Məhkəmə qərarları › İş №1(102)-400/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-400/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-400/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 və məhkumlar Məhkum4 və Məhkum3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli q ərarından Məhkum1, Məhkum3 müdafiəçisi Müdafiəçi6, məhkumlar Məhkum4 və Məhkum2 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Babək Pənahov) 1(006)-44/2020 nömrəli xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxx 1993-cü ildə Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Mikrorayon, H.Seyidzadə küçəsi, ev 27A, mənzil 81-də yaşayan; Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə, CM-in 221.2.1-ci maddə si ilə 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum1 təyin edilmiş cəzaları qismən toplanılmaqla qəti olaraq 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx xxxxxxx 1998-ci ildə Ağdam rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan; Məhkum2 Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxx 2000-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, Fizu li küçəsi, ev 57-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci Mikrorayon, A.Məhərrəmov küçəsi, ev 64, mənzil 79-da yaşayan, Məhkum3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxxx 1994-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, Xətai küçəsi, ev 78-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci Mikrorayon, A.Məhərrəmov küçəsi, ev 64, mənzil 79-da yaşayan, Məhkum4 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü nə əsasən Məhkum1 xx xxxxxx 2019-cu il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 08, mənzil 96-da Zərərçəkmiş şəxs1 ilə mübahisə edib dalaşaraq sonuncunu təpik və yumruqla və özündə olan, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən vuraraq ona ənsə nahiyəsinin qançır-şişkinliyi, hər iki bazunun, sağ saidin qançırları, qarın nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurması dərəcəsi təyin edilməyən bədən xəsarəti, sol sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa, Məhkum1 bacısı Məhkum2, tanışları Məhkum3 və Məhkum4 ilə bir qrup şəxs təşkil edərək xx.xx.2019-cu il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 08 saylı binanın qarşısında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə etmiş, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs1 yumruq və təpiklə qəsdən vurmaqla sonuncunun ənsə nahiyəsinin qançır-şişkinliyi, hər iki bazunun, sağ saidin qançırları, qarın nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişlər. Bundan əlavə, Məhkum1 xx.xx.2019-cu il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 08 saylı binanın qarşısın da öz əməlini davam etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs2 məxsus “Renault Megane” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın aynasını əli ilə vurub çatladaraq sonuncuya 520 manat məbləğində zərər vurmaqla xuliqanlıq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Həsən Əhmədovdan ibarət tərkibdə) 1(103)-739/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar tərəfində n verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum1, Məhkum3 müdafiəçisi Müdafiəçi6, məhkumlar Məhkum4 və Məhkum2 müdafiəçisi Müdafiəçi7 verdikləri kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və hər birinə bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum1, məhkumların müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi7 onunla əsaslandırırlar ki, apellyasiya şikayəti əsaslandırılarkən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını qeyd etmişlər. Belə ki, iş materialları ilə Məhkum3 təqsirli olması məhkəmə baxış ı zamanı sübuta yetməmiş, məhkəmə hökmü məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla deyil, istintaq zamanı senari əsasında qurulmuş ziddiyyətli və qərəzli olan sübutlarla əsaslandırılmışdır. Müdafiəçilər qeyd etmişdir ki, zərərçəkmiş şəxs və şahid ifadələri arasında təqsirləndirilən şəxslərə münasibətdə kifayət qədər ziddiyyətli məqamlar mövcuddur və bu da onu deməyə əsas verir ki, Məhkum3, Məhkum4, Məhkum2, ümumiyyətlə, bu hadisədən bixəbər olmuş və orda sadəcə olaraq rəfiqəsinin xahişi ilə gəlmişdir. İş üzrə sübutların nədə ifadə olunması, təqsirləndirilən şəxslərin əməllərində hansı formada iştirakı, zərərçəkmiş şəxsə münasibətdə hansı zərərin vurulması konkret olaraq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşd ırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun Məhkum1 Azərbaycan Respublikası CM-in 128 və 221.2.1-ci maddələri ilə, Məhkum2, Məhkum3, Məhkum4 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıd a göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiə tərəfinin kassasiya şikayətlərinin başlıca dəlili məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 təqsirsiz olması əsası ilə əlaqədar barələrində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 törətdiyi cinayət əməllərini məhkəmə istintaqı zamanı etiraf etməsələr də, onların qeyd olunan cinayət əməlini törətmələri özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusu na yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyekt iv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar