Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-401/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Qədirov Ağabba İntiqam oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həmid Əzizov) xx.xx.1982-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan1 Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhd udlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 20 iyun 2020-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) 23 (iyirmi üç) gün müddətin 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi və təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 4 (dörd) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmşidir. Həmin hökmlə həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinib məhkum edilmişlər. Hökmdən məhkum Təqsirləndirilən şəxs3 aid hissədə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ( Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 11 noyabr 2021-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs3 aid hissədə yeni hökm çıxarılmış, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 20 iyun 2020-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 23 (iyirmi üç) gün müddət, ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 11 noyabr 2021-ci il hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi - 5,481 qram olan narkotik vasitə hesab edilən tiryəki Təqsirləndirilən şəxs1 50 manat pul vəsaiti müqabilində satmaq barədə sonuncu ilə danışıb razılaşmalarına uyğun olaraq 20 iyun 2020-ci ildə saat 10 radələrində Təqsirləndirilən şəxs1 zəng edərək narkotik vasitəni götürəçəyini Təqsirləndirilən şəxs1 bildirdikdən sonra, qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs1 çatdırması üçün sonuncunun göndərdiyi, Şirvan şəhəri ərazisində taksi fəaliyyəti məşğul olan Təqsirləndirilən şəxs2 verib Təqsirləndirilən şəxs1 göndərməklə qanunsuz olaraq satmış, Təqsirləndirilən şəxs2 Hacıqabul şəhəri, H.Həmidov küçəsində idarə d «VAZ-2107» markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman, 20 iyun 2020-ci il tarixdə saat 10:00-da Hacıqabul rayon şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdü r. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü Təqsirləndirilən şəxs3 CM-nin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair ona münasibətdə əməlinin düzgün tövsif olunmaması əsası ilə ədalətsizdir. Belə ki, məhkum Təqsirləndirilən şəxs3 narkotik vasitə olan tiryəki satmaq məqsədi olmamış və satmamışdır. Narkotik vasitə olan tiryəki o, Şahmara pay vermişdir. Həmçinin iş üzrə məhkumların ifadələrindən görünür ki, onlar bir-birlərini uzun müddətdir ki tanıyırlar və əvvəllərdə birlikdə özlərinin bildirdiyinə görə narkotik vasitə olan tiryəkdən istifadə etmişlər. Təqsirləndirilən şəxs1 və X1 ibt idai istintaq zamanı verdiyi ifadələrində qeyd edilən narkotik vasitə olan tiryəkin satışı ilə bağlı göstərdikləri xüsusatları onlar, polis əməkdaşları tərəfindən saxlanılmalarının səbəbi kimi bu barədə məlumatın özləri tərəfindən verildiyini fikirləşmələri və buna görə bir-birilərini cəzalandırmaq məqsədi ilə belə bir ifadə vermələri ilə izah etmişlər. Eyni zamanda ibtidai istintaq və məhkəmə araşdırması zamanı məhkum Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 götürüb Təqsirləndirilən şəxs1 çatdıracağı narkotik vasitəyə görə Şahmarın Raminə pul verməsi və ya verəcəyi ilə bağlı heç bir məlumatının olmadığını, onun işinin sadəcə olaraq həmin narkotik vasitəni götürüb çatdırmaq olduğunu bildirmişdir. Əlavə olaraq, məhkəmə istintaqı zamanı məhkum Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəx s1 Axan oğluna çatması üçün Təqsirləndirilən şəxs2 verdiyi və sonuncunun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilməmişdir. Bundan başqa iş üzrə məhkum şəxs1 narkotik vasitə olan tiryəki 50 manat pul müqabilində digər Təqsirləndirilən şəxs1 satması ibtidai istintaq zamanı özlərinin ifadələrində başqa digər sübutla öz təsdiqini tapmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs3 ittihamın verilməsi üçün əsas götürülmüş sübutlar ittiham üzrə müəyyən edilmiş halların təsdiqi üçün əsaslı deyildir. Cinayət işi üzrə əməlin hüquqi tövsifində səhvə yol verilərək məhkumun hərəkətlərinə hüquqi qiymət verilərkən əsassızlığa yol verilmiş və nəticədə ittiham üzrə cinayət əməli törətmiş olmayan təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirli hesab edilmiş, cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmünü ləğv edib, Təqsirləndirilən şəxs3 əməlini CM-nin 234.2-ci maddəsindən Cinayət Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi A.İ.Qədirov çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin narkotik vasitəni satmasının tam, hər tərəfli sübutlarla öz təsdiqini tapmadığını, şəxsin yaşayış yerinə baxış keçirilən zaman narkotik vasitəni satış məqsədilə çəkilməsi, qablaşdırılması üçün tərəzi və digər vasitələrin aşkar edilmədiyini, kasssasiya şikayətini müdafiə etdiyini bildirib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini və ya təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin hökmünün məhk um Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.2-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən ə saslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət pr insipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsi nə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nə ticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsi nə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışları nı dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq işə baxan Hacıqabul Rayon Məhkəməsi Təqsirləndirilən şəxs3 əməlini tövsif edərkən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini Təqsirləndirilən şəxs3 ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə aşkar edilən narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi ilə bağlı yekun nəticəyə gələrkən, Təqsirl əndirilən şəxs3 Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmasının günahkarının Təqsirləndirilən şəxs1 olduğunu düşünməsinə, həmçinin şəxs1 güya narkotik vasitəni ona 50 manat müqabilində satması ilə bağlı izahat verməsini bilib, qərəzli olaraq Şahmara 50 manat müqabilində narkotik vasitə satması ilə bağlı onunla razılaşdığını polis əməkdaşlarına bildirmiş, lakin həqiqətdə belə bir hal olmamış, Təqsirləndirilən şəxs1 vermiş olduğu tiryəki təmənnasız və ondan heç bir pul istəmədən və heç bir maddi maraq olmadan ona verməsinə əsaslanmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi isə məhkəmə baxışı zamanı sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs3 qeyd olunan narkotik vasitəsini satış məqsədilə əldə etdiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.2-ci maddəs i ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan təkzibedilməz dəlillər, bu dəlillər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 işin ibtidai araşdırması zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri izahat və ifadələri, həmçinin digər istintaq protokolları ilə sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 5,481 qram olan narkotik vasitə hesab edilən tiryəki Təqsirləndirilən şəxs1 50 manat pul vəsaiti müqabilində satmaq barədə sonuncu ilə danışıb aralarında razılaşmışdırlar. Kassasiya məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya mə hkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi müdafiəçinin iştirakı ilə keçirilən 21 iyun 2020-ci il tarixli dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 dindirmə zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və “Şaka” ləqəbli Təqsirləndirilən şəxs1 tanıyır. Aqil taksi fəaliyyəti ilə məşğul olur, Şahmar isə qəssablıq edir. Şahmarın onun narkotik vasitə istifadə etdiyi barədə əvvəlcədən məlumatlı olduğu, 1 9 iyun 2020-ci il tarixdə qeyd edilən narkotik vasitə tiryəki tapdıqdan sonra elə həmin gün Hacıqabul şəhərinə gedərək şəxs1 görüşdüyünü, Şahmarın onun narkotik vasitə olan tiryək istifadə etdiyini əvvəlcədən bildiyindən ondan narkotik vasitə olan tiryək istədiyini, əvvəlcə Şahmara narkotik vasitə olan tiryək olmadığını, lakin Şahmarın ona tiryək satmağını xahiş etməsindən sonra onunla tiryəki 50 manata satması barədə razılaşdıqlarını bildirmmilşdir. Təqsirləndirilən şəxs3 həmçinin istintaqda ifadəsində Şahmarın ona qeyd edilən narkotik vasitənin səhəri, yəni 20 iyun 2020-ci il tarixdə bir nəfər göndərərək alacağını, pulu isə narkotik vasitəni əldə etdikdən sonra verəcəyini bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə işləri aparıldı, o da müdafiəçinin iştirakı ilə sənədlərlə tanış olub imza etmişdir. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 Şirvan-Hacıqabul şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs3 da tanıyır. O da, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər ikisi ondan ət alırmışlar. 19 iyun 2020ci il tarixdə Təqsirləndirilən şəxs3 ona məxsus qəssab mağazasının qarşısına gəlmiş, söhbət zamanı Ramində narkotik vasitə olan tiryək olub-olmadığını soruşmuş, şəxs1 onda narkotik vasitə olan tiryək olduğunu və ona 50 manat pul müqabilində verə biləcəyini demişdir. O, tiryəki əldə etdikdən sonra pulu verəcəyi barədə şəxs1 razılaşmışdır. Ramin narkoti k vasitənin hazırda üzərində olmadığını, o da narkotik vasitə olan tiryəki şəxs1 götürməsi üçün sabah adam göndərəcəyini demişdir. 20.06.2020-ci il tarixdə səhər saatlarında tanışı taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 görmüşdür. Ona Şirvan şəhərində H.Əliyev küçəsində Təqsirləndirilən şəxs3 1 ədəd sellofan kəsiyində narkotik vasitə olan tiryəki götürərək Hacıqabul şəhərində ona çatdırmasını, bunun müqabilində ona 5 manat pul verəcəyini demişdir. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək narkotik vasitə olan tiryəki götürməsi üçün göndərdiyi şəxsə, yəni Təqsirləndirilən şəxs2 verdiyini demişdir. Həmçinin, iş materiallarında m üəyyən olunur ki, Təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə cinayət işi materialları ilə tanış olarkən də ona qarşı CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama dair hər hansı bir etiraz bildirməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən verilmiş ittihamla razılaşmayaraq işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, CPM-nin sübutetməyə dair 33, 125, 139, 144, 146-cı maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs3 narkotik vasitəni təmənnasız, heç bir pul istəmədən və heç bir maddi maraq olmadan başqasına göndərməsinə görə məhz satış məqsədi olmadan əldə etməsi barədə gəldiyi nəticə keyfiyyətli məhkəmə araşdırmasının nəticəsi kim i qəbul edilə bilməz. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145. 1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli hökmü məhkumun müdafiəçisi Qədirov Ağabba İntiqam oğlunun kassasiya şikayətinə əsasən Təqsirlən
Məhkəmə qərarları › İş №1(102)-401/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-401/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver