq altında və aldadılaraq vermiş, məcbur qalaraq protokolları imzalamışdır. Ona görə də onun yalnız məhkəmə iclasında verdiyi ifadəsi əsas gütürülməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun 15 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinin ikinci yarımbəndində qeyd edilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud o nun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” iş üzrə (32132/07) 31 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər. Həbsdə polis nəzarəti altında olan insanların işində olduğu kimi, sözügedən hadisələr bütünlükdə və ya qismən dövlət orqanlarının müstəsna səlahiyyəti daxilində olduqda, belə saxlanma zamanı yaranan xəsarətlərlə bağlı ciddi fakt prezumpsiyası yaranır”. Lakin müdafiəçi tərəfindən bu dəlilin əsaslandırılması üçün heç bir sübut təqdim etməmiş, heç bir hal da göstərməmişdir. Cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq təqsirləndirilən şəxsin iştirakı ilə 14 dekabr 2019-cu ildən 26 avqust 2020-ci il tarixədək aparılmışdır. Belə ki, cinayət işində olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayevin 14 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Məhkum İltiham oğlu 12 dekabr 2019-cu il tarixdə Ukraynadan Azərbaycana geri qaytarılmış və müraciəti əsasında 13 dekabr 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərində yerləşən Qanunsuz miqrantların saxlanılması mərkəzində könüllü olaraq yerləşdirilmişdir. 14 dekabr 2019-cu il tarixdə Məhkum ittiham elan edilmiş və həmin ittiham üzrə o, 14, 15 və 16 dekabr 2019-cu il tarixdə dindirilmişdir. Həmin dindirmə protokollarından görünür ki, Məhkum öz təqsirini boynuna almış və cinayət işi üzrə ən dolğun və ətraflı ifadələr məhz bu ərəfədə vermişdir. Həmin dindirmələrdən sonra Məhkum təzyiq göstərmək, aldatmaq və ya hər hansı bir qanunsuz yolla ifadə verməyə məcbur etmək ehtiyacı olmadığı üçün heç bir məntiqə sığmır. İbtidai istintaq zamanı 8 ay ərzində, o cümlədən Müdafiəçi1 iştirakı ilə 22 avqust 2020-ci il tarixdə dindirilərkən və 26 avqust 2020-ci il tarixdə cinayət materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxs Məhkum onun barəsində hər hansı bir təzyiq lə bağlı heç bir hal göstərməmiş və bu barədə şikayət etməmişdir. Bundan başqa, iş materiallardan görünür ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Müdafiə İşləri üzrə koordinatorun müraciətinə əsasən Azərbaycan Respublikası Baş prokurorunun nümayəndəsi 21 aprel 2020-ci il tarixdə Məhkumlə görüşmüş və onun ərizəsi almışdır. İşə əlavə edilmiş Məhkum həmin ərizəsindən görünür ki, o, işgəncəyə və ya heç bir fiziki və ya psixoloji təsirə məruz qalmamışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsaslandırmış saymır və qəbul etmir. Sübutlarla bağlı kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, cinayət işi üzrə məhkəmə-lingvistik ekspertizasının qanunların tələblərinə zidd aparılmış və bu səbəbdən həmin ekspertiza rəyi sübut qismində qəbul edilməlidir. Bu dəlili əsasla ndıraraq müdafiəçi göstərmişdir ki, rəy ekspert tərəfindən deyil, lingvistika üzrə ixtisası olmayan Azərbaycan Respublikası Elmlər Akademiyasının əməkdaşı – politoloq X16 tərəfindən verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi və Azərbaycan Respublikasında ekspertiza fəaliyyəti tənzimləyən “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun məhkəmə ekspertiza idarəsinin əməkdaşı olmayan şəxs tərəfindən ekspertiza rəyinin verilməsini qadağa edən norma yoxdur. Qanunun tələblərinə görə məhkəmə ekspertiza idarəsinin əməkdaşı olmayan şəxsi ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb edilməsi məhkəmə ekspertizasını təyin etmiş orqanın razılığı ilə yol verilir. Cinayət işini n materiallarından (işdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsi rəisinin və Azərbaycan Milli Akademiyasının vitse-prezidentinin məktublardan) görünür ki, Azərbaycan Milli Akademiyasının əməkdaşı Sənan Həsənovun ekspert qismində cəlb edilməsinə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair istintaq idarəsinin razılığı olmuşdur. Azərbaycan Milli Akademiyasının vitse-prezidentinin məktubundan və ekspertiza rəyindən görünür ki, ekspert qismində cəlb edilmiş Sənan Həsənov AMEA-nın X13 Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Sənan Həsənovun rəy verilməsi üçün xüsusi biliyə malik olmasını şübhə altına almaq üçün nə cinayət işinin materiallarında, nə də kassasiya şikayətində heç bir mötəbər və əsaslı hal göstərilməmişdir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə b iləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin işti rakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işi üzrə sübutların əldə edilməsi zamanı Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsində sadalanan hallara yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişl ər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 12.1,220.2 və 12.1,281.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hans ı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi əsaslı olaraq Müdafiəçi1 tərəfindən təqdim edildiyi mütəxəssisin rəyini sübut qismində tanımamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr o lmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin rəydən görünür ki, tədqiqat Məhkum nümayəndəsi X5 müraciəti əsasında Azərbaycan dilini bilməyən Rus dilinin sahəsi üzrə mütəxəssis X14 tərəfindən aparılmışdır. Məhkum videomüraciətləri isə Azərbaycan dilində olmuşdur. Ona görə də mütəxəssisə tədqiqat üçün videomüraciətlərin mətnləri deyil, onların tərcümələri təqdim edilmişdir. Rəyin özündə mütəxəssis qeyd etmişdir ki, tədqiqata təqdim edilmiş mətnlərin tərcüməsinin keyfiyyətinin çox aşağı səviyyədə olması səbəbindən tədqiqatın nəticələri şərti xarakter daşıyır, mötəbər rəy almaq üçün tədqiqata Azərbaycan dilini bilən mütəxəssis cəlb edilməlidir. Bundan başqa rəyə tədqiqata təqdim edilmiş tam mətnləri əlavə edilməmiş, rəydə isə həmin mətnlərin fraqmentləri göstərilmişdir. Bu isə tədqiqa ta Məhkum ittihamında göstərilən videomüraciətlərin tam mətnlərinin təqdim edilməsini müəyyən etmək mümkün deyil. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş rəy mütəxəssis tərəfindən imzalanmamış, rəyin mütəxəssis X14 tərəfindən tərtib edilməsini təsdiq edən rekvizitlər mövcud deyil. X5 Məhkum nümayəndəsinin olması barədə heç bir sənəd təqdim edilməmişdir. Beləliklə, Müdafiəçi1 tərəfindən təqdim edildiyi mütəxəssisin rəyinin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələrin olması üçün həmin mütəxəssis rəyi əsaslı olaraq cinayət işi üzrə sübut qismində qəbul edilməmişdir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bər aət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). Məhkum bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsində sadalanan hallardan heç biri müəyyən edilmədiyindən onun barəsində cinayət işinin xitam verilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin dəlillərindən biri Məhkum Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddə ilə onun barəsində ittiham hökmünün çıxarılması Azərbaycan Respublikası CM-in 12-ci maddəsinin tələblərinə zidd olduğundan qanunsuz olmasıdır. Belə ki, kassator göstərir ki, Məhkum istinad edilən Azərba ycan Respublikası CM-in 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli Rusiya Federasiyasının ərazisində törədilmiş, həmin əməl Rusiya Federasiyasının qanunvericiliyi ilə cinayət sayılmır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-in 12.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CM-in 12.5-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum cinayət məsuliyyətinə cəlb edilərkən və məhkəmə tərəfindən ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 12.1 və 12.5-ci maddələrinin tələblərinə riayət edilmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlarla əlaqədar əməli həm Azərbaycan Respublikasının (AR CM-in 281.2-ci maddəsi), həm Rusiya Federasiyasının (RF CM-in 20 5.2-ci maddəsinin 2-ci hissəsi) qanunvericiliyi ilə cinayət sayılır. Rusiya Federasiyasının CM-in 205.2-ci maddəsin 2-ci hissəsində “İnternet” telekomunikasiya şəbəkəsindən istifadə edərək terrorçuluq fəaliyyətinin həyata keçirilməsinə açıq çağırışlara görə cinayət məsuliyyəti nəzərdə tutulmuş və digər növ cinayət cəzaları ilə yanaşı 5 ildən 7 ilədək azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Rusiya Federasiyasının CM-in 205-ci maddəsinin 2 saylı qeydində göstərilir ki, bu maddədə terrorçuluq fəaliyyəti altında bu Məcəllənin 205, 206, 208, 211, 220, 221, 277, 278, 279, 360, 361-ci maddələrində nəzərdə tutulmuş cinayətlərinin heç olmasa birinin törətməsi başa düşülür. Rusiya Federasiyasının CM-in 278-ci maddəsində Rusiya Federasiyasının Konstitusiyasına zidd olaraq hakimiyyəti n zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə Rusiya Federasiyasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Göründüyü kimi Rusiya Federasiyasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə Rusiya Federasiyasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər bu Məcəllənin 205-ci maddəsinin 2 saylı qeydinə görə terrorçuluq fəaliyyəti sayılır və həmin hərəkətlərə yönəldilən açıq çağırışlara görə RF CM-in 205-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulduğundan bu əməl Rusiya Federasiyasında cinayət hesab olunur. Hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsi ilə 7 il müddətinə aza dlıqdan məhrum etmə cəzası təyin edilmiş, bu cəza RF CM-in 205.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın yuxarı həddini keçmir. Məhkum məxsus mobil telefonunun müsadirəsinin qanunsuz olması və bunun nəticəsində onun şəxsi və ailə həyatı sirrinin pozulması, habelə Azərbaycan Respublikası Baş Prokurorluq tərəfindən öz rəsmi internet səhifəsində Məhkum Azərbaycan Respublikası CM-in 220.2 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi və həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məlumatların yerləşdirilməsi nəticəsində Məhkum təqsirsizlik prezumpsiyası hüququnun pozulması barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən “xüsusi müsad irə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr.” Həmin Məcəllənin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 220.2 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində ona məxsus və cinayət işinə maddi sübut qismində əlavə edilmiş “İphone XS” markalı mobil telefonunun istifadə edilməsini müəyyən edərək, A zərbaycan Respublikası CM-in 99-1.1 və 99-1.2-ci maddələrinin tələblərinə əsasən həmin telefonu müsadirə etmişdir. Məhkum mobil telefonunun müsadirəsi ilə əlaqədar onun şəxsi və ailə həyatı sirrinin pozulması halı cinayət işinin materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Baş Prokurorluq tərəfindən öz rəsmi internet səhifəsində Məhkum Azərbaycan Respublikası CM-in 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə açıqlamanın yerləşdirilməsi onun təqsirini müəyyən etməyən, yalnız prokurorluğun fəaliyyətini işıqlandırılması ilə əlaqədar məlumatlandırıcı xarakter daşıyan bir haldır. Ona görə də həmin məlumatın prokurorluğun internet saytında yerləşdirilməsi Məhkum təqsirsizlik prezumpsiyası hüququnun pozulması kimi qiymətləndirmək olmaz. Həmçini n kassasiya şikayətinə əlavənin Məhkum qanunsuz yollarla Azərbaycan Respublikasına gətirilməsi barədə dəlili cinayət şinin matertialları ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayevin 14 dekabr 2019-cu il tarixli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin 10 mart 2020-ci il tarixli, 6/23-291m nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Məhkum İltiham oğlu 12 dekabr 2019-cu il tarixdə Ukrayna Respublikasında saxlanılaraq Azərbaycan Respublikasına deportasiya olunmuş və müraciəti əsasında 13 dekabr 2019cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərində yerləşən Qanunsuz miqrantların saxlanılması mərkəzində könüllü olaraq yerləşdirilmişdir. Bunu nla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Müdafiəçi1 kassasiya şikayətində əsaslı olaraq göstərmişdir ki, birinci və apelyasiya instansiyası məhkəmələri müvafiq olaraq hökm və qərarın təsviri-əsaslandırıcı hissəsində Məhkum əməlləri təsvir edərək düzgün olmayaraq onun Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin etməsini qeyd etmişdir. Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin etməsinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 278-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı CM-in 278-ci maddəsi ilə ittiham irəli sürülməmiş, o Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri etməmişdir. Məhkum təqsirli bilind iyi Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsinin dispozisiyasında “Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər” deyil “Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar” nəzərdə tutulmuşdur. Belə olan halda Məhkum barəsində olan hökmün və apelyasiya instansiyası məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində onun Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri etməsi barədə göstərməsi əsaslı və qanuna uyğun hesab etmək olmaz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu hissəsi əsaslı olduğundan təmin edilməli və Məhkum barəsində olan hökm və apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, hökmün və qərarın təsviri-əsaslandırı cı hissəsində “Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər” ifadəsi “Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar” ifadəsi ilə əvəz edilməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı, birinci və apelyasiya instansiyası məhkəmələri Məhkum cinayət məsuliyyətinə cəlb edilməsi və ona cəza təyin edilməsi məsələlərinə baxaraq, Azərbaycan Respublikası CM-in 12.1 və 12.5-ci maddələrinin tələblərinə riayət etmək üçün Məhkum Azərbaycan Respublikası CMin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə görə RF CM-in 278-ci maddəsində cinayət məsuliyyətinin müəyyən edilməsi barədə səhv nəticəyə gəlmişdir. Bununla əlaqədar dövlət ittihamçısı birinci instansiya məhkəməsində çıxış edə rkən Məhkum Azərbaycan Respublikası CM-in 281.2-ci maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin etməsini xahiş etmiş, məhkəmə isə Məhkum həmin maddə ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsin in qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələ rinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində bir nəfər azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və onun əvvəllər məhkum olunmamasını CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə almışdır. Hökmlə təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin, ittihamda da qeyd olunduğu kimi mütəmadi törədilməsi təkrarlıq kimi qiymətləndirilmiş və cəza təyini zamanı bu hal nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Məhkum əməllərinin müvafiq olaraq tövsif edildiyi CM-in 220.2-ci maddəsinin dispozisiyasında cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrar törədilməsi tövsifedici hal kimi nəzərdə tutulmadığından həmin hallar CM-i n 220.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl üzrə cəza təyini zamanı cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 12.5-ci maddəsinin tələblərinə faktiki olaraq riayət edilmişdir. Lakin buna baxmayaraq, Məhkum Azərbaycan Respublikası CM-in 12.1,281.2-ci maddəsi ilə təyin edilmiş cəzanın yuxarı həddi 7 ildən çox olmamalı olduğunu və cəzanı yüngülləşdirən halların olmasını nəzərə alıb məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 12.1,281.2-ci maddəsi ilə təyin edilmiş cəzanın endirilməsini mümkün sayır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şi kayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 12.1,281.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il 9 (doqquz) aya endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən hökmlə Azərbaycan Respublikası CM-in 12.1,220.2-ci maddəsi ilə və hazırkı qərarla Azərbaycan Respublikası CM-in 12.1,281.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla Məhkum qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmünün və Bakı Apelyasiya Məhkəm əsinin 04 fevral 2021-ci il tarixli qərarının təsviriəsaslandırıcı hissəsində “Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər” ifadəsi “Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar” ifadəsi ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar