Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-401/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 180.2.1 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirlə ndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Salmanov Rahib Vaqif oğlu, hakimlər Bayramov Mayıl Abbas oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Alpoud kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.1, 180.2.1 və 310-cu maddələri ilə təqsirli bilinib, CM-nin 150.1-ci maddəsi ilə 04 il müddətə, CM-nin 180.2.1-ci maddəsi ilə 03 il 06 ay müddətə, CM-nin 310-cu maddəsi ilə 01 il 06 ay müddətə, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X5 və X6 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, Babayev Qədim Xalid oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təyin olunm uş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 il müddətindən 03 il müddətə endirilmiş, Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş CM- nin 66.3-cü maddəsi 66.2-ci maddəsi ilə əvəz olunmuş və həmin maddəyə əsasən ona hökmlə CM-nin 180.2.1-ci maddəsi ilə 03 il 06 ay müddətə, CM-nin 310-cu maddəsi ilə 01 il 06 ay müddətə təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunan qərardan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv olunmaqla cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını və ya Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq e tməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özünü vəzifəli şəxs kimi təqdim etmiş, X5 və X6 ilə birlikdə soyğunçuluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamış, eyni zamanda, zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, X5, Təqsirləndirilən şəxs və X6 ilə tamah niyyəti ilə cinayət əlaqəsinə girərək, özgə əmlakını açıq talama yolu ilə əldə etmək məqsədilə gecə klublarında tanış olacaqları qızlarla guya gedəcək oteldə əylənmək barədə razılaşıb «taksi» sürücüsü kimi X6in idarə etd iyi "Azsamant” markalı avtomaşınına aldatma yolu ilə otuzdurandan sonra yolda özlərini Azərbaycan Respublikası DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim edərək pullarını almaq barədə qabaqcadan razılaşıb bir qrup şəxs halında xx xxxxxxxx 2018-ci il tarixdə, saat 04:00 radələrində ünvan 1 ünvanında yerləşən “Ellipis" gecə klubuna gəlmiş, orada o və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2 hər birinə 200 manat pul verməklə “Abu Arena" otelində birlikdə əylənməyi təklif edib X6in idarə etdiyi “Azsamant” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomaşına mindirmiş və Suraxanı rayonu, H.Əliyev prospekti ilə hərəkət etdikləri zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmaqla özbaşına özlərini Azərbaycan Respublikası DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, yəni, vəzifəli şəxs kimi təqdim edib fahişəliklə məşğul olduqları üçün həmin idarəyə aparacaqlarını və orada sonunculara qarşı zor tətbiq edəcəkləri ilə qorxudub aparmamaları müqabilində onlardan 12.000 manat pul istəmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulları olmadıqlarını bildirdikdə avtomaşınının salonunda əl çantalarını dartaraq zorla əllərindən alıb, Zərərçəkmiş şəxs2 əl çantasından 200 manat, Zərərçəkmiş şəxs1 əl çantasından isə 257 manat, cəmi isə 457 manat məbləğində pullarını ələ keçirməklə özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş, bundan sonra Suraxanı rayonu, H.Əliyev prospektindən Bülbülə qəsəbəsi, Deputat küçəsinə dönən yolun kənarında X6 Təqsirləndirilən şəxs t apşırığı ilə avtomaşını saxlatdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, o, isə Zərərçəkmiş şəxs2 avtomaşından düşürərək ayrı-ayrı istiqamətlərdə kolluğa aparmış, orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, o, isə Zərərçəkmiş şəxs2 onunla cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu imtina etdikdə zor tətbiq edərək əlləri ilə saçından tutub üstünə qışqıraraq soyunmasını tələb etmiş, Zərərçəkmiş şəxs2 əynində olan şalvarını endirdikdə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmaqla zorlamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini düzgün qiymə tləndirməmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq çox səthi və birtərəfli aparılmışdır. Verilmiş ittiham yalnız zərərçəkmiş şəxslərin ifadələrinin üzərində qurulmuşdur. Nə ibtidai istintaq dövründə, nə də, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirliyi ilə bağlı digər mötəbər sübutlar əldə olunmamışdır. Yalnız zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı verdiyi ifadələr iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz və ona Cinayət Məcəlləsinin 150.1, 180.2.1 və 310-cu maddələri ilə verilmiş ittihamın qiymətləndirilməsi üçün kifayət hesab edilə bilməz. Ancaq buna baxmayaraq apellyasiya məhkəməsi yalnız Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməklə kifayətlənmişdir. Lakin bununla yanaşı apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs könüllü gəlməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almamışdır. Belə ki, işdə olan “Könüllü gəlmə haqqında” xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Suraxanı rayon prokurorluğunun inzibati binasına gələrək könüllü olaraq təslim olunmuşdur. Təqsirləndirilən şəxs hazırda xəstədir və müalicəyə ehtiyacı var. Belə ki, kassasiya şikayətinə əlavə olunmuş Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, onun son iki ildə “Arterial hipertenziya” və “Xroniki virus hepatiti C" xəstəlikdən əziyyət çəkdiyi müəyyən olunur. Odur ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs qarşı ittiham olunan CM-nin 150.1, 180.2.1 və 310-cu maddələri ilə bəraət verilməli və ya əgər məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirildiyi qənaətinə gələrsə, yuxarıda qeyd olunan yüngülləşdirici halları tam nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarını dəyişdirərək, CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs bəraət verilməsini və ya apellyasiya məhkəməsinin qərarının ləğv olunmaqla cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını və ya Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbayca n Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasi ya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən saxlanılmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilməlidir. Apellyasiya məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarında göstərilmişdir. Kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Təqsirləndirilən şəxs ona istinad edilən, özünü vəzifəli şəxs kimi təqdim edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talama, eyni zamanda, zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilərək sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, ittihama münasibətdə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.1, 180.2.1 və 310-cu maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticələr çıxarılmışdır. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 180.2.1 və 310-cu maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini (onun təqsirliliyi barədə mötəbər sübutların olmaması haqqında iddiaları) əsa ssız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 150.1, 180.2.1 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində Təqsirləndirilən şəxs bəraət verilməli olduğu iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə müdafiə tərəfinin apellyasiya şikayətində göstərilən dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni tədqiq edilmiş sübutların məcmusuna və qanunun tələbinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinin ə sassız olduğu nəticəsinə gələrkən hansı sübutlara əsaslandığını, bu sübutların məzmunu da qərarda göstərmişdir. Bundan başqa, bəraət verilmə məsələsi Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında həmin normanın tələbləri baxımından təhlil göstərir ki, iş üzrə bəraət verilməsinə əsas verən hallar (həmin normada sadalanan) mövcud deyildir. Kassasiya şikayətində həmçinin, məhkum Təqsirləndirilən şəx s barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi xahiş edilmiş və buna dair bir sıra dəlillərə istinad edilmişdir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə müdafiə tərəfinin apellyasiya şikayətində göstərilən dəlillərə münasibətini bildirərək onlarla razılaşmadığının səbəblərini göstərmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti ol araq tətbiq edilməsi haqqında qərar çıxara bilər; məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Təqsirləndirilən şəxs şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Bundan başqa, apellya siya instansiyası məhkəməsinin qərarından görünür ki, apellyasiya məhkəməsi zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilməsi, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tərkibinin yarandığı qənaətinə gəlmiş və təyin edilmiş cəzanı yüngülləşdirərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədlərini lazımınca nəzərə almış, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarına dair müddəalara, ədalət prinsipinin tələblərinə (CM, maddə 8) cavab verən, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət edən ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. Lakin məhkəmə kollegiyası, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum et mə cəzalarını “qismən toplamaq yolu ilə” qəti olaraq cəza təyin edilməsi ilə bağlı hissədə razılaşmayaraq qeyd edir ki, həmin maddənin tələblərinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə cəzaların toplanması “qismən toplamaq yolu ilə” deyil, “az ciddi cəzanı daha ciddi cəza növü ilə əhatə etmək” yolu ilə müəyyən edilməlidir. Belə ki, qeyd edilən nəticə məhkum Təqsirləndirilən şəxs faktiki olaraq təyin edilmiş yekun cəzanın müddətindən irəli gəlir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əha tə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə kollegiyası bunlara və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilərək, qərarın – “Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə əvəz olunmalı və həmin maddəyə əsasən ona hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 3 il 6 ay müddətinə, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 il 6 ay müddətinə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalan ilə “qismən toplamaq yolu ilə” Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin” - hissəsində “qismən toplamaq yolu ilə” sözü “az ciddi cəzanı daha ciddi cəza növü ilə əhatə etmək” sözü ilə əvəz edilməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası CM-nin 150.1, 180.2.1 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə əvəz olunsun və həmin maddəyə əsasən ona hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 3 il 6 ay müddət inə, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 il 6 ay müddətinə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalan ilə “qismən toplamaq yolu ilə” Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin” - hissəsində “qismən toplamaq yolu ilə” sözü “az ciddi cəzanı daha ciddi cəza növü ilə əhatə etmək” sözü ilə əvəz edilsin. Apellyasiya məhkəməsinin qərarı Təqsirləndirilən şəxs aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-401/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-401/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver