Məhkəmə qərarları › İş №1(102)-401/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-401/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-401/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərərçəkmiş şəxs X39 oğlunun və Məhkum2 iştirakları ilə, Cəbrayıl Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum1 və Məh kum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 289.1-ci maddəsi təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Cəbrayıl Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakim Hüseynova Təranə Talış qızı) Məhkum1, xx xxxxxx 1958-ci il tarixdə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İmişli rayonu Ölçələr kəndinin tam orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşayan, və Məhkum2, xx xxxxxx 1981 -ci il tarixdə İmişli r ayonunun Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İmişli rayonu Qulubəyli kəndinin tam orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və həmin kənddə yaşayan, hər birisi CM-nin 289.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Məhkum1 600 (altı yüz) manat miqdarında cərimə cəzasına, Məhkum2 isə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 xx xxxxxx 2017-ci il tarixdə İmişli rayon məhkəməsinin inzibati binasında olarkən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə İmişli rayon polis şö bəsinin istintaq bölməsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X8 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair İmişli rayon prokurorunun təqdimatına hakim X22 tərəfindən qapalı məhkəmə iclasında baxılan zaman iclasda iştirak edən, cinayət işi üzrə zərərçəkmiş şəxs olan xalası X28 dindirilərkən, həmin iclasda iştirak etmək hüququna malik olmamasına baxmayaraq, icazəsiz məhkəmə iclas zalına daxil olaraq X13 qarşı onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, məhkəmə baxışı iştirakçısını təhqir etməklə məhkəməyə hörmətsizlik etmişdir. Məhkum1 xx xxxxxx 2017-ci il tarixdə İmişli rayon məhkəməsinin inzibati binasında olarkən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci hədə-qorxu ilə tələb etmə) maddəsi ilə İ mişli rayon polis şöbəsinin istintaq bölməsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X8 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair İmişli rayon prokurorunun təqdimatına hakim X22 tərəfindən qapalı məhkəmə iclasında baxılan zaman iclasda iştirak edən, cinayət işi üzrə zərərçəkmiş şəxs olan bacısı X28 dindirilərkən həmin iclasda iştirak etmək hüququna malik olmamasına baxmayaraq, icazəsiz məhkəmə iclas zalına daxil olaraq X13 qarşı onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, məhkəmə baxışı iştirakçısını təhqir etməklə məhkəməyə hörmətsizlik etmişdir. Hökmdən məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi X34 və zərərçəkmiş X23 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumların müdafiəçisi A.Q.Rəsulov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hacıqayıbov İmran Teymurxan oğlu (sədrlik edən və məruzəçi), Rzayeva Gülzar Lətif qızı və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş y eni apellyasiya baxışına təyin edilmişdir. Məhkumların müdafiəçisi A.Q.Rəsulov və zərərçəkmiş şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə təkrarən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Zeynalov Zeynal Böyükağa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 birlikdə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və məhkum edilmiş şəxslərə dəymiş mənəvi ziyan a görə onların hər birisinə 50000 (əlli min) manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrin tələblərinin məhkəmələr tərəfindən pozulmasını, şahidlərin ziddiyyətli ifadə vermələrini, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməməsini və işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı, həm də işə baxan məhkəmələr işin faktiki hallarını düzgün müəyyən etməmiş, bu hallar tam, hərtərəfli və obyektiv yoxlanılmamış və şahidlərin ziddiyət təşkil edən ifadələrinə və cinayət işində olan saxta sənədlərə əsasən onlar qanunsuz olaraq törətmədikləri əmələ görə təqsirli bilinərək məhkum edilmişlər. Kassasiya şikayətinin müəllifləri bildirirlər ki, məhkəmə iclaslarında onların hüquqları pozulmuş, verdikləri bir çox vəsatətlər əsassız olaraq təmin etməmiş, vəsattələrində göstərdikləri şəxslər məhkəməyə çağırılıb dindirilməmiş, məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, məhkəmə iclas protokollarına dair verdikləri qeydlər əsasız olaraq təmin olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkumlar kassasiya şikayətininin təmin edilməsini və həmin şikayətdə irəli sürdüyü tələblərə müvafiq olaraq qərar qəbul edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Göründüyü kimi, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırılmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, onların təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişlər. Bununla da, məhkumlar apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.16-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.16-cı maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmə dikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.1.6. 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 birlikdə verilmiş şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə məhkumların barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsa sən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apell yasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, işin faktiki hallarının müəyyən edilməsi, bu halların arxasında duran sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilmə z və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkumlar Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumların hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların bir qismini təkrarən araşdırmış, araşdırılmış sübutların isə məhkumlar Məhkum1 və Məhkum2 təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar Məhkum1 və Məhkum2 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında özlərini onlara elan oluqmuş ittiham üzrə təqsirli bilməsələr də, cinayət işinin materiallarına əsasən, onların təqsirliliyi mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, zərərçəkmiş şəxsin, çoxsaylı şahidlərin ifadələri, bir sıra istintaq hərəkətləri nin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün onların yalnız bir hissəsinin hazırki qərarda təsvirinə ehtiyac görür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasın ın üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə onlara bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum2 və Məhkum1 xx xxxxxx 2017-ci il tarixdə İmişli rayon məhkəməsinin inzibati binasında olarkən məhkəmədə CM-nin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə İmişli rayon polis şöbəsinin istintaq bölməsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X25un barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair İmişli rayon prokurorunun təqdimatına hakim X22 tərəfindən qapalı məhkəmə iclasında baxılan zaman iclasda iştirak edən, cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış, Məhkum2 xalası qızı, Məhkum1 isə doğma bacısı X28 dindirilərkən, həmin iclasda iştirak etmək hüququna malik olmamalarına baxmayaraq, icazəsiz məhkəmə iclas zalına daxil olaraq X25 ünvanına şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, məhkəmə baxışı iştirakçısını təhqir etməklə məhkəməyə hörmətsizlik etmişlər. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumlar Məhkum1 və Məhkum2, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qə rəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxslərin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum1 və Məhkum2 əməlinin CM-nin 289.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onların bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkumların irəli sürdükləri əsas dəlil ondan ibarətdir ki, məhkəmələr məhkumların barələrindəki cinayət işinə baxarkən müdafiə tərəfin hüquqları pozaraq vəsatətləri təmin etməmiş, subutları düzgün tətqiq etməmiş və şahidlərin ziddiyət təşkil edən ifadələrinə əsaslanaraq onları törətmədikləri əmələ görə məhkum etmişlər. Lakin, cinayət işi n materiallarında görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cü il tarixli qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin edilərək H.Aslanov küçəsi, 12/10-da yaşayan X3 (iş materiallarında mobil telefon nömrəsi ***-***-**-**), hadisə vaxtı, İmişli RPŞ-nin müstəntiqi olmuş, polis kapitanı İmişli Şəhəri, T.İsmayılov küçəsi,ev 4, mənzil 9-da yaşayan X2(iş materiallarında mobil telefon nömrəsi ***-***-**-**), İmişli Şəhəri, S.Vurğun küçəsi,ev 5- də,yaşayan X25 (iş materiallarında mobil telefon nömrəsi ***-***-**-**), İmişli şəhəri, N.Nərimanov küçəsi fərdi yaşayış evində yaşayan X10 (iş materiallarında mobil telefon nömrəsi ***-***-**-**), İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru olmuş, İmişli rayonu Cavadxanlı kəndində yaşayan X14 (iş materiallarında mobil telefon nömrə si ***-***-**-**), İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru olmuş, İmişli şəhəri, Z.Əliyeva küçəsi 81-də yaşayan X26 (iş materiallarında mobil telefon nömrəsi ***-***-**-**), İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru olmuş, İmişli şəhəri, M.Əsədov küçəsində yaşayan X1 (iş materiallarında mobil telefon nömrəsi ***-***-**-**) xx xxxxxx 2017-ci ildə həqiqətən İmişli rayon məhkəməsində olub olmamalarının aydınlaşdırılması üçün onların istifadələrində həmin vaxt hansı mobil nömrələrinin olması və həmin mobil telefon nömrələrinin anten dairələri barədə məlumatların “xxxx” MMC-dən,həmçinin İmişli Şəhəri, T.İsmayılov küçəsi,ev 4, mənzil 9-da yaşayan X2(iş materiallarında mobil telefon nömrəsi ***-***-**-**) xx xxxxxx 2017-ci ildə həqiqətən İmişli rayon məhkəməsində o lub olmamasının aydınlaşdırılması üçün onun istifadəsində həmin vaxt hansı mobil nömrələrinin olması və həmin mobil telefon nömrələrinin anten dairələri barədə məlumatların “xxxx” MMC-dən götürülməsi barədə qərar qəbul edilmiş, qərarın icrası isə “xxxx” MMC-yə və “xxxx” MMC-yə həvalə edilmişdir. Yuxarıda qeyd edilən sorğu ilə bağlı “xxxx” MMC-dən, həmçinin xxxx” MMC-dən apellyasiya məhkəməsinə daxil olmuş məlumatlardan məlum olur ki, sorğu edilən şəxslərin istifadəsində olan mobil telefon nömrələrinin anten dairələri xx xxxxxx 2017-ci ildə İmişli Rayon ərazisində qeydə alınmışdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İmişli Rayonu Telekommunikasiya qovşağının rəhbərliyinə sorğu göndərilərək xx xxxxxx 2017-ci ildə İmişli Rayon Məhkəməsinin inzibati binasında Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə İmişli Rayon polis şöbəsinin istintaq bölməsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X23 barəsində həbs qəti imkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclas zalında quraşdırılmış müşahidə kamerasına baxış keçirilməsi, həmin vaxtdan 1 il 8 aylıq müddətin keçməsinə baxmayaraq qeyd edilən işlə bağlı videogörüntülərin indiyə kimi müşahidə kamerasının bərk yaddaşında qalıb -qalmaması, qalmışsa həmin videogörüntülərin apellyasiya məhkəməsinə təqdim edilməsi, yaxud həmin videogörüntülər kameranın yaddaşında qalmamışsa, bunun səbəbləri barədə mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. Qeyd edilən sorğu ilə bağlı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli Rayon Telekommunikasiya qovşağının apellyasiya məhkəməsinə ünvanladığı cavab məktubundan məlum olur ki, həmin qovşaq tərəfindən sorğu edilən məsələnin araşdırılması üçün mütəxəssis olaraq X32 ayrılmış, onun tərəfindən İmişli Rayon Məhkəməsinin inzibati binasında quraşdırılmış kameralara baxış keçirilmiş və məlum olmuşdur ki, quraşdırılmış AJHUA tipli DVR qurğusuna 32 kamera qoşulmuşdur. Həmin qurğuya administrator parolu qoyulduğu üçün qurğunun yaddaş həcmini müəyyən etmək mümükün olmamışdır. Mütəxəssis rəyi olaraq bildirilir ki, 4 trbaytlıq yaddaş qurğusu 32 kamera üçün 15 gün və əgər hərəkətdedektoru qoşuludursa 23-24 gün ərzində çəkilişləri öz yaddaşında saxl aya bilər. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli aktın məzmunundan görünür ki, qeyd olunan tarixdə İmişli rayon məhkəməsində hakim X22in sədrliyi ilə keçirilən qapalı iclas zamanı Məhkum1 və Məhkum2 icazəsiz məhkəmə iclas zalına daxil olaraq X13 ünvanına onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, məhkəmə baxışı iştirakçısını təhqir etməklə məhkəməyə hörmətsizlik etmişlər. İş materiallarında olan, həmçinin apellyasiya instansiyasına təqdim edilmiş İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli məhkəmə iclas protokolunun (təqsirləndirilən şəxsin barəsində həbs qətiimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə) sürəti ilə müəyyən edilir ki, X23 barəsində həbs qəti imkan tədbirinin seçilməsi haqqında İmişli Rayon polis şöbəsinin istintaq bölməsinin müs təntiqi X2 vəsadəti və bununla əlaqədar İmişli Rayon Prokuroru x24 təqdimatına baxılması ilə bağlı qapalı məhkəmə iclası həmin gün saat 17:30-da başlamış, xx xxxxxx 2017-ci il tarixə, saat 11:00dək fasilə elan edilmişdir. Bundan başqa cinayət işin materialları öyrənilərkən müəyyən edilmişdir ki, məhkumların müdafiəçisi tərəfindən müxtəlif vaxtlarda apellyasiya şikayətlərinə məhkəmə baxışı iclaslarında şahidlərin dindirilməsinə dair vəsatətləri təmin edilmiş və bu səbəbdən məhkəmə iclasları başqa vaxta təxirə saxlınmışdır. Belə ki, apellyasiya instansiyasının məhkəmə iclasında şahid qismində dindirilmiş fərdi qaydada fəaliyyət göstərən vəkil X7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci ildə X23 barəsində həbs qəti imkan tədbirinin seçilməsinə dair məsələ İmişli Rayon Məhkəməsinin qapa lı məhkəmə iclasında hakim X22in sədrliyi ilə müzakirə olunarkən o, müdafiəçi qismində prosesdə iştirak etmişdir. Həmin iş üzrə zərərçəkmiş olan X15 qardaşı Məhkum1 və bacısı oğlu Məhkum2 heç kimdən icazə almadan, qanunsuz olaraq zorakı şəkildə məhkəmə iclasına daxil olmuş, iclasa sədrlik edən hakimin, onlardan iclas zalını tərk etmələri tələb edilməsinə baxmayaraq onlar bu tələbi icra etməmiş, hakimin ünvanına “sən işə ədalətsiz baxırsan, oğrunu və cinayətkarı, başkəsəni müdafiə edirsən, elə bil məhkəmədə yox, özünün obyektindəsən, zənglə iş görürsən”kimi ifadələr işlətmiş, bundan sonra isə X8 ünvanına “oğraş”, “alçaq”, “ailəsindən xəbəri olmayan” kimi kobud, nalayiq ifadələr söyləmiş, onu olmazın, qeyri etik ifdələrlə təhqir etmiş, bu zaman məhkəmə icraçıları onları məhkəmə zalından çıxa rtmağa çalışsalar da buna nail ola bilməmiş, iclas zalında yaranmış səs-küyə görə məhkəmə iclasının davam etdirilməsinin qeyri mümkünlüyünü, məhkəmə iclasının gedişinin pozulduğunu nəzərə alaraq hakim prosesin ertəsi günə təxirə salındığını bildirərək iclası bağlı elan etmişdir. Apellyasiya instansiyasının məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli Rayon Telekommunikasiya qovşağında mühəndis işləyir. Apellyasiya məhkəməsi tərəfindən gövşağa ünvanlanmış məktubun icrası ilə bağlı o, mütəxəssis kimi İmişli Rayon Məhkəməsinin inzibati binasında quraşdırılmış kameralara baxış keçirmiş və məlum olmuşdur ki, quraşdırılmış AJHUA tipli DVR q urğusuna 32 kamera qoşulmuşdur. Həmin qurğuya administrator parolu qoyulduğu üçün qurğunun yaddaş həcmini müəyyən etmək mümükün olmamışdır. Həmin sahənin bilici mütəxəssisi olaraq bildirir ki, 4 trbaytlıq yaddaş qurğusu 32 kamera üçün 15 gün və əgər hərəkət dedektoru qoşuludursa 23-024 gün ərzində çəkilişləri öz yaddaşında saxlaya bilər. Bundan artıq müddət keçdikdən sonra isə həmin kameraların yaddaşında olan məlumatlar avtomatik şəkildə pozulur. Apellyasiya instansiyasının məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci ildə onun vəsatəti əsasında X23 barəsində həbs qəti imkan tədbirinin seçilməsinə dair məsələ İmişli Rayon Məhkəməsinin qapalı məhkəmə iclasında hakim X22in sədrliyi ilə müzakirə olunarkən Məhkum1 və Məhkum2 qanusuz olaraq, zor akı şəkildə məhkəmə iclasına daxil olmuş, iclasa sədrlik edən hakimin, onlardan iclas zalını tərk etmələri tələb edilməsinə baxmayaraq onlar bu tələbi icra etməmiş, hakimin ünvanına “sən işə ədalətsiz baxırsan, oğrunu və cinayətkarı, başkəsəni müdafiə edirsən, elə bil məhkəmədə yox, özünün obyektindəsən, zənglə iş görürsən”kimi ifadələr işlətmiş, bundan sonra isə X8 ünvanına kobud, nalayiq ifadələr söyləmiş, onu olmazın, qeyri etik ifadələrlə təhqir etmiş, iclas zalında yaranmış səs-küyə görə məhkəmə iclasının davam etdirilməsinin qeyri mümkünlüyünü, məhkəmə iclasının gedişinin pozulduğunu nəzərə alaraq hakim prosesin ertəsi günə təxirə salındığını bildirərək iclası bağlı elan etmiş, əlavə olaraq bildirmişdir ki, o, Məhkum1 və Məhkum2 məhkəmə iclasına dəvət etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, göstərilən sübutlarla müəyyən edilmiş hallar Məhkum1 və Məhkum2 məhkəmə baxışı iştirakçısı X25u təhqir etməklə məhkəməyə hörmətsizlik etməsi bu cinayətin obyektiv cəhətini icra etməsinə dəlalət edir. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 bu əməlinin CM-nin 289.1-ci maddəsi ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri ilə razılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə zərərçəkmiş şəxsin və şahid ifadələrinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, habelə qanunvericiliyin normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 kassasiy a şikayətində göstərdikləri dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxslərin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum1 və Məhkum2 onların təqsirli bilindikləri maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiklərindən, apellyasiya instansiyası məhkəməsi isə onların barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün hal ları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkumlar barəsində tətbiq edilmiş cəza tədbirlərinin hər hansı qaydada dəyişdirilməsi əsaslar tapmır. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə məhkumlar Məhkum2 və kassasiya şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısı C.R.İsgəndərovun və zərərçəkmiş X25un çıxışlarını dinləyərək hesab edir ki, Məhkum1 və Məhkum2 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilməm əli, onların hər birisinin CM-nin 289.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar