Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-402/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxx 1987-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum - Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.3.2ci maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin X4 da CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), E.Ə.Camalov və K.S.Bəşirov) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilməklə, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 il 6 aydan 5 il 6 aya endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə X1 X ilə 2018-ci ilin fevral ayının 8-də İran İslam Respublikasına ərzaq almaq məqsədilə gedərkən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının sakini X2 adlı şəxslə görüşmüş və sonuncu ilə satış məqsədi ilə külli miqdarda, yəni bır kiloqram çəkidə narkotik vasitə olan tiryəkin əldə edilərək onun qaçaqmalçılıq yolu ilə yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək İran İslam Re spublikasından Azərbaycan Respublikasına gətirilməsi Biləsuvar rayonunda onlara təhvil verilməsi, həmin narkotik vasitənin satışından əldə edilmiş puldan X2 adlı şəxsə 4000 manat məbləğində pul verilməsi barədə razılığa gəlmişlər. Əldə edilmiş razılığa əsasən İran İslam Respublikasının sakini X2 adlı şəxs istintaqla müəyyən edilməmiş vaxtda və şəraitdə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə bır kiloqrama yaxın tiryəki İran İslam Respublikasının ərazisində satış məqsədi ilə əldə edərək onun qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsini və Biləsuvar rayonunun ərazisində üzərində "Muğan-Cənub kanalı" sözləri yazılmış dəmir l övhənin altında gizlədilməsini təşkil edərək xx xxxx 2018-ci il tarixdə axşam saatlarında öz istifadəsində olan **********55 telefon nömrəsindən Məhkum istifadəsində olan ********** mobil telefon nömrəsinə zəng vuraraq bu barədə məlumat vermişdir. Həmin gün Məhkum x3i yaşadığı Salyan şəhəri ünvan yerləşən evinə dəvət edərək sifariş verdikləri külli miqdarda narkotik vasitə - bir kiloqram tiryəki əldə edib götürmək üçün birlikdə taksi ilə Biləsuvar rayonuna getməyi, narkotik vasitəni Salyan şəhərinə gətirərək yaşadıqları evdə qanunsuz saxlamağı təklif etmiş, x3 də bu təklifi qəbul etmişdir. xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində Məhkum və x3 taksi ilə Biləsuvar rayonuna getmiş, yolda Məhkum X2 adlı İran İslam Respublikasının sakini ilə mobil telefonla əlaqə saxlamış və külli miqdard a narkotik vasitə olan bir kiloqrama yaxın tiryəkin harada gizlədilməsini dəqiqləşdirmişdir. xx xxxx 2018-ci il tarixdə gecə saat 01 radələrində onlar Ələt-Astara avtomagistralının Biləsuvar rayonunun ərazisindən keçən hissəsində olan və üzərində "Muğan-Cənub kanalı” sözləri yazılmış dəmir lövhənin yanına çatdıqda, Məhkum taksini dayandırmış, onlar taksidən düşdükdən sonra Məhkum x3ə qeyd edilən dəmir lövhənin yanında olan ağacın altında gizlədilmiş külli miqdarda narkotik vasitə - bir kiloqram tiryəki götürməsini tapşırmışdır. x3 həmin ağacın atında içərisində külli miqdarda narkotik vasitə olan bir kiloqram tiryəkin olduğu sellofan torbanı götürərək, həmin külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə edərək saxlamış, taksiyə doğru hərəkət edərək üzərində qanunsuz olaraq daşıyan zaman DTX əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış və baxış zamanı əlindəki sellofan torbanın içərisindən külli miqdarda, yəni təmiz halda çəkisi 993 88 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkum x3in saxlanıldığını görərək taksi ilə hadisə yerindən getmiş, DTX əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxx 2018-ci il tarixdə o tutulmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ədalətli və humanist qərar qəbul edilməsi xahiş olunur. Məhkum qe yd edir ki, törətdiyi cinayəti etiraf etməklə peşmançılıq hissi keçirir, həmçinin himayəsində iki uşağı var, özü də 2-ci qrup əlildir, hərbi xidmətdə olarkən sol əli biləkdən, sağ əlinin isə 2 barmağı amputasiya olunmuşdur, görmə və eşitmə qabiliyyətini qismən itirmiş, aldığı kontuziyadan yaddaş zəifliyinə düçar olmuşdur, qardaşı 3-cü qrup əlildir, anası onkoloji xəstədir. Lakin ona cəza təyin olunarkən həmin yüngülləşdirici hallar nəzərə alınmamışdır. Ona görə də barəsində daha humanist qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayət i qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəmə si birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təyin edilən cəzanın sərt olması qeyd edilir və barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ədalətli və humanist qərar qəbul edilməsi xahiş olunur. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan R espublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını, anasınında İİ qrup əlil olmaqla onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə almış və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı- ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayə tin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin x arakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən C M-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölüm ü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını, anasının da İİ qrup əlil olmaqla onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ailədə yeganə qazanc gətirən şəxs o lmasını yüngülləşdirici hallar kimi və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkum əsaslı olaraq məhkum edilməsinə baxmayaraq aşağı instansiya məhkəmələri Məhkum əməlini düzgün tövsif etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirak etdiyini düzgün müəyyən etsələr də, Məhkum əməlini CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinin şərhini zəruri hesab edir. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərin i və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 33-cü maddəsində cinayətin iştirakçılarının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1 Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak et diyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cina yətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb ola n cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. İş materiallarından görünür ki, Məhkum işin hallarında təsvir olunan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi cinayətinin icrasında rolu olmamış, yalnız narkotik vasitələri əldə etməyi qabaqcadan vəd etməklə köməkçi kimi cinayətdə iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə t övsiyə olunur: “Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqa mətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Hal-hazırkı işdə Məhkum iş üzrə maddi sübut olan 993,88 qram tiryəkin İran İslam Respublikasından Azərbaycana hansı şəraitdə keçirilməsi müəyyən edilməmişdir. Belə olan halda hə min narkotik vasitələrin iki və ya daha çox şəxsin iştirakı ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi nəticəsinə gəlinməsi üçün sübutlar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum törətdiyi qaçaqmalçılıq cinayətinə dair əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarının dəyişdirilməklə, Məhkum törətdiyi əməli Azərbaycan Respublikası CMin 32.5, 206.3.2-ci maddəsindən CM-in 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X8rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presed ent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə əsasən apellyasiya inst ansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-402/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-402/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver