Məhkəmə qərarları › İş №1(102)-401/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-401/2019

27.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-401/2019 27.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 401/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "27" mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2018-ci il ta rixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənzadə İradə Xəlil qızı, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə), xx xxxxx 2002-ci il tarixdə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum edilməmiş, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla, 10 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 iyul 2017-ci il tarixdən 04 iyun 2018-ci il tarixədək həbsdə saxlanıldığı 10 ay 07 gün cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddəti qurtardığına görə həbsdən azad edilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə ittiham olunmuşdur ona görə ki, o, 27 iyul 2017-ci il tarixdə, saat 21 radələrində fərdi əməklə məşğul olduğu, Bakı şəhəri, ünvan 2 ünvanında fəaliyyət göstərən «Meyvəli Ticarət mərkəzinin 1-ci korpusundakı 5 №-li soyuducu anbarının qarşıs ında, əvvəllər tanıdığı, göstərilən yerdə çay paylayan işləyən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun uzaq qohumu X12 məxsus mobil telefonu satmaq barədə söhbəti eşidib yaxınlaşmış, Zərərçəkmiş şəxs götürdüyü cihazı nəzərdən keçirdikdən sonra «bunu hansı zibillikdən tapmısan» deməsinə görə ona iradını bildirən Zərərçəkmiş şəxs yaxasından yapışaraq oğlanı nalayiq ifadələrlə təhqir etmiş, Zərərçəkmiş şəxs qarşılıqlı nalayiq ifadələr işlətməklə əli ilə onu kənara itələdikdə o, oradan uzaqlaşıb yaxınlıqdakı yük avtomobilinin arxasında olan, içərisi soğan ilə dolu kisəsinin üzərindən məişət təyinatlı mətbəx bıçağını götürərək öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunan əxlaq normalama açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymaqla, yən i xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə həmin alətlə zərbə endirib oğlana epiqastral nahiyədə döş boşluğuna nüfuz edən, ürəyin perikard qişasının zədələnməsi ilə müşayiət olunan, bir ədəd insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, cinayət əməlini başa çatdırmaqdan ötrü yenidən bıçaqla zərbə endirdikdə Zərərçəkmiş şəxs əli ilə onun əlindən tutaraq aktiv müqavimət göstərsə də o, sonuncuya döş qəfəsinin arxa səthinin boşluğa nüfuz etməyən yarası ilə müşayiət olunan, bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirdikdən sonra ətrafdakı şəxslərin yaxınlaşmasını görməklə cinayət əməlini başa çatdıra bilməyəcəyini dərk edib hadisə yerindən uzaqlaşmış, Zərərçəkmiş şəxs v axtında xəstəxanaya çatdırılaraq yaralıya ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə oğlanı qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum törətdiyi cinayət əməli CM-nin 29,120.2.2-ci maddəsindən CM-nin 126.2.4-cü maddəsinə tövsif edilərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 10 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin müddət qurtardığına görə dərhal həbsdən azad edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apelya siya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Mirzəyev Sahibxan Arzuman oğlu, hakimlər Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən dən ibarət tərkibdə) 04 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ehtimallar üzərində qurulmuş ifadəsinə əsaslan mış, təqsirləndirilən şəxsin cinayət əməlini sübut edən, işin faktiki halları ilə sıx bağlı olan və biri digərini tamamlayan sübut növlərinə üstünlük verməmişdir. Belə ki, Azərbaycan Respublikasi CPM-nin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş subutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə hökm əsaslı hesab edilir. Lakin birinci instansiya məhkəməsi cinayət-prosessual qanunvericiliyin həmin tələblərinə əməl etməyərək, əsassız olaraq Məhkum CM-nin 29,120.2.2-ci maddəsi ilə olan cinayət əməlini CM-nin 126.2.4-cü maddəsinə tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü əsaslı hesab edərək qüvvəsində saxlamışdır. Məhkəmələrin gəldiyi nəticə əsassızdır. Belə ki, CMnin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CM-nin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət sayılır. Həmin Məcəllənin 120.2-ci maddəsində isə qəsdən adam öldürmə cinayətinin tövsifedici, yəni xarakteri və ictimai təhlükəliliyinə görə daha ağır tərkib əlamətləri təsbit olunmuşdur. CM-nin 120.2.2-ci maddəsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti müəyyən edilmişdir. Bunlardan başqa CM-nin 29-cu maddəsində isə qeyd olunduğu kimi bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkə tsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə Məhkum əməlini Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən onu həyatdan məhrum etməyə cəhd kimi deyil, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi, yəni CM-nin 126.2.4-cü maddəsi ilə tövsif olunmasını əsaslı və qanuni hesab edərək gəldiyi nəticəni isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı baxımından əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsi hökmdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarına istinad edilmişdir. Məhkəmə istinad etdiyi Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının mahiyyətini düzgün qiymətləndirməməklə təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlini əsassız olaraq tövsif etməklə ittiham hökmü çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, «Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa ş əxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir». İş materiallarından görünür ki, təqsirləndirilən şəxs öz ictimai təhlükəli davranışının ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan görmüşdür. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 15 avqust 2017-ci il tarixli, 1313 saylı ekspert rəyinə əsasən Məhkum ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Rəydən aydın olur ki, Məhkum cinayət əməlini törədərkən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyini anlayırdı-dərk edirdi, yəni anlaqlı və ziyyətdə idi. Dalaşdığı zaman isə nə edəcəyini qəzəbli olaraq həyata keçirməsi isə onun şüurunda törətdiyi cinayətin bütün ünsürlərinin əhatə olunduğunu göstərmiş olur. Yəni, Məhkum dalaşma zamanı gedib avtomaşından bıçağı götürməsi, həmin alətlə Zərərçəkmiş şəxs epiqastral nahiyədə döş boşluğuna nüfuz edən, ürəyin perikard qişasının zədələnməsi ilə müşayiət olunan, bir ədəd insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət, cinayət əməlini başa çatdırmaqdan ötrü yenidən bıçaqla zərbə endirdikdə Zərərçəkmiş şəxs əli ilə onun əlindən tutaraq aktiv müqavimət göstərsə də o, sonuncuya döş qəfəsinin arxa səthinin boşluğa nüfuz etməyən yarası ilə müşayiət olunan, bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmə si, şüurlu olaraq törədilmiş əməldir. Göründüyü kimi Məhkum niyyəti məhz zərərçəkənə ağır xəsarət yetirmək deyil, məhz onu öldürmək olmuşdur. Çünki ondan fiziki cəhətdən zəif olan kimisə qorxutmaq istəməsi və bu zaman zərərçəkmişə xəsarət yetirməsi barədə vermiş olduğu ifadə sırf özünü müdafiə xarakterli verilmiş ifadə olmaqla yanaşı məhkəmənin əsassız olaraq istinad etdiyi bir dəlildir. Bundan başqa, protestdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, «Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi hadisələrin yaranma səbəbini və bunun davamı kimi baş verən nəticənin səbəbli əlaqəsinə hüquqi qiymət verməyərək sadəcə olaraq hökmün əsaslılığını təsdiq etmək üçün Məhkum ilə Zərərçəkmiş şəxs arasında əvvəl olan münaqişəyə diqqəti yönəldərək, ittihamın iş üzrə bütün sübutların məcmusu halında gəldiyi nəticələri öz qısa fikirləri ilə şərh etməyə çalışaraq işin halları ilə uyğun gəlmədiyi halda, Məhkum “bu telefonu hansı zibillikdən tapmısan” deyərək zərər çəkmiş şəxsi münaqişəyə cəlb etməsini və ona qarşı əvvəl fiziki zor tətbiq edərək sonradan xuliqanlıq niyyəti ilə gedib maşından götürdüyü bıçaqla zərbələr yetirməsi əməlini xuliqanlıq niyyəti şəxsi öldürməyə cəhddən, xuliqanlıq niyyəti sağlamlığına qəsdən ağır zərər vurmağa tövsif etmişdir. Lakin məhkəmə ittihamın CPM-nin 143-cü (sübutların toplanması), 144-cü (sübutların yoxlanması) və 145-ci (sübutların qiymətləndirilməsi) maddələrində göstərilən qaydalara uyğun olaraq topladığı və qiymətləndirdiyi sübutlara CPM-nin əsas prinsiplərindən sayılan ədalət mühakiməsinin obyektivliyinin təmin edilməsi baxımından yanaşmamaq la əsassız hökm çıxartmışdır. İş materiallarından görünür ki, Məhkum zərər çəkmiş şəxsə bir deyil, iki bıçaq zərbəsi endirmiş, hər iki bıçaq zərbəsi zərər çəkmiş şəxsin həyatı üçün vacib olan orqana, yəni ürək nahiyəsinə istiqamətlənmiş, bıçaq zərbələrindən biri ürəyin perikard qişasını zədələməklə zərər çəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan ağır xəsarət yetirmiş, xəsarət yetirdikdən sonra ətrafdakı şəxslərin yaxınlaşmasını görməklə cinayət əməlini başa çatdıra bilməyəcəyini dərk edib hadisə yerindən uzaqlaşmış, Məhkum Zərərçəkmiş şəxs vurduqdan sonra sonuncunun ölməməsi isə vaxtında tibbi-yardım göstərilməsi ilə əlaqədar olmuşdur. Beləliklə Məhkum CM-nin 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Protest də həm də qeyd edilmişdir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Belə ki, işə baxan məhkəmə, cinayəti 14 yaşında törədən Məhkum könüllü gəlib təqsirini boynuna almasını, ilk məhkumluğunu, əməlindən səmimi peşman olmasını, yaşayış yeri və hazırda saxlandığı Bakı İstintaq Təcridxanası üzrə müsbət xarakterizə edildiyini, maddi durumsuz ailəsini dolandırmaq üçün uşaq yaşlarından işləməyə məcbur olduğunu müstəsna hallar hesab edərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilib ona CM-nin 126.2.4.-cü maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha yüngül cəza təyin olunmaqla Məhkum islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün saymışdır. CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, t əqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanunvericiliyə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edil məsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Lakin, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. M əhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında cəzanı yüngülləşd irən müstəsna hallar və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmələr cinayət qanununu düzgün tətbiq etməyərək Məhkum yaşayış yeri və həbsdə saxlandığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzasın ı yüngülləşdirən hallar kimi nəzərə almışdir. Halbuki, verilmiş xasiyyətnamədə Məhkum barəsində şikayətin daxil olmamasını məhkəmə nədənsə müsbət xarakterizə kimi qəbul etmişdir. Ümumiyyətlə müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Yaşayış yerində müsbət xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına riayət etmənin nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkə mələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin bənddə daha sonra göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM- nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik də rəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Hökmdə məhkəmələr bu xüsusatlara tənqidi yanaşmamış, təhlil etməmiş, bununla da bu və digər halları yüngülləşdirici hallar kimi qəbul etməkdə səhvə yol vermişdir. Hazırkı cinayət işi üzrə isə Məhkum barəsində CMnin 62-ci maddəsinin tətbiqinin istinad olunduğu cinayət əməli CM-nin 15.4-cü maddəsinə əsasən, obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olan ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Həmin cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun tərəfindən bıçağı silah qismində tətbiq etməklə törədilməsində, birbaşa icraçılıqla törədilməsində, eləcədə şəxsin ağır xəsarət alması ilə ağır nəticələrə səbəb olmasında özünü göstərir. Beləliklə, birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, yuxarıda göstərilən halları heç bir əsaslandırma aparmadan cəzanı yüngülləşdirən müstəsna hallar kimi nəzərə almaqla təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə sanksiya həddindən kifayət qədər aşağı cəza təyin etmişdir. İş üzrə təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü həm də onun göstəricisidir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı tarazlığı təmin etməmiş, nəticədə nümayiş etdirilmiş altruizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, bununla da, CM-nin 8 və 58.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutul muş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq qərarda göstərilənləri və iş materiallarında olan məlumatları bi rlikdə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir sıra halları araşdırmamış, sübutları qanunla nəzərdə tutulmuş qaydada qiymətləndirməmiş, apellyasiya protestinin dəlillərini cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Kassasiya protestində ittiham tərəfi məhkəməyə təqdim edilmiş, ittiham aktında istinad olunmuş, məhkəmədə qanunla nəzərdə tutulan qaydada tədqiq edilmiş sübutları, onlarda olan məlumatları ətraflı təhlil edib “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının izahlarına istinad edərək belə bir fikir irəli sürür ki, məhkəmələr Məhkum zərərçəkmiş şəxsə daha çox bıçaq zərbəsi endirməyə imkanı olduğuna baxmayaraq, bunu etmədiyi qənaətinə əsassız olaraq gəlmiş, onun zərərçəkmiş şəxsi öldürmək niyyətində olduğu ittiham aktında və kassasiya protestində sadalanan sübutlarla, onlarda olan məlumatlarla təsdiq edilir. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsi ittihamın tam deyil, yalnız bir hissədə təsdiq edildiyi, əməlin tövsifi ilə bağlı mövqeyini hökmdə faktiki olaraq əsaslandırmamışdır. Hökmdə bu məsələlərlə əlaqədar yalnız aşağıdakılar göstərilmişdir: “... məhkəmə baxışında yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarəti xuliqanlıq niyyəti ilə qəsdən öldürmək üçün yetirməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə məhkəmə iclasında di ndirilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxs X13, şahid X6, eləcə də elan olunmaqla tədqiq edilən şahidlər X10, X1 və X3 ifadələri ilə müəyyən olunmuşdur ki, əvvəlki mübahisə ilə bağlı aralarında soyuq münasibətlər yaransa da cinayətin baş verməsinə səbəb olan münaqişə təqsirləndirilən şəxsin təşəbbüsü ilə başlanarkən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Məhkum yaxınlıqda dayanmış yük avtomobilinin arxasında olan, içərisi soğan dolu kisəsinin üzərindən məişət təyinatlı mətbəx bıçağını götürərək ani anda Zərərçəkmiş şəxs bir ədəd insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır və bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bundan sonra yenidən ona zərbə endirmək imkanı olsa da Zərərçəkmiş şəxs öldürmək fikri olmadığından onu vurmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 29.120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir...” Göründüyü kimi, birinci instansiya məhkəməsi hansı sübutlara, onlarda olan hansı məlumatlara əsaslanaraq əməlin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinə tövsif edilməli olduğu qənaətinə gəldiyini, hansı səbəbdən həmin sübutlara (məlumatlara) üstünlük verdiyini, Məhkum niyyətinin nəyə yönəldiyini müəyyən edərkən, bu məsələni həll edərkən, onun zərərçəkmiş şəxsə daha çox bıçaq yarası yetirməyə imkan olduğu mövqeyindən çıxış edərkən hansı amilləri əsas götürdüyünü hökmdə göstərməmiş, b u istiqamətdə sübutların təhlilini aparmamış, onlarda olan hansı məlumatlara inanmasını, hansılarını isə inandırıcı hesab etmədiyini açıqlamamışdır. Həmin hökmdən apellyasiya protesti verilmiş və həmin protestdə ittiham tərəfinin iş üzrə mövqeyini əsaslandırması üçün bir sıra sübutlara istinad olunmuş, həmin sübutlarda olan məlumatlar yuxarıda göstərilən Plenum qərarının izahları baxımından təhlil edilmiş, birinci instansiya məhkəməsinin yol verdiyi çatışmazlıqların (ittiham tərəfinin mövqeyinə görə) aradan qaldırılmalı olduğu iddia olunmuşdur. Apellyasiya məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin ittiham tərəfinin mövqeyindən (ittihamdan) fərqli mövqeyi ilə əlaqədar yalnız aşağıdakılar göstərilmişdir: “...Birinci instansiya məhkəməsi öz hökmündə gəldiyi qənaəti onunla əsaslan dırmışdır ki, iş üzrə məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid X6, eləcə də X10, X1 və X3 ifadələri ilə müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Məhkum yaxınlıqda dayanmış yük avtomobilinin arxasında olan, içərisi soğan dolu kisəsinin üzərindən məişət təyinatlı mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs bir ədəd insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır və bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bundan sonra yenidən ona zərbə endirmək imkanı olsa da Zərərçəkmiş şəxs öldürmək fikri olmadığından onu vurmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əməlin hüquqi tövsifı ilə bağlı gəl diyi nəticə ilə razılaşır və qeyd edir ki, cinayət işinin materialları ilə tam təsdiq olunur ki, Məhkum zərərçəkmişi bıçaqla vurarkən öz hərəkətlərini davam etdirməyə real imkanları olmasına baxmayaraq onu vurduqdan sonra özü hadisə yerindən uzaqlaşmış və belə görünür ki bununla əməlini başa çatmış hesab etmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya protestinin həmin dəlillərinə münasibət bildirməmiş, onlara əhəmiyyət belə verməmiş, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsində və əməlin tövsifi məsələsində çatışmazlıqlara yol verdiyinə dair apellyasiya protestində göstərilən fikirlərlə razılaşıb-razılaşılmadığını qərarda açıqlamamış, razılaşmırsa, bunun səbəblərini göstərməmiş, protestdə sübutların təhlilinin nəticəsi kimi göstərilən mövqeylə bağlı hər hansı bir fikir söyləməmiş, protestin bunlarla bağlı dəlillərini qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə kollegiyası həm də vurğulayır ki, hökmdə və apellyasiya məhkəməsinin qərarında istinad edilən şahidlər X2, X4, X5 və X7 ifadələrində Məhkum X8 bıçaqla iki dəfə vurduqdan sonra “yenidən ona zərbə endirmək imkanı olsa da, Zərərçəkmiş şəxs öldürmək fikri olmadığından onu vurmamışdır” məlumatı yoxdur, şahidlər X2, X5 və X7 hətta Zərərçəkmiş şəxs ilə Məhkum arasındakı münaqişəni, yəni cinayət hadisəsini, ümumiyyətlə, bilavasitə müşahidə etmədiklərini, görmədiklərini göstərmişlər. Odur ki, birinci instansiya və apellyasiya məhkəməsi məhkəməsinin gəldikləri nəticə həmin mövqeyi əsaslandırmaq üçün özlərinin hökm və qərard a istinad etdiyi sübutlardakı məlumatlara uyğun deyildir. Bu da qeyd olunmalıdır ki, qeyd olunan şahidlərin yalnız biri – X2 məhkəmədə dindirilmiş, digər üç şahid isə, o cümlədən hadisəni bilavasitə müşahidə etmiş Samir Nəcəfov məhkəmədə dindirilməmişlər. Zərərçəkmiş şəxs ifadələrinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər aradan qaldırılmamış, fərqli ifadə verməsinin səbəbi aydınlaşdırılmamış, ona bu istiqamətdə sual belə verilməmişdir. Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən ilk növbədə Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsində də bu məzmunda norma göstərilmişdir. Qeyd olunan normaların həm məzmununa həm də mənasına görə ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli və yalnız bu mümkün olmadıqda onlar təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. İş materiallarından isə görünür ki, apellyasiya məhkəməsi tərəfindən onun mülahizəsinə görə mövcud olan şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən normalarla yanaşı həm də Azərbaycan Respublikası CPM-nin 146.1 və 349.5.3-cü maddələrinin tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur k i, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikd ir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar