Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-400/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında təqsirləndirilən x1 barəsində xüsusi ittiham qaydasında x2 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina barədə material üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx xx 2019-cu il tarixli qərarından x2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Nemət Şirkət oğlu Paşayev) x2 tərəfindən xüsusi ittiham qaydasında verilmiş x1nun Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilməsi barəsində şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan x2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və R.Z.Mamedovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, qərarı isə dəyişdirilmədən saxlamışdır. İşin halları: Xüsus i ittihamçı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1., 120.2.3., 120.2.4., 152., 170.3., 177.2.1 və 228.4-cü maddələrinə əsasən təqsirli bilərək, xx xxxxxx 2003-cü il tarixli hökümü ilə ömürlük həbs cəzasına məhkum etmişdir. Barəsində şikayət etdiyi x1 Azərbaycan Respublikasının Baş prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq bölməsinin mühüm işlər üzrə müstəntiqidir. Həmin müstəntiq düzgün olmayaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1., 120.2.3., 120.2.4., 152., 170.3., 177.2.1 və 228.4-cü maddələri ilə ittiham vermişdir. Belə ki, o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dəfələrlə bildirmişdir ki, onun x3 öldürmək niyyəti o lmamış, sonuncunun öldürülməsində o, iştirak etməmiş, həmçinin x4 x3 öldürmək istəməsi barədə məlumatı olmamışdır. Bu halı x4 da təsdiq etmiş və x3 özünün öldürdüyünü bildirmişdir. Belə olan halda müstəntiq hansı sübutlara əsaslanaraq cinayətin qabaqcadan əlbir olan qrup halında törədilməsi qənaətinə gəlmişdir? Müstəntiq heç bir sübuta dayanmadan onun qətldə iştirakını, habelə qətli əvvəlcədən planlaşdırdığnı, bu məqsədlə bıçaq aldığını ittiham aktında qeyd etmiş, lakin bu halları mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Həmçinin, cinayətin aləti olan bıçaq üzərində yalnız x4 barmaq izlərinin olması müstəntiq tərəfindən tam araşdırılmamışdır. Bundan başqa müstəntiq onun qisas motivi ilə cinayət törətməsini qeyd etmiş, həmin halı onunla əsaslandırmışdır ki, guya onun atası torpaq mübahisə ləri ilə bağlı x3n atası, sabiq icra başçısı x5 qəbulunda olmuş, onu təhqir edərək öldürməklə hədələmişdir. Halbuki, icra hakimiyyətinin binası xüsusi mühafızə olunan binadır və atasının istədiyi vaxt oraya daxil olması, icra başçısnı hədələməsi ağlabatan deyildir. Bundan başqa müstətntiq tərəfindən x3 vurulmuş bıçaq zərbələrinin kim tərəfinndən vurulması, bu zərbələrin hər birinin yetirdiyi xəsarətlərin ağırlıq dərəcələri də müstəntiq tərəfindən obyektiv araşdırılmamışdır. Eləcə də, müstəntiq x3 məxsus telefonun oğurlanmasını qeyd etsə də, həmin telefon hadisə zamanı x4 tərəfindən iz itirmək məqsədilə götürülmüşdür. Belə olan halda telefonun oğurlanmasından söhbət gedə bilməz. Bu faktı x4 da xx xxx 2003-cü il tarixdə verdiyi ifadəsində təsdiq etmişdir. Beləliklə, müstəntiq Valeh Quliyev o nu törətmədiyi cinayət əməllərində əsassız yerə ittiham etmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Baş prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq bölməsinin mühüm işlər üzrə müstəntiqi x1 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə, onu ağır və ya xüsusilə ağır cinayət törətməktə ittiham etməklə ona böhtan atmışdır. Göstərdiyi bütün hallar x1nun barəsində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsı ilə cinayət işi başlanması üçün əsasdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x2 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillə ri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ədalətsiz olduğu üçün ləğv edilərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin ba xışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandır ılmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəti cələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdi rilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayə t kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi z iyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 2 93.3.1293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi ilə bağlı cinayət-prosessual əsasları düzgün araşdırmış, haqlı olaraq şikayətin icraata qəbul edilməsi üçün əsasların olmadığı nəticəsinə gəlmişdir. Bununla da, x2nun xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün ilkin sübutların mövcudluğu təsdiq edilmir, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair x2nun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma hazırkı şikayət üzrə təqsirləndirilən şəxsin hərəkətlərində müəyyən edilməməsi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtinaya əsas vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının müvafiq qərarı ilə düzgün olaraq dəyişdirilmədən saxlanmışdır. Belə olduğu halda kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs x2nun kassasiya şikayəti təmin edilməsin. x1nun xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 -ci maddəsi ilə təqsirləndirilməsinə dair şikayət ərizəsinin icraata qəbulundan imtina barədə material üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-400/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-400/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver