Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-401/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Azadəliyev Orxan Cəbrayıl oğlunun iştirakları ilə, Gəncə Ağır C inayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən, o cümlədən o və müdafiəçisi Azadəliyev Orxan Cəbrayıl oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 1(100)-233/2022 nömrəli (hakimlər: Mahmudov Faiq Nüsrət oğlu (sədrliyi), İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət məhkəmə tərkibində) hökmü xxxxx-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və 1 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkmənin başlanğıcının 10 avqust 2021-ci il tarixindən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum və onun müdafiəçiləri A.M.Məmmədov və O.R.Kəngərli və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi V.A.Ramazanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə ba xan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli 1(104)-194/2023 nömrəli (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən, o cümlədən o və müdafiəçisi Azadəliyev Orxan Cəbrayıl oğlu tərəfindən birgə kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmünə əsasə n, Məhkum 24 dekabr 2012-ci il tarixdə “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin əvvəllərindən qeyd olunan “Xəbər kanalı” səhifəsində Goranboy rayon icra hakimiyyəti başçısının aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifəsinə işləyən Zərərçəkmiş şəxs2, əvvəllər xxx idarəsinin rəisi işləmiş sonuncunun atası xxx, x xxx müvəkkilli vəzifəsində işləyən qardaşı x və xxx digər vəzifəli şəxsləri haqqında guya həmin vəzifəli şəxslər tərəfindən dövlətə məxsus pul vəsaitlərin mənimsənilməsi, rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq zəbt edilməsi və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci ilin fevral ayının ortalarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncunun özü, atası x və qardaşı x barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı özlərində başqa rüsvayedici məlumatların olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirlənd irilən şəxslə birlikdə bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs2 və qeyriləri barədə yayımladıqları video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü Təqsirləndirilən şəxs və özünə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qi smində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayının 11-də qeyd olunan “Xəbər kanalı” səhifəsində X26 İstismar İdarəsinin xxx çilingər vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 özünün, eləcə də qardaşı xxx idarəsinin müdiri X tərəfindən guya dövlətə məxsus pul vəsaitlərinin mənimsənilməsi, rayon ərazisində qanunsuz olaraq torpaq sahələrinin zəbt olunması və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci ilin aprel ayının ortalarında özünə mür aciət etmiş Zərərçəkmiş şəxs3 ilə Yevlax şəhərinin ərazisində görüşərək, sonuncunun özü və qardaşı X barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatların da özlərində olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxslə birlikdə ona bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs3 və yaxını barədə yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü Təqsirləndirilən şəxs və özünə 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayından etibarən qeyd olunan “Xəbər kanalı” səhifəsində xxx məktəbin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, qanunsuz olaraq şagirdlərdən pul toplaması və digər xarakterli, onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci aprel ayının sonlarında özünə müraciət edən Zərərçəkmiş şəxs4 və anası Şahid1 26 aprel 2021-ci il tarixdə x rayonunun x kəndinin ərazisində görüşdükləri zaman Zərərçəkmiş şəxs4 barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatların da özlərində olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxslə birlikdə bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs4 barədə yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə 300 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb edib, Zərərçəkmiş şəxs4 barəsində rüsvayedici məlumatların qeyd edilən internet səhifəsindən tədricən silinməsi və sonradan yeni video çarxların paylaşılmamasına görə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 məxsus 300 manat məbləğində pul vəsaitini 26 aprel 2021-ci il tarixdə Qızıl Hacılı kəndində hədə-qorxu ilə almağa nail olduqdan sonra cinayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs4 ilə “WhatsApp” mobil proqramı vasitəsi ilə əlaqə saxlayaraq, eyni məlumatları yenidən hədə-qorxu gəlməklə bəyan edib, sonuncu barəsində yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə əlavə olaraq 300 manat məbləğində pul vəsaitinin verilməli olduğu bildirərək hədə-qorxu hərəkətlərini vahid niyyətlə davam etdirməklə, Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etmək məqsədilə “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində 2021-ci ilin fevral ayından etibarən xxx şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında guya həmin vəzifəli şəxslər tərəfindən dövlətə məxsus pul vəsaitlərin mənimsənilməsi və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları vid eo çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yaydıqdan sonra, 2021ci ilin aprel ayının sonlarında “Whatsapp” mobil proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs5la əlaqə saxlayaraq əlində sonuncunun guya icra nümayəndəliklərindən və yerli bələdiyyə orqanlarından pul toplamağı, qanunsuz olaraq torpaq sahəsini müxtəlif şəxslərə istifadəyə verməyi barədə xidməti iş və şəxsi həyatı ilə bağlı başqa rüsvayedici məlumatların olduğunu və həmin məlumatları yayacağını hədə-qorxu gəlməklə bəyan edib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs5 və qeyriləri barədə yayınlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasın ı nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb etmiş, lakin Zərərçəkmiş şəxs5 həmin pul vəsaitini vermək üçün onunla görüşməməsinə baxmayaraq, cinayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 2021-ci ilin may ayının ortalarında yenidən “Whatsapp” mobil proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs5la əlaqə saxlayaraq eyni məlumatları yenidən hədə-qorxu gəlməklə bəyan edib, sonuncu barəsində yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməli olduğu bildirərək, həmin pul vəsaitini hədə-qorxu ilə ondan təkrarən tələb etmişdir. Bundan başqa, o, təkrarən, “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin əvvəllərindən qeyd olunan “Xəbər kanalı” səhifəsində xxx müavini Zərərçəkmiş şəxs1 və x digər vəzifəli şəxsləri haqqında guya həmin vəzifəli şəxslər tərəfindən dövlətə məxsus pul vəsaitlərin mənimsənilməsi, x tabeliyində olan səhiyyə orqanlarında guya qanunsuz fəaliyyətlə məşğul olunması və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci ilin iyul ayının əvvəllərində özünə müraciət edən Zərərçəkmiş şəxs1 tanışı Şahid2 ilə həmin tarixdə x rayonunun ərazisində görüşərək, sonuncuya özündə xxx vəzifəli şəxsləri barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatların olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxslə birlikdə bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs1 və qeyriləri barədə yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü Təqsirləndirilən şəxs və özünə 4.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədəqorxu ilə tələb edib, ci nayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 2 avqust 2021-ci il tarixdə xx ünvanında yerləşən xx yerləşən iş otağında Şahid2lə yenidən görüşdükdə eyni məlumatları sonuncuya Təqsirləndirilən şəxslə birlikdə yenidən hədəqorxu gəlməklə bəyan edib, əldə edəcəyi pulun bir hissəsinin guya özünün həmin rayona gediş-gəliş zamanı xarab olmuş avtomaşınının təmiri üçün də ödəyəcəyini bildirərək hədəqorxu hərəkətlərini vahid niyyətlə davam etdirib, xxx rəhbər vəzifəli şəxsi olan Zərərçəkmiş şəxs1 və qeyriləri barədə rüsvayedici məlumatların qeyd edilən internet səhifəsindən 2021-ci ilin avqust ayının sonundan başlayaraq tədricən silinməsi və sonradan yeni video çarxların paylaşılmamasına görə Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs1 məxsus 2.000 manat məbləğində pul vəsaitini hədə -qorxu ilə almağa nail olub Təqsirləndirilən şəxslə aralarında böldükdən sonra, eyni niyyətlə, 10 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Şahid2 məxsus “Mercedes Benz C180” model “AZ ** GE ***” dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan Təqsirləndirilən şəxslə birlikdə gəlmiş cinayətdən xəbərsiz olan oğlu Şahid3 vasitəsi ilə qalan 2.000 manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini almaqla, Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, elan edilmiş ittiham üzrə barəmdə bəraət hökmü çıxarılmalıdır. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Lakin daha sonradan Məhkum və müdafiəçisi Azadəliyev Orxan Cəbrayıl oğlu birgə verdikləri kassasiya şikayəti ilə CPM-in 414-cü maddəsinə əsasən əvvəlki kassasıya şikayətini baxılmadan hazırki şikayətə baxılmasını xahiş etmişlər. Kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ümumən məhkəmənin hökmünün hüquqi əsaslarını qanuni hesab edərək, əməllərindən peşmandır. Doğrudur, məhkəmə cəzanın aşağı həddinə yaxın cəza təyin etmişdir. Lakin yenə də təyin edilmiş cəza ilə razı olmadığını bildirirərək, məh kəmənin cəza təyin etmədə işin bütün hallarını, xüsusən də ziyan ödənilməsi və xəstəliklərin olması hissəsinin tam nəzərə almadığını qeyd etmişdir. Odur ki, cəzanın çəkilməmiş hissəsindən Məhkum azad edilməsi və ya cəzanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Azadəliyev Elxan Cəbrayıl oğlu çıxış edərək, məhkuma verilmiş cəzanın onun şəxsiyyətinə, xarakterinə və sağlamlığına uyğun olmadığını, məhkumun cəza çəkdiyi dövrdə islah olduğunu bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının mü dafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən kassasiya instansiya məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə müraciətin dəlillərindən asılı olmayaraq hüquqi məsələlər üzrə cinayət qanununun (o cümlədən əməlin tövsifi, şəxsə bəraət verilməsi və s. məsələlərə dair) və prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlamalıdır. Bu baxımdan həmin normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin bir hissəsinə b axılıb digərinə baxılmamasına dair tərəflərin xahişindən asılı olmayaraq bütünlükdə apellyasiya məhkəməsinin qərarının qanuniliyini eyni zamanda kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), birgə verilmiş şikayətdə isə Məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) m addəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi, müdafiəçinin isə təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etməyə dair ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüqu qi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınması nı məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir k i, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmi n cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (Zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmaması, kəskin mərhələli sol mədəcəyin divarının arxa miokard infaktı, İİ mərhələ hipertoniya xəstəliyi, İİ tip şəkərli diabet xəstəsi olması, ürəyin stendəşdirilməsi cərrahiyyə əməliyyatı keçiməsi və yaşayış yeri üzrə müsbət xarakter izə olunması) və ağırlaşdıran (cinayətləri öz qulluq borcunu yerinə yetirən şəxslərə və onların yaxın qohumlarına qarşı törətməsi) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim edilmiş ərizələrindən görünür ki, onlar, Məhkum ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Bundan başqa, x şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliy i tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məhkum ailə üzvləri həyat yoldaşı X4, övladları X6, X7 və Şahid3 ibarətdir. Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da n əzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında n əzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiə tərəfinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınma ması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-401/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-401/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver