Məhkəmə qərarları › İş №1(102)-40/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-40/2020

04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-40/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi9, habelə Məhkum və onun müdafiəçis i – XXXX75nun vəkili Müdafiəçi1nun ştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2019-cu il tarixli qəranıdan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi9 və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2019-cu tarixli hökmü ilə (sədrlik edən hakim A.İ.Paşayev, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (xx xxxxxx 1977-ci il tarixdə ünvan3nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, XXXX55ndə şöbə müdiri və həkim-narkoloq vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs davranışına nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə XXXXX35nə həvalə edilmiş, onun üzərinə sınaq müdətində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi iş və yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır; Məhkum (18 iyun 1954-cü il tarixdə ünvan4nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təh silli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan5-da qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9-cu maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını həbsxanada çəkməsi, cəzaçəkmə müddətinin 03 mart 2018-ci il tarixdən hesablanması, barəsində alkoqolizmdən məcburi müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Həmçinin həmin hökmlə X18 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.E.Rəhimov, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət məhkəmə tərkibi) məhkum X5 müdafiəçisi Müdafiəçi10 oğlu, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi9 və Müdafiəçi2, məhkum X1 müdafiəçisi Müdafiəçi3, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi9 və Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2011-ci il tarixdən etibarən narkoloji xidmət və nəzarət sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış dövlət tibb müəssisəsi olan XXX77nin ünvan6 ünvanında yerləşən XXX88nin 2-ci müalicə şöbəsinin həkimnarkoloqu kimi 01 iyul 2011-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən tabeçiliyində olan kiçik və orta tibb personalının işinə rəhbərlik edən, müvafiq qayda və standartlara əsasən tələb olunan müalicə təyin edən və müalicənin gedişinə nəzarət edən, tibbi və digər sənədlərin müəyyən olunmuş müddətdə və keyfiyyətli yazılmasına cavabdeh olmaqla üzərində olan vəzifə borcla rının vaxtında və keyfiyyətli icrasının təmin olunmamasına görə məsuliyyət daşıyan vəzifəli şəxs olaraq, xidməti vəzifəsinin icrası ilə əlaqədar həmin tibb müəssisəsində saxlanılma və vaxtı-vaxtında zəruri dərman preparatları ilə təmin edəcəyi barədə Şahid5 ilə aralarındakı razılığa əsasən sonuncunun atası, 02 mart 2018-ci il tarixdə saxlanıldığı XXX60ndə yanğın hadisəsini törətmiş, 18 iyun 1954-cü il təvəllüdlü, ünvan8-da qeydiyyatda olan Məhkum Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü, Mülki-Prosessual Məcəllənin 352-ci maddələrinin tələblərinə zidd olaraq “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları. Korsakov psixozu” diaqnozu ilə istək və iradəsi əleyhinə, könüllü razılığı və müvafiq məhkəmə qərarları olmadan XXX60nin 2-ci müalicə şö bəsinə yerləşdirilməklə saxlanılması, 01 mart 2018-ci il tarixdə isə evə buraxılmadan XXX60nə təkrar qəbul edilməsini sənədləşdirməklə müalicə müddətinin qeyri-qanuni uzadılması kimi qanunsuz hərəkətlərinə görə 2011-ci ilin noyabr ayından 2018-ci ilin fevral ayına kimi Məhkum Mərkəzdə saxlanıldığı 65 ay ərzində vahid niyyətlə hər ay 100 manat olmaqla, cəmi 6.500 (altı min beş yüz) manat məbləğində külli miqdarda pul vəsaitlərini Şahid5 şəxsən və vasitəçilərdən istifadə etməklə nəğd şəkildə rüşvət kimi alaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Hökmə əsasən Məhkum 02 mart 2018-ci il tarixdə Bakı şəhərində, “Alkoqol qəbulu nəticəsində psixi və davran ış pozuntuları.Korsakov psixozu” diaqnozu ilə 1998-ci ilin fevral ayından etibarən, sonuncu dəfə isə 14 noyabr 2017-ci il tarixdə həyat yoldaşı və oğlu tərəfindən yerləşdirildiyi Azərbaycan Respublikası ünvan10nin ünvan9 ünvanında yerləşən XXX60nin 2-ci şöbəsində müalicədə olarkən, 1992-ci ildə iş yerindən ona verilmiş beş otaqlı, ünvan11nin oğlu Şahid5 mülkiyyətinə rəsmiləşməsi, yaşadığı evə buraxılmaması, təqaüd kartından istifadə etməsinə imkan verilməməsi ilə əlaqədar ailə üzvləri ilə aralarında yaranmış münaqişəyə, həmçinin 01 mart 2018-ci il tarixdə evə buraxılmadan XXX60nə təkrar qəbul edilməsinin sənədləşdirilməklə müalicə müddətinin uzadılması ilə əlaqədar həmin Mərkəzdə saxlanılmaqla müalicə olunmaq istəmədiyinə görə, oğlunu, həyat yoldaşını öldürəcəyi, evini, müalicə müəssisəsin i yandıracağı barədə əvvəllər də bəyan etdiyi hədələrinin davamı kimi həmin gün, saat 21 radələrində 2-ci müalicə şöbəsinin tibb bacısı Şahid2 55 nəfər üçün nəzərdə tutulmuş korpusu yandıracağını bildirərək, 02 mart 2018-ci il tarixdə, səhər saat 06 radələrində saxlanıldığı 14 nömrəli palatada, otaq yoldaşı X14 yatmasından istifadə edib, özünü öldürmək məqsədilə büründüyü yun odeyaldan ibarət yorğanı ayaq tərəfindən istifadəsində olan alışqanla yandırmış, alov artdıqdan sonra özünü öldürmək niyyətindən daşınaraq yorğanı üzərindən kənarlaşdırıb atdığı çarpayısının od tutub, alovun sürətlə 1870-ci ildə inşa edilməklə 1986cı ildən müalicə korpusu kimi fəaliyyət göstərən, arakəsmə divar və döşəməsinin uzun müddət istismarda olmuş taxta və steklovat materialdan ibarət olan binanı əhatə etməsi i lə 29.114,44 manat dəyərində özgənin xeyli miqdarda əmlakını yandırmaqla qəsdən məhv etmiş, şüurlu surətdə yol verdiyi hərəkətləri ilə yanğın nəticəsində şöbənin pəncərələrinə dəmir barmaqlıqlar vurulmuş palatalarında yatmış vəziyyətdə və tibbi müalicə kursu altında olan Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs39, X63, Zərərçəkmiş şəxs54, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs50, X19, X47, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs27 Ramiz oğlu, X20, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs52, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs44, X9, Zərərçəkmiş şəxs47, X54 olmaqla, cəmi 29 nəfər zəhərl ənərək zərər çəkmiş, X15, X16, X28, X10, X37, X29, X17, X6, X64, X21, X30, X24, X48, X31, X32, X7, X49, X50, X65, X33, X34, X22, X4, X25, X11 isə yanma zamanı ayrılan toksiki məhsullardan zəhərlənmə və bədənlərinin müxtəlif nahiyələrinin tam yanması səbəbindən həyatdan məhrum olunmaları ilə 25 nəfər aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi ümumi təhlükəli üsulla qəsdən öldürmüş və digərlərinin təxliyyəsi ilə ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi9 şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, nəticədə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı, təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız ola raq Məhkum XXX60ndə stasionar müalicədə saxlanılmasına görə onun oğlu Şahid5 külli miqdarda – ümumilikdə 6.500 manat məbləğində rüşvət almaqda – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Müdafiəçi9 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.2, 416.0.6 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs aid hisssədə cinayət işi üzrə icraata onun təqsirliliyinin sübuta yetirilməməsi, əm əlində cinayət tərkibinin əlamətlərinin olmaması əsasları ilə xitam verilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən Məhkumdan ibtidai istintaqda işgəncə verilməklə alınmış və bu səbəbdən yolverilməz olan “etirafedici” ifadədən ittihamın əsaslanadırılmasında istifadə olunmuş, XXX60ndə 25 nəfərin ölümü ilə nəticələnmiş yanğının 14-cü palatada stasionar müalicə olmuş Məhkum tərəfindən törədilmədiyi, yanğının 15-ci palatadan başlaması və yaxud 14-cü palatada müalicədə olmuş (hadisə nəticəsində ölmüş) XX45 tərəfindən törədilməsi istisna edilmədiyi halda Məhkum sübutların ziddinə - əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9 və 186.2.2-ci maddələri ilə təqsirli bilinmiş və o, 65 yaşının hökm qanuni qüvvəyə minənədək tamam olmasına baxmayaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi1 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.2, 416.0.3-cü maddələrində nəzərədə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Məhkum aid hissədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini, həmin hissədə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum müdafiəçiləri Müdafiəçi9 və Müdafiəçi1 kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələ blərinin pozulduğunu, nəticədə Təqsirləndirilən şəxs və Məhkum irəli sürülmüş ittihamlar üzrə təqsirlilikləri sübuta yetirilmədiyi və əməllərində cinayət tərkibi olmadığı halda əsassız olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə, Məhkum Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 186.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib Təqsirləndirilən şəxs şərti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqlarını iddia etməklə, Müdafiəçi9 apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini, Müdafiəçi1 isə mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum aid hissədə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini faktiki olaraq eyni - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını məhkumlar Təqsirləndiri lən şəxs və Məhkum aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş külli miqdarda rüşvət alma əməlini, Məhkum isə həmin bölmədə təsvir edilmiş onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan 25 nəfər zərərçəkmiş şəxsi ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etmə və ağır nəticələrə səbəb olmaqla yandırmaqla özgə əmlakını xeyli miqdarda məhv etmə əməllərini törətməsi, həmin əməllərə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə, Məhkum Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 186.2.2-ci maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şək ildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum müdafiəçilərinin apellyasiya şikayətlərində irəli sürdükləri - onların müvafiq ittihamlar üzrə təqsirli bilinmələrinin mübahisələndirilməsi üzrə iddiaları apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə bu iddiaların və onların əsaslandırılması üçün müdafiə tərəfinin gətirdiyi dəlillərin yalnız Məhkum ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə verdiyi – cinayətprosessual qanunun 125-ci maddəsinin tələbləri nöqteyi-nəzərindən sübut kimi yolverilən olan etirafedici ifadələri ilə deyil, məhkəmədə baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən zərə rçəkmiş şəxslərin, şahidlər Şahid1, Şahid2, Şahid8, Şahid5, başqa şahidlərin, ekspert X8 ifadələri, istintaq hərəkətlərinin protokolları, kompleks məhkəmə yanğın -texniki, təhlükəsizlik texnikası, tikinti-texniki, fiziki-kimyəvi, materialşünaslıq və əmtəəşünaslıq ekspertizasının 11 may 2018-ci il tarixli rəyi, digər məhkəmə ekspertizalarının rəyləri, sənədlər, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə Təqsirləndirilən şəxs və Məhkum hərəkətlərində ittihamda təsvir edilən cinayətlərin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətlərində irəli sürülmüş (mahiyyət etibarı ilə kassasiya şikayətlərində gös tərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiyası məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin işin faktiki halları, Təqsirləndirilən şəxs hərəkətlərinin Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə, Məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 186.2.2-ci maddələri ilə tövsif edilməsi, onların bu maddələrlə təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilərək, bir-biri ilə, cinayət prosesi tərəflərinin irəli sürdükləri dəlillərlə obyektiv müqayisə edilib həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında öz nəticələrini həmin sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Təqsirləndirilən şəxs və Məhkum cəzaların təyin edilməsi məsələsi həll edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hökm çıxarılan tarixə 65 yaşına çatmayan Məhkum Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9-cı ma ddələri ilə və cinayətlərin məcmusu üzrə ömürlük azdlıqdan məhrum etmə cəzasını təyin etməklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin məsələ üzrə də hökmü dəyişdirilmədən saxlamaqla istər Məhkum, istərsə də Təqsirləndirilən şəxs münasibətdə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, cəzaların onların ailələrinin həyat şəraitinə və islah olunmalarına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab (eyni zamanda Cinayət Məcəlləsinin 57.2-ci maddəsində göstərilən məhdudiyyətləri pozmayan) ədalətli cəza təyin etmiş, Təqsirləndirilən şəxs isə ədalətli cinayət-hüquqi xarakterli tədbir tətbiq etmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından görünür ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum münasibətdə hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanuni və əsaslıdır, məhkəmələr tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11-ci maddələrində, eləcə də 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumlar Təqsirləndirilən şəxs və Məhkum, onların müdafiəçilərinin, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi9 və Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum, Təqsirləndirilən şəxs, X1, X5 barəsində olan 22 iyul 2019-cu il tarixli qərarı məhkumlar Məhkum və Təqsirləndirilən şəxs Əli qızına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1nun kassasiya şikayəti və məhkum Təqsirləndirilən ş əxs müdafiəçisi Müdafiəçi9 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum, Təqsirləndirilən şəxs, X1 və X5 barəsində olan 22 iyul 2019-cu il tarixli qərarı məhkumlar Məhkum və Təqsirləndirilən şəxsna aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar