Məhkəmə qərarları › İş №1(102)-40/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-40/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-40/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177. 2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakim Hafiz Kamranov) X5 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxxxx 2019-cu ildən xx xxxxxxxx 2019-cu ilədək tutulduğu müddət, cəmi iki gün, bir günə iki gün hesabı ilə hesablanaraq 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tu tularaq, təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), K.H.Əkbərov və Q.X.Babayev) Zərərçəkmiş şəxs vermiş olduğu apellyasiya şikayətinin məhkumun cəzasının ağırlaşdırılması hissəsində və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən xx xxxx 2020-ci il tarixinə saat 10:30-a Bakı Apellyasiya Mə hkəməsinin binasına təyin edilmiş və Zərərçəkmiş şəxs iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilərək, həmin iddia ərizəsi zərərçəkmiş şəxsə qaytarılmış, ona Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə birinci instansiya məhkəməsiniə mülki iddia vermək hüququ izah olunmuşdur. Apellyasiya Məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. Həmin şikayətlərdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarının mülki iddia ərizəsinin icraata qəbul edilməsindən imtinaya dair hissəsində ləğv edilməsi və mülki iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə koll egiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlm əyə kifayət qədər əsaslar olduqda, onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Məcəllənin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinin həmin cinayət işinin məhkəmə baxışı keçirilən zaman qüvvədə olmuş mətninə ə sasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək (CPM-nin hazırda qüvvədə olan tələbinə əsasən cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək) istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Məhkəmə kollegi yası qeyd edir ki, qanunvericiliyin (həmin cinayət işinin məhkəmə baxışı keçirilən zaman qüvvədə olmuş mətninə əsasən) yuxarıda qeyd olunan normalarına uyğun olaraq cinayət nəticəsində zərərə məruz qalmış şəxs mülki iddianı cinayət təqibi başlanan andan yalnız məhkəmə istintaqı başlanılan anadək (CPM-nin hazırda qüvvədə olan tələbinə əsasən cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək) verə bilərdi. Hazırki cinayət işinin materiallarından isə müəyyən olunur ki, birinci instansiya məhkəməsində məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hazırlıq iclasında Zərərçəkmiş şəxs mülki iddiası dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməməsi əsası ilə geri qaytarılmış və qeyd olunan qərar elə həmin tarixdə müvafiq məhkəmə qəbzinə imza edilməklə zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Hazırkı cinayət işi üzrə məhkəmə istintaqı xx xxxxxx 2019-cu il tarixdə,məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı isə xx xxxxxx 2019-cu il tarixdə başlanılmışdır. xx xxxxxx 2019-cu il tarixli “təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi” haqqında qərarla mülki iddia geri qaytarılmasına baxmayaraq zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixədək, yəni məhkəmə istintaqı başlananadək mülki iddia ilə birinci instansiya məhkəməsinə müraciət edə bilərdi. Lakin zərərçəkmiş şəxs məhkəmə istintaqı başlananadək deyil,xx xxxxxx 2019-cu il tarixdə, yəni məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı qurtardıqdan sonra, birinci instansiya məhkəməsinin hökmü elan edilən gün, daha sonra isə, bilavasitə apellyasiya instansiyası məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsi birinci instansiya məhkəməsində araşdırılmadığı və bununla əlaqədar qərar qəbul edilmədiyi üçün, zərərçəkmiş şəxsin iddia ərizəsi üzrə apellyasiya instansiyası məhkəməsində icraatını qeyri-mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının xx xxxxxx 2020ci il tarixli ilkin baxış qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar