Məhkəmə qərarları › İş №1(102)-4/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-4/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-4/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi7, Məhkum1 müdaf iəçisi X3 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi6, Məhkum1 müdafiəçisi Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əliövsəd Abasov (sədrlik edən və məruzəçi), Mahmud Ağalarov və Eldar Mikayılov) 31 may 2021-ci il tarixli, 1(101)440/2021 nömrəli hökmü ilə xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı övlad olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı ş əhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsi ev 9 mənzil 7-də qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Aşıq Alı küçəsi ev 10 mənzil 44-də yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə, CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum e dilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 dekabr 2019-cu il tarixdən hesablanmış, 01 avqust 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşaq atası, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad qəsəbəsində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 144.2.1, 144.2.3, 144.2.4,144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə, CM-in 182.2.1 və 182.2.3-cü maddələr i ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq o, 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 dekabr 2019-cu il tarixdən hesablanmış, xx xxxxxxx 1989-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı uşaq atası, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu mədən 01 korpus 47-də yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 144.2.1, 144.2.3, 144.2.4,144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 144.2.1, 144.2.3, 144.2.4, 1 44.2.5 və 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə, CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq o, 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 dekabr 2019-cu il tarixdən hesablanmış, xx xxx 1984-cü ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış Təqsirləndiril ən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.3 və 204.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətinə, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə, CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 204.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq o, 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 tanışları Məhkum1, Məhkum2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Zərərçəkmiş şəxs3 istifadəsində olmuş “Nissan Maxima” markalı, 99PD662 qeydiyyat nişanlı avtomobilini qanunsuz olaraq almış şəxsiyyəti istintaqla araşdırılan “Vüsal” adlı və digər şəxslərdən geri qaytarılmasına kömək etməsi müqabilində istədiyi 2000 manat pulu ala bilmədiyi üçün Zərərçəkmiş şəxs3 övladları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tamah məqsədi ilə, silah qismin də istifadə edilən əşyalardan istifadə etməklə, həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə oğurlanması, zərərçəkmiş şəxslərin şəxsiyyəti üzərində zor tətbiq etmə və onların yaxın qohumlarının şəxsiyyəti üzərində belə zorun tətbiq edilməsi hədəsi ilə 2000 manat pulun hədə-qorxu ilə tələb edilməsi, silah qismində istifadə edilən bıçaq tətbiq etməklə zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq edib əldə olunan pul vəsaitini aralarında bölüşdürüləcəyi barədə razılaşmışlar. Cinayətkar qrupun üzvlərinin aralarında əldə olunmuş razılaşmaya uyğun olaraq 29 dekabr 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri Nərimanov rayonunda olan “Gənclik" metrostansiyasının yaxınlığında yerləşən Məhkum2 “Burhan FF” adlı avtomobil icarəsi ilə məşğul olduğu obyektdə görüşüb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğurlamaqla bağlı hər birinin cinayət törədilməsində iştirakı və rolunu dəqiqləşdirməklə öz aralarında vəzifə bölgüsü aparmış, əldə olunmuş razılaşmaya əsasən həmin məqsədlə cinayətkar qrupun üzvü Məhkum2 Zərərçəkmiş şəxs1la mobil telefon vasitəsilə əlaqə saxlayıb sonuncunu və qardaşı Zərərçəkmiş şəxs2 çay içmək bəhanəsi ilə aldadıb onlarla 29 dekabr 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində yerləşən “101 çay evi” adlı kafenin yaxınlığında görüşüb orada idarə etdiyi “Chevrolet Camaro” markalı 99NH888 dövlət qeydiyyat nişanlı avtomob ilə əyləşdirmişlər. Sonra “Chevrolet Camaro" markalı avtomobilin arxasında dayanmış Təqsirləndirilən şəxs3 idarə etdiyi “Tayota Camry" markalı 99PD971 dövlət qeydiyyat nişanlı avtomobildən Təqsirləndirilən şəxs1, Məhkum1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 düşərək birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qolundan tutub fiziki zor tətbiq etməklə iradələrinə zidd olaraq məcburi qaydada Təqsirləndirilən şəxs3 idarə etdiyi “Tayota Camry" markalı avtomobilə Məhkum1 və Təqsirləndirilən şəxs2 nəzarəti altında otuzdurmuş, zərərçəkmiş şəxsləri Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi “Zeytunçuluq sovxozu" adlanan yerdə yerləşən “Abu Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan Təqsirləndirilən şəxs2 icarə əsasında işlətdiyi çay evinə məcburi gətirib orada olan ota ğa salıb saat 01 radələrinə kimi olan müddətdə Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs2 tərəfindən əvvəlcə şəxsiyyətləri üzərində zor göstəriləcəyi hədəsi ilə hədələnməklə, sonra isə sillə və təpik zərbələri ilə hər iki zərərçəkmiş şəxsin, Təqsirləndirilən şəxs2 isə silah qismində istifadə edilən odun parçası ilə Zərərçəkmiş şəxs1, dəmir stulla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə dəfələrlə qəsdən zərbələr endirilib zor tətbiq edərək, Zərərçəkmiş şəxs1 sağ bazunu və sağ saidi əhatə edən sahənin hematoması kimi sağlamlığa yüngül, sağ və sol bazunun qançırları, sağ bazunun və sağ saidin sıyrıqları kimi dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs2 sol gözaltı nahiyəsinin, sol bel nahiyəsinin qançırları, döş qəfəsinin sağ yarısının sıyrığı kimi dərəcəsi təyin edilm əyən xəsarətlər yetirmişlər. Sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb övladları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şəxsiyyətləri üzərində zor tətbiq ediləcəyi hədəsi ilə 2000 manat pul vermələri qanunsuz olaraq hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs2 digər qrup üzvləri ilə birlikdə silah qismində istifadə etdiyi bıçaqla hər iki zərərçəkmiş şəxsin əmlakını ələ keçirmə məqsədi ilə onların həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs1 məxsus 1 manat 30 qəpik nağd pul və Zərərçəkmiş şəxs2 məxsus 10 manat dəyərində içərisi boş pul qabını almışlar. Sonra 30 dekabr 2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məcburi saxlanıldıqları otaqdan çı xarıb Təqsirləndirilən şəxs3 idarə etdiyi “Tayota Camry” markalı avtomobilə Məhkum2 və Təqsirləndirilən şəxs2 nəzarəti altında iradələrinə zidd olaraq fiziki zor tətbiq etməklə məcburi otuzdurmaqla Təqsirləndirilən şəxs2 tanışı Şahid3 nəzarət etdiyi X6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, B-126 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb həmin evin ikinci mərtəbəsində yerləşən qapısı və pəncərələri bağlı olan kiçik otaqda məcburi saxlamışlar. 30 dekabr 2019-cu il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 və Məhkum1 Mais və Zərərçəkmiş şəxs2ları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində sonuncuların atası Zərərçəkmiş şəxs3la görüşmək üçün Məhkum1 idarə etdiyi “Chevrolet Camaro" markalı avtomobilə fiziki zor tətbiq etməklə məcburi otuzdururaq, Tə qsirləndirilən şəxs2 avtomobildə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor tətbiq edilməsi hədəsi ilə ona məxsus olan 500 manat dəyərində gümüş qolbağı qanunsuz tələb edərək almış, zərərçəkmiş şəxslər iradələrinə zidd olaraq Lökbatan qəsəbəsində yerləşən “Cənub” adlı kafeyə aparıldıqdan sonra Zərərçəkmiş şəxs3 görüşə gəlmədiyi üçün Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsləri yenidən saxlanıldıqları evə aparmaq məqsədilə “Chevrolet Camaro” markalı avtomobilə otuzdurmuşlar. Yolda olarkən qrup üzvləri avtomobilə yanacaq almaq üçün pul verəcəkləri təqdirdə zərərçəkmiş şəxsləri azad edəcəklərini bildirib sonuncuları yaşadıqları ünvan 4 ünvanın yaxınlığına gətirmiş, Zərərçəkmiş şəxs1 qrup üzvlərinin nəzarətləri altında avtomobildə saxlanılmaqla Zərərçəkmiş şəxs 2 yaşadığı evdən pul gətirməsinə şərait yaradılmış və sonuncunun gətirdiyi 20 manat pul qrup üzvü Məhkum1 tərəfindən alınmış, həmin vaxt digər qrup üzvü Məhkum2 Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə onların polis tərəfindən axtarılmasını xəbər verdikdən sonra zərərçəkmiş şəxsləri Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsinə aparmışlar. Hadisə barədə daxil olmuş məlumat əsasında 30 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Məhkum1 zərərçəkmiş şəxslərin azad edilməsi müqabilində əvvəlcədən seriya və nömrələri qeyd edilmiş Zərərçəkmiş şəxs1 məxsus 1000 manat pulu qohumu X1 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsində yerləşən “Bakıxanov" ticarət mərkəzinin yaxınlığında aldıqdan sonra ünvan 5 ünvanında yerfəşən “Kabak" adlı kafedə saxlanılan zərərçəkmiş şəxslər azad edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərovdan) 15 oktyabr 2021-ci il tarixli, 1(103)-1210/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 1(101)-440/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs1 özü və müdafiəçisi Müdafiəçi5, Məhkum1 müdafiəçisi Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi7 və Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qər arından Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini, Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum1 bəraət verilməsi barədə qərar qəbul edilməsini, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarının məhkum Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirlməsini və onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza müddətinin şərti hesab edilməsi barədə qərar qəbul edilməsini, məhkum Təqsirlə ndirilən şəxs3 müdafiəçisi Müdafiəçi7 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və məhkum Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi olmadığı üçün bəraətverici əsaslarla işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual hüquq və normaların pozulması ilə qəbul edildiyi üçün əsassızdır. Birinci instansiya məhkəməsi zamanı məhkəmə istintaqı formal aparılmış, yekunda isə ittihamedici hökm çıxarılmışdır. Eyni hal apellyasiya instansiyası məhkəməsində də təkrarlanmışdır. Birinci instansiya məhkəməsində məhkəmə i stintaqı zamanı ifadə vermiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrinə məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Təqsirləndirilən şəxslərin ifadələrindən göründüyü kimi Məhkum2 Təqsirləndirilən şəxs1 istədiyi nəqliyyat vasitəsini vermədiyi Kənan Amiddən idarə etdiyi “Toyota” markalı avtomobili ilə Fəridin arxasınca getməyi ondan xahiş etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkum2 tərəfindən cinayətin törədilməsi planlaşdırılmamışdır. Göründüyü kimi Fərid Kənanı və digər şəxsləri öz arxası ilə aparmamışdır. Bütün bu qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir. Eyni zamanda, zərərçəkmiş şəxslər Mail Nəcəfov və Zərərçəkmiş şəxs2 məhkəmədə dindirilərkən Rüfət ilə Kənan arasında olan mübahisə zamanı Fəridin araya girib Rüfəti n atasının borcunu özü götürməsini, mübahisəni sonlandırmağa çalışdığını bildirmişlər. Buradan Fəridin baş verən hadisələrdə rolu olmamasını birbaşa sübut edir. Məhkum2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi sübut edilməmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi4 Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq pozuntusu ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qərar çıxarılarkən nəzərə almayıb ki, təqsirləndirilən şəxs Məhkum1 hələ 07 yanvar 2020-ci il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokolda yazmışdı ki, ilkin ifadələrini döyülmə nəticəsində veril diyi üçün onları hamısını mümkünsüz hesab edilsin və ona məhkəmə-tibbi ekspertizasını keçirilməsini xahiş etmişdir. Eyni zamanda vəkil olaraq bu barədə 11 fevral 2021-ci il tarixində sübutların sübutlar siyahısından çıxarılması və onları mümkün olmayan sübut kimi qəbul edilməsi barədə vəsatət verərək xahiş etmişdir ki, "Hazırki işi üzrə 16 oktyabr 2020-ci il tarixinə kimi Məhkum1 tərəfindən verilmiş dindirilmə protokolları və eyni zamanda Sübutların qiymətləndirilməsi haqqında 19 oktyabr 2020-ci il tarixli qərar sübutlar siyahısından çıxarılması haqqında qərar qəbul edib işi məhkəmə istintaqı ilə aparasız.” Məhkəmə istintaqı ilə keçən prosesin ən maraqlı və xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında birmənalı o laraq bildirmişlər ki, onlar maşına öz iradələri ilə miniblər, onlara minməsində hər hansı şəxs tərəfdən kömək göstərilməyib. Məhkəmə təqsirləndirilən şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında dediklərini nəzərə alsaydı, burda hər hansı bir razılaşmadan, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən belə söhbət gedə bilməzdi. Məhkum1 təkrar-təkrar bildirmişdir ki, onun hara, nəyə görə hansı məqsədlə getməsi heç bir məlumatı yox idi, pul barəsində ibtidai istintaqda verilən ifadələr təzyiq altında verilib (onun yanında heç kim pul barədə söhbət etməyib). Məhkəmənin nəzərinə çatdırır ki, məhkəmə iclasında hər hansı bir video görüntü göstərilməyib və tədqiq edilməyib. Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 144.2.1, 144.2.3. 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələrin tərkibi olmadığına görə, həmin maddələrin həmin hissələri üzrə ona bəraət verilməlidir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işinə baxılarkən müdafiə tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlərə əhəmiyyət verməmiş, həmin halları araşdırmamış, həmin cinayət işi üzrə əsassız və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs1 barəsində daha yüngül cəza təyin edilməlidir. Belə ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi cinayət işi üzrə olan sübutları lazımi qay dada araşdırmadan və qiymətləndirmədən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda ona təyin olunmuş cəzanın onun şəxsiyyətinə uyğun olub-olmamasını yoxlamamışdır. Məhkum Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən bir sıra əhəmiyyətli hallar atasının Qarabağ müharibəsinin qazisi olduğu, qardaşı X7 3-cü qrup əlil olması, himayəsində azyaşlı uşağının olması, ailənin yeganə gəlir gətirəni olması, iş üzrə zərərçəkmiş kimi tanınmış şəxslərlə barışmasını, ailənin həyat şəraiti daha ağır vəziyyətə düşməsini, nəzərə alınmamış, bununla da verilən cəza isə onun şəxsiyyətinə, səhhətinə və ailə vəziyyətinə uyğun gəlməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 1(103)-1210\2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5 və 182.2.3-cü maddələri ilə təqsirli bilinməsi və cəza verilməsi, əsassız, ədalətsiz, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5-ci-(qanunçuluq), 8-ci (ədalət), 9-cu (humanizm), 41.2-ci (cəzanın məqsədi), 58.3-cü (cəzanın təyin edilməsinin ümumi əsasları), 59-61-ci maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına tamamilə ziddir və ona cəza verilərkən belə onun cəzasını yüngülləşdirən bir sıra hallar nəzərə alınmamış, təyin edilmiş cəza isə onun şəxsiyyətinə, səhhətinə və ailə vəziyyətinə uyğun gəlmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı və 03 aprel 2019-cu il tarixli fərmanından irəli gələn məqam lar nəzərə alınmamışdır. Hüquqlarını müdafiə etdiyim məhkum Təqsirləndirilən şəxs1 daimi yaşayış yerinin olması, yaşayış yerindən müsbət xarakterizə olması, istintaq zamanı (rolu, onun davranışı ilə bağlı müstəsna hallar, habelə əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar) himayəsində azyaşlı övladının olması, ailənin yeganə övladının olması, digər xüsusatlar onun şəxsiyyətini xarakterizə edən hallardır. Belə ki, cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyət i ondan ibarətdir ki, onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Müdafiə tərəfi hesab edir ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən cinayət prosessual və cinayət qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Belə ki, cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsasən məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai tə hlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirləndirilənin şəxsiyyətinə uyğun olsun. Yuxarıda qeyd olunanlara əsasən müdafiəçi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin təmin olunmamasına dair nəticəsi əsassız olmuş, qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə mövcud sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamışdır və ona görə də həmin qərar qanuni və əsaslı sayıla bilməz. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafi əçi7 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ümumi ifadələrdən İstifadə edərək, qərarı tutarlı sübutlarla əsaslandırmamış, Təqsirləndirilən şəxs3 münasibətdə fərdiləşdirmə aparmamışdır. Qərarla tanış olduqda belə başa düşülür ki, sanki tərəfindən verilmiş apellyasiya şikayəti ilə tanış olmadan qərar qəbul edilmişdir. Verdiyimiz apellyasiya şikayətində qoyulmuş məsələlərə ayrı-ayrılıqda hüquqi qiymət verilməmişdir. Məhkəmələr Təqsirləndirilən şəxs3 münasibətdə zərərçəkmiş şəxslərin ibtidai istintaqda verdiyi ifadələrə məhkəmə diqqətdən kənarda qoymuş, işin həmin hallarına ümumiyyətlə münasibət bildirməmişdir. Qərarda təkrar-təkrar birinci instansiya məhkəməsinin qərarının qanuni, əsas lı və ədalətli olduğu qeyd edilərək qərarı oxuyanları inandırmağa uğursuz cəhd edilmişdir. İş materiallarında məhkum Təqsirləndirilən şəxs3 ilə digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərini törətməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan iki və ya daha çox şəxsin oğurlanması, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silahdan, yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törətməsini, tamah m əqsədilə və ya sifarişlə törətməsini təsdiq edən kifayət qədər əsaslar yoxdur. Hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqəli surətdə nəzərdən keçirdikdə görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 144, 181 və 182-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsində iştirak etməmiş və cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri icra etməmiş, yəni Təqsirləndirilən şəxs3 başqa şəxslərlə birlikdə cinayətin birgə törədilməsinə dair əvvəlcədən bu və ya digər razılıq əldə etməsi ilə bağlı heç bir mötəbər sübut mövcud deyildir. Zərərçəkmiş şəxslərin ifadələrindən də göründüyü kimi Təqsirləndirilən şəxs3 onlara qarşı hər hansı bir zorakılıq tətbiq etməmiş, onların sərbəst davranışını məhdudlaşdıran hər hansı bir hərəkətə yol verməmişdir. Əksinə zərərçəkən şəxslərin ifadəsindən də görünü r ki, Amid hərdən gəlib onları sakitləşdirirdi. Əlavə olaraq bildirməliyəm ki, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsləri evlərinə aparmağı təklif etmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs3 zorakı hərəkətlərə yol verməsini, kimdənsə pul tələb etməsini, pula və ya digər maddi nemətlərə görə zərərçəkmiş şəxslərə qarşı hər hansı bir zorakılığa əl atmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs3 quldurluq cinayətini törətməsi kimi qeyri -müəyyən ittiham irəli sürülmüşdür. Lakin, hökmdə və qərarda Təqsirləndirilən şəxs3 quldurluq cinayətini özündə əks etdirən hər hansı bir hala (hərəkətə) istinad edilməmişdir. Qərardan başa düşülmür ki, Təqsirləndirilən şəxs3 hansı bir hərəkətləri ilə adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə cinayət lərini törətmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarı Məhkum2 aid hissədə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verm əməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətinin başlıca dəlili Məhkum2 təqsirli bilindiyi əməllərin sübuta yetirilməməsidir. Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin başlıca dəlili Məhkum1 təqsirli olmaması və onun barəsində ittiham hökmünün çıxarılması qanunsuz olmasıdır. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs1 barəsində təyin olunmuş cəzanın ağır olmasıdır. Müdafiəçi CM-in 70-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini qanuna uyğun hesab edir. M əhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətinin başlıca dəlili məhkumun əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində ittiham hökmün çıxarılması qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İstintaq orqanı məhkumların onlara elan edilmiş ittiham üzrə təqsiri təsdiq edilməsi üçün məhkəməyə onların ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Məhkəmə istintaqı zamanı məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməmişl ər və ibtidai istintaqda verdikləri ifadələrdən fərqli olaraq göstərmişlər ki, onlar zərərçəkmiş şəxslərə qarşı heç bir cinayət törətməmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da məhkəmə istintaqında isə verdikləri ifadələrində məhkumlarla barışdıqlarını və məhkumlar tərəfindən onlara qarşı cinayət əməllərinin törətməmələrini göstərmişlər. Lakin məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, məhkəmə iclasında verdikləri ifadələrdə məhkumlara qarşı irəli sürülmüş ittihamın hallarını tam təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizalarının rəylərindən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənləri üzərində bədən xəsarətləri aşkar edilmişd ir. Həmin ekspertiza rəyləri ilə zərərçəkmiş şəxslərin məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara qarşı zorakılıq hərəkətlərinin törədilməsi barədə cinayət işi üzrə ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələri tam təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkətlərinin protokolları ilə məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamda təqsirli olduqları təsdiq olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələrinə qiymət verərək onların məhkəmə i clasında verdikləri ifadələrə tənqidi yanaşmış və həmin ifadələri həqiqətə uyğun olmayan məhkumların cinayət məsuliyyətindən boyun qaçırmasına yönəlmiş ifadələr kimi qiymətləndirmişdir Məhkəmə təqsirləndirilən şəxslərin və göstərilən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr biri-birinə, digər sübutlara və işin hallarına uyğun olduqlarına görə həmin ifadələri mötəbər sübut kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkumların və onların müdafiəçilərinin apellyasiya şikayətlərinə əsasən işə yenidən baxıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin sübutların qiymətləndirilməsi ilə əlaqədar mövqeyini cinayət işi üzrə toplanmış sübutlara, işin hallarına və cinayət-prosessual qanu nvericiliyinin normalarının tələblərinə uyğun olduğundan əsaslı və qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 349-cu maddəsinin tələblərinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, mü əyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi proseduralara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə istintaqı zamanı məhkumlar özlərini təqsirli bilməsələr də onların təqsiri onların ibtidai istintaq zamanı verdikləri ifadələrlə yanaşı, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri, iş üzrə keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq edilmişdir. Həmin sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışları Məhkum1, Məhkum2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə b irlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hökmün təsviri hissəsində göstərilən cinayət əməlləri törətmişlər. Məhkum Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, şahidlər Şahid10 və Şahid11 ifadələri, sənədlərin məhkəmə-texniki ekspertizasının 20 dekabr 2019-cu il tarixli 31212 saylı rəyi və digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkum2 müdafiəçisi Müdafiəçi6, Məhkum1 müdafiəçisi Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətlərinin məhk umların əməllərində ittihamda qeyd edilən cinayətlərin tərkiblərinin olmaması və onların elan edilmiş ittihamda təqsirlərinin sübuta yetirilməməsi barədə dəlilləri məhkumların və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdikləri ifadələrə uyğun qurulmuş və həmin ifadələr üzrə əsaslanır. Ona görə də məhkəmə kollegiyası müdafiəçilər Müdafiəçi6, Müdafiəçi4 və Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Bundan əlavə hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Həmçinin göründüyü kimi, məhkumlar Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhl ükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, məhkum Təqsirləndirilən şəxs1 cinayətlərin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirlənd irilən şəxs1 barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlilinə, yəni məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edər ək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini müvafiq olaraq hökm və qərarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə məhkumun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, kassasiya şikayətində istinad olunan hallardan heç biri Təqsirləndirilən şəxs1 barəsində şərti məhkum etmənin tətbiq olunmasının mümkünlüyünü əsaslanan amil kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası Müdafiəçi5 kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzaların əsaslılığını müzaki rə edərək nəticəyə gəlir ki, məhkəmələr tərəfindən Məhkum2 təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə öz ağırlığına görə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası C M-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaları n təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kim i nəzərə almışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum2 qrup halında törədilmiş cinayətlərində fəallıq göstərməmiş, şəxsən zərərçəkmiş şəxslərə zor tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən qeyd edilən cəzasını yüngülləşdirən hallar müəyyən etsə də, onu cinayət törətməsində rolu nəzərə almamış və işin bu halına uyğun olmayan ağır cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu nöqsanı üzrə sükutla keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum2 cəza təyin etməsi ilə əlaqədar yanaşması cinayət qanunun normalarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən Plenumunun izahlarına uyğun gəlmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işə kassasiya qaydasın da baxılanadək iş üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ərizələri daxil olmuşdur. Həmin ərizələrdə onlar Məhkum2 ilə barışdığını və ona yüngül cəza təyin olunmasını xahiş etmişlər. Zərərçəkmiş şəxs2 da notarial qaydada təsdiq olunmuş ərizə ilə Ali Məhkəməyə müraciət etmiş və həmin ərizədə Məhkum2 ilə barışdığını və ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən yuxarıda göstərilən halları hökmdə qeyd etsə də, faktiki olaraq Məhkum2 cəza təyin edərkən onları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin edərkən öz mövqeyi əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə cəzanı yüngülləşdirən halların mövcüdluğu ilə yanaşı Məhkum2 cinayətlərin törədilməsində rolunu nəzərə almamış, ona təyin edilmiş cəza nın həcmini müzakirə etmədən birinci instansiya məhkəməsinin hökmünün cəza hissəsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum2 cinayətlərin törədilməsində rolunu və cəzasını yüngülləşdirən halları nəzərə almadan ona təyin ediləcək cəza növünü müəyyən edərkən Cinayət Məcəlləsinin yuxarıda qeyd edilmiş normasını düzgün tətbiq etməmişlər. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum2 təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuna uyğun hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarı nı kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum2 daha aşağı həddə cəza təyin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum1 müdafiəçisi Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2021-ci il tarixli q ərarı Məhkum2 aid hissədə dəyişdirilsin. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 144.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilsin, CM-in 181.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilsin, CM-in 66.3-cü maddəsinə əsasən hazırki qərarla və hökmlə ona CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum2 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar